HəZRƏTİ ƏLİ (Ə) barəDƏ 110 HƏDİs kitab haqqinda


PEYĞƏMBƏRLƏ (S) BİR VÜCUD



Yüklə 163,24 Kb.
səhifə8/19
tarix15.07.2018
ölçüsü163,24 Kb.
#55973
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

28.PEYĞƏMBƏRLƏ (S) BİR VÜCUD


səh:47

عن ابن عباس: قال رسول الله|:

علی منّی بمنزله رأسی من بدنی.

İbn Abbasdan: Allahın rəsulu (s) buyurdu: Əli mənim cismimin başı misalındadır.(1)

İzah: Əllamə Mənavi bu hədisin izahında yazır: Bu söz onların şiddətlə və möhkəm bir- birinə bağlanmlaraını bəyan edir.

səh:48
1- [1] . Əl- firdövs, 3: 62- 4174, Feyzul- qədir, 55 86, Zəhrül- firdövs, 2: 316, Mənaqibi Xarəzmi, 144- 67 və 148- 174, Əlmənaqib ibn məğazili, 92- 135, Əlcamiüssəğir, Siyuti, 2, səh 177- 5596, Kənzül- ümmal, 1: 603- 32914.


29.SÜBH ULDUZU KİMİ PARILDAYIR


عن أنس: قال رسول الله|:

علی بن أبی طالب یزهر فی الجنه ککوکب الصبح لأهل الدنیا.

Ənəsdən nəql edilibdir ki, Allahın rəsulu buyurdu:

Əli ibn Əbutalib cənnətdə dünya əhlinə parıldayan sübh ulduzu kimi parıldayır.(1)

səh:49
1- [1] . Əl- firdövs, 63- 4178, Feyzül qədir, 5599, Zəhrül firdövs, 2: 315, Əlcamiüs- səğir, Siyuti, hədis 5599.

30.ƏLİ (ə) ALLAHIN ƏFV QAPISI


عن ابن عباس: قال رسول الله|:

علیّ بن أبی طالب باب حطه، من دخل منه کان مؤمناً، و من خرج منه کان کافراً.

İbn Abbasdan nəql olunur: Allahın rəsulu (s) buyurdu:

Əli ibn Əbutalib Bəni İsrailin hittə qapısıdır. Hər kəs o qapıdan daxil olarsa mömin, xaric olarsa kafirdir.(1)

İzah: "حطه" "hittə" sözü Qurani kərimdə iki dəfə gəlmişdir: Onun biri Bəqərə surəsinin 68- ci ayəsində, digəri isə Əraf surəsinin 161- ci ayəsində, hər ikisi Bəni İsrailin (İsrail övladları) barəsindədir "hittə" qapısı o qapı idi ki, İsrail övladları o qapıdan girərkən amanda idilər. Bəlkə də hədisdə gələn bu oxşarlıq buna xatirdir ki, o qapı Allahın və onun qanunlartının müqabilində təvazökarlıq göstərmək və itaət etmək qapısı olduğu kimi, Əliyə (ə) iman gətirib ona tabe olmaq da belədir. "«خرج منه»" Ondan xaric ola sözünün mənası

"«خرج علیه» " Onun əleyhinə çıxmaq deməkdir. (Feyzül- qədir, cild 4, səh 354)

səh:50
1- [1] . Əl- fördövs, 3: 64- 4179, Feyzül qədir, 5599, Kənzül- ümmal, 32910, Zəhrül qədir 2: 315, Cameüs- səğir, 2: 96

31.CƏHƏNNƏMİ BÖLƏN


عن حذیفه: قال رسول الله|:

علیّ قسیم النار.

Hüzeyfədən rəvayət olubdur ki, Peyğəmbər (s) buyurdu:

Əli cəhənnəmi böləndir (yəni cəhənnəm əhlini müəyyənləşdirəndir).(1)

səh:51
1- [1] . Əl- firdövs, 3: 64- 418-, Təbəqatül- hənabilə, 1: 32, Tarixi Dəməşq, 2: 253- 775 Əliləli varidə kitabında (6: 273- 1132) Əbuzərdən belə rəvayət olubdur ki, Rəsuli əkrəm (s) buyurdu: "Əli cəhənnəm odunu böləndir. Dostlarını cənnətə, düşmənlərini cəhənnəmə göndərəcəkdir." Məhəmməd ibn Mənzur Tusi Təbəqatul- hənabilə kitabında (1: 320- 448) belə deyir: Əhməd ibn Hənbəlin yanında idim. Bir şəxs (kişi) ona dedi: Ey Əba əbdillah! Əlinin bu "Mən cəhənnəm odunun təqsimçisiyəm." Kəlamının barəsində rəyin nədir? Əhməd cavab verdi: Bu hədisin nə müşkülü ola bilər. Məgər bizim üçün Peyğəmbərdən (s) rəvayət olmayıbdır ki, Əliyə buyurdu: "Səni mömindən başqası sevməz və münafiqdən qeyrisi səninlə düşmənçilik etməz." Dedim: Bəli. Dedi: Möminin yeri haradadır? Dedim: Cənnətdə. Dedi: Münafiqin yeri haradadır? Dedim: Cəhənnəmdə. Dedi: Buradan məlum olur ki, Əli cəhənnəm odunun təqsimçisidir.

32.CƏNNƏTİN BİRİNCİ DƏSTƏSİ


عن علی× قال: أخبرنی رسول الله|:

ان أول من یدخل الجنه أنا وفاطمه والحسن والحسین.

فقلت: یا رسول الله| فمحبونا؟ قال: من ورائکم.

Əlidən (ə) nəql olubdur ki, o buyurdu: Allahın Peyğəmbəri (s) mənə xəbər verdi ki, cənnətə daxil olan birinci dəstə mən (Əli), Fatimə, Həsən və Hüseyn olacaqdır.

Soruşdum: Bəs bizi sevənlər necə?

Buyurdu: Onlar sizin arxanızca cənnətə daxil olacaqlar.(1)

səh:52
1- [1] . Kənzül- ümmal, 12: 639- 3713.

33.İLAHİ ! ONU SEV


عن أنس بن مالک اهدی لرسول الله| طیر فقال:

اللهمَّ ائتنی برجل یحبّه الله ویحبّه رسوله، قال أنس: فأتی علی فقرع الباب فقلت: إنَّ رسول الله| مشغول وکنت اُحبّ أن یکون من الأنصار ثم، إنّ علیّاً فعل مثل ذلک، ثم أتی الثالثه، فقال رسول الله|: یا أنس أدخله فقد عَنَیْتُه فلمّا أقبل قال: اللهمَّ وال اللهمَّ وال.

Ənəs ibn Malikdən rəvayət edilibdir: Allahın Peyğəmbəri (s) üçün quş kababı gətirdilər, O həzrət buyurdu:

İlahi! Elə bir şəxsi yetir ki, Allah onu sevir və onun rəsulu onu sevir. (Yetir ki,) bu quşu onunla birlikdə yeyək.

Ənəs deyir: Birdənbirə Əli Peyğəmbərin (s) yanına daxil olmaq üçün qapını döydü. Dedim: Allahın rəsulu (s) məşğuldur və istəyirdim ki, daxil olan şəxs Ənsardan (Mədinəlilərdən) olsun. Amma çox çəkmədi ki, Əli yenə də qapını döydü, üçüncü dəfə yenidən qapını döydü.

Bu zaman Peyğəmbər (s) buyurdu: "Qapnı aç, mən dua edərkən məqsədim o idi." Elə ki, Əli Peyğəmbərin yanına gəldi, Peyğəmbər dedi: "İlahi! Onu sev, İlahi! Sev onu.(1)

səh:53
1- [1] . Əsədül- ğabə, 4: 30, Əlbidayə vənnəhayə, 7: 354 və 388, Əl- iləlül-mütənahiyə, 1: 323- 367, 234- 773 və 375, 236- 376 və 377, Tarixi Dəməşq, 2- 131- 639 Xarəzmi, Məqtəlül- Hüseyn (ə) kitabında (səh: 46) Yazır: Hafiz ibn Mərduyə bu hədisi yüz igirmi sənədlə rəvayət edibdir. Əbu Əbdullah Hafiz deyir: Baxmayaraq ki, Müslim və Buxari "Teyr" hədisini öz kitabında gətirməyiblər, amma onun sənədi səhihdir və düzgün məlumat istəyirsinizsə bu zəmində "Ələbəqat" kitabına müraciət edin.

34.TƏQVALILARIN RƏHBƏRİ


عن عبدالله بن حکیم الجهنی: قال رسول الله|:

إنَّ الله عزوجل أوحی إلیّ فی علی ثلاثه أشیاء لیله أسری: إنّه سیّد المؤمنین، وإمام المتقین وقائد الغرّ المحجّلین.

Abdullah ibn Həkim Cəhənidən: Allahın rəsulu (s) buyurdu:

Allah, merac gecəsi Əlinin barəsində üç mətləbi buyurdu: O möminlərin ağası və sərvəri, təqvalıların rəhbəri və üzü ağların (qiyamət günü xoşbəxtlərinin) rəhbəridir.(1)

səh:54
1- [1] . Əlmöcəmüs- səğir, Təbərani, 2: 88, Kənzül- ümmalda gəlibdir: Allahın rəsulu (s) Əli (ə)- a buyurdu: "Müsəlmanların ağasına və təqvalıların imamına əhsən." Əbu Nəim İsfəhani hilyətül- övliya kitabında (1: 63) Ənəsdən belə rəvayət edir ki, Allahın rəsulu (s) buyurdu: "Ənəs! Dəstəmaz almaq üçün mənə su gətir." Sonra qalxıb iki rəkət namaz qıldıqdan sonra belə buyurdu: "Ey Ənəs! İndi bu qapıdan daxil olacaq ilk şəxs möminlərin əmiri, müsəlmanların ağası, üzü ağların rəhbəri və vəsilərin sonuncusudur." Ənəs deyir: Ərz etdim: İlahi! Nə olaydı bu şəxs Ənsardan (Mədinəlilərdən) olaydı və mən bu arzu və istəyi Peyğəmbərdən (s) gizlədirdim. O zaman Əli gəldi. Peyğəmbər (s) soruşdu: "Ənəs! o kimdir?" Dedim: "Əli". Peyğəmbər şadlıqla qalxdı və Əlini bağrına basdı, sonra öz üzünün tərini Əlinin üzünə və Əlinin üzünün tərini öz üzünə sürtdü. Əli ərz etdi! "Ey Allahın rəsulu! Bundan qabaq heç vaxt bu işi sizdən görməmişəm (bunun sirri nədir?!) Həzrət buyurdu: "Nə üçün belə etməyim, halbuki, sən mənim öhdəmdə olanları əda edəcəksən və mənim sədamı xalqa çatdıracaqsan. Məndən sonra qarşıya çıxan ixtilaflarda haqqı onlara bəyan edəcəksən." İbn Əsakir Tarixi Dəməşq kitabında (2: 486- 1014) belə deyir: Peyğəmbər (s) buyurdu: Əlinin barəsində mənə üç şey vəhy olubdur: O, müsəlmanların ağası və seyyididir və ... həmçinin bu hədis müstədrəkdə nəql olubdir, 3: 127. Hakim yazır: Bu hədis səhih sənədlərə malikdir, amma Müslim və Buxari onu nəql etməyiblər.


Yüklə 163,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə