Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə23/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

3. 
CƏDVƏL
prosessoru
91
Hər bir Excel faylına iş kitabı [workbook], yaxud, sadəcə, kitab deyilir. İş
kitabı bir neçə iş vərəqindən [worksheet] ibarətdir. 
Cədvəl prosessoru sənədinin obyektləri. Cədvəl sənədinin iki növü
var: cədvəl və diaqram. Diaqram köməkçi sənəd olub, cədvəlsiz mövcud olmur.
Aşağıdakı sxemdə cədvəl sənədi obyektlərinin təsnifatı verilib.
Təsnifatın birinci səviyyəsi sənədin növünə aiddir. İkinci səviyyədə isə cəd-
vəli və diaqramı təşkil edən əsas obyektlər göstərilib. Növbəti dərslərdə bu ob -
yektlər və onlarla necə işləmək haqqında ətraflı danışılacaq. 
1. Cədvəl prosessoru nədir?
2. Elektron cədvəlin adi cədvəldən hansı üstünlükləri var?
3. Excel cədvəl prosessoru necə başladılır?
4. İlk elektron cədvəl proqramı nə vaxt yaradılıb və necə adlanırdı? 
5. İş kitabı nədir?
6. Excel cədvəl prosessorunu yuxarıda göstərilən üsulla başladın. Onu daha hansı
yollarla başlatmaq olar?
Cədvəl
Diaqram
Cədvəl
Xana
Düstur
Sətir
Verilənlərin seçilməsi
Sütun
Diapazon
Diaqram
Rəsm
CƏDVƏL PROSESSORU SƏNƏDİ
Burada nə qədər xana var?
İş cədvəlinin hər vərəqində milyon xana olduğunu desək, heç də yanılmarıq. Doğ ru -
dan da, vərəqdə 256 sütun və 65 536 sətir var. Bu iki ədədi bir-birinə vursaq,
16 777 216 alarıq. Deməli, hər iş vərəqində 16 milyondan çox boş xana olur. Bu da
sizə bəs etməsə, nəzərə alın ki, hər yeni açılan iş kitabında 3 iş vərəqi olur. Başqa
sözlə, iş kitabında 50 331 648 xana sizin ixtiyarınızdadır və həmin kitaba özünüz də
yeni vərəqlər artıra bilərsiniz.


92
Başlıq zolağı
Xanaya
istinad
Sətirlərin
yarlıqları 
Menyu zolağı
Standart alətlər zolağı
Düstur zolağı
Sütunların yarlıqları
Formatlama alətləri zolağı


ELEKTRON CƏDVƏLİN 
OBYEKTLƏRİ
Cədvəl mürəkkəb obyekt olub, bir neçə elementar obyektdən – sətirlər, sütun-
lar, xanalar, xanalar diapazonlarından ibarətdir. Hər bir elementar obyektin, elek-
tron cədvəli hazırlayanlar tərəfindən müəyyənləşdirilmiş adı olur. 
Xana elektron cədvəlin sətir və sütununun kəsişməsində yerləşən elementar
obyektdir.
Sətir cədvəlin üfüqi istiqamətdə eyni səviyyədə yerləşmiş bütün xanalarıdır.
Sətirlərin yarlıqları (başlıqları) 1-dən başlayaraq tam ədədlər şəklində göstərilir.
Sütun cədvəlin şaquli istiqamətdə eyni səviyyədə yerləşmiş bütün xana 
-
larıdır. Sütunların yarlıqları (başlıqları) latın əlifbasının hərfləri ilə verilir: öncə
A-dan  Z-dək, sonra isə AA-dan AZ-yə, BA-dan BZ-yə və s. Axırıncı sütunun
adı  IV olacaq. 
Xanalar diapazonu düzbucaqlı sahə əmələ gətirən qonşu xanalar çox lu ğu -
dur; o, bir  sətir və ya bir sütundan, sətrin və ya sütunun hissələrindən ibarət ola
bilər. Bir xananı da diapazon hesab etmək olar.
Xananın ünvanı onun cədvəldəki yerinə görə müəyyən olunur və kəsiş mə -
sində yerləşdiyi sətir və sütunun başlıqlarından ibarət olur. Öncə sütunun başlığı,
sonra isə sətrin nömrəsi yazılır, məsələn, A3, D6, AB19.
Xanalar diapazonu onu əmələ gətirən xanaların birincisi və axırıncısının
ünvanlarını göstərməklə verilir və ünvanlar biri-birindən iki nöqtə (:) ilə ayrılır.
Məsələn, yuxarıdakı şəkildə seçdirilmiş xanalar diapazonunun ünvanı A4:C8
olacaq.
Verilənlərin cədvəldə əsas saxlanma yeri xanalardır. Xanaya verilənləri daxil
etmək üçün öncə həmin xananı seçdirmək lazımdır. Seçdirilmiş xana qalın tünd
Sətir
Sətrin
hissəsi
Xana
Sütun
Sütunun hissəsi 
Xanalar diapazonu
3.2.
3. 
CƏDVƏL
prosessoru
93


çərçivəyə alınır. Xananı seçdirmək üçün istər siçandan, istərsə də klaviaturadan
istifadə etmək olar. 
Seçdirilmiş xanaya aktiv xana [active cell] deyilir. Aktiv xananın adı iş vərə -
qinin yuxarısında sol tərəfdə görünür. Əgər siz xanalar qrupunu seç dirmisinizsə,
ilk seçdiyiniz xana aktiv xana kimi müəyyən olunur.
Klaviaturadan daxil edilən verilənlər aktiv xanaya yazılır. Xanaya verilənləri
daxil etmək üçün aşağıdakıları yerinə yetirin:
1. Bir xananı seçdirmək üçün ya göstəricini həmin xanaya tuş layıb siça nın
sol düyməsini çıqqıldadın, ya da ox klavişlərindən istifadə edin. 
2  Ədədi (məsələn, 19, yaxud 12.3), mətni (məsələn, Şagirdlərin sayı), ya -
xud düsturu daxil edin.
Xanaya verilənləri daxil etdikdən sonra başqa xananı seçdirmək üçün siz
müəyyən klavişləri, yaxud klavişlər kombinasiyasını basa bilərsiniz. 
  . . . . . . . . . Cari xananın altındakı xananı seçdirir.
  . . . . . . . . . . . Cari xananın sağındakı xananı seçdirir. 
  . . . . Cari xananın üstündəki xananı seçdirir.
  . . . . . . Cari xananın solundakı xananı seçdirir.
Elektron cədvəl obyektlərinin seçdirilmə üsulları
• Xananı seçdirmək üçün onu siçan vasitəsilə çıqqıldatmaq, yaxud ox klavişləri vasitəsilə
kursoru həmin xanaya aparmaq lazımdır.
• Bütün sütunu seçdirmək üçün onun başlığını çıqqıldatmaq gərəkdir.
• Bütün sətri seçdirmək üçün onun başlığını çıqqıldatmaq gərəkdir.
• Xanalar diapazonunu bir neçə yolla seçdirmək mümkündür:
– siçan vasitəsilə – siçanın sol düyməsini diapazonun başlanğıc xanasında basıb
saxlamaqla son xanayadak hərəkət etdirməklə;
–  klavişini basıb saxlamaqla kursorun idarə olunması klavişləri
vasitəsilə;
– aralarında iki nöqtə qoymaqla diapazonun başlanğıc və son xanalarının ünvan-
larını klaviatura vasitəsilə yazmaqla. 
94


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə