HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


PEYĞƏMBƏRİN (S) TÖVSİYƏSİ



Yüklə 163,24 Kb.
səhifə16/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   11   12   13   14   15   16   17   18   19

79.PEYĞƏMBƏRİN (S) TÖVSİYƏSİ


قال الإمام حسن×:

أرسل رسول الله| إلی الأنصار فأتوه، فقال لهم: یا معشر الأنصار، ألا أدلّکم علی ما إن تمسّکتم به لن تضلّوا بعده؟

قالوا: بلی یا رسول الله. قال: هذا علی، فأحبّوه بحبّی وَکرّموه لکرامتی، فإن ّ جبرئیل× أمرنی بالذی قلت لکم عن الله عزوجل.

İmam Həsən (ə) buyurdu: Allahın rəsulu (s) Ənsarın tərəfinə bir qasid yolladı və onları çağırdı. Ənsar (əsili mədinəli olan səhabələr) gəldilər. Həzrət onlara buyurdu:

Ey ənsar! İstəyirsinizmi ki, sizi elə bir şeyə yönəldən və elə bir şeyi sizə xəbər verim ki, əgər ondan yapışsanız heç vaxt yolunuzu azmazsınız?

Dedilər: Bəli, ey Allahın rəsulu buyururn.

Buyurdu: Bu Əlidir. Mənimlə məhəbbət və dostluğunuza xatir onu sevin və məni əzizlədiyiniz üçün onu da əzizləyin. Çünki, bunu Allah mənə tapşırdı ki, sizə çatdırım.(1)

səh:107
1- [1] . Əl möcəm, 3: 88- 2749, Hilyətül əvliya, 1- 63. Zeyd ibn Ərqəm: Allahın rəsulu (s) buyurdu: "Aya istəyirsinizmi sizi elə bir şeyə hidayət edim ki, əgər ona əməl etsəniz heç vaxt həlak omasınız? Agah olun! Sizin vəliniz Allahdır, imamınız Əli ibnn əbu Talibdir. Ona xeyirxah olun, onu təsdiq edin. Bu fərmanı Cəbrail mənə gətiribdir." Şərhi Nəhcül- bəlağə, İbn əbil Hədid, 3: 98, Mənaqibi ibn Mərduyə, 120- 147.


80.ƏLİ (ə) VƏ FATİMƏNİN (S) UCA EVİ


عن أنس بن مالک وبرده:

قرأ رسول الله| هذه الآیه: (فی بیوت أذِن الله أن ترفع)، فقام إلیه رجل فقال: أی بیوت هذه یا رسول الله؟

قال: بیوت الأنبیاء.

فقام الیه ابوبکر، فقال: یا رسول الله، هذا البیت منها؟ _ لبیت علی وفاطمه _ قال: نعم من (أفاضلها).

Ənəs ibni Malik və Bərdədən nəql olunur:

Allahın rəsulu (s) " فی بیوت أذِن الله أن ترفع"(1) ayəsini bir qurup səhabənin arasında qiraət etdi.

Onlardan biri ayağa qalxdı və dedi:

Ey Allahın rəsulu! Bu ayədə qeyd olan evdən məqsəd hansı evdir?

Həzrət buyurdu: İlahi Peyğəmbərlərin evi.

Əbubəkr qalxdı, Əli və Fatimənin evinə işarə edib soruşdu. Bu ev də onlara şamildirmi?

Həzrət onun cavabında buyurdu: Bəli, bu ev onların ən şərafətli və fəzilətlilərindəndir.(2)

səh:108
1- [1] . Tövbə surəsi, ayə 36.

2- [2] . Dürrül mənsur 6: 203, Şəvahidüt- tənzil, 1: 534- 568. Mənaqibi ibn Mərduyə (98- 99) kitabında gəlibdir: Bir kişi Ömərdən istədi ki, onun üçün Əlidən danışsın. O dedi: "Əgər istəyirsən onun Peyğəmbəri əkrəm (s) yanında olan məqamını biləsən onun evinə bax ki, Peyğəmbərin (s) evlərinin ortasındadır." Nəsai əl xəsais (204- 107) kitabında buna yaxın məzmunu Səd ibn Übeydədən nəql etmişdir.

81 ƏLİNİN (ə) BARƏSİNDƏ PEYĞƏMBƏRİN (S) BAŞQA BİR TÖVSİYƏSİ


səh:109

قال رسول الله|:

من سرّه أن یحیا حیاتی ویموت مماتی ویسکن جنّه عَدْن غرسها ربّی فلیوال علیّاً من بعدی ولیوال ولیّه، ولیقتِد بالأئمه من بعدی، فإنّهم عترتی، خلقوا من طینتی، رزقوا فهماً وعلماً، وویْلٌ للمکذّبین بفضلهم من أمتی، القاطعین فیهم صلتی، لا أنا لهم الله شفاعتی.

Peyğəmbər (s) buyurdu: Hər kəsi, mənim kimi yaşamaq, mənim kimi ölmək və mənim kimi Allahın (cürbəcür) ağaclar əkdiyi ədn (sabit və əbədi) cənnətində olmaq sevindirir və şad edirsə, gərək məndən sonra Əlinin havadarı (himayəçisi) olsun və onun havadarlarının havadarı olsun. Məndən sonra gələn imamlara itaət etsin. Çünki onlar mənim itrətim (və əhli- beytimdirlər). Mənim xilqətimdən yaranıblar. Elm və düşüncə onların ruzisi olubdur. Vay olsun mənim ümmətimdən onları təkzib edənlərə və mənim onlarla olan bağlılığımı qıranlara (nəzərə almayanlara). Allah mənim şəfaətimi belə şəxslərə nəsib etməsin.(1)

səh:110
1- [1] . Hilyətül- əvliya, 1: 86, Tarixi Dəməşq, 2: 95- 596, Kənzül- ümmal, 6- 217.

82.ALLAH ƏLİNİN (ə) QƏLBİNİ İMANLA İMTAHAN ETMİŞDİR


عن أمیر المؤمنین×:

جاء سهیل بن عمرو إلی رسول الله| فقال: یا محمد، انّه قد خرج إلیک أناس مِن أرقّائنا لیس بهم للدّین تعبّداً فاردد هم علینا. فقال ابوبکر وعمر: صدق یا رسول الله. فقال النبی|: لن تنتهوا یا معشر قریش حتّی یبعث الله علیکم رجلاً منّی امتحن الله قلبه للإیمان یضرب رقابکم علی الدین وأنتم متجفّلون عنه اجفال النعم. فقال ابوبکر: أنا هو یا رسول الله؟

قال: لا.

قال عمر: أنا هو یا رسول الله؟

قال: لا، ولکنّه خاصف النعل.

قال: وکان فی کفّ علی نعل یخصفها لرسول الله|

Əli (ə) buyurur: Süheyl ibn Əmr (Məkkə Qüreyşlərindən bir dəstə ilə) Allahın rəsulunun (s) yanına gəlib ərz etdilər:

Ey Məhəmməd! Bizim övladlarımız, qardaşlarımız və qullarımızdan bir dəstəsi sənin yanına gəlibdir. Onlar nə dinə məhəbbət üzündən, nə də düşüncə və dərk üzündən sənə birləşiblər, (başqa sözlə, onlar dindən heç bir şey anlamırlar).

Onları bizə qaytar.

Əbubəkr və Ömər də onların bu sözünü təsdiq etdilər, amma Peyğəmbəri əkrəm (s) buyurdu: Ey Qureyşlilər! Siz heç vaxt islah olmayacaqsınız, təkcə (o zaman islah olacaqsınız ki), məndən olan, qəlbini Allah imtahan etmiş bir kişini sizin tərəfinizə göndərər ki, din yolunda sizin boynunuzu vursun. (O, elə bir şəxsdir ki,) siz onu görəcək, hürkmüş dəvə quşları kimi ondan qaçarsınız. Əbubəkr dedi: Ey Peyğəmbər (s)! o, dediyiniz

səh:111

şəxs mənəm?



Buyurdu: Xeyir (sən deyilsən)

Ömər dedi: Ey Allahın rəsulu bəlkə o şəxs mənəm?

Buyurdu: O kişi, o (gördüyünüz) ayaqqabı tikən şəxsdir.

Süheyl ibn Əmr deyir: Əli (ə) əlində Peyğəmbərin ayaqqabısını tikirdi.(1)

səh:112
1- [1] . Tarixi Bağdad, 1: 133 və 8: 433, Tarixi Dəməşq, 2: 36- 837, Xəsaisi Əli (ə), 85- 31.

83.ƏLİNİN ELMİ


قال أبو سعید الخدری: سألت رسول الله| عن قول الله تعالی: «ومن عنده علم الکتاب»؟ قال:

ذاکَ أخی علی بن أبی طالب.

Əbu Səid Xidridən rəvayət olubdur ki, belə dedi: "«ومن عنده علم الکتاب»؟" "kitab elmi onun yanında olan şəxs" şərif ayəsinin barəsində Peyğəmbərdən (s) soruşdum. Həzrət buyurdu: O şəxs qardaşım Əli ibni Əbutalibdir.(1)

səh:113
1- [1] . Şəvahidüt- tənzil, 1: 400- 422, Tozihid- dəlail, 161, Təfsirül- Quran, Qürtəbi, 9: 236.


84.İMAM ƏLİNİN (ə) HİKMƏTİ


عن حمید بن عبدالله بن یزید المدنی: ذکر عند النبی| قضاء قضی به علی بن أبی طالب، فأعجب النبی|، فقال:

الحمد لله الذی جعل فینا الحکمه أهل البیت.

Həmid ibn Abdullah ibn Yəzid ,Mədənidən belə rəvayət olubdur:

Əli bir məsələnin barəsində hökm vermişdi və Peyğəmbərin (s) yanında o hökümdən söz açıldıqda Peyğəmbər (s) sevinərək buyurdu: Həmd və şükr o Allaha olsun ki, hikməti bizim əhli beytdə qərar veribdir.(1)

səh:114
1- [1] . Fəzailüs səhabə, Əhməd ibn Hənbəl, 2: 654- 1113, Mənaqibi ibn Mərduyə, 92- 90, Əl- müsnəd, Həmidi, 2- 345- 785.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə