HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ALLAHIN RƏSULU (S) ƏLİNİN (ə) DÜŞMƏNİ İLƏ MÜBARİZƏDƏ



Yüklə 163,24 Kb.
səhifə17/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

85.ALLAHIN RƏSULU (S) ƏLİNİN (ə) DÜŞMƏNİ İLƏ MÜBARİZƏDƏ


عن أبی هریزه: نظر النبی| إلی علی وحسن وحسین وفاطمه^، فقال:

أنا حربٌ لمن حاربکم، وسلم لمن سالمکم.

Əbu Hüreyrə deyir: Peyğəmbər (s) Əliyə (ə), Həsənə (ə) Hüseynə (ə) və Fatiməyə (s) baxdı və buyurdu:

Mən sizinlə düşmənçilik edənlərlə düşmənəm və sizinlə sülh edənlərlə sülhdəyəm.(1)

səh:115
1- [1] . Müsnədi Əhməd ibn Hənbəl, 3: 446- 9704, Əl müstədrək, Ələs- səhiheyn, 3: 161- 473 və 4714, Tarixi Bağdad, 7: 137, Əl möcəmül- kəbir, 3: 40- 5221. Zeyd ibn Ərqəm deyir: Allahın rəsulu (s) vəfatı ilə tamamlanan xəstəliyi zamanı mehribanlığa üzünü Əli, Fatimə, Həsən, və Hüseynə tutaraq buyurdu: Mən sizin düşmənləriniz ilə düşmən, dostlarınız ilə dostam." Təhzibi Tarixi Dəməşq, 319, Sünənit termizi, 5: 699- 3870, sünən ibn Macə: 52- 145. Əbu Səid Xidri deyir: Əli və Fatimənin toyundan sonra Peyğəmbəri əkrəm (s) qırx gün sübhlər onların evinə gedirdi və buyurardı: "Mən sizin düşmənlərinizlə düşmən, dostlarınızla dostam." Fəzaili Seyyidətün- nisa, 29.

86.İLK ULUL- ƏMR


قال أمیر المؤمنین×: قال رسول الله|:

شرکائی الذین قرنهم الله بنفسه وبی وأنزل فیهم: «یا أیها الذین آمنوا أطیعوا الله وأطیعوا الرسول» الآیه، فإن خفتم تنازعاً فی أمر فأرجعوه إلی الله والرسول واولی الأمر، قلت: یا نبّی الله، من هم؟

قال: أنت اولهم.

Əmirəl möminin Əli (ə) buyurdu: Peyğəmbər (s) belə buyurdu:

Mənim şəriklərim onlardırlar ki, Allah onları özünə və mənə yaxın edib və onların barəsində bu ayəni nazil edibdir: "Ey möminlər! Allaha itaət edin, Allahın rəsuluna və sizin içinizdən olan əmr sahiblərinə itaət edin."

Əgər hər hansı bir şey barəsində çəkişməyə və mübahisəyə düşdünüz, Allaha, onun rəsuluna və ululəmrə (yəni əmr sahiblərinə) müraciət edin.

Dedim: Ey Allahın rəsulu! Ululəmr kimlərdir?

Buyurdu: Sən onların ilkinisən.(1)

səh:116
1- [1] . Şəvahidüt- tənzil, 1: 89- 202.

87.ALLAHIN RƏSULUNUN (S) VƏSİSİ


عن ابن عباس: قال رسول الله| لعبد الرحمن بن عوف:

یا عبدالرحمن، أنتم أصحابی وعلیّ بن أبی طالب منّی وأنا من علی، فهو باب علمی ووصیّی، وهو وفاطمه والحسن والحسین هم خیر الأرض عنصراً وشرفاً وکرماً.

İbn Abbasdan nəql olunur: Allahın rəsulu (s) Əbdürrəhman ibn Ufa belə buyurdu:

Ey Əbdürrəhman! Siz mənim səhabələrimsiniz. Əli ibn Əbutalib məndəndir və mən də ondan. O, mənim elmimin qapısı və mənim vəsimdir. O, Fatimə, Həsən və Hüseyn əsil, nəsəb və kəramət baxımından yer üzündə hamıdan üstündürlər.(1)

səh:117
1- [1] . Yənabiül məvəddət, 2: 333- 973, Məqtəlül Hüseyn (ə), Xarəzmi, 1: 60

88.QABAQCILLAR


عن ابن عباس عن النبی| قال:

السبق ثلاثه: السابق إلی موسی، یوشع بن نون والسابق إلی عیسی، صاحب یاسین، والسابق إلی محمد| علی بن أبی طالب.

İbn Abbasdan belə nəql olunur: Peyğəmbər (s) buyurdu: (Peyğəmbərə iman gətirməkdə) qabaqcılar üç nəfərdir: Musa Peyğəmbərə (ə) iman gətirən Yuşə ibn Nun, İsa Peyğəmbərə iman gətirən Sahibü Yasin, Məhəmməd ümməti içində ən qabaqcıl isə Əli ibn Əbu Talibdir.(1)

İki mətləb:

Qabaqcıllardan məqsəd o kəslərdir ki, haqq dini qəbul etməkdə başqalarından qabaq olalar.

Mənavi deyir: Doğrusu, bu, Əli (ə) üçün nə böyük fəzilət və üstünlükdür! Bu, elə bir vəsfdir ki, başqaları ondan məhrumdur.

səh:118
1- [1] . Məcməüzz- zəvaid, 9: 102.

89.İNSANLARIN ƏN ÜSTÜNÜ


قال رسول الله|:

خیر رجالکم علیّ بن أبی طالب، وخیر شبابکم الحسن والحسین، وخیر نسائکم فاطمه بنت محمد صلی الله علیهم.

Allahın rəsulu (s) buyurdu:

Kişilərinizin ən üstünü Əli ibn Əbu Talib, cavanlarınızın ən üstünü Həsən və Hüseyn və qadınlarınızın ən üstünü Fatimədir (Allahın salavat və salamı olsun onlara).(1)

səh:119
1- [1] . Tarixi Bağdad, 4: 392- 2280.

90.ƏN YAXŞI İNSAN


عن حذیفه: قال رسول الله|:

علیّ خیر البشر فمن أبی فقد کفر.

Hüzeyfədən nəql olunur: Peyğəmbər (s) buyurdu: Əli, insanların ən üstünü və ən yaxşısıdır. Onu qəbul etməyən kafirdir.(1)

səh:120
1- [1] . Tarixi Dəməşq, 2: 444- 662- 663, Kənzül- ümmal, 11: 625- 33045, Əl firdövs kitabında belə gəlibdir: "Əli ən üstün şəxsdir və bunda şəkk edən kafirdir." İbn Əsakir bu məzmuna yaxın hədisi Ayişədən nəql edibdir. Tarixi Dəməş, 2: 488- 972. Kənzül- həqaiq bunu Əbu Yəladan nəql edibdir və həmçinin bu hədis Kifayətüt- talib kitabında Ayişədən nəql edibdir. Böyük mühəddis (hədis alimi) Əbu Məhəmməd Cəfər ibn Əhməd ibn Qumi bu barədə müstəqil bir kitab yazıbdır və o kitabın adı belədir. "Nəvadirül əsər Əliyyun (ə) Xeyrül bəşər" Bu kitabda bu hədis üçün 75- ə yaxın sənəd qeydə alıbdır.


91.İLKİN MÜSƏLMAN


عن سلمان الفارسی قال رسول الله|:

أوّلکم وارداً علی الحوض أولکم إسلاماً علیّ بن أبی طالب.

Salman Farsidən nəql olunur: Peyğəmbər (s) buyurdu:

(Qiyamət günü) Kövsər hovuzunun yanında mənim yanıma varid olan ən birinci şəxs, o kəsdir ki, hamıdan birinci islama iman gətiribdir. O, Əli ibn Əbu Talibdir.(1)

səh:121
1- [1] . Tarixi Bağdad, 2: 82, Əl mənaqib, ibn Məğazili, 16- 22, Əl- firdövs, 1: 41- 93. Əl müstədrək ələs- səhiheyn, 3: 147- 4662, Tarixi Dəməşq, 1: 82- 115. Ömərdən belə nəql olubdur: Mən Əbu Übüydə, Əbu bəkr və Ənsardan bir dəstəsi bir yerdə idik. Bu zaman Peyğəmbər (s) əlini Əli (ə)- ın çiyninə qoyub buyurdu: "Ey Əli! Sən (mənə) ilk iman gətirən və ilkin müsəlmansan. Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir." Cəvahirül- mətalib, 1: 37.

92.CƏNNƏTDƏ PEYĞƏMBƏRİN (S) YOLDAŞI


عن ابن مردویه: قال رسول الله|:

فی الجنَّه درجه تُدعی «الوسیله» فإذا سألتم الله فاسألوا لی الوسیله، قالوا: یا رسول الله، من یسکن معک فیها؟ قال: علی وفاطمه والحسن والحسین.

İbn Mərduyədən nəql olunur: Allahın rəsulu (s) buyurdu:

Cənnətdə "vəsilə" deyilən bir rütbə vardır. Allahdan mənim üçün bir şey diləyərkən "vəsilə"- ni istəyin.

Camaat soruşdular: O rütbədə sizinlə kim olacaqdır?

Buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn.(1)

səh:122
1- [1] . Təfsiri İbn Kəsir, 2: 68, Kənzül- ümmal, 12- 103- 34195 və 19: 639- 37616. Məqtəlül- Hüseyn (ə), Xarəzmi, 141- 67.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə