Ia9 -fesil-1: 9 qxd


Sətrin hündürlüyünün və sütunun eninin dəyişdirilməsi



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

Sətrin hündürlüyünün və sütunun eninin dəyişdirilməsi. Daxil edilən ədə -
din uzunluğu xananın (sütunun) enindən böyükdürsə, xanada ədədin yerinə
«diyez» işarələri (######)  görünəcək. Əgər daxil edilən ədəd mətndirsə, onda
ekranda mətnin yalnız bir hissəsi (xananın eninə yerləşən) görünəcək. Xanada
görünən simvolların sayı təkcə xananın enindən deyil, həm də seçilmiş şriftdən
və onun ölçüsündən asılı olur.
Bu sadalanan hallar baş verdikdə sütunun enini artırmaq zərurəti yaranır.
Bunu iki yolla etmək olar:
•  Format Column AutoFit Selection menyu  koman da  sını  seçmək,
ya xud  Format Column Width komandasını seçmək və açılan dialoq
boksunda lazım olan qiyməti göstərmək;
• Siçanın göstəricisini iki sütunun adlarının arasında yerləşdirmək (göstəri-
ci formasını dəyişəcək) və onun sol düyməsini basılı saxlamaqla sütunun
sərhədini lazım olan istiqamətə hərəkət etdirmək.   
Sətrin hündürlüyünün dəyişdirilməsi də eyni qaydada yerinə yetirilir.
Excel cədvəl proqramında obyektlərin fonunu rəngləmək, yaxud fona hər
hansı naxış salmaq imkanı da vardır.
3. 
CƏDVƏL
prosessoru
111


1.Cədvəl prosessorunu başladın və yuxarıdakı nümunəyə uyğun olaraq Mək təblər.xls
faylını yaradın.
2. B4-dən B8-dək xanaları doldurun. 
3. Siçanın göstəricisini sütununun başlığının sağ tərəfindəki sərhəd xəttinin
üzərinə aparın. Göstərici ikibaşlı ox şəklini aldıqda sərhəd xəttini tutub sağ
tərəfə dartmaqla sütunu genişləndirin.
4. sütununu seçdirmək üçün onun başlığını çıqqıldadın. 
5.  Format menyusunu açın və Column, sonra isə AutoFit Selection bəndini
seçin. Excel avtomatik olaraq sütunu elə genişləndirəcək ki, həmin sütunun
xanalarındakı yazılar tam görünsün.
6. sətrini seçdirmək üçün onun başlığını çıqqıldadın.
7.  Format menyusunu açın və Row, sonra isə Height bəndini seçin. Açılan
dialoq boksunda hündürlüyü 25 edin və OK düyməsini çıqqıldadın. 
8. sətrinin o biri sətirlərdən iki dəfə hündür olduğunu görəcəksiniz.
9. İş vərəqinin hər hansı yerini çıqqıldatmaqla sətrin seçdirməsini ləğv edin. 
Dəyişiklikləri yazıb saxlayın və faylı qapadın.
.
1. Excel proqramında aşağıdakı cədvələ uyğun öz dərs cədvəlinizi  yaradın.
Ç a l ı ş m a   – 2
Ç a l ı ş m a   – 1
112


2. Cədvəlin adını (DƏRS CƏDVƏLİ) onun üstündə ortadan yerləşdirmək üçün
A1:G1 xanalar diapazonunu seçdirin. Format Cells menyu komandasını se -
çin.
3. Açılan dialoq boksunda Alignment bölməsinə keçin. Merge cells (Xana la rın
birləşdirilməsi) parametrini qeyd etdikdə həmin xanalar birləşərək tək A1 xa -
nasını əmələ gətirəcək.
4. Xananın içində yazıları ortadan yerləşdirmək (mərkəzə düzləndirmək) üçün
Text alignment bölümündəki Horizontal siyahısından Center sət rini  seçin.
5. Cədvəldə olan sütunların və sətirlərin ölçülərini tənzimləyin.
6. B3:G3 xanalar diapazonunu seçdirin. Format Cells dialoq boksunun Patterns
bölməsinə keçin. Oradan istədiyiniz rəngi (məsələn, mavi) seçin. OK düyməsi-
ni çıqqıldatdıqda seçdirdiyiniz xanalar həmin rəngə boyanacaq və xanalar
arasındakı xətlər itəcək.  
7. Xanaların ətrafında çərçivələr qoymaq üçün həmin xanaları seçdirin və dialoq
boksunun Borders bölməsinə keçin.
3. 
CƏDVƏL
prosessoru
113


Outline-ni seçərsinizsə, seçdirdiyiniz sahənin yalnız qıraq (kontur) xətləri
çəkilə cək, daxili xətlər isə göstərilməyəcək. Inside-ni seçərsinizsə, yalnız da -
xili xətlər görünəcəkdir. Həm daxili, həm də kontur xətlərinin olmasını
istəyirsinizsə, hər iki halı seçin. 
8. Cədvəlin B4:G9 xanalarını sarı rənglə boyayın.
1. Sənədin formatlanması nə deməkdir?
2. Xananın formatlanması hansı parametrlərlə xarakterizə olunur?
3. Formatlanmadan istifadə edib aşağıdakı elektron cədvəli yaradın.
114


4
İNFORMASİYA
CƏMİYYƏTİ
CƏMİYYƏTİN İNFORMASİYALAŞDIRILMASI
Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət,
informasiyaya sahib olmaq uğrunda çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində
insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən
çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı.
İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan
malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o,
müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutu-
lan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə –
informasiya inqilablarına gətirib çıxardı.
Bəşəriyyət, onun inkişafına daha çox təsir edən və informasiya inqilabı ad -
lanan dörd mərhələdən keçmişdir.
Birinci mərhələdə yazının meydana gəlməsi nəticəsində bilikləri saxlayaraq,
gələcək nəsillərə ötürmək imkanı yarandı.
4.1.


İkinci mərhələ (XVI əsrin ortaları) kitab çapının ixtirası ilə bağlıdır. Bu inqi-
lab nə ti cə sində informasiyanın saxlanılmasının tamamilə yeni bir üsulu yarandı.
İnsan informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq üçün yeni bir vasitə
əldə etdi. 
Bu vasitə mənəvi və mədəni dəyərləri böyük kütlələrə çatdırmağa imkanı
verdi.
Üçüncü mərhələ (XIX əsrin sonu) elektrik cərəyanının kəşfi ilə bağlıdır.
Teleqraf, telefon və radio yarandı. Onlar informasiyanı ixtiyari həcmdə və yük-
sək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi. İnfor masiya-kommu-
nikasiya vasitələri yarandı.
116


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə