HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda



Yüklə 163,24 Kb.
səhifə9/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

35.ƏLİ (ə) CƏNNƏTDƏ


səh:55

قال رسول الله|:

فاطمه وعلی والحسن والحسین فی حظیره القدس فی قبّه بیضاء سقفها عرش الرحمان عزّ و جلّ.

Allahın rəsulu (s) buyurdu: Fatimə, Əli, Həsən və Hüseyn üçün (cənnətdə) qüds məkanında tavanı Allahın ərşinə çatan bir günbəz altında yer ayrılmışdır.(1)

səh:56
1- [1] . Əl- firdövs, 3- 4284. Ömərdən, Siyuti Əlləali kitanbında bu hədis üçün başqa bir sənəd də nəql etmişdir. Bu sənəd əhli sünnənin tərəfindən zəif sayılmış sənədlərdən başqa bir sənəddir. Xatırladırıq ki, onların o sənədləri zəif saymaqları buna xatirdir ki, onun ravisi əhli- beyt sevənlərdəndir. Təbii ki, bu dəlil qəbul olunası dəlil deyil. Təbərani onu ibn Musadan nəql edir ki, o, dedi: Allahın rəsulu buyurdu: "Mən, Əli, Fatimə, Həsən və Hüseyn qiyamət günü ərşin altında olan bir günbəz altında olacağıq." O, deyir: Bunun sənədi də işkalsız deyil, ona görə də təkcə başqa sənədlərə kömək edə bilər.

36.ALLAHIN HİKMƏTİNDƏN ƏLİNİN (ə) PAYI


عن ابن مسعود: قال رسول الله|:

قُسِّمت الحکمه عشره أجزاءٍ فأعطی علیّ تسعه وأعطی الناس جزءاً واحداً.

İbn Məsuddan: Allahın rəsulu (s) buyurdu: Hikmət on yerə bölünübdür. Onun doqquzu Əliyə məxsus edilib və qalan bir hissəsi isə digərlərinə nəsib olubdur.(1)

səh:57
1- [1] . Əl- firdövs, 3: 227- 4666. Əl- həliyyə, əbu Nəim, 1: 64- 65, Əlcamiul- kəbir, 2: 550


37.ƏLİ VƏ QURAN


عن أم سلمه، قال رسول الله|:

علیٌّ مع القرآن، والقرآن مع علیّ، لایفترقان حتّی یردا علیّ الحوض.

Ümmü Sələmədən nəql olunubdur ki, Peyğəmbər (s) buyurdu: Əli Quranla və Quran Əli ilədir. Qiyamət günü kövsər hovuzunun yanında mənim yanıma gələnə qədər bir- birindən ayrılmayacaqlar.(1)

səh:58
1- [1] . Əl- firdövs, 3: 230- 4678, Mənaqibi seyyüdəna Əli, 38, Məcməür- rəvaid, 9: 134, Mənaqibi Xarəzmi, 176- 214, Tozihüd dəlail, 209, Əl- müstədrək Ələs- səhiheyn, 3: 124, Kənzül- ümmal, 11: 603- 32912, Əlcamiüs- səğir, hədis 5594, Məcməüz- zəvaid, 9: 134, bab: Əlhəqq məə Əli əleyhissalam.


38.İMAM VƏ NİFAQIN MEYARI (ÖLÇÜSÜ)


عن أبی ذر: قال رسول الله|:

علیّ بابُ علمی، ومبیّن لاُمّتی ما أرسلت به من بعدی. حبّه إیمانٌ، وبغضه نفاق، والنظر الیه رأفه ومودّته عباده.

Əbuzərdən: Allahın rəsulu (s) buyurdu:

Əli mənim elmimin qapısıdır, mənim risalətimin (Allahın dininin) məndən sonra mənim ümmətimə təfsir edəni (açıqlayanı və bəyan edəni) olacaqdır. Onun dostluğu iman, düşmənçiliyi isə nifaqdır (münafiqlik və iki üzlülük). Məhəbbətlə onun üzünə baxmaq ibadətdir.(1)

səh:59
1- [1] . Əl- firdövs, 3: 65- 418, Zəhrül firdövs, 2: 316- 317, Kənzül- ümmal, 12: 212 və 6: 156, Əlqövlül cəliyyə, hədis 38, və sair. Buna müvafiq hədislər də, Müstədrək, 36, Künuzul- həqaiq, 188 və Hilyətul- övliya, 1: 63- də nəql olunmuşdur.

39.PEYĞƏMBƏR (S) VƏ ƏLİ (ə) BİR KÖKDƏNDİRLƏR


عن سلمان: قال رسول الله|:

کنتُ أنا وعلیّ نوراً بین یدی الله عزّوجلّ معلّقاً، یسبّح الله ذلک النور ویقدّسه قبل أن یخلق الله آدم بأربعه(عشر) ألف عام، فلمّا خلق الله عزّوجلّ آدم رکب ذلک النور فی صلبه فلم نزل فی شیءٍ واحد حتّی افترقنا فی صلب عبد المطلب فجزء أنا و جزء علی.

Salmandan: Allahın rəsulu (s) buyurdu: Mən və Əli Allah yanında asılı bir nur idik. O nur (Allah Adəmi yaratmadan on dörd min il öncə).

Allahı təsbih və təqdis edərdi (təsbih, və təqdis, yəni, sübhanəllah demək, Allahı hər eyb və nöqsandan uzaq bilmək və buna iqrar etmək.) Elə ki, Adəmi yaratdı, o nuru onun sülbündə (belində) yerləşdirdi. Biz daimi olaraq bir yerdə idik, (yəni birlikdə Peyğəmbərlər və saleh insanlar belinə köçürülürdük). Əbdül- müttəlibin belində bir- birimizdən ayırdıq. O nurun bir hissəsi mən, o biri hissəsi isə Əli oldu (mən nübüvvət və Peyğəmbərliklə zühur etdim, Əli isə imamət və xəlifəliklə).(1)

səh:60
1- [1] . Əl firdövs, 3: 283- 4851, Mənaqibi seyyiduna Əli, 21, Yənabiül- məvəddət, 118, Mənaqibi Xərəzim, 145- 170, Tarixi Dəməşq, 1: 151- 186, Kifayətüt- talib, 311, bab 87, Əl Mənaqib ibn Məazim, 78- 130- 131.

40.ƏLİNİN (ə) ƏMİRƏL MÖMİNİN LƏQƏBİ İLƏ ADLANDIRILMASI


عن حذیفه: قال رسول الله|:

لو علم الناس متی سمّی علی أمیر المؤمنین ما أنکروا فضله، سمی أمیر المؤمنین وآدم بین الروح والجسد. قال الله عزّوجل: «وإذ أخذ ربّک من بنی آدم من ظهورهم ذریّتهم وأشهدهم علی أنفسهم ألست بربّکم» قالت الملائکه: بلی، فقال تبارک وتعالی: أنا ربّکم ومحّمد نبیّکم وعلی أمیرکم.

Hüzeyfədən belə nəql olunubdur ki, Peyğəmbər (s) buyurdu:

Əgər camaat Əlinin hansı zamandan Əmirəlmöminin adıyla adlandırılmasını bilsəydilər, onun fəzilətini və üstünlüyünü (heç vaxt) inkar etməzdilər.

Sonra əlavə etdi: "O, Adəmin cəsədinə ruh verilən zaman Əmirəlmöminin adlandırıldı."

Allah buyurdu: "O zaman ki, sənin Pərvərdigarın Adəm övladlarının bellərindən əhd və peyman adlı və onları özlərinə şahid tutdu (və buyurdu:)

Mən sizin Pərvərdiharınız deyiləmmi?"(1)

Mələklər dedilər: Bəli.

Sonra uca tanrı buyurdu: "Mən sizin Allahınız, Məhəmməd peyğəmbərimiz və Əli sizin əmirinizdir."(2)

səh:61
1- [1] . Əraf surəsi, ayə 172.

2- [2] . Əl- firdövs, 3: 354- 5-66

41.ƏLİNİN (ə) İMANININ BÜTÜN İMANLARA ÜSTÜNLÜYÜ


عن عمر بن الخطاب: قال رسول الله|:

لو أنَّ السماوات والأرض وضعتا فی کفّهٍ وایمانُ علیّ فی کفّه لرجح ایمانُ علیّ.

Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: Əgər göyləri və yeri tərəzinin bir gözünə və Əlinin imanını onun o biri gözünə qoyalar, şübhəsiz Əlinin imanı ondan ağır olacaqdır.(1)

İzah: Əlinin (ə) imanı elə bir həddə idi ki, özü buyurdu:

«لو کشف الغطاءُ ما ازددت یقیناً»

Əgər pərdələr (qeyb pərdələri) gözümün qarşısından götürülə, heç də mənim iman və yəqinimə bir şey əlavə olmaz.

səh:62
1- [1] . Əl- firdövs, 3: 363- 5100, Kənzül- ümmal, 32993, Mənaqibi Xarəzmi, 131- 146.

42.ƏMİRƏL MÖMİNİNİN VİLAYƏTİ OLMADAN HEÇ BİR İBADƏTİN FAYDASI YOXDUR


عن علی بن أبی طالب×: قال رسول الله|:

لو أنَّ عبداً عَبَداللهَ مثل ما قام نوح فی قومه، وکان له مثل اُحد ذهباً فأنفقه فی سبیل الله، ومُدَّ فی عمره حتّی یحجّ ألف عام علی قدمیه، ثم قتل بین الصفا والمروه مظلوماً، ثمَّ لم یوالک یا علی، لم یشمَّ رائحه الجنّه ولم یدخلها.

Əli ibn Əbu Talibdən (ə): Allahın rəsulu (s) buyurdu:

Əgər bir bəndənin Nuh Peyğəmbərin öz qövmü arasında qiyam etdiyi müddət qədər ömrü ola (doqquz yüz əlli il) və Allaha ibadət edə. Ühud dağı qədər qızılı ola və onu Allah yolunda infaq edə, ömrü o qədər uzün ola ki, min il piyada həccə gedə və sonra (ən müqəddəs məkanda) səfa və mərvə arasında nahaqq öldürülə, amma sənin (Əlinin) vilayətini qəbul etməyə, behişt iyi onun burnuna yetişməz və behiştə daxil olmaz.(1) (2)

səh:63
1- [1] . Əl- firdövs, 3: 364- 5103, Tənzihiş- şəriət, 1, səh 398

2- [2] . Mənaqibi Xarəzmi, 67- 40



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə