Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

Düsturlar hesab və məntiq əməlləri ilə birləşdirilmiş operandlardan ibarətdir.
Konkret qiymət, istinad, yaxud funksiya operand ola bilər. 
Düsturlar iki cür olur: cəbri və məntiqi.
Cəbri düsturlar. Cəbri düsturlarda hesab əməllərindən («+» toplama, «–»
çıxma, «*» vurma, «/» bölmə, «^» qüvvətə yüksəltmə) istifadə olunur. Düs tur lar -
la hesablamalar zamanı riyaziyyatda hesab əməllərinin  yerinə yetirilmə ardıcıl-
lığına burada da əməl olunur: öncə qüvvətə yüksəltmə, sonra vurma və bölmə,
nə ha yət, toplama və çıxma əməlləri yerinə yetirilir. Eyni səviyyəli əməllər (məsə -
lən, vurma və bölmə) soldan sağa yerinə yetirilir. Hesab əməllərinin yerinə
yetiril mə ardıcıllığını dəyişmək üçün mötə rizələrdən istifadə olunur. Mötərizənin
içərisində olan operandlar üzərində əməllər birinci növbədə yerinə yetirilir. 
Cəbri düsturlar vasitəsilə aparılmış hesablamaların nəticələri ədədlərdir. Hər
dəfə düstura daxil olan operandları dəyişdirdikdə nəticə yenidən hesablanır və
uyğun xanada əks olunur. 
Məntiqi düsturlar. Məntiqi düstur şərtdən ibarət olur və onun doğru, yaxud
yalan olması müəyyənləşdirilir. Doğru ifadəyə «true» («doğru», 1), yalan ifadəyə
isə «false» («yalan», 0) qiyməti mənimsədilir.    
Eynitipli düsturlar. Elektron cədvəllə işləyərkən çox zaman müəyyən diapa-
zonda olan xanaları eyni struktura malik olan, ancaq dəyişənləri müxtəlif
qiymətlər alan düsturlarla doldurmaq lazım gəlir. Bu o deməkdir ki, onlar yalnız
istinadlara görə fərqlənir. Belə düsturlara eynitipli düsturlar deyilir. 
Eynitipli düsturların daxil edilməsini asanlaşdırmaq və tezləşdirmək üçün
belə bir üsuldan istifadə olunur: düstur yalnız bir xanaya daxil edilir, sonra isə
o, başqa xanalara köçürülür. 
Eynitipli düsturlara nümunələr:
Mütləq, nisbi və qarışıq ünvanlama. Eynitipli düsturlarda ən müxtəlif isti-
nadlardan istifadə oluna bilər. Elə eynitipli düsturlar ola bilir ki, bir düsturdan
=A1+5
=A1*5
=A1+B3
=A1*B3
=(A1+B3)*D2
=A2+5
=B1*5
=A2+B4
=B1*C3
=(C3+D5)*F4
=A3+5
=C1*5
=A3+B5
=C1*D3
=(D4+E6)*G5
=A4+5
=D1*5
=A4+B6
=D1*E3
=(B4+C6)*E5
Eynitipli (oxşar) düsturlar elə düsturlardır ki, onlar eyni struktura (quruluşa) malikdir
və yalnız konkret istinadlara görə fərqlənir.
3. 
CƏDVƏL
prosessoru
99


başqasına keçid zamanı istinadların müəyyən bir qismi qanunauyğun şəkildə
dəyi şilir, digər qismi isə bütün düsturlar üçün dəyişilməz qalır. 
Düsturu cədvəlin başqa yerinə köçürərkən ona daxil olan istinadların avto -
matik dəyişilməsi üsulunu müəyyənləşdirmək lazımdır. Bunun üçün nisbi, müt -
ləq və qarışıq istinadlardan istifadə olunur.
Düsturda nisbi istinaddan o halda istifadə olunur ki, o, köçürmə zamanı
dəyişilməli olsun. 
Nisbi istinad adi formada yazılır, məsələn, F3, yaxud E7. Köçürmədən
sonra düsturun köçürüldüyü bütün xanalarda həm sütunun hərfi, həm də
sətrin nömrəsi köçürülməyə uyğun olaraq dəyişilir.
• Düsturda mütləq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı
onun hər iki hissəsi – sütunun hərfi və sətrin nömrəsi dəyişilməsin.
Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $
simvolu qoyulur, məsələn, $F$3, yaxud $E$7. Köçürmə zamanı düstur
bütün xanalarda dəyişilməz yerləşdiriləcək.
• Düsturda qarışıq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı
onun iki hissəsindən biri – ya sütunun hərfi, ya da sətrin nömrəsi dəyi şil -
sin. Bu zaman $ simvolu istinadın yalnız dəyişil məz qalacaq hissəsinin
qabağına qoyulur. Məsələn, $F3, yaxud E$7.
1. Cədvəl prosessorunu başladın.
2. Yeni sənəd (iş kitabı) yaradın.
3. Cədvəli nümunəyə uyğun doldurun.
4.  E3 xanasını seçdirin. Klaviaturadan =b3+c3+d3 daxil edin. Diqqət edin ki,
yazdığınız düstur həm xanada, həm də düstur zolağında (Formula Bar) görünür.
Ç a l ı ş m a
100


5.  klavişini basın, yaxud düstur zolağındakı 
Enter düyməsini çıqqıl-
dadın. Düsturun nəticəsi, 50313 ədədi E3 xanasında görünəcək.
6.  E3 xanasını çıqqıldadın. Diqqət edin ki, düstur hələ də düstur zolağında
görünür.
7. E4 xanasını çıqqıldadın. Klaviaturadan daxil edin. Sonra B4 xanasını çıqqıl-
dadın. Diqqət edin ki, B4 xanasına istinad işarəsindən sonra həm düstur
zolağında, həm də E4 xanasında görünür.
8. Klaviaturadan daxil edin və sonra C4 xanasını çıqqıldadın. daxil edin və
D4 xanasını çıqqıldadın. Həm xanada, həm də düstur zolağında =B4+C4+D4
düsturu görünəcək.
9.   klavişini basın, yaxud düstur zolağındakı Enter düyməsini çıqqıl-
dadın. Düsturun nəticəsi, 51476 ədədi E4 xanasında görünəcək. 
10. B4 xanasını qoşa çıqqıldadın. Mövcud məbləği 16750 edin. Sonra 
klavişini basın. Diqqət edin ki, E4 xanasındakı nəticə dəyişərək, 50476 olacaq.
11.  E5 xanasını seçdirin. Klaviaturadan =b4+c4+d4 düsturunu daxil edin və
sonra   klavişini basın. E5 xanasında 50476 nəticəsi görünəcək.
Diqqət edin ki, görünən məbləğ E4 xanasındakı ilə eynidir, çünki hər iki xana
eyni bir düsturla hesablanır.
12. E5 xanasını qoşa çıqqıldadın və düsturdakı B4 istinadını b5 ilə əvəz edin.
 klavişini basın.
13.  E5 xanasını çıqqıldadın,  klavişini basın və düsturdakı ikinci istinadı
C4-dən c5-ə dəyişin.
14. Düstur zolağını çıqqıldadıb üçüncü istinadı (D4)  d5 ilə əvəzləyin. Sonra
 klavişini basın. E5 xanasında 56866 nəticəsi əks olunacaq.
15.  E6 xanasını çıqqıldadın və klaviaturadan daxil edin. Sonra B6 xanasını
çıqqıldadın,  daxil edin, C6 xanasını çıqqıldadın, daxil edin və D6
xanasını çıqqıldadın.  klavişini basın və E6 xanasında görünən
ədədə baxın. Siz 64597 nəticəsini görəcəksiniz.
3. 
CƏDVƏL
prosessoru
101


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə