Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə22/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

84
6.  klavişindən istifadə etməklə mətnin başqa iki fraqmentini seçdirin.
Həmin fraqmentlər üçün şrifti belə dəyişdirin: Comic Sans MS, 20 pt, yaşıl,
konturlu.
Hər sənəd faylda saxlanıla, ekranda göstərilə, kağızda çap oluna bilər. Özü də
sənəd ekranda necə görünürsə, kağızda (fiziki səhifədə) da elə çap olunacaq. 
Fiziki səhifədə həmişə sənədin obyektlərini yerləşdirmək üçün sahə ayrılır.
Bu sahə məntiqi səhifə adlanır.


Çap vərəqinin ölçüləri millimetrlə ölçülür. Azər bay can da təməl ölçü olaraq,
keçmiş Sovet İttifaqında olduğu kimi, ölçüsü  841
×1189 mm olan və formatı
A0 adını almış vərəq götürülür. Ondan alınan daha kiçik formatlar A1A2, ...
A8 adlanır və hər bir format özündən əvvəlkini yarıya bölməklə alınır.
Müasir kargüzarlıqda A4 (210 mm 
× 297 mm) əsas format kimi qəbul olunub.
Xüsusi hallarda geniş cədvəlləri vermək üçün A3 (297 mm 
× 420 mm) formatlı
vərəqlərdən istifadə olunur.
2.
ELEKTRON
sənəd
85


İstənilən tətbiqi proqramda sənədin səhifəsinin formatlanması, adətən, aşağı-
dakı parametrlərin quraşdırılmasını nəzərdə tutur: 
səhifənin (vərəqin) ölçüsü; 
sə hi fənin  istiqaməti;
boş sahələr;
kolontitullar.
Səhifənin istiqaməti kağız vərəqin fəzada vəziyyətini təyin edir. İki cür istiqa -
mət var: kitab və albom (portret və mənzərə).
Sahələr əlavə informasiyalar (haşiyələr, kolontitullar və s.) yerləşdirmək üçün
fiziki səhifənin hissələridir. Adətən, sol və sağ sahələr boş qalır, onlar doldurul-
mur. Yuxarı və aşağı sahələrdə kolontitullar yerləşir.
Kolontitul (fransısca “colonne” – sütun və latınca “titulus” – başlıq, yazı)
səhifənin yuxarı və aşağı sahələrində yerləşdirilən xidməti informasiyadır.
Məsələn, bu, müəllifin adı, əsərin, bölmənin, fəslin, paraqrafın adı, tarix, səhi -
fənin nömrəsi və s. ola bilər. Belə elementlər böyük həcmli sənədlərlə işi asan-
laşdırır və çap olunandan sonra kitabın rahat oxunmasını təmin edir.
kitab
(portret)
albom
(mənzərə)
86


1. Hər hansı mətn sənədini açın.
2. File Page Setup menyu komandasını yerinə yetirin.
3. Layout səhifəsində Different odd and even yoxlama boksunu qeyd edin. Bu onu
göstərir ki, tək və cüt nömrəli səhifələrin kolontitulları fərqli olacaq. 
Ç a l ı ş m a
2.
ELEKTRON
sənəd
87


4. View Header and footer menyu komandasını yerinə yetirin.
5. Tək nömrəli səhifənin yuxarı kolontitulunun sahəsini tapın və orada
Maket 1 yazın.
6. Cüt nömrəli səhifənin aşağı kolontitulunun sahəsində  klavişini ba -
sın və sətrin ortasında öz soyadınızı yazın. 
7. Kolontitulla iş panelini qapadın. Sənədə baxın və kolontitullarda təkrar-
lanan mətni tapın.
1. Kompüterdə sənədin hazırlanması hansı mərhələlərdən keçir?
2. Mətnin redaktəsi nə deməkdir və ona hansı əməliyyatlar aiddir?
3. Mətnin formatlanması nə deməkdir və ona hansı əməliyyatlar aiddir?
4. Məntiqi səhifə nədir və o, hansı hissələrdən ibarətdir?
5. Mətn redaktorunda hər hansı mətn yazın və onu formatlayın.
88


CƏDVƏL PROSESSORUNUN TƏYİNATI 
Verilənləri normal qavramaq üçün tez-tez cədvəllərdən istifadə olunur.
Cədvəl formasında verilmiş informasiyanı əks etdirmək və emal etmək üçün
nəzərdə tutulmuş tətbiqi proqramlara elektron cədvəllər deyilir.  Bəzən cədvəl
prosessoru terminindən də istifadə olunur. Elektron cədvəlin iş sahəsi quruluş
baxımından şahmat taxtasını xatırladır. O, hər birinin öz adı olan sətir və sütun-
lardan ibarətdir.
Cədvəl prosessorunun işinin nəticəsi cədvəl, yaxud diaqram şəklində olan
sənəddir. Məsələn, cədvəl prosessorunda sinif  jurnalını aparmaq olar. Müəllimlər
orada şagirdlərin qiymətlərini yaza bilər, hazır düsturlar isə hər şagird üçün orta
balı, sinfin hər fənn üzrə ümumi nailiyyətlərini hesablamağa imkan verər. Hər
dəfə müəllim yeni qiymət yazdıqda cədvəl prosessoru bütün nəticələri avtomatik
olaraq yenidən hesablayacaq.                                      
Cədvəl prosessorunun xarakterik özəlliyi ondadır
ki, orada verilənlər və he sab lamaların nəticələri cəd-
vəl formasında verilir. Əyanilik üçün həmin verilən-
ləri diaqram kimi qrafik şəkildə də göstərmək olar.
Öz kağız sələfi ilə müqayisədə cədvəl prosessoru
istifadəçiyə işləmək üçün daha çox imkanlar verir.
Cədvəl prosessoru kompüterdə cədvəl formasında – elektron cədvəl şəklində ver-
ilmiş informasiyalarla işləmək üçün nəzərdə tutulub.
3.1.
3
CƏDVƏL
PROSESSORU


Cədvəlin xanalarına təkcə ədədlər, tarixlər və mətnlər deyil, həm də məntiqi
ifadələr, funksiyalar və düsturlar yazmaq olar. Düsturlar ilkin verilənlərin dəy-
işilməsi zamanı ani olaraq yenidən hesablama aparmağa və uyğun xanaya yeni
nəticəni yazmağa imkan verir. 
İlk cədvəl redaktoru 1979-cu ildə yaradılmış VisiCalc olmuşdur. Sonradan
bazara bu sinifdən olan çoxlu məhsullar çıxarılmışdır: SuperCalc, Microsoft
MultiPlan, Quattro Pro, Lotus 1-2-3, Microsoft Excel, OpenOffice.org Calc.
Hazırda cədvəl strukturuna malik sənədlərlə işləmək üçün ən populyar vasitə -
lərdən biri Microsoft Office paketinə daxil olan Microsoft Excel proqramıdır.
Excel 2003 proqramının başladılması. Kompüterdə quraşdırılmış digər pro-
qramlar kimi, Excel 2003 proqramını da başlatmağın ən asan yolu Windows sistemi-
nin Start menyusundan istifadə etməkdir. Bunun üçün aşağıdakı addımlar atılmalıdır:
1. Windows sisteminin Start menyusunu açmaq üçün tapşırıqlar zolağındakı
Start düyməsini çıqqıldadın.
2. Start menyusunun yuxarı hissəsindəki All Programs elementini seçin.
3. Açılan yeni menyudan Microsoft Excel 2003 bəndini seçin.
Axırıncı bənddən sonra Excel 2003 proqramı yüklənməyə başlayacaq, ekrana
proqramın baş pəncərəsi çıxacaq və boş iş kitabı açılacaq.
VisiCalc – ilk elektron cədvəl proqramı
Elektron cədvəl ideyasını ilk dəfə amerikalı alim Riçard Mattessiç
1961-ci ildə “Budgeting Models and System Simulation” adı altın-
da çap etdirdiyi araşdırmasında formalaşdırıb. Konsepsiya 1970-ci
ildə Pardo və Landau tərəfindən genişləndirilib.
1979-cu ildə Den Briklin (1951) əfsanəvi VisiCalc proqramını
yaratmaqla (Bob Frenkstonla (1949) birlikdə)  elektron cədvəl pro-
qramlarının əsasını qoydu. Apple II kompüteri üçün hazırlanmış bu
cədvəl redaktoru fərdi kompüterləri texnofillər üçün ekzotik oyun-
caqdan biznes üçün kütləvi alətə çevirdi.
90


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə