Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

Altproqramın təsviri başlıqdan, gövdədən və sonluqdan ibarətdir. Başlıq alt-
proqramın adından və formal parametrlərin təsvirindən ibarətdir. Funksiya üçün
həm də qaytarılan qiymətin tipi göstərilir: 
function Square(x:  Integer)  :  Integer;
begin
Square  :=  x*x;
end;
Pascal dilində xüsusi sonluq operatoru olmur. Funksiyanın gövdəsi 
begin

end
operatorlarının arasında yerləşdirilir. 
Funksiyanın gövdəsinin daxilində bu dəyişəndən mənimsətmə operatorunun
yalnız sol tərəfində istifadə edilə bilər.
N ədədinin faktorialı dedikdə 1-dən n-dək ədədlərin hasili başa düşülür
(n! = 1.2.3. ... . n). Aşağıdakı funksiya ədədin faktorialını hesablayır:
function Fact(n  :  Integer)  :  Integer;
var
i  :  Integer;
res  :  Integer;
begin
res  :=  1;
for i  :=  1  to n  do res  :=  res  *  i;
Fact  :=  res;
end;
Prosedurun təsvirində isə qaytarılan qiyməti hesablamağa lüzum yoxdur. Aşa -
ğıda iki tam ədədin cəmini çıxışa verən prosedur təsvir olunub:
procedure PrintSum(x,  y:  Integer);
begin
WriteLn(x+y);
end;
Funksiyanın qaytardığı qiymət onun adıyla üst-üstə düşən də yi şə nə mənimsədilməlidir.
1.
PASCAL
proqramlaşdırma dili
53


Adətən hesab olunur ki, altproqramın təsviri onun ilk istifadəsindən öndə yer-
ləşdirilməlidir (çünki translyatora belə əlverişlidir). Ancaq bu müəyyən səbəblərdən
proqramçı üçün rahat olmaya bilər. Bəzi proqramlaşdırma dilləri altproqramın
təsvirini onun birinci istifadəsindən sonra yerləşdirməyə imkan verir, ancaq bu halda
altproqramın istifadədən öncə sadələşdirilmiş halda elan edilməsi tələb olunur.  
Pascal dilində bunun üçün prosedurun başlığı təkrarlanır. Ondan sonra 
begin
açar sözünün olmaması bunun təsvir deyil, yalnız elan olduğunu bildirir.
procedure PrintSum(x,  y:  integer);
Elanın qabaqcadan olması altproqramın parametrləri haqqında translyatora
məlumat verir. Bu isə altproqramın çağırılmasını düzgün emal etməyə imkan verir.
Turbo Pascalın standart riyazi funksiyaları
Funksiya
Təyinatı
Arqument
Nəticə
Abs(X)
X-in mütləq qiyməti 
Real
, yaxud Integer
Real
, yaxud
Integer
Cos(X)
X bucağının kosinusu
Real
, yaxud Integer
(radianla)
Real
Exp(X)
e
x
, e = 2.71828...
Real
, yaxud Integer
Real
Ln(X)
X-in natural loqarifmi, X > 0
Real
, yaxud Integer
Real
Round(X)
X ədədinə ən yaxın tam ədəd
Real
Integer
Sin(X)
X bucağının sinusu
Real
, yaxud Integer
(radianla)
Real
Sqr(X)
X-in kvadratı
Real
, yaxud Integer
Real
, yaxud
Integer
Sqrt(X)
X-in müsbət kvadrat kökü, 
X > 0.0
Real
, yaxud Integer
Real
Trunc(X)
X-in tam hissəsi
Real
Integer
54


Aşağıda verilmiş Artma proqramı 
a, b, c
dəyişənlərinin qiymətlərini elə
dəyi şir ki, onlar artma sırasıyla düzülür (a 
≤ b  ≤ c). 
program Artma;
var
a,  b,  c  :  Integer;
procedure Swap(var x,  y  :  Integer);
var
t  :  Integer;
begin
t  :=  x;  x  :=  y;  y  :=  t;
end;
begin;
WriteLn(‘Üç  ədəd  daxil  edin  ’);
ReadLn(a,  b,  c);
if a  >  b  then Swap(a,  b);
if b  >  c  then Swap(b,  c);
if a  >  b  then Swap(a,  b);
WriteLn(a:5,  b:5,  c:5);
ReadLn;
end.
Swap proseduruna diqqət edin. Bu prosedur iki dəyişənin qiymətinin yerini
də yişir. Belə yerdəyişmədən proqramlaşdırmada tez-tez istifadə olunur.
Altproqramın yerinə yetirilməsinin dayandırılması və çağıran proqrama
qayıdılması, idarəetmə altproqramın son operatoruna çatanda baş verir. Bu isə
həmişə əlverişli olmur. Buna görə də altproqramın yerinə yetirilməsinin yarıda
kəsilməsi və idarəetmənin dərhal çağıran proqrama qaytarılması imkanı vardır.
Pascal dilində bu məqsədlə
exit
operatorundan istifadə olunur.
1. Altproqramlardan istifadənin hansı üstünlükləri var?
2. Altproqramların hansı növləri var?
3. Funksiya prosedurdan nə ilə fərqlənir?
4. Klaviaturadan daxil edilən n ədədinin 3-ə bölünüb-bölünmədiyini
yoxlayan funksiya yazın.
1.
PASCAL
proqramlaşdırma dili
55


FAYLLAR
İndiyədək tanış olduğunuz proqramların hamısı interaktiv proqramlar idi.
İnteraktiv proqramlar bütün giriş verilənlərini klaviaturadan oxuyur, nəticələri
isə ekrana çıxarır. Kiçikhəcmli verilənlərlə işləyərkən interaktiv giriş və çıxış
daha yaxşı olur, ancaq bu cür yanaşma böyük həcmli informasiyalarla işləyərkən
səmə rəsizdir. Bu halda vəziyyətdən çıxmaq məqsədilə giriş və çıxış üçün fayllar-
dan istifadə etmək olar. Pascal iki növ informasiya faylı ilə işləyir: mətn və ikilik
fayllarla. 
Mətn faylı diskdə bir ad altında saxlanılan ayrı-ayrı simvollar yığınıdır.
Proqramın emal edəcəyi bütün ilkin verilənləri proqramın başladılmasından öncə
mətn faylında saxlamaq olar. Bundan sonra proqramı elə də yişmək lazımdır ki, o
özünün istifadə etdiyi verilənləri klaviaturadan deyil, mətn faylından oxusun. 
Giriş və çıxış faylları. Proqramın giriş verilənlərindən ibarət fayla giriş
faylı deyilir. Giriş faylı həm mətn faylı, həm də ikilik fayl ola bilər. Giriş faylın-
dan istifadənin üstünlüklərindən biri giriş verilənlərinin mətn redaktorunda hazır-
lana bilməsidir. Bu zaman verilənləri emal edilmək üçün proqrama  verməmişdən
öncə yoxlamaq və əgər səhvlər olarsa, onları düzəltmək imkanı vardır. İkinci
üstünlük ondan ibarətdir ki, giriş verilənlərindən ibarət fayl proqram tərəfindən
təkrar-təkrar oxuna bilər. Bu imkan proqramın sazlanmasını asanlaşdırır, çünki
proqramınız baş ladıldıqda ilkin verilənləri hər dəfə giriş faylından oxuya bilər.
İnteraktiv proq ramda isə siz hər dəfə verilənləri klaviaturadan daxil etməli ola-
caqdınız.
Eyni zamanda proqramı elə dəyişdirmək olar ki, o, hesablanmış nəticələri
ekrana çıxarmasın, mətn faylına yazsın. Diskdə olan həmin faylı sonradan çapa
vermək, yaxud hətta başqa proqram üçün giriş faylı kimi, istifadə etmək olar.
Proqramın işinin nəticələrinin toplandığı fayla çıxış faylı deyilir.
Çıxış faylı proqramın işinin nəticələrinin toplandığı fayldır.
Giriş faylı proqramın giriş verilənlərindən ibarət fayldır.
Mətn faylı bir ad altında saxlanılan ayrı-ayrı simvollar yığınıdır.
1.13.
56


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə