Ia9 -fesil-1: 9 qxd


MƏTN SƏNƏDİ VƏ ONUN OBYEKTLƏRİ



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

MƏTN SƏNƏDİ VƏ ONUN OBYEKTLƏRİ
Kompüterdən ən geniş istifadə olunan sahələrdən biri mətnlərin hazırlan-
masıdır. Mətnlər hazırlanarkən çox zaman bir neçə dəfə dəyişdirilir. Kağızda
edilən hər hansı dəyişikliyin izi qalır və buna görə də  istənilən kompüterdə
mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları quraşdırılıb. 
Mətn redaktorunda hazırlanmış istənilən mətnə, ona daxil edilmiş mətn
olmayan materiallarla birlikdə sənəd [document] deyilir.
Mətn prosessorunda işə başlamamışdan öncə onun istifadə etdiyi obyektlər
haqqında müəyyən təsəvvürlərə malik olmaq lazımdır. Bununçün mətn sənədi
obyektlərinin təsnifatı ilə tanış olaq.
Sxemdən göründüyü kimi, mətn sənədinin obyektləri iki səviyyə üzrə qrup -
laşır. Birinci səviyyədə obyektlər yaradıldığı mühitə görə iki qrupa bölünür:
mühitin öz obyektləri və yerləşdirilmiş obyektlər.
Mühitin obyektləri sənədin elə obyektləridir ki, onların yaradılması, redaktəsi
və formatlanması üçün başqa bir proqram çağırmağa lüzum qalmır.
Mühitin öz obyektləri
(mətn redaktorunun özündə ya radılmış)
Yerləşdirilmiş obyektlər 
(digər tətbiqi proqramlarda yaradılmış)
Cədvəl
Vektor rəsmi
Düstur
Mətn,  Abzas,  Sətir,  Simvol
Verilənlərin seçilməsi
Cədvəl
Diaqram
Rəsm, şəkil
MƏTN SƏNƏDİNİN OBYEKTLƏRİ
2.1.
2
ELEKTRON 
SƏNƏD


Yerləşdirilmiş obyektlər elə obyektlərə deyilir ki, onlar ilkin olaraq başqa
proq ram mühitində yaradılır.
Təsnifatın ikinci səviyyəsinin əsasını obyektin növü təşkil edir. Mətn redak-
torunda yaradılan obyektləri gözdən keçirək. Öncə “mətn” alt-sinfinin obyekt -
lərinə baxaq. Mətndə aşağıdakı obyektlər seçdirilə bilər: simvol, söz, sətir,
abzas, səhifə.
Simvol obyektinin əsas parametrləri bunlardır: yazılış şəkli, keql, rəng.
Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur:
• Normal
• Kursiv (Italic)
• Qalın (Bold)
• Qalın kursiv (Bold Italic)
Mətndə kursivdən yumşaq vurğulama vasitəsi kimi istifadə olunur. Oxucunun
diqqətini nəyəsə cəlb etmək üçün, yaxud nəyəsə xüsusi münasibət bildirmək
üçün kursiv şəkli daha münasibdir.
Qalın yazılış şəklindən güclü vurğulama vasitəsi kimi, məsələn, dönməz
möv qeyi, yaxud möhkəm iradəni bildirmək üçün istifadə olunur. Eləcə də, bu
şəkildən sənədin tərtibatı zamanı başlıqlarda istifadə olunur.   
Yerləşdirilmiş mühitlə bağlı belə bir bənzətməyə
baxaq. Mənzil şə hər sa ki ninin yaşayış mühitinin
bir hissəsidir. Burada olan hər şey – me bel və
qab-qacaq, geyim və ayaq qabı, işıqlandırma və
məişət cihazları onun üçün nəzərdə tutulub.
Şəhərlər meydana gəl 
mə 
miş 
dən qabaq insan,
əsasən, canlı tə 
biətlə əhatə olunmuşdu. Şəhər 
-
lilə rin çoxu heyvan və bitki aləmi ilə ünsiyyətdə
olmadığına görə darıxır. Onlar öz mənzillərində
hər hansı bitki, yaxud balıq saxlamaq istəyirlər.
Ancaq çiçək dö şə mədə, yaxud masanın üstündə
bitə bilməz. Normal həyat üçün ona alışdığı mü -
hit – torpaq gərəkdir. Çiçəyin mənzildə yetiş 
-
dirilməsi üçün dibçək əldə etmək, onu torpaqla doldurmaq və çiçəyi ora əkmək lazımdır.
Beləliklə, bir mühitin (şəhər mənzili) daxilində obyektin (çiçəyin) mövcudluğunu təmin
edən başqa mühitin fraqmenti (torpaq) meydana çıxır.     
78


2.
ELEKTRON
sənəd
79
Keql sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə
bərabərdir. Bir sıra standart keqllər vardır. Onlardan bir neçəsi aşağıda göstərilib:
12 Keql şriftin ölşüsüdür
18 
Keql şriftin ölşüsüdür
24 
Keql 
şriftin ölşüsüdür
36 
Keql 
şriftin ölşüsüdür
48 
Keql 
şriftin ölşüsüdür
60 
Keql 
şriftin ölşüsüdür
72 
Keql 
şriftin ölşüsüdür
UNICODE
Kompüterlər yalnız ədədlərlə işləyə bilir və onların yaddaşda hərf -
ləri və ya başqa simvolları saxlaya bilməsi üçün həmin simvolların
hər birinə uyğun bir ədəd qoyulmalıdır. Əvvəllər simvolların belə
kodlaşdırılması üçün yüzlərlə müxtəlif sxem var idi. Ancaq onların
heç biri lazımi simvolların hamısını göstərə bilmirdi. Hətta bir dil
üçün belə bütün hərfləri, punktuasiya işarələrini və texniki simvol-
ları əhatə edən vahid kodlaşdırma sistemi yox idi.
Buna görə də planetimizdəki mövcud əlifbaları əhatə etmək üçün yeni kodlaşdırma sxe -
mi nin işlənib hazırlanmasına ehtiyac yarandı. Nəticədə, Unicode (“yunikod” kimi tələffüz
olunur) meydana çıxdı.
Unicode mürəkkəb obyektdir. Onun uzun sürən işlənib hazırlanma prosesində dünyanın
hər yerindən dilçilər və kompüter mütəxəssisləri iştirak etmişlər. Unicode yanaşmasının
mahiyyəti ondan ibarətdir ki, hər bir simvol 16 bitlik ədədlə göstərilir. Bu isə o deməkdir
ki, hər bir simvolu iki baytla vermək olar. Bu qayda ilə 65 536 işarə və ya simvol  kod-
laşdırmaq olur. Unicode kodlaşdırmasında platformadan, proqramdan, dildən asılı olma-
yaraq, istənilən simvola unikal kod mənimsədilir. 


Rəng. Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur.
Simvol, xətt və s. kimi bircins strukturlu obyektlər yalnız bir rənglə boyanır.
Mürəkkəb strukturlu obyektlərdə isə (məsələn, avtofiqur, xana, sahə və s.) xəttin
(sərhədin) və fonun rəngləri fərqləndirilir. 
Simvol bu əsas parametrlərlə yanaşı, effekt, sürüşmə və kerninq kimi para-
metrləri ilə də xarakterizə olunur.
Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən
çox istifadə olunan effektlər cədvəldə göstərilib.
Sürüşmə  simvolun sətrin təməl xəttinə görə yerini müəyyən edir. İki növ
sürüşmə olur: aşağı və yuxarı.
Təməl xəttə nəzərən yuxarı sürüşmə
Təməl xəttə nəzərən aşağı sürüşmə
Kerninq simvollararası intervaldır. Bu parametr üç qiymət alır: normal,
genişlənmiş, sıxılmış. 
İnterval
Sıxılmış [Condensed]
İnterval
Normal [Normal]
İ n t e r v a l
Genişlənmiş [Expanded]
Adətən, kerninqin normal qiyməti verilmiş şriftin şəklinə görə avtomatik
müəyyən olunur. Kerninqin qiymətini dəyişdirmək olar.  
80


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə