HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ƏLİNİ (ə) İNCİTMƏK PEYĞƏMBƏRİ (S) İNCİTMƏKDİR



Yüklə 163,24 Kb.
səhifə13/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

63.ƏLİNİ (ə) İNCİTMƏK PEYĞƏMBƏRİ (S) İNCİTMƏKDİR


عن عمر بن الخطاب: قال: کنت أجفو علیّاً، فلقینی رسول الله| فقال:

إنّک آذیتنی یا عمر!

فقلت: أعوذ بالله ممن أذی رسوله!

قال: إنک قد آذیتَ علیّاً، ومن آذی علیّاً فقد آذانی.

Ömər ibn Xəttab deyir: Mən həmişə Əliyə cəsarət edib onu incidirdim. Bir gün Peyğəmbər (s) məni gördü və belə buyurdu: Ey Ömər!

səh:85

64.ƏLİNİN EVİNİN QAPISINDAN BAŞQA BÜTÜN QAPILAR BAĞLANSIN


عن سعد بن مالک أمر رسول الله| بسدّ الأبواب الشارعه فی المسجد وترک باب علیّ (قال الهیثمی: رواه أحمد وأبو یعلی والبزار والطبرانی فی الاوسط، وزاد قالوا: یا رسول الله، سددت أبوابنا کلّها إلّا باب علیّ؟ قال:

ما أنا سددت أبوابکم و لکن الله سدّها.

Səd ibn Malik dedi: Allahın rəsulu (s) göstəriş verdi ki, məscidin daxilinə açılan qapıların hamısını bağlayaq və təkcə Əlinin (ə) qapısını açıq qoyaq.

Heysəmi yazır: Bu həqiqəti Əhməd, Əbuəli, Bəzzaz və Təbərani Əvsət (kitabında) rəvayət etmişdir. Əlavə edir ki, onlar dedilər: Ey Allahın rəsulu! Bizim qapılarımızı bağladınız və Əlinin qapısını açıq saxladınız. Həzrət buyurdu: Sizin qapılarınızı mən yox, Allah bağladı.(1)

səh:86
1- [1] . Məcməüz- zəvaid, 9: 114

65.HƏR İKİ ALƏMDƏ ALLAH RƏSULUNUN PƏRÇƏMDARI


عن جابر، قال: قالوا: یا رسول الله! من یحمل رایتک یوم القیامه؟ قال:

من یحسن أن یحملها إلّا من حملها فی الدنیا؟: علی بن أبی طالب.

Cabirdən belə rəvayətdir ki, bir gün səhabələr Allahın rəsulundan soruşdular: Qiyamət günü sənin bayrağın kimin əlində olacaqdır? Məni incitdin.

Dedim: Allaha pənah aparıram Peyğəmbəri incitməkdən (yəni Allah etməsin ki, Peyğəmbəri incidim).

Buyurdu: Sən Əlini incitdin və hər kəs Əlini incidə, həqiqətdə məni incitmişdir.

Həzrət buyurdu: Bu dünyada o bayraq onun əlində olan şəxsdən başqa kimin buna ləyaqəti ola bilər? (Əli ibn Əbutalib).(1)

səh:87
1- [1] . Əl möcəmül- kəbir, Təbərani, cild 2, hədis 2036, Tarixi Dəməşq, cild 1, hədis 209, Cəvahirül- mətalib, 1: 182. Ənəsdən nəql olubdur ki, Allahın rəsulu (s) müşriklərdən bəraət (uzaqlıq) məktubunu Əbubəkrə tapşırdı və onu Məkkəyə tərəf yolladı. Bir az sonra onu qaytarıb buyurdu: "Bu məktubu təkcə mənim yaxınlarımdan olan şəxs aparmalıdır." Bu zaman Əlini çağırıb məktubu ona tapşırdı ki, Məkkəyə aparsın. Dürrül- mənsur, 3: 209, Fəthul- qədir, 2: 334, bu məzmuna yaxın hədis Kənzül- ümmalda 2: 422 də nəql olunubdur. İbn Abbasdan rəvayətdir: "Əli rəsuli əkrəmin (s) bədr döyüşündə və bütün döyüşlərdə ələmdarı idi." Cəvahirül mətalib, 1: 189, Ət təbəqat, İbn Səd, 3: 14. İbn Abbasdan nəql olubdur: Ühüd döyüşündə Həzrət Əlinin (ə) əli zədələndi və bayraq əlindən yerə düşdü. Rəsulullah (s) buyurdu: Bayrağı onun sol əlinə verin, çünki, o mənim hər iki cahanda pərçəmdarımdır." Ərriyazün- nəzirə, 2: 138, Cəvahirul- mətalib, 1: 190.

66.ƏLİNİN QATİLİ ÜMMƏTİN ƏN BƏDBƏXT VƏ ÜZÜ QARASIDIR


عن جابر بن عبدالله، قال: رسول الله| لعلیّ×:

مَن أشقی الثَّمود؟ قال: من عَقَر الناقه. قال: فمن أشقی هذه الأمّه؟ قال: الله أعلم. قال: قاتلک.

Cabir ibn Əbdüllahdan belə rəvayət olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Bilirsənmi Səmud qövmünün içində ən bədbəxt şəxs kim idi?

Dedi: O kəs idi ki, Həzrət Salehin dəvəsinin ayaqlarını peylədi (kəsdi).

Həzrət buyurdu: Bəs mənim ümmətimin ən bədbəxti (və üzü qarası) kimdir?

Dedi: Allah daha yaxşı bilər.

Buyurdu: Səni qətlə yetirən şəxs (mənim ümmətimin ən bədbəxti və ən bəxti qarasıdır).(1)

İzah: Səmud qövmü məğrur və qudurğan insanlar idilər. onların Peyğəmbəri Həzrət Saleh (ə) idi. Saleh Peyğəmbər

səh:88
1- [1] . Əl- möcəmül kəbir Təbərani, cild 2, 2037. Əmmardan nəql olubdur: Mən və Əli ibn əbu Talib Züləşirə döyüşündə bir- birimizlə həmsəngər idik. Allahın rəsulu (s) buyurdu: "İstəyirsinizmi sizi iki ən bədbəxt şəxslə tanış edim? Dedim: bəli. Buyurdu: Səmud qövmündən Salehin naqəsini peyləyən şəxs və sənin başına zərbə vurub saqqalını qanına bələyən şəxs." Əlcameül- kəbir, 16: 255- 7864, Kənzül- ümmal, 13: 140- 36442, Məcməüz- zəvaid, 9: 136, Mənaqibi Xarəzmi, 387- 402, Əl bidayə vən nəhayə, 7, 324, Tarixi Dəməşq, 2: 351- 1401.

onlara nə qədər nəsihət verirdisə faydası yox idi. Onlar o Həzrətdən möcüzə istədilər. Həzrət Saleh (ə) Allahın izni ilə dağdan naqə (dişi dəvə) çıxartdı. Onlar bu ilahi möcüzəni qəbul etmək əvəzinə o naqəni peylədilər və öldürdülər. Onlar naqəni peyləmək və öldürmək üçün ən qəddar və rəhmsiz bir şəxsi seçdilər. Onun adı "Qəddar ibn Salif" idi. O, bir qılınc zərbəsi ilə dəvənin ayaqlarını peylədi və (o gündən) keçmişin ən bədbəxt və yırtıcı ləqəbini aldı. Bu macəradan üç gün sonra ilahi əzab nəticəsində həlak oldular. Şərh dər təfsire nümunə, cild 27, səh 61- 62, ulquyi asimani, səh 35. Məaref və məarif, cild 3, səh 1383.

səh:89

67.ƏLİNİN (ə) ZİNƏTİ


عن عمّار بن یاسر: قال رسول الله|:

یا علی، إنَّ الله تعالی قد زیّنک بزینه لم تزیّن العباد بزینه أحب إلی الله تعالی منها، هی زینه الأبرارعند الله عزّوجلّ: الزهد فی الدنیا، فجعلک لا تزرأ من الدنیا شیئاً ولاتزرأ الدنیا منک شیئاً ووهب لک حبّ المساکین، فجعلک ترضی بهم أتباعاً، ویرضون بک إماماً.

Əmmar ibn Yasir deyir: Peyğmbər (ə) buyurdu: Ey ,Əli! Mütəal Allah səni elə bir zinətlə bəzəyirdi ki, heç bir bəndəsini belə zinətlə bəzəməmişdi. Allah onu hər bir zinətdən çox sevir. O, zinət dünyada zöhd (zahidlik)dir. Bu zinət izzəti və cəlalı uca olan Allahın yanında ən yaxşı insanların zinətidir.

Səni elə yaradıbdır ki, nə dünya sənə kömək edə bilir, nə də dünya səndən bir şey ala bilir. Allah sənin vücudunda yoxsullara məhəbbət yaradıb. Səni elə edibdir ki, onların rəhbəri olmağına razı ulubsan və onlar da sənin rəhbərliyinə razıdırlar.(1)

səh:90
1- [1] . Hilyətül – Əvliya, 1: 71, Tarixi Dəməşq, 2: 212- 715, Mənaqibi əmirəl- möminin Əli (ə), 105- 148, Əsədül- ğabə, 4: 13, Əl- firdövs, 5: 319- 8311, Cəmül- cəvame, 1: 968. Təbərani Əl möcəmül- əvsət (3: 89- 90- 2178) kitabında Əmmar ibn Yasirdən nəql edir: Peyğəmbəri əkrəm (s)- dən eşitdim ki, Əliyə buyurdu: "Mütəal Allah səni elə bir zivərlə bəzəyibdir ki, bəndələrindən heç birisini onunla bəzəməmişdir. Mütəal Allah binəvaların və kimsəsizlərin məhəbbətini, onların kənarında olmağı sənin qəlbinə qoyub və sənbi onlara rəhbər seçibdir. Sənə elə ardıcıllar qərar veribdir ki, sənin rəhbərliyinlə iftixar edirlər. Xoş sənin halına ki, onlar səni sevir və qəbul edirlər. Vay olsun səninlə düşmənçilik edənlərə!" Xarəzmi Əl mənaqib kitabında (117- 128) Ömər ibn Əbdüləzizdən belə nəql edir: "Peyğəmbərdən (s) sonra ümmət arasında Əli ibn əbu Talibdən zahid şəxs tanımıram." Tarixi Dəməşq, 3: 252- 1289.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə