Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə4/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   2   3   4   5   6   7   8   9   ...   66

 

3-
 
İl  ərzində  tədris  olunan  kitablarda  dərc  olunan  mətləblərin  bir-
biri ilə bağlılığına riayət edilməli; 
4-
 
Dərslik  kitablarının  nəzərdə  tutulan  səbkidə  dərc  olunmasına 
riayət etməli. 
Qarşınızdakı 
kitab, 
bokalavr 
tələbələrinin 
ictimai-siyasi 
məlumatlarını  genişləndirmək  üçün  nəzərdə  tutulmuşdur.  Hər 
şeydən  əvvəl  kitabın  müəllifi  doktor  Məhəmməd  Rza  Hafiziniyaya 
belə bir dəyərli kitab təlif etdiyi üçün öz minnətdarlığımızı bildiririk. 
Dərslik kitablarının ictimai-siyasi elmlər bölümü, 2000-ci il (1379-
cu hicri şəmsi) 
 


 

BİRİNCİ FӘSİL 
SİYASӘT ELMİNİN ӘSASLARİ 
Siyasət,  uzaq  keçmişdən  götürülmüş  bir  kəlmədir.  Hələ  qədim 
zamanlardan insanlar onunla yaxından tanış və sıx əlaqədə olmuşlar. 
Siyasi tərzi-təfəkkürün qədim İran və Yunana qayıdan dərin kökləri 
vardır.  Onun  elm  halına  düşməsi  isə,  son  illərə  qayıdır.  Siyasət 
kəlməsi  üçün  müxtəlif  məna  və  məfhumlar  qeyd  etmişlər.  O 
cümlədən, hökmranlıq, ölkə idarə etmə, tənbeh, cəzalandırma, hiylə, 
kələk, düşünüb-danışmaq və s... 
Bu səbəbdən  siyasət (politologiya)  elmi, günün  siyasi  məsələləri, 
diplomatiya,  beynəlxalq  əlaqələr,  dövlət,  hakimiyyət  və  bu  kimi 
mövzuları əhatə edir. 
Keçmiş zamanlarda siyasi məsələlər əksər hallarda hakim təbəqə 
tərəfindən həll olunurdu. Lakin zaman keçdikcə, ölkə və dövlətlərin 
əhatə  dairəsi  genişlənmiş  və  onların  sayəsində  azadlıq  və 
demokratiya  məfhumu  geniş  vüsət  halını  taparaq,  böyük  insan 
kütlələri  dövlət  və  siyasi  məsələlərdə  iştirak  etməyə  başlamışdır. 
Siyasi  partiya,  sinfi  və  siyasi  təşkilatlar  kimi  ictimai  birliklər 
meydana  gəldikdən  sonra  səsvermə  və  hakim  təbəqənin  əhali 
tərəfindən  seçilib  təyin  olunması,  siyasi  bir  məsələ  kimi  cəmiyyətdə 
geniş vüsət halını tapmışdır. Beləki, bu kimi cəmiyyətlərdə cəncəl və 
ixtilaflara  səbəb  olan  da,  məhz  siyasi  məsələlərdir.  Xüsusilə  də, 
demokratiyanı  təzə  təcrübə  edən  İranda  şahənşahlıq  dövlətinin 
süqut  etməsi  bir  tərəfdən,  digər  tərəfdən  də  müxtəlif  ölkələrin 
məntəqə uğrunda bir-birləri ilə rəqabət aparması, əhalinin böyük bir 
hissəsində siyasi şüur və tərzi-təfəkkürün meydana gəlməsinə səbəb 
oldu. Belə ki, hal-hazırda elə bir məclis və yığıncaq tapmaq olmaz ki, 
orada  siyasi  məsələlər  haqqında  söhbət  açılmasın  və  cəsarətlə  deyə 
bilərik  ki,  İran  əhalisinin  diqqətini  cəlb  edən  də,  məhz  siyasi 
məsələlərin  cəmiyyətdə  açıqlanması  və  ümumi  kütlənin  diqqət 
mərkəzində olmasıdır.  
 (1-1) SİYASӘT ELMİNİN TӘRİF VӘ MӘFHUMU 
İnsan,  ictimai  və  həyatı  qarşılıqlı  münasibətlərdən  asılı  olan  bir 
varlıqdır.  O,  həyatda  göstərdiyi  fəaliyyətləri  nəzmə  salmaq  və 


 

qarşısına qoyduğu hədəf və məqsədlərə çatmaq üçün bir sıra qanun 
və qaydalara  ehtiyac duyur. Bərqərar etdiyi ictimai münasibətlər və 
onunla  əlqəli  olan  məsələlərdə  isə  o,  xüsusi  qanun,  cəmiyyətin 
özündən  olan  qüdrətli  qanunvericilik  və  onun  icraçısına  ehtiyac 
duyur.  Belə  olduqda  isə  həmin  qüdrət,  yalnız  "dövlət"  və 
"hakimiyyətdən"  ibarət  olur.  Qanunları  təyin  və  onları  qüvvəyə 
mindirdikdən  sonra  icra  edən  də  dövlətdir.  O,  tutduğu  mövqe  və 
ixtiyarında  olan  qüdrətdən  istifadə  edərək,  istədiyi  qanunları 
qüvvəyə  mindirir  və  onların  icrasına  nəzarət  edir.  Qanuna  tabe 
olmayanları  isə  cəzalandıraraq,  hərc-mərcliyin  qarşısını  alır.  Dövlət, 
ictimai  münasibətlərin  nəzmə  salınması  və  ictimai  ədalətin  bərqərar 
olunması üçün cəmiyyət üzvlərinin hüquqlarının keşiyində durur və 
onların  hüquqlarının  tapdanmasının  qarşısını  alır.  Qanunların  icra 
olunduğu  belə  bir  cəmiyyət  "siyasi  formalaşmış  cəmiyyət"  və  ya 
"dövlət" adlanır. 
Әslində  siyasəti,  dövlət  idarəetmə  elmi  və  ya  siyasi  qanunlar 
əsasında formalaşmış cəmiyyət də adlandırmaq olar.  
Dövlət  isə  iki  ünsürdən,  yəni  qanuna  tabe  olan  qüdrətli 
hakimiyyət  və  müəyyən  hüquq  və  vəzifləri  olan  azad  millətdən 
ibarətdir. 
Siyasət  (politologiya)  hökumət  quruluşu,  qüdrət  və  iqtidarı, 
hakimiyyət,  cəmiyyət  üzvləri  ilə  hökumət  arasında  olan 
münasibətlər  və  azadlıq  çərçivəsində  insanların  üzərlərinə  düşən 
vəzifələr haqqında söhbət açan bir elmdir. Başqa sözlə desək, siyasət, 
hökumətin  iqtidarından  başlayaraq  insanların  azadlıqlarınadək, 
şamil  olan  bütün  ictimai  məsələlərə  deyilir.  Dövlətlərarası  qarşılıqlı 
münasibətlər  və  yaradılan  əlaqələr  də,  eyni  qayda  olaraq  siyasət 
elminə daxildir. Dövlət, özünə məxsus xüsusiyyətlərə malik olmaqla 
yanaşı,  dünyanın  hansı  nöqtəsində  olursa-olsun  sabit  qalmayıb, 
daim dəyişikliklərə məruz qalır. 
Bəşər dünyaya qədəm qoyduğu ilk gündə nə dövlət olmuşdur, nə 
də  dövlətçilik.  Lakin  sonralar  cəmiyyət  inkişaf  etdikcə,  tədriclə 
müxtəlif  xüsusiyyətlərə  malik  olan  dövlətlər  meydana  gəlmişdir. 
İranda  -  qədim  Həxaməneşin,  Hindistanda  -  Muryan,  cənubi 


 
10 
Avropada  -  Camaat  və  Qədim  Yunanda  -  Şəhərlər  dövləti
1
 
imperatorluqlarını buna misal çəkmək olar.  
Sonrakı  dövrlərdə  dünyanın  digər  məntəqələrində  Osmanlı, 
İngilis  müstəmləkəsi,  Jermen,  Sovet  İttifaqı  dövlətləri,  habelə 
Amerika və Hind federal imperatorluqları meydana gəlmişdir. 
1648-ci  ildə  bağlanılan  "sülh  müqaviləsi"  nəticəsində  meydana 
gəlmiş  və  bu  günlər  bir  çox  dövlətlər  üçün  örnək  olan  milli 
dövlətçiliyi,  tarix  boyu  fəaliyyət  göstərən  dövlətlərdən  biri  hesab 
etmək olar. 
Dövlət  və  hökumətlərdə  baş  verən  dəyişikliklər,  hal-hazırda  da 
davam  etməkdədir  və  bu  dəyişikliklər  bəlkə  də  gələcəkdə  böyük 
birliklərə səbəb olacaqdır.  
Dövlətlərdə  baş  verən  dəyişikliklər  və  bu  dəyişiklərə  təsir 
göstərən  qüvvələr,  siyasət  elmində  araşdırılır.  Dövlətlərin  meydana 
gəlməsi,  habelə  onlarla  əlaqəli  olan  nəzəriyyələr,  məhz  siyasət  elmi 
çərçivəsində  araşdırılır.  Bu  səbəbdən  də  siyasət,  tarixi  baxımdan 
qədim,  müasir  və  gələcək  dövlətlər  çərçivəsində  müzakirə  olunur. 
Nəzəri  baxımdan  siyasət  elmlərində  dövlət  və  dövlətçilik  barədə 
söhbət açılır. Burada dövlət nəzəriyyələri, hökumət, qanun vericilik, 
habelə  dövlətin  meydana  gəlmə  səbəbləri,  onun  fəlsəfə  və 
fəaliyyətlərinə  geniş  yer  verilərək,  onların  hər  biri  haqqında  geniş 
söhbət  açılır.  Cəmiyyət  üzvlərinin  siyasi  səhnədə  ifa  etdikləri  rol, 
dövlət  və  hökumətlərin  meydana  gələrək  göstərdikləri  fəaliyyətlər 
və  əhali  ilə  hökumət  arasında  olan  münasibətlər  burada  müzakirə 
olunduğu  üçün  siyasət,  bir  elm  kimi  bir  çox  sahələri  əhatə  etməyə 
başlamışdır.  
Bir  çox  mövzuları  əhatə  etdiyi  üçün  də,  politoloqlar  siyasət 
elminə müxtəlif təriflər  vermişlər. Üç amerikan  alimi deyir:  "Siyasət 
elmini,  dövlətçilik  elmi  və  ya  dövlətin  quruluş  terriyası  ilə  əlaqəli 
olan  sosialogiya  elminin  bir  qolu  kimi  də  tərif  etmək  olar"
2
.  Әbdül 
Həmid  Әbul  Әhəd  özünün  "Siyasət  elmlərinin  əsasları"  adlı 
kitabında  yazır:  "Siyasət  elə  bir  elmdir  ki,  müxtəlif  dövr  və 
                                                 
1
 Qədim  Yunanda  bütün  məntəqələr  mərkəzi  şəhərləri  ilə  birlikdə  "şəhərlər 
dövləti"ni təşkil edirdi (sity-state). Aten şəhər dövlətlərindən biri olmuşdur. 
2
 Әbdül  Həmid,  Әbul  Әhəd  “Siyasət  elmlərinin  əsasları”,  1-ci  cild,  7-ci  çap.  Tus 
nəşriyyatı, Tehran, 1376-cı il, 23-cü səh 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə