HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


ƏLİ (ə) VƏ PEYĞMBƏR (S) ƏHLİ BEYTİ İLƏ DÜŞMƏNÇİLİK



Yüklə 163,24 Kb.
səhifə6/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   2   3   4   5   6   7   8   9   ...   19

14.ƏLİ (ə) VƏ PEYĞMBƏR (S) ƏHLİ BEYTİ İLƏ DÜŞMƏNÇİLİK


عن جابر بن عبدالله، عن رسول الله|:

ثلاث مَنْ کُنَّ فیه فلیس منّی ولا أنا منه: بُغْضُ علی، وبُغْضُ أهل بیتی، ومَنْ قال: الإیمانُ کلام.

Cabir ibn Abdullah Peyğəmbərdən belə nəql edir:

Üç şey hər bir kəsdə olarsa məndən deyil və mən ondan uzağam: Əli ilə düşmənçilik, Əhli beytimə kin- küdurət bəsləmək və hər kəs imanı təkcə bir söz bilə.(1)

səh:32
1- [1] . Əl- fördövs, 2: 85/2459, Kənzul- ummal, 33031, Tarixi Dəməşq, 2:218/182, Məqtəlül- Hüseyn (ə), Xarəzmi, 2: 97

15.CƏNNƏT İMAM ƏLİNİ (ə) GÖRMƏK ARZUSUNDA


عن أنس: قال رسول الله|:

ثلاثه تشتاق إلیهم الجنّه: علیّ وعمّار وسلمان.

Ənəs Allahın rəsulundan (s) rəvayət edibdir ki, o həzrət belə buyurdu: Cənnəyt üç nəfəri görmək arzusuyla günlərini keçirir: Əli, Əmmar və Salman.(1)

səh:33
1- [1] . Əl- firdövs, 2: 100/2530, Tarixi Dəməşq, 2/178, 182/666, Cəvahirul- mətalib, 1/227, Fəraidus- siməteyn, 1: 292 Ənəs rəvayət edir ki, Allahın rəsulu (ə) Əli (ə)- a buyurdu: "And olsun Alla ki, sən onların ən birincisən" və bunu üç dəfə təkrar etdi. Əli (ə) soruşdu: Atam, anam sənə qurban, o üç nəfər kimlərdir? Buyurdu: "Miqdad, Salman və Əbuzər (rizvanullah Ələyhim). Məcməüzzəvaid, 9- 117. İbn Abbasdan rəvayət olunur ki, peyğəmbər (s) buyurdu: "Hər bir asimandan keçərkən onun əhlini Əlini görmək arzusunda görürdüm. Cənnətdə elə bir peyğəmbər yoxdur ki, Əli ibn Əbutalibi görmək arzusunda olmasın." Cəvahirul- mətalib, 1/257


16.İMAM ƏLİNİN (ə) HAQQI MÜSƏLMANLARIN BOYNUNDA


عن جابر: قال رسول الله|:

حقٌ علیّ بن أبی طالب علی هذه الأمّه کحقّ الوالد علی ولده.

Cabir Allahın rəsulundan (s) belə nəql edir:

Əbutalib oğlu Əlinin müsəlmanların boynunda olan haqqı, atanın övladı boynunda olan haqqı kimidir.(1)

səh:34
1- [1] . Əl- firdövs, 2/132/2674, Tarixi Dəməşq, 2: 271/797, Mənaqibi ibn Məğazil, 47/70 Əmmar ibn Yasir və Əbu Əyyub Ənsari belə deyirlər: Allahın rəsulu buyurdu: "Əlinin müsəlmanların boynunda olan haqqı, atanın övlad boynunda olan haqqı kimidir." Cəvahirul- mətalib, 1: 91, Ər- riyazün- nəzirə, 2: 117

17.İMAM ƏLİNİN (ə) MƏHƏBBƏTİ GÜNAHLARI MƏHV EDİR


عن ابن عباس: قال رسول الله|:

حبّ علیّ بن أبی طالب یأکل الذنوب کما تأکل النار الحطب.

İbni Abbasdan nəql olubdur ki, Peyğəmbəri əkrəm buyurdu:

Od odunu yandırdığı kimi, Əlinin (ə) məhəbbəti günahları yandıdır.(1)

səh:35
1- [1] . Əl- firdövs, 142- 2722, Tənzihüş- şəriət, 1: 355, Əl- fəvaidül-məcmuə, 367

18.ƏLİ (ə) MƏHƏBBƏTİ VƏ CƏHƏNNƏM ODUNDAN BƏRAƏT QAZANMAQ


عن عمر بن خطاب: قال رسول الله|:

حبُّ علی براءهٌ مِنَ النار.

Ömər ibn Xəttabdan rəvayət olubdur ki, Allahın rəsulu buyurdu: Əlinin məhəbbəti cəhənnəm odundan bəraət qazanmağa səbəb olar.(1)

səh:36
1- [1] . Əl- firdövs, 2: 142- 2723


19.ƏLİ (ə) MƏHƏBBƏTİ SALEH ƏMƏLDİR


عن معاذ بن جبل: قال رسول الله|:

حبُّ علیّ بن أبی طالب حسنه لایضرّمعها سیّئهٌ، وبغضُه سیّئهٌ لاتنفع معها حسنه.

Məaz ibn Cəbəldən rəvayət olubdur ki, Rəsulallah (s) belə buyurdu:

Əli ibn Əbutalibin məhəbbəti elə bir saleh əməldir ki, onunla günah ziyan yetirməz. Onunla düşmənçilik elə bir günahdır ki, onunla heç bir saleh əməl fayda verməz.(1)

İzah: Zəməxşəri belə hədislərin izahında yazır: Çünki, Əliyə məhəbbət kamil imandır və kamil imanla günah zərər yetirməz.

səh:37
1- [1] . Əl- firdövs, 2: 142- 2725


20.İMAM ƏLİ (ə) ALLAHIN RƏSULUNUN DOSTU


عن عائشه: قال رسول الله| وهو فی بیتی لما حضره الموت:

ادعوا لی حبیبی. فدَعَوتُ أبابکر، فنظر إلیه رسول الله| ثمَّ وضع رأسَه، ثمَّ قال: ادعوا لی حبیبی. فقلتُ: وَیْلَکُم اُدْعُوا له علی بن أبی طالب، فوالله ما یریده غیره، فلمّا رآه استوی جالساً، وخرج الثوب الّذی کان علیه، ثمّ أدخله فیه، فَلَمْ یَزَلْ یَحْتَضنُه حتّی قُبِضَ وَیدُه علیه.

Aişədən belə nəql olunur: Allahın rəsulu (ə) ölüm ilə nəticələnən xəstəliyi zamanı mənim evimdə idi. O, buyurdu: "Dostumu mənim yanıma gətirin". Mən (atam) Əbubəkri çağırdım. Peyğəmbər (s) ona baxdı və başını balışına qoyub yenidən o cümləni təkrar etdi və buyurdu: "Mənim həbibimi (dostumu) mənim yanıma gətirin." Orada olanlara üzümü tutub dedim: Vay olsun sizə Əli ibn Əbutalibi çağırın, and olsun Allaha o, onu istəyir. Elə ki, Əlini gördü yerindən qalxdı, yorğanını qaldırdı, Əlini yorğanının altına alaraq qucaqladı. Ruhu (mübarək) bədənindən ayrılana qədər Əli onun qucağında idi və əli Əlinin bədəni üzərində idi.(1)

səh:38
1- [1] . Mənaqibi Xarəzmi, 68- 41, İbn Mərduyə bu hədisi Şəhəbəddin İbn Şafeinin Tozihüd- dəlail kitabında nəql etdiyi kimi nəql etmişdir. Həmçinin Mühibbüddin Təbəri Zəxairul- üqba kitabının 72- ci səhifəsində Ayişədən nəql edir: Peyğəmbəri əkrəmin (s) ölümü yaxınlaşan zaman buyurdu: "Həbibimi yanıma gətirin." Əbubəkri gətirdilər. Həzrət ona baxdı və yenidən başını balışa qoyub, yenə də o cümləni təkrar etdi. Öməri çağırdılar. Elə ki, Rəsulallah onu gördü başını yerə qoydu və yenidən buyurdu: "Həbibimə deyin gəlsin". Əlini dəvət etdilər. Onu görərkən onu öz üzərində olan örtüyün altına salıb bağrına basdı və canını yaradana tapşıranadək o halda qaldı. Bu hədis Tarixi Dəməşqdə də nəql edilibdir. 3- 17- 1036 və Cəvahir ül- mətalibdə 1- 175 nəql olunubdur. Abdullah ibn Ömərdən rəvayət olubdur ki, Rəsuli əkrəm (s) xəstəliyi zamanı buyurdu: "Qardaşımı mənim yanıma çağırın". Əbubəkri gətirdilər, Həzrət üzünü ondan döndərdi və buyurdu: Deyin qardaşım gəlsin." Öməri çağırdılar. Allahın Rəsulu (s) ondan da üzünü döndərərək buyurdu: "Qardaşıma deyin gəlsin." Osmanı çağırdılar, Həzrət ondan da üzünü çevirdi. Sonra Əlini gətirdilər, Həzrət Əlini üzərində olan örtüyün altına saldı. Əli Peyğəmbərin hüzurundan xaric olarkən ondan soruşdular: Allahın rəsulu sənə nə buyurdu? Dedi: Allahın rəsulu mənə elmin min qapısını öyrətdi ki, hər qapıdan min qapı açılır. Müsnədi ibn Yəla Musili, Seyri əlamin nəbla, 8: 22, Tarixi Dəməşq, 2: 483- 1012, Kifayətüt- talib, 133.



Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə