HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ƏLİYƏ (ə) İTAƏT, PEYĞƏMBƏRƏ (S) İTAƏTDİR



Yüklə 163,24 Kb.
səhifə18/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

93.ƏLİYƏ (ə) İTAƏT, PEYĞƏMBƏRƏ (S) İTAƏTDİR


قال رسول الله|:

من أطاعنی فقد أطاع الله ومن عصانی فقد عصی الله، ومن أطاع علیّاً فقد أطاعنی، ومن عصی علیّاً فقد عصانی.

Allahın rəsulu (s) buyurdu: Hər kəs mənə itaət edərsə, həqiqətdə Allaha itaət etmişdir. Hər kəs mənə üsyan edərsə, həqiqətdə Allaha üsyan (günah) etmişdir. Hər kim Əliyə üsyün edərsə həqiqətdə mənə üsyan etmişdir.(1)

səh:123
1- [1] . Əl müstədrək, 3: 121. Hakim Neyşaburi deyir: "Bu hədisin sənədi səhihdir və Kənzül- ümmal kitabının müəllifi Əbuzərdən belə nəql edir ki, Peyğəmbər (s) buyurdu: Hər kəs səndən ayrıla, məndən ayrılıbdır və hər kəs məndən ayrıla, həqiqətdə Allahdan ayrılıbdır." 60: 156.


94.ÜÇ XİSLƏT


عن سعد، سمعت رسول الله| یقول لعلیّ× ثلاث خصال لأن یکون لی واحده منها أحب إلی من الدنیا و ما فیها، سمعته یقول:

أنت منّی بمنزله هارون من موسی الّا أنّه لا نبی بعدی. وسمعته یقول: لأعطین الرایه غداً رجلاً یحبّ الله والرسول ویحبّه الله ورسوله لیس بفّرار. وسمعته یقول: من کنت مولاه فعلی مولاه.

Səd deyir: Allahın rəsulundan (s) Əlinin barəsində üç xislət eşitdim ki, əgər onun biri məndə olsaydı dünya və dünyadakılardan mənə artıq olardı.

Eşitdim ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu:

Sənin mənə olan nisbət və məqamın Harunun Musaya olan nisbət və məqamı kimidir, təkcə bu fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur.

Həmçinin Xeybər fəthi günü onun barəsində belə buyurdu:

Sabah döyüş bayrağını o şəxsə verəcəyəm ki, Allah və onun rəsulunu sevir və Allah və onun rəsulu da onu sevir. Heç vaxt düşmənə arxa çevirməz və heç vaxt döyüşdən qaçmaz.

Həmçinin eşitdim ki, buyurdu: Mən hər kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır.(1)

səh:124
1- [1] . Kənzül- ümmal, 13- 36595- 36493- 36496. Bu rəvayət mütəvatirdir və məsumdam yetişməsində şübhə yoxdur.

95.KƏSA HƏDİSİ


قال أمیرالمؤمنین×:

جَمَعنا رسول الله| فی بیت أم سلمه، أنا وفاطمه وحسناً وحسیناً، ثم دخل رسول الله| فی کساء له، وأدخلنا معه، ثم ضمّنا، ثمّ قال: اللهمَّ هولاء أهل بیتی، فأذهب عنهم الرجس وطهرّهم تطهیراً.

فقالت أم سلمه: یا رسول الله، فأنا؟ _ ودنت منه _ فقال: أنتِ ممّن أنتِ منه، وأنتِ علی خیر. أعاد رسول الله، ثلاثاً یصنع ذلک.

Əmirəl möminin (ə) buyurdu: Allahın rəsulu (s) məni, Fatiməni, Həsən və Hüseyni Ümmi Sələmənin evində özüylə birlikdə əbasının altına aldı və bizi qucaqlayaraq dedi:

İlahi! Mənim əhli- beytim bunlardır: (Hər hansı bir) çirkinlik və napaklığı onlardan kənar et. Onlara təharət və paklıq nəsib et.

Ümmü Sələmə Peyğəmbərə (s) yaxınlaşaraq dedi: Ey Allahın rəsulu! Bəs mən?

Peyğəmbər (s) buyurdu: Sən yaxşı və xeyirli qadınsan, amma bu əhli- beytdən deyilsən.

Allahın rəsulu (s) bu işi üç dəfə təkrar etdi.(1)

səh:125
1- [1] . Şəvahidüt- tənzil, 2: 52- 672, Mənaqibi ibn Məğazili, 302- 346, Əl müstədrək Ələs- səhiheyn, 3: 188- 4802, Mənaqibi Xarəzmi, 63- 32, Fəzailüs- səhabə, İbn Hənbəl, 2: 577- 978, Müsnədi İbn Hənbəl, 6: 45- 16985- Sünəni Termizi, 5: 663- 3787. Bu babda olan rəvayətlər təvatür həddindədir yəni, artıq onların Peyğəmbərdən (s) nəql olunmasında şübhə yoxdur və qeyd olunan mənbələrdən digər rəvayət və hədis toplumlarında, Tarix və təfsir kitablarında da gəlibdir.

96.ƏLİ (ə) VƏ FATİMƏ (S) PEYĞƏMBƏRDƏNDİR


səh:126

عن ابن عباس فی حدیث زواج فاطمه و علی^: ثم التزمهما [رسول الله|] فقال:

اللهمَّ إنّهما منّی وأنا منهما، اللهم کما أذهبت عنّی الرجس وطهرّتنی فطهرّهما.

İbn Abbas Əli (ə) və Fatimənin nigahı macərasını belə nəql edir. ... Sonra Allahın rəsulu (s) zövc və zövcəni bağrına basıb dedi: Barilaha! Bu iki nəfər məndəndir və mən də onlardanam. Çirkinlik və napaklığı məndən uzaqlaşdırdığın kimi, bu iki nəfəri də pak et.(1)

səh:127
1- [1] . Əl möcəmül- kəbir, 24: 134- 312 və 22: 412- 1022, Əl müsənnəf, Əbdür rəzzaq, 4795- 9782.

97.ƏLİYƏ (ə) XAS OLAN FƏZİLƏT


عن عمرو بن میمون: إنی لجالس إلی ابن عباس إذ أتاه تسعه رهط فقالوا: یا ابن عباس،اما أن تقوم معنا و إما أن تخلو بنا من بین هؤلاء.

فقال ابن عباس: بل أنا أقوم معکم، و هو یومئذ صحیح قبل أن یعمی.

قال: فأبتدؤوا فتحدّثوا، فلا ندری ما قالوا، قال: فجاء ینفض ثوبه و یقول: أفّ و تفّ! وقعوا فی رجل له بضع عشره فضائل لیست لأحد غیره، وقعوا فی رجل قال له النبی|:

لأبْعَثَنَّ رجلاً لا یخزیه الله أبداً، یحبّ الله ورسوله _ إلی أن قال _ : وأخذ رسول الله| ثَوبه فوضعه علی علی وفاطمه وحسن وحسین وقال: {انّما یرید الله لیذهب عنکم الرِّجس أهل البیت ویُطَهِّرَکُم تطهیراً}.

Ömər ibn Məymun deyir: Mən ibn Abbasın huzurunda idim ki, yeddi nəfər (1)də onun yanına gəlib və dedilər:

Ya ayağa qalx və məclisdən ayrıl (ki, xəlvət bir yerdə səninlə söhbət edək) ya da, yanındakıları uzaqlaşdır və bizimlə tək qal.

İbn Abbas dedi: Mən qalxıram və sizinlə xəlvətə keçirəm. (Ravi deyir) Bu hadisə o zaman idi ki, hələ İbn Abbasın gözləri tutulmamışdı.

İbn Məymun deyir: Onlar bir kənara çəkilərək söhbətə başladılar, amma mən onların nədən danışdıqlarını bilmədim. İbn Abbas narahat halda paltarını sirkələyərək deyirdi: Utanasız, ar olun sizə!

Elə bir şəxsiyyətə bədbindirlər ki, Allahın rəsulu (s) (xeybər müharibəsində başqaları gedib və acizanə qayıdan zaman) onun

səh:128
1- [1] . Ehtimalən yeddi tayfadan təşkil tapmışdılar.

barəsində belə buyurdu:

Elə bir şəxsi mübarizəyə göndərəcəyəm ki, Allah heç vaxt onu xar etməyib, o, Alahı və onun rəsulunu sevir... Allahın rəsulu öz əbasını Əli, Fatimə, Həsən və Hüseynin üstünə atıb buyurdu:

"Ey əhli- beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"(1)

səh:129
1- [1] . Əl müstədrək Ələs- səhiheyn, 3: 123- 4652, Müsnədi Əhməd ibn Hənbəl, 1: 708 - 3062, Xəsaisül- imam Əmirəl- möminin (ə) 70- 23, Tarixi Dəməşq, 1: 185= 250.


98.PEYĞƏMBƏRIİN (S) ƏHLİ- BEYTİ


عن سعد بن أبی وقّاsəh: لما نزلت هذه الآیه: {فقل تعالوا ندع أبناءنا و أبناءکم} دعا رسول الله| علیاً وفاطمه وحسناً وحسیناً، فقال:

اللهم هؤلاء أهلی.

Səd ibn Əbuvüqqasdan nəql olunur: Bu ayə

{فقل تعالوا ندع أبناءنا و أبناءکم}

"Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq!"

Nazil olan zaman, Allahın rəsulu (s) Əlini (ə) Fatiməni, Həsən və Hüseyni çağırdı və Allahın dərgahına ərz etdi: İlahi mənim əhli- beytim bunlardır.(1)

səh:130
1- [1] . Səhih müslim, 4: 1871- 32. Sünəni Termizi, 5: 225- 2999, Müsnədi ibn Hənbəl, 1: 391- 1608, Əl müstədrək ələs- səhiheyn, 3: 163- 4719, Əssünənül- kübra, 7: 101- 13392, Əddürrül mənsur, 2: 233, Tarixi Dəməşq, 1: 207- 271. Bu hədis Mütəvatir hədislərdəndir.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə