İCTİMAİ elmləR 2009


İ.E.VIII. - 3   Mühit və iqtisadiyyat



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   2   3   4   5   6   7   8   9   10   ...   32

İctimai elmlər

2009

İ.E.VIII. - 3



  Mühit və iqtisadiyyat 

Tar. Coğ.  VIII 3.  Əhalinin demoqrafik xüsusiyyətlərini, yaşayış məntəqəsinin 

 

   

 

xüsusiyyətlərini, miqrasiya proseslərini öyrənir və onları 

 

   

 

iqtisadi inkişafla əlaqələndirir.  

Nəticə əldə edilib, əgər şagird:

Statistik göstəricilərə əsasən dünya əhalisinin dinamikası haqqında müzakirə aparır və 

dəyişikliklərin səbəblərini izah edir



Əsas demoqrafik göstəriciləri (doğum, ölüm, təbii artım), cinsi-yaş strukturu və dünyada 

yayılmış  fəaliyyət növlərini xarakterizə edir; lazımi qrafik və diaqramları oxuyur;  



Konkret iqtisadi əlaqələr növünün inkişafı və demoqrafik dəyişikliklərin arasında əlaqə 

yaradır (məs. Eramızdan əvvəl IV – I minilliklərdə Avrasiya və Afrikada əkinçiliyin inkişafı 



və dünya əhalisinin artımı arasında). 

Müvafiq tematik xəritədən istifadə edərək dünyanın müxtəlif diyarlarında əhalinin sıxlığını 

təhlil edir; ən sıx və ən seyrək yaşayış bölgələrini ayırır və onları cədvəldə qruplaşdırır; 



Miqrasiya tiplərini istiqamət və zamana əsasən fərqləndirir (xarici, daxili, çərxi və s.);   

insanların miqrasiyasına mümkün olan səbəbləri müzakirə edir və lazımi nümunələr gətirir; 



individ (bu prosesə cəlb olunan) və ölkələr üçün (konkret miqrasiyanın haradan və hansı 

istiqamətə olmasını) miqrasiyanın mümkün olan nəticələrini fərziyyə edir

Mövzu yazır, hansında xarici ölkələrə yeni sakinlərin gəlməsinin səbəblərini (könüllü və 

məcburi – köləlikdən trefikinqə qədər), onların səyahət və yeni yaşayış mühitində gündəlik 



məişətlərini  təsvir edir. 

Tar. Coğ.   VIII 4. Urbanizasiya prosesini xarakterizə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:  

kənd və şəhər məntəqələrinin fotoşəkillərini müqayisə edir; fərqli əlamətləri öz yaşayış 

məntəqəsi ilə müqayisə edir



İnformasiya əldə edir (ədəbiyyat, fotoşəkillər, xəritələr) və müasir şəhərləri təsvir edir 

(aqlomerasiya, meqapolis, konurbasiya); onun üçün xarakterik əlamətləri sxem şəklində 



təqdim edir; 

Gürcüstanda və digər ölkələrdə olan yaşayış məntəqələrinə status verilmə meyarları ilə 

tanış olur, şərti işarələr vasitəsilə seçilmiş başqa-başqa məntəqələrin əhali çoxluğunu və 



funksiyalarını xəritədə qeyd edir; 

Maraq əsasında qitələrin ən böyük şəhərləri haqqında informasiya toplayır (plan, xəritə, 

fotoşəkil, statistik informasiya və s.) və onları müxtəlif əlamətlərə əsasən müqayisə edir 



(plan, funksional rayonlaşdırma, infrastruktur, əhali və s.). Nəticələri onun üçün münasib 

olan forma ilə təqdim edir (cədvəl, sxem, rəsm, mövzu və s.); 

Fərdi  və  ya  qrup  işi  zamanı  cədvəl  vasitəsilə  müxtəlif  dövrlərdə  Gürcüstan  və  Qərbi 

Avropanın kənd əhalisinin şəhərlərə köçmə səbəb və nəticələrini qruplaşıdırır (məs.: XIX 



əsrin ikinci yarısında  Gürcüstan, XVII – XVIII əsrdə Qərbi Avropa). 


İctimai elmlər

2009

İ.E.VIII. - 4



Tar. Coğ. VIII 5.  Ən qədim dövrlərdən  indiyədək kommunikasiyaların  

 

   

 

inkişafı üzrə müzakirə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:  

səyahətlərdən birini seçir, səyahətin səbəb və nəticələrini araşdırır. Öz istədiyi forma ilə sinif 

yoldaşlarına əldə etdiyi informasiyanı təqdim edir. Sinifdə işləyən zaman, zaman şkalasını 



tərtib edir;  

 sinifdə qrup işi zamanı başqa-başqa  yazı növlərinin siyahısını tərtib edir; onların meydana 

gəlməsi və inkişafı haqqında söhbət aparır; 



 əhəmiyyətli quru ticarət yollarından birini seçir və səyahətçilərin kommunikasiya çətinliklərini 

və həmin yolun sosial-iqtisadi əhəmiyyətini təsvir edir;



 nəqliyyat vasitələrinin adlarını sadalayır; zaman şkalasında nəqliyyatın inkişafında əvəzsiz 

xidmətlər göstərən insanların adlarını və yaşadıqları ölkələrini qeyd edir;  



 zaman şkalasında texnoloji kəşfləri qeyd edir, hansılar ki, kommunikasiyaların inkişafı 

üçün dəstək göstərirlər (məs.: çap, kompüter və s.); onun üçün məşhur olan kommunikasiya 



vasitələrini adlanıdırır və onların istifadəsinin effektivliyi üçün müxtəlif təyinat və ya şərtləri 

(məs.: müxtəlif dövrlərdə informasiyanın ötürülmə və yükün daşınma vasitələri )müzakirə 

edir.   

 fərqli təbii mühitdə müxtəlif növ nəqliyyat vasitələrinin və istifadəsinin perspektivlərini 

müzakirə edir; ekoloji təhlükəsiz müasir nəqliyyatın yaranmasında elmi nəticələri müzakirə 



edir.  

Tar. Coğ. VIII 6. İqtisadiyyatın inkişafında ticarətin rolunu tədqiq edir.  

Nəticə əldə edilmişdir, əgər şagird:  

 Əhəmiyyətli ticarət mərkəzini seçir və iqtisadiyyatın inkişafında onun beynəlxalq və yerli 

əhəmiyyətini müzakirə edir; onu kontur xəritəsində qeyd edir



 Yaşadığı  məntəqənin  nümunəsi  əsasında  tələbat  olan,  lakin  tam  yerinə  yetirilməyən 

ehtiyatları, mal və xidmətlərin adlarını çəkir; sinif yoldaşları ilə vəziyyətin yaxşılaşdırılması 



yollarını müzakirə edirlər; 

 Statistik  materialın  təhlili  əsasında  müxtəlif  məhsulun  idxal  və  ixrac  edən    ölkələri 

qruplaşdırır;



 ərzaq mağazasının və ya kənd təsərrüfatı bazarının məhsullarını təhlil edir, yerlərdə istehsal 

olunan və ya daxil olunan malları qruplara ayırır; Gürcüstanın yeyinti məhsulunda idxalın 



rolunu və idxal edən ölkələri kontur xəritəsinə köçürür;    

Gürcüstan və ya digər ölkənin tarixi misallarını nümunə gətirir, hansıların əsasında orada 

yaşayan insanlar üçün inkişafın müxtəlif səviyyə şərtlərində ticarətin əhəmiyyətini müqayisə 



edir; 

Sinif yoldaşlarının qrupu ilə birlikdə öz məktəb və ya yaşayış məntəqələrinin tələblərini 

nəzərə alaraq qanunla icazə verilən mal və ya xidməti seçir, hansını özü də az xərclərlə 



həyata keçirə bilərdi; onlarla birlikdə həmin malı və ya xidmətləri əldə etmək istəyənlərin 

sayını və mümkün qiymətlərini tərtib edir.   




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə