Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

1. Cədvəl prosessorunda istifadə olunan verilənlər tiplərinin adlarını və onların
özəlliklərini deyin.
2. Elektron cədvəldə istinad nədir və o, ünvandan nə ilə fərqlənir?
3. Düsturlarda nisbi ünvanlama nədir? Misallar göstərin.
4. Düsturlarda mütləq ünvanlama nədir və onlar necə işarə olunur? Misallar gös -
tərin.
5. Düsturların köçürülmə qaydasını söyləyin. 
6. A2 xanasına x dəyişəninin, B2 xanasına y dəyişəninin,  C2 xanasına  z  dəyişəninin
qiymətilərini  daxil edin. (x+y)*2+3*z  riyazi ifadəsinin qiymətini elektron cədvəlin
D2 xanasında alın. Bunun üçün D2 xana sında həmin düsturu yazın. x, y, z dəyişən-
lərinə müxtəlif qiymətlər verməklə D2 xanasında qiymətin dəyişilməsini izləyin.
7. Aşağıdakı nümunəyə uyğun cədvəl yaradın. Düsturdan istifadə etməklə şa gird -
lərin yaşını hesablayın.
8.  A2 xanasında avtomobilin sürətini, B2 xanasında onun yola sərf etdiyi zamanı
göstərin. C2 xanasında düstur vasitəsilə avtomobilin getdiyi yolu hesablayın (s=
v*t).
B2 xanasının qiymətini 2, 3, 4 dəfə artırın. C2 xanasının qiyməti  necə dəyişir?
9. Aşağıdakı elektron cədvəli yaradın. B3, B7, C3, D7 xanalarında ədəd lər yer-
ləşmişdir. C3 xanasına =4*B3, D3 xanasına =B3*B3, E7 xanasına =B7+C7+D7,
F7 xanasına =B7*C7/2 düsturlarını yazın. B3, B7, C7, D7 xanalarındakı ədədləri
dəyişdirin və düsturlarla hesab lanan qiymətlərin dəyişilməsini izləyin.
10. Alman alimi Q.Farengeyt 1724-cü ildə onun adı ilə bağlı temperatur şkalasını
tək lif etmişdir. Farengeyt temperatur şkalası ilə Selsi temperatur şkalası arasın-
da münasibət belədir:
Farengeyt şkalası ilə ölçülmüş tem-
peraturu Selsi şkalasına uyğun temperatura çevirmək üçün cədvəl qurun.
102


DİAQRAMIN YARADILMASI VƏ REDAKTƏSİ
Elektron cədvəlin başqa bir obyekti diaqramdır. Diaqram  verilənləri qrafik
formada təsvir etmək üçün nəzərdə tutulub. Bir sətirdə, yaxud bir sütunda yer-
ləşmiş verilənlərə sıra deyilir. Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra
isə diaqramın tipini seçmək lazımdır. Hər bir diaqram bir neçə parametrlə xarak-
terizə olunur: ad, tip, sahə, yerləşdirmə.
Ad. Hər bir diaqrama ad verilir və o, həmin adla elektron cədvəlin tərkibinə
daxil olur.
Tip. Cədvəl prosessorunda çeşidli diaqramlar qurmaq mümkündür. Aşağıda
əsas diaqram tipləri göstərilib. 
Bunlardan bir neçəsi ilə tanış olaq.
• Xətti diaqramlar [line chart] sizə müxtəlif fənlərdən tanışdır. Onlara qrafik
də deyilir. Bir sxemdə bir neçə qrafik yerləşdirmək mümkündür ki, onların
da hər biri öz verilənlər sırasına uyğun olacaq.
• Sütunlu diaqram [column chart], yaxud histoqram da bir neçə verilənlər sı -
ra sı üçün qurula bilər. Hər bir sütunun hündürlüyü uyğun xanadakı qiy mət -
dən asılıdır.
• Səth diaqramı [surface chart] yalnız bir neçə sıra üçün qurulur və çoxqatlı rən ga -
rəng səthlər qrupundan ibarət olur. Hər bir səth bir verilənlər sırasına uy ğundur.
• Dairəvi diaqramdan [pie chart] bir sırada yerləşmiş qiymətləri əks etdirmək
üçün istifadə olunur. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin
bütün qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.
Sahə. Diaqramın çəkiləcəyi yeri əhatə edir.
Xətti
Səpələnmiş
Radar
Sütunlu
Zolaqlı
Səth
Dairəvi
Halqavari
Qatlı
3.4.
3. 
CƏDVƏL
prosessoru
103


Yerləşdirmə. Diaqram cədvəlin olduğu vərəqdə və ya ayrıca vərəqdə də yer-
ləşdirilə bilər. 
Diaqramın obyektləri. Diaqram özü mürəkkəb obyekt olub, aşağıdakı ele-
mentar obyektlərdən təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahəsi.
Sıra. Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seç -
di rilmiş xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası
üz rə aparılır. Bu halda sıra kimi seçdirilmiş diapazonun uyğun sətri, ya xud sütunu
götürülür.
Ox. Diaqramın hər bir oxu aşağıdakı parametrlərlə xarakterizə olunur: görünüş,
şkala, şrift, ədəd.
• Görünüş oxun ekranda xarici görünüşünü əks etdirir.
• Şkala minimal və maksimal qiymətləri, əsas və aralıq bölgülərin qiyməti-
ni, başqa oxlarla kəsişmə nöqtəsini müəyyən edir.
• Ədəd diapazonda olan verilənlərin tipinə uyğun olaraq şkalanın formatını
müəyyən edir.
Başlıq.  Başlığı istifadəçi müəyyənləşdirir və o, adətən, diaqramın üstündə
yerləş dirilir.
Legenda. Diaqrama legenda – sıraların adlarının, başqa sözlə, dəyişənlərin
işarələmələrinin  siyahısını da əlavə etmək olar. 
Qurulma sahəsi. Oxlarla əhatə olunmuş bu sahə verilənlər sırasını yer-
ləşdirmək üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma
sahəsinə tor da əlavə etmək olar. 
Diaqram 
sahəsi 
Başlıq
Qurulma
sahəsi
Legenda
Ox
Sıra
104


Belə bir cədvəl yaradaq:
Bu cədvələ uyğun diaqram qurmaq üçün öncə qrafik formada göstəriləsi
xanaları (A2:B8) seçdirmək, sonra isə standart alətlər zolağındakı Chart Wizard
düyməsini çıqqıldatmaq, yaxud Insert Chart menyu komandasını seçmək
lazım dır. Nəticədə uyğun dialoq boksu açılacaq.
Diaqram obyektini seçdirmək üçün qoşa çıqqıltı vasitəsilə diaqramı seçmək, sonra isə
lazım olan obyekti çıqqıldatmaq lazımdır.
3. 
CƏDVƏL
prosessoru
105


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə