Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə24/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

3. 
CƏDVƏL
prosessoru
95
Əgər siz qiyməti A1 xanasına daxil edib, 
klavişini bassanız,
Microsoft Excel onun altındakı xananı, yəni A2 xanasını seçdirəcək. 
Əgər siz qiyməti A2 xanasına daxil edib,  klavişini bassanız, Microsoft
Excel onun sağındakı xananı, yəni B2 xanasını seçdirəcək. 
1. 
Alətlər zolağındakı New Blank Document düyməsini çıqqıldadın. Book2
adlı yeni iş kitabı açılacaq.
2. A3 xanasını seçdirin.
3. Klaviaturada Sıra yazın. Diqqət edin ki, sizin yığdığınız mətn xanada və düs-
tur zolağında görünür.
4.  klavişini basın. Daxiletmə nöqtəsi üçüncü sətrin növbəti xanasına (B3)
keçəcək. Təhsil qurumu yazın.
5.  klavişini basın və Yaradıldığı il yazın. Yenə  klavişini basın və
Şagirdlərin sayı yazın.  klavişini basın. Daxiletmə nöqtəsi dördüncü
sətrin birinci xanasına (A4) keçəcək.
6.  A3 xanasını çıqqıldadın. Sıra  yazısı həm xanada, həm də düstur zolağında
görünəcək. Siçanın göstəricisini düstur zolağında Sıra sözünün sonuna aparın
və siçanın sol düyməsini çıqqıldadın.
7. Boşluq (Spacebar) klavişini basın və yazın.  klavişini (yaxud yaşıl
qeyd işarəsini) basın. Düstur zolağında və A3 xanasında dəyişiklik olacaq. 
8. B3 xanasına keçin. Orada Təhsil qurumu yazısı görünür. Məktəbin adı yazın
və   klavişini basın. Xananın içindəki yazı sizin yeni daxil etdiyiniz
yazı ilə əvəzlənəcək.
9. C3 xanasını çıqqıldadın. Orada Yaradıldığı il yazılıb.   klavişini basın.
Diqqət edin ki, daxiletmə nöqtəsi indi xanada mətnin sonuna keçəcək. 
10.  klavişindən istifadə edib mövcud mətni silin və Yaranma ili
yazın.   klavişini basın. Xananın içindəki yazı sizin yeni daxil
etdiyiniz yazı ilə əvəzlənəcək və altdakı C4 xanası aktivləşəcək.
Ç a l ı ş m a


96
11.  A4 xanasına keçmək üçün iki dəfə  klavişini basın. yazıb,
 klavişini basın. Altdakı A5 xanası aktivləşəcək.
12. Hər nömrədən sonra  klavişini basmaqla aşağıdakı ədədləri yazın. 
5
3
4
5
13. sütununu seçdirmək üçün uyğun hərfi çıqqıldadın. Diqqət edin ki, sütunun
birinci xanasını çıxmaqla qalan xanalar seçdiriləcək (tutqunlaşacaq), çünki
birinci xana indi aktiv xanadır.
14. 5-ci sətri seçdirin. yazın və diqqət edin ki, sizin yeni daxil etdiyiniz yazı A5
xanasındakı yazını əvəzləyəcək.
15. İş vərəqinə Məktəblər adını verməklə yazıb saxlayın. 
1. Elektron cədvəlin obyektlərini sadalayın.
2. Xanalar, sətirlər və sütunlar necə tanınır? 
3. Xanalar diapazonunun ünvanı necə verilir?
4. Aktiv xana nədir?
5. Aşağıdakı nümunəyə uyğun olaraq sinfiniz haqqında cədvəl qurun.
6. İstədiyiniz mövzuda elektron cədvəl yaradın.


ELEKTRON CƏDVƏL VERİLƏNLƏRİ. DÜSTURLAR
Cədvəl prosessorlarında müxtəlif tipli verilənlərlə – simvollarla (mətnlərlə),
ədədlərlə, məntiqi və tarixi göstərən verilənlərlə işləmək imkanı vardır. Bu və ya digər
xana üzərində hansı əməliyyatların aparıla bilməsi həmin xanadakı verilə nin tipindən
asılı olur. Tutaq ki, xanada 28051918 rəqəmləri yazılıb. Bəs cədvəl prosessoru onları
necə qəbul edəcək? Əgər mətn formatı qoyulmuşsa, onda həmin rəqəmlər 2, 8, 0, 5,
1, 9, 1, 8 simvollarının ardıcıllığı kimi «başa düşüləcək». Əgər ədədi format qoyul-
muşsa, onda elektron cədvəl xanada yazılanı ədəd kimi qəbul edəcək. Xanaya tarix
formatı təyin olunmuşsa, xanadakı rəqəmlər 28 may 1918 tarixi kimi qəbul ediləcək.
Mətn verilənlər tipi. Mətn verilənləri müəyyən simvollar yığınıdır. Onun
birinci simvolu hərf, dırnaq işarəsi, apostrof, yaxud boşluq simvoludursa, eləcə
də simvolların içərisində həm rəqəmlər, həm də hərflər vardırsa, onda belə yazı
mətn kimi qəbul edilir. 
Simvol verilənləri üzərində əməliyyatlar mətn prosessorunun obyektləri üzə -
rin dəki əməliyyatlar kimidir. 
Ədədi verilənlər tipi. Ədədi verilənlər onluq nöqtə ilə ayrıla bilən rəqəmlər
ardıcıllığıdır. O, rəqəm, ədədin işarəsi (+ və ya  – ), yaxud onluq nöqtə ilə başlana bilər.
Elektron cədvəldə ədədi verilənlər üzərində cürbəcür riyazi əmə liy yatlar aparmaq olar.
Unutmayın ki, cədvəl xanasında saxlanılan rəqəmlər ardıcıllığı dırnaq işarəsilə
başlanırsa, ədəd kimi görünməsinə baxmayaraq, onlardan hesablamalarda istifadə
etmək olmaz. İstənilən mətn verilənləri həmişə sıfır kimi qəbul olunur.
Xanada olan verilənlərin mətn, yaxud ədəd olduğunu belə mü əyyənləşdirmək olar:
əgər yığımdan sonra xanadakı qiy mə ti cədvəl prosessoru mətn kimi qəbul edirsə, onda
da xil et mənin  sonunda  ( klavişi basıldıqdan son ra) on lar 
avtomatik olaraq xananın sol qırağına nəzərən düzləndirilir.
Ədəd kimi qə bul edi lən verilənlər isə daxiletmədən sonra xana -
nın sağ qırağına nəzərən düz lən di r ilir.
3.3.
Mətn
12.5
.0123
0.0123
\456
-456
Ədədi verilənlərə örnəklər:
232.5
–13.7
.546
+100
Mətn (simvol) verilənlərinə örnəklər:
Dərs cədvəli
“236
9 A sinfi
001
3. 
CƏDVƏL
prosessoru
97


Məntiqi verilənlər tipi. Məntiqi verilənlərdən məntiqi düsturlarda və
funksiyalarda istifadə olunur. Bu tip verilənlər xanada belə əks olunur: əgər sıfır-
dan fərqli istənilən ədəd (tam, yaxud kəsr) daxil edilirsə, onda  klavişini
basdıqdan sonra xanada True [doğru] qiyməti çıxacaq. Sıfır uyğun xanada False
[yalan] kimi əks olunacaq.
Verilənlərin belə göstərilməsi məntiq cəbrində istifadə olunan məntiqi dəyi -
şən anlayışı ilə bağlıdır. 
Tarix verilənlər tipi. Bu verilən tipindən tarixə ədəd əlavə edilməsi, iki tari -
xin fərqinin hesablanması, yaxud tarixin geriyə və ya irəliyə yenidən sayılması
kimi funksiyaların yerinə yetirilməsi zamanı istifadə olunur. Ədədlərin tarixə
çev ril mə si verilmiş formatdan asılı olaraq avtomatik baş verir. Cədvəl prosessoru
daxil edilən ədədləri tarix kimi bir neçə formada göstərməyə imkan verir.
Məsələn,
28 aprel 2008
Aprel 2008
Aprel
28.04.2008
04.2008
28 aprel
Düsturlar.  Elektron cədvəl, ilk növbədə, hesablamaları avtomatlaşdırmaq
üçün nəzərdə tutulub. Bu məqsədlə cədvəlin xanasına düsturlar daxil edilir.
Düsturda ədədi verilənlər, əməl işarələri, müxtəlif funksiyalar, eləcə də cəd-
vəl obyektlərinin ünvanları ola bilər. Xanaların ünvanları olan düsturları riyazi
tənliklərlə müqayisə etmək olar: orada xanaların ünvanlarının yerinə dəyişən-
lərdən istifadə olunur.
Düsturlarda istifadə olunan ünvanlara istinadlar deyilir. İstinadlar elektron
cədvəlin ixtiyari xanalarını bir-birilə əlaqələndirməyə və cədvəl verilənlərinin
lazım olan emalını həyata keçirməyə imkan verir.
İstinad düsturun yazılışında istifadə olunan obyektin (xananın, sətrin, sütunun, xa -
nalar diapazonunun) ünvanıdır. 
İstənilən düsturun daxil edilməsi bərabərlik işarəsi ( = ) ilə başlanır. Bu işarə olmazsa,
daxil edilən düstur mətn kimi qəbul ediləcək. 
98


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə