Ii fəSİl tarix tariX


a) I G ö y t ü r k x a q a n l ı ğ ı



Yüklə 1,63 Mb.
səhifə5/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   ...   17

a) I G ö y t ü r k x a q a n l ı ğ ı
Göytürklərin VI əsrin ilk yarısında Altay dağlarının şərq ətəklə­rin­də və mədən istehsal edilən yaxın bölgələrdə (Yarkənd, Kaşğar, Kuça və b.) ənənəvi sənətləri olan dəmirciliklə uğraşdıqları və juan-juan (bax: aş. Avar xaqanlığı) dövlətinə silah emal etdikləri bilinir. Fəqət o zaman da dağınıq idilər. Chou-shuya (Çin salnaməsi, 557-581) görə, göytürk döv­lətinin qu­ru­cusu olan Bu­mı­nın (çincə Tu-mən) atası A-hien "şad" ün­vanını daşıyır ("Bilgə şad") və Bu­mın­dan öncə gələn Tu-wu adlı başbuğ isə Ta Ye-hu ("böyük yabğu") olaraq tanınırdı253. Demək ki, türk küt­lə­sinin juan-juanlarla bağlılığı daha ziyadə “fe­derativ” mahiyyətdə idi. Bu­mın hələ 534-cü ildə şimal (qərbi) tabğaç (wei) hö­kuməti ilə siyasi mü­nasibət qurmuş, 542-ci ildə axınçılarının başında Huang-ho çayı ya­xın­larında görünmüş və 545-ci ildə tabğaç hökmdarının göndərdiyi elçini "İmperatorluqdan nəzdimizə heyət gəldi, dövlətimiz bundan qürur du­yur" sözləri ilə qarşılamışdı254. Göytürk xanlarından İşbara 585-ci ildəki nit­qində göytürk dövlətinin "50 il öncə" qurulduğunu söyləmişdi255 ki, bu da 535-ci il tarixinə uyğun gəlir.

Ancaq juan-juan dövlətinə qarşı bir tö­les üsyanını basdıran (546) Bu­mının juan-juan hökmdarı ilə eyni dəyərdə olduğunu göstərmək üçün onun qızı ilə evlənmək arzusunun qaba şəkildə rədd edilməsi nəticəsində qərbi tabğaç şahzadəsi ilə evlənərək vurduğu ağır zərbələrlə juan-juan döv­lətini çökərtdik­dən (552-ci ilin əvvəli) son­ra rəsmən "İl-kağan"256 ün­vanını almış və beləliklə, əski böyük hun imperiyasının paytaxt bölgəsi Ötükən257 mər­kəz olmaq üzrə xaqanlığı qurmuşdur (552-ci il)258.

Dövlətinin qərb qanadının idarəsini dövləti birlikdə qurdu­ğu kiçik qar­daşı İstəmiyə (İstəmi: çincə She-ti-mi) verən Bumın elə döv­ləti qurduğu il öldü. "Yabğu" ünvanım daşıyan, dolayısıyla şərq qa­nadının yüksək haki­miy­yətini tanıyan İstəmi qərbdə fəthlərinə davam edərkən Ötükəndə iqtidara gələn Bumının oğlu Ko-lo (Qara?) və bunun erkən ölümünə görə xaqan olan Bu­mının digər oğlu Mu-kan (Bəy-xan? 553-572) zamanında dövlət həşə­mətli ça­ğına çatdı. Heybətli görünüşü, par­laq, təsirli gözləri, qüdrəti və sərt­liyi Çin qaynaqlarında göstərilən Mu-kan kağan son bir zərbə ilə əhalisinin bir qisminin Çinə (müttəfiqləri olan Tsi torpaqlarına) sığındığı bilinən, bir qisminin də Bay­kalın şimalina doğru çəkildiyi anlaşılan juan-juan dövlətini tarixə gömdük­dən sonra (555)259 şərqdə ki-tanların və şimalda qırğızların ölkələrini göytürk haki­miyyətinə bağladı, Çində qərb tabğaçlarının yerinə keçən Chou xanədanı (557-581) ilə digər çinli Tsi (Chi) xanədanını (550-557) basqı altına aldı. İstəminin hərəkatına qarşı Çindən yardım istəyən ağ hun-eftalit dövlətinə və Mavəraün­nəhr xalqına Çin hərbi dəstəyini önlədi. 564-cü ildə Şan-sidəki Tsi pay­taxtı Tsin-yanqı mühasirə etdi və qızı şahzadə Aşinanı Chou imperatoru Wu-ti ilə evləndirdi (568). Qaynaqların bildir­di­yinə gö­rə, geniş ölkələrə və 100 minlik bir orduya sahib olan göytürk xa­qanını Çin imperatoru qohumluq qurma yolu ilə durdurmuş olurdu"260 .

Mu-kanın əm­rindəki qüvvə xaqanlığın şərq qanadının ordusu idi. İs­təmi (552-576) komandanlığındakı digər ordu isə öz bölgəsində hərə­kət ha­lında idi. Qısa zamanda Issık göl və Tanrı dağlarına qədər Altay­la­rın qərbini öz hakimiy­yətinə alan İstəmi geniş çapda hərbi və siyasi fəa­liy­yəti nəticə­sində təmas qurduğu sasani imperatorluğu və Bizans kimi ortaçağın ən bö­yük iki dövlətini göytürk siyasəti izində yürütmək surətılə türk xaqanlığını bir dünya dövləti payəsinə yüksəltdi. Ağ hun-eftalitlər üzərindəki ilk basqı təcrübəsindən (ehti­mal ki 556-cı ilin əvvəlində) sonra tranzit ipək ticarətini əlində tutan bu dövlətə qarşı sasani impera­tor­luğunu təbii müttəfiq olaraq görən İstəmi şahənşah Ənu­şirvan Adil ilə müqavilə bağladı: bu vəsilə ilə Ənu­şirvan ilə evlənən qızı İran sarayına imperatoriçə oldu261. Müttəfiqlər tə­rəfindən sıxışdırılan ağ hun-eftalit dövləti yıxıldı və torpaqları Ceyhun (Amu-dərya) sərhəd olmaq üzrə iki müt­tə­fiq arasında paylaşıldı (557)262. Ma­vəraünnəhr, Fərqanənin bir qis­mi, Qərbi Türküstanın cənubu, Kaşğar, Xotən və s. göytürklərə intiqal et­di. Beləcə, Da­xi­li Asiya karvan yolu üçün­cü kərə türklərin əlinə keçdi.



Ancaq Ənuşirvan bu bölüşmədə zəfərdəki cüzi töhfəsinə nisbətlə "as­lan payı”263 almış olmasına rəğmən çox da məmnun deyildi; karvan yo­lunun Ma­və­raünnəhr güzərgahını da ələ keçirmək istəyirdi. Bu məq­səd­­lə öz ölkə­sindən Aralıq dənizi limanlarına və Bizansa daşınmaqda olan ipək nəq­liy­yatını dayan­dırdı. Beləliklə, həm ipək ticarətinin ünlü kar­vançıları olan, son təqsimdə göy­türklərə bağlanan soğd264 əhalisinin fə­­aliyyətini baltala­yaraq hüzursuzluq çı­xar­maq, həm də türkləri tranzit ipək vergisi kimi yük­sək bir gəlirdən məhrum etmək düşüncəsini həyata keçirmək istədi. İstə­minin gön­dərdiyi elçiləri hiylə ilə öldürtdü. Göytürk fütuhatının Talas-Çu sahəsindən və Seyhun çayının şər­qin­dəki Khoa-lit ölkəsi (Bizans elçisi Ze­markhosda: Kolkh, Kholiat) üzərindən Aral-Xə­zər şimalına doğru irəlilədiyi bu tarix­lərdə265 İran ilə uzlaşma ümidini kə­sən İstəmi Bizansa döndü və İstanbula soğdlu ipək taciri və diplomat Ma­ni­akh başqanlığında bir heyət gön­dərdi (567-ci ilin sonları). Bu, tarixdə Orta Asiyadan Şərqi Romaya gedən ilk rəsmi heyət idi. İpək mə­sə­ləsi göytürklər qədər Bi­zansı da maraq­lan­dırdığı üçün266, hətta daha ön­cələri sasani vasitəçiliyindən qurtulmaq üzrə ipək nəqliyyatını Hind oke­anı yoluna keçirmək məqsədi ilə Cənubi Ərəbistan­dakı Himyeri dövləti ilə təmaslar aramış olan Bizansda267 impe­rator II Jus­tinos türk elçilərini ilgi ilə qarşılamış, İstəminin göndərdiyi "is­kitcə" (türk­cə)268 məktubunu oxutmuş və Maniakhın ağzından təşəbbüsün cid­diliyini anlamışdı. Bir it­tifaq müqaviləsi bağlamaq üzrə ümumi vali Ze­mar­khos baş­qan­lığında bir heyəti yola çıxardı (569-cu il avqustun əv­vəli). Türk elçiləri ilə birlikdə Qara dəniz-Qafqaz dağ­la­rı-Xəzər dənizi-Aral gölü arasından Talas yolu ilə Tanrı dağlarındakı Ağ dağda (Altın-dağ)269 İstəmi­nin270 hü­zu­­runa gə­lən Bizans elçisinin xatirələri271 göytürk həyatını və qüd­rə­tini göz­lər önü­nə sər­məsi baxımından çox qiymətli bir sənəd­dir. İstəmi Bi­zans ilə işbir­liyi edərək Ənuşirvanı ipək yolunu açmağa məcbur etmək qayə­sini gü­dən siyasə­tində müvəffəq olmuş, 571-ci ildə sasani-Bizans toq­quş­ması baş­lamış, haki­miy­yət­lə­rini Xarəzm üzə­rindən Qafqaz dağlarının şima­lın­dakı Ku­ban çayına qədər yaymağa ça­lışan və ayrı-ayrı türk idarə­çilərin əm­rində olmaq üzrə ölkəni 8 bölgə ha­lın­da əllərində toplayan göy­türk­lər272 o vaxt Azərbay­cana da gir­miş­dilər273. Fəqət qərbə doğru bu türk irəliləyişi duraq­ladı və Bizans ilə əsas ortaq müdaxilə ancaq Ənuşirvanın oğlu, göy­türk şah­zadə­sindən do­ğuldu­ğu üçün "Türk­zadə" deyə anılan IV Hürmüzün (579-590) son illərində (588-də) baş ver­­di. Gecikmənin səbə­bi göytürklərə savaş­da iştirak üçün təzyiq edən Bi­zan­sın göndərdiyi elçilərdən biri olan Valenti­nosu 576-cı ildə Aral gölü həva­lisin­dəki türk böl­gəsində qarşılayan türk-şadın274 söz­lərindən anlaşılır. Bu türk şah­za­dəsi Bizansı göytürklərin düş­mən­ləri olan avarları275 himayə etməklə və "qı­lınc­lanaraq deyil, atların ayaq­ları altında qarışqa kimi əzilərək öl­dü­rülməyi haqq edən" bu qövmə barına­caq yer verməklə suçlayırdı276 ki, bu, doğ­ru idi. Ay­­rıca Bi­zans Azər­bay­can üzərindən irəliləyərək ehtimal ki, Cənubi Qafqaz­da­kı sabar türkləri (bax: aş.) ilə bağlantı qurmaq istəyən göytürk qüvvə­lərinin sü­rətini kəsmək məqsədilə 576-cı ilə doğru oradakı sabar türk kütləsini dağıt­mış­dı277.

İstəminin siyasətinin digər mühüm bir nəticəsi də bu olmuşdu: 19 il sürən (571-590) sasani-Bizans mücadiləsindən sonra da iki imperator­luğun arası dü­zəlməmiş, bir-birini təqib edən qarşılıqlı istilalarda, nəha­yət, impe­rator He­rak­leio­sun sasani paytaxtı Mədainə (Ktesiphon) qədər uzanan sə­fərləri (622-628) sasani imperatorluğunun son taqətini qır­mışdı278. Quranda da işarət olu­nan bu durum279 islamiyyətin qısa za­man içində İranda haki­miyyət qurma­sını asanlaş­dırmışdır. Göytürk imperator­luğunda İstəmi­nin fəaliyyəti də daxil ol­maqla bütün hərbi-siyasi təşəb­büs­lər Mukanın adına bağlanırdı, xaqan Mukan 572-ci ildə öldü. Dövləti müəzzəm bir genişliyə çatdıran bu böyük hökm­da­rın280 xa­tirəsi Orxon kitabələrində öz əksini tap­mışdır: "Dörd tərəfə ordu sövq edib qövmləri daim itaət altına almış, başlı­lara baş əydirmiş, dizlilərə diz çök­dür­müş; irəlidə (şərqdə) Kadırğan dağ­larına (Kinqan dağları), geridə (qərbdə) Tə­mir kapığa (=Dəmir qapı, Bəlx-Səmərqənd yolu üzərində 12-20 metr enində və 3 kilometr uzunlu­ğunda) qədər türk millətini hakim qılmış; bu məmləkət­lərdə kök-türk (qöv­mü) idi-oksız (bax: aş. Kültür: Eldə istiq­lal) oturur olmuş; bilgə kağan imiş, alp ka­ğan imiş, buyruq və bəyləri, qövmü (bodun) həp bilgə və cə­sur imişlər..."281.

Otükəndə keçirilən böyük cənazə törəninə xüsusi heyətlərlə qatılan qon­şu dövlət və qövmlər282 arasında Bizans imperatorluğunun da ol­duğu anlaşıl­maq­dadır283. Mu-kanın yerinə qardaşı T’a-po keçdi (572-581). Qüd­rətli xaqanlığın yeni hökmdarı onu qutlamaq üzrə 100 min top ipək hədiyyə edən Chou impe­ratoru ilə, yenə təbrik üçün müxtəlif hədiyyə­lər­lə birlikdə baş komanda­nı­nı göndərmək surətilə xüsusi bir etina göstərən Ts’i (Ch’i) im­peratoruna "Oğul­larım" deyə xitab edirdi284. Bu, bütün Şimali Çinin türk himayəsinə alın­dı­ğını göstərməkdə idi. Ölkəsinin ge­niş­lıyindən dolayı xa­qanlığın doğrudan-doğruya öz ida­rə­sindəki qanadını ikiyə ayıraraq, şərqinə qardaşı K’o-lo’nun oğlu Şe-t’unu (İşbara), qərbinə isə kiçik qardaşı Jo-tanı "kağan" (kiçik kağan) ünvanları ilə təyin edən T’a-po bir Tsi şahzadəsi ilə evlənmək düşüncəsinə qapıldı və ayrıca, türk toplumu üçün zərərli cəhətləri öncəki dövrlərdə uzaqgörən türk idarə­çıləri tərəfindən ortaya qoyulmuş olan Budda dinini buddist missio­ner­lərin285 təlqinlərinə qanaraq məmləkətdə hi­mayəyə qalxdı; bir bud­dist ta­pınağı tikdirdi və bir Budda heykəli qoydu286. Göy­türk həşəməti zavala üz tutmuş kimi idi. T”a-po dış siyasətdə də yanlış adımlar atdı. Tsilər 577-ci ildə Chou xanədanı tərəfindən yıxıldığı zaman oradan qaçaraq özünə sığınan bir T”si şahzadəsini "Çin kağanı" elan etdi. Choularla arasının dəy­­məsinə səbəb olan bu durum qarşısında izdihamlı bir ordu ilə Pekin bölgəsinə irəliləyən T”a-po özü­nə yeni bir çinli şahza­də vəd edilərək da­yandırıldı (579). Ancaq şahzadənin ve­rilə bilməsi üçün Chou hökmdarı "Çin kağanı" T”si şahzadəsinin təslim edil­məsini istəyir­di. Bir ov əsnasın­da bu şahzadənin choular tərəfindən qaçırılma­sına göz yumulması millət nəzə­rində xaqanın etibarını büsbütün sarsıtdı"287. Göy­türk birliyi və kül­türündə mühüm çatların göründüyü bu illərdə digər bir ha­­disə isə İstə­mi­nin ölümü oldu (576-cı il).

Rəsmi ünvanı "yabğu" olması gərəkən288, fəqət ehtimal ki, türk elində bir bodunun (sonrakı "on-ox" bodunu; buradakı "on böyük baş­buğ" ona bağ­lan­mışdı)289 başında olduğu üçün kitabələrdə və bir Bizans qaynağında290 "kağan” deyə zikr edilən bu böyük şəxsiyyətin ölü­mü­nü yuxarıda adı keçən türk-şadın sözlərindən öyrəniyik. Onu qəzəb­lən­dirən xüsuslardan biri də ölən "ata"sının yas günlərində türklərin Bizans elçiləri tərəfindən rahatsız edilmələri idi. Yol qeydləri göytürk xaqanlığının qərb bölgələrindəki qövm­lər baxımından mühüm olan elçi Valentıno­sa xitabən deyilən və Bizansı suç­layan bu nitq ayrıca türk fütuhatının həm şəklini, həm fəlsəfəsini açıq­lamaq etibarilə də dəyər daşımaq­dadır: "Mən əsirlərimiz olan uar hunilərin hansı yoldan Bizansa getdiklərini bilirəm. Dneprin, Məricin harada oldu­ğunu, Dunayın haraya axdığını da bili­rəm. Gün doğandan gün batana qədər ölkələr bizə diz çökmüşdür. Bizə qarşı gəlmək cəsarətini göstərən alanları, on-oğurları (bax: aş. Oğurlar) görür­sü­nüz. Romaya da gələcəyik"291. Göy­türk hüdudlarının Qafqazın şima­lına çatdığını ortaya qoyan bu sözlərlə Bi­zans da açıqca təhdid edilməkdə idi. Ancaq türk-şad zarafat etmədiyini gös­tərdi. Krımda Bizansa aid ünlü Kerç (Bosporos) qalası türk qüvvələri tərə­findən zəbt edildiyi zaman Şər­qi Roma elçiləri hələ göytürk torpaqla­rında idilər (576). Bu, Göytürk xa­qanlığının Mancuriya hüdudlarından Qara dəni­zə qədər uzanaraq geniş­liyinin son nöqtəsinə çatdığı tarix­dir292 .

İstəmidən sonra yerinə keçən oğlu Tardu (576-603)293 cəsarəti və sa­vaş­çı­­­lığı ilə atasına bənzəsə də, siyasi ehtirası üzündən Ta-po zama­nın­­da açılmış olan ayrılıq cizgisini büsbütün dərinləşdirdi. Çinlilər onun bu zəifli­yindən fay­dalandılar: öncə xaqanlığın şərq qanadının ona veril­mə­miş olma­sın­dan küsən Ta-lo-pienin (Mu-kanın oğlu) Tardunun yanına get­məsini təl­qin etdilər. Hal­bu­ki Mu-kan belə bu oğlunu taxta namizəd göstərməmişdi, çünkü anası əsil (yəni türk soyundan) deyildi. Xaqan Ta-po da 581-ci ildə ölərkən öz oğlunun yerinə onun xaqan olmasını istədiyi halda dövlət məclisi (toy) bunu qəbul etməmiş294 və sonunda K’o-lonun oğlu İşbara (çincədə Şa-po-lüe) xaqan olmuşdur "295.

Çin göytürklər arasındakı bu anlaşmazlığı körükləməyə davam edir­di. Ta-lo-pien qərb yabğusu Tardunun yanında şərqdəki yeni xaqan ilə müca­diləyə girişdiyi zaman İşbara da o tarixdə choularm yerinə iqtidara gələn Sui xanəda­nından (581-618) öz ailəsinin intiqamını almaq is­təyən arvadı, Chou şahzadəsi Tsien-kinin təlqinlərinə qapılaraq, Çinə qüvvə sövq edir; Sui im­peratoru Wen-ti (Yanq Chien, 581-604) də əskidən bəri Çin şəhərlərində ti­ca­rətlə uğraşan və dostluq ilişkiləri çərçivə­sində imtiyazlara sahib 10 minə yaxın türkü Çindən uzaqlaş­dırırdı. Bu­na qarşı İşbaranın ordusu ilə Çinə gir­məsi Çin intriqa­sinın kəsifləş­məsinə səbəb oldu. Wen-ti yabğu Tarduya altın qurd başlı bir sancaq gön­dərərək onu göytürk xaqanı olaraq tanıdığını bil­dirdi296. Ehtirası alovlanan Tardu Çinə qarşı ortaq hərəkət təklif edən İşba­ranın istəyini öncə rədd etdi və İş­bara göytürkləri qayət yaxşı tanıdığı an­la­şılan diplomat-general Çanq-sun Şeng ilə mücadilə etmək və bu çinlinin türk komandanları arasına səp­diyi nifaq ilə uğraşmaq məcburiy­yətində qa­lar­kən Tardu xaqanlığın şərq qanadının yük­sək hakimiyyətini tanımadığını elan etdi (582-ci il). Beləliklə, 350 ildən bəri ilk dəfə Çində siyasi birliyi quraraq sonrakı qüdrətli tanq sülaləsinə siyasi yöndən nərdivan vəzifəsini görmüş olan sui sülaləsi iqtidarının başladığı il­lər­də297 göy­türk xaqanlığı rəsmən ikiyə bölünmüş oldu.



b) Ş ə r q i g ö y t ü r k x a q a n l ı ğ ı
Şərqdəki ağır şərtlər altında xaqan İşbara müvazinəti büsbütün itir­­di. Ordu mənsubları arasında onunla mücadiləyə davam edən Ta-lo-pienə bağlı olduqlarını zənn etdiyi yüksək rütbəli komandanları vəzifə­dən uzaqlaşdır­mağa, hətta cəzalandırmağa başladı. Nəticədə bu əsgər­lər­lə şahzadələrdən bəziləri Çin­dən yardım istəməyə məcbur oldular. Ətra­fında qorxu və nifrət oyadan İş­bara da öz gücündən çox şey itirdiyini və Tardu - Talo-pien iki­lisinin təhdidi altına girdiyini təəssüf hissi ilə gördü və şəxsən Sui hökm­darına müraciət edə­rək hərbi dəstək və barış diləyin­də bulundu. Təklifi se­vinclə qəbul edən Wen-tinin dərhal yolladığı heyə­tin başında diplomat Yü King-tsi ilə birlikdə yenə Çanq-sun Şeng vardı. Başkənddə xatunun və digər türk əyanlarının önündə bu iki çinli İşbaraya həqarət edəcək qədər irəli get­dilər və "Çin impe­ra­torunun oğlu" oldu­ğu­nu qəbul edən xaqanı "Ç’en" (bəndə) elan etdik­dən sonra məm­lə­kət­lərinə döndülər298. Şərq xaqanlığı Çin himayəsinə girmişdi. Vəziyyət­dən yüz faiz öz nəfinə istifadə etmək istəyən Çin türkləri büsbütün yozlaşdır­maq məqsədi ilə xalqını çincə danışdırmağa, çinlilər kimi geyinməyə, Çin adət­lərini qəbul etməyə təşviq və məcbur et­məsi üçün İşbaraya ağır təz­yiq göstərir­di. Xa­qan imperatora göndərdiyi 585-ci il tarixli məktubunda bu tələbləri belə cavab­landırmışdı: "Sizə bağlı qa­lacaq, xərac verə­cək, qiymətli atlar hədiyyə edəcə­yəm. Fəqət dilimizi dəyis­dirə bil­mərəm, dal­ğa­la­nan saçlarımızı sizinkinə bən­zə­də bilmərəm, xalqıma çinli paltarı gey­­dırə bilmərəm, Çin adətlərini qəbul edə bilmərəm. İmkan yoxdur, çün­­ki bu məsələlərdə millətim fövqəladə həssas­dır, sanki çarpan tək bir qəlb kimidir"299 və əlavə edirdi: "Sui imperatoru dün­ya­nın gerçək ha­ki­mi­dir. Göydə iki günəş olmadığı kimi, yerdə də iki hökmdar olma­ma­lıdır"300 və s.

Göytürk xaqanlığının parçalandığı, tabe kütlələrin üsyan etdiyi, türk­lərin Çinə ilticaya başladırı, türk hökmdar ailəsi mənsublarının bir-birinə düşdüyü bu qarışıqlıqda İşbara öldü (587-ci il). Yerinə keçən qar­daşı Çu-lohou (=Ye-hu kağan)301 və arxasından toy (dövlət məclisi) tərə­findən xaqan elan edilən Tulan (588-600) zamanlarında durum düzəl­mədi. Məşhur Çanq-sun Şeng göytürk xa­qanlığını əməlli-başlı çökərtmə yollarını göstərən ra­portlar hazırlıyaraq im­pe­ra­toruna təqdim edir, elçi ola­raq gəldiyi Ötükəndə dürlü intriqalarla türk xanədan üzvlərini qarşı-qarşıya gətirirdi. Ən böyük yardımcısı da öncə Ta-ponun, sonra İşbaranın və nəhayət, Tulanın öldürül­məsindən sonra Çinin köməyi ilə taxta çıxa­rılan Yehunun oğlu K’i-min (= Tu-li, 600-609) xaqanın arvadı olan çinli şahzadə Ts’ien-kin idi302. K’i-min bu dəfə şərq xaqanlığını öz idarəsinə almağa çalışan Tarduya qarşı istifadə edilirdi. Bu K’i-min də imperator Yanq-tiyə 607-ci ildə göndərdiyi bir mək­tubda "Həşmətpənahın aciz bir bəndəsi" olduğunu, hətta vaxtilə İşbaranın belə rədd etdiyi "türk qövmü­nü çinlilər kimi etməyə - geyim, adət və dildə çinliləşdirməyə- hazır ol­du­ğunu" yaza bilirdi. Ancaq ölü­mün­dən sonra yeri­nə keçən oğlu Şi-pi (Shih-pi, 609-619) göytürk heysiyyətini bir az qurtara bildi. Bir çinli şah­zadə ilə evlənməklə bərabər bundan Çinin göy­türklərin daxili işlərinə qa­rış­ma­sını önləyən bir şirma kimi istifadə elədi. 5-6 il içində şərq xa­qanlığı torpaqlarındakı dağınıqlığı aradan qaldırdı; qərbdə Tibetə, şərqdə isə Araur çayına qədər hər yanı təkrar itaət altına aldı (615). Durum­dan təlaşa düşən Sui imperatoru türk xanədan üzvləri arasında anlaşmazlıq çıxar­mağa əsaslanan dəyişməz Çin planını yenidən tətbiq etməyə keçdi. Bu dəfə yol göstərən şəxs xüsusi intriqa raportları hazırlayan və Qərbi Asiya üçün yazdığı əsərlər başlıca qaynaqlardan sayılan Çin dövlət və "müs­təmləkə" adamı P’ei-chü303 idi. Xaqanın kiçik qardaşı Ç’i-ki şada xaqanlıq təklif edildi. Fəqət mil­lətin pərişanlığını və Çin təhəkkümünün rəzalətlərini görən bu gənc həm tək­lifi, həm özünə vəd edilən çinli şah­zadəni rədd et­di304. Çinlilər başqa bir yol sı­na­dılar: göytürk nazirlərindən birini pusquya düşürərək öldürdükdən sonra onun xaqana müxalifətdə olduğunu, bu məq­səd­lə onlara müraciət etdiyini, fə­qət "aradakı dostluq­dan" dolayı onun or­tadan qaldırılmasını uyğun gördüklərini bildirdilər. Qayə xaqan Şi-pi ilə göy­türk böyüklərinin arasını vur­maqdı. Xaqan bu oyuna da gəlmədi. Göy­türk nazirinin öldürülməsi hadisəsinin Çin-türk an­laş­masını pozduğunu irəli sürərək illik xəracı kəsdi, savaşa hazır­laşdı. Planı Çinin şimal əya­lət­lərində gəziyə çıxmış olan im­perator Yang-tini basqınla ya­xalamaq idi. Fəqət təşəb­büs xaqanın Ötükən­dəki zövcəsi çinli şah­zadə İ-ç’enq tərəfindən gizlicə Çinə bildirildiyi üçün sürətlə geri dön­məyə çalı­şan imperator təqibçi göy­türk süvariləri tərəfindən Şan-sidə Yen-men (bugün Tai-hien) möv­qeyində mühasirəyə alındı. Üzüntüsün­dən ağladığı rəvayət edilən impe­ra­torun imda­dına yenə həmin şahzadə yetişdi: göytürk ölkə­sində bö­yük bir üsyan çıx­dığı şayiəsini yayaraq türk ordusunun geri çəkilməsini təmin etdi (615-ci il)305.

Yanq-tinin etibarını düşürən son vəziyyət Çində qarışıqlıqlara sə­bəb ol­du və ona qarşı müxalifət getdikcə artdı. Bu dəfə Çin əyanlarının göy­türklərə sı­ğın­­maları baş verir və Şi-pi xaqan çinlilərin siyasətini öz­lə­rinə qar­şı tək­rar­la­yır­dı. Çin sarayını yağmalayaraq aldığı qiymətli əşyanı göytürk xaqanına verən mül­təci Lianq Shi-tu adlı birini Şi-pi "Çin ka­ğanı" elan edə­rək (617-ci il) ona qurd başlı bir sancaq da verdi306. Liu Wu-Chou adlı digər bir komandanı isə "Qər­bi Çin kağanı" edərək, suilərə qarşı səfərə çıxardı. Şi-pinin siyasi fəaliy­yət­­­­ləri arasında tarixi baxım­dan ən əhəmiy­yətlisi Çin ümumi valilərindən Li Yü­anı himayəsinə alıb dəs­tək­ləməsidir ki, müqavi­ləyə uyğun olaraq türk ordu­larının yardımı ilə suiləri iqtidardan uzaqlaş­dıraraq paytaxt Çanq-andakı impe­ratorluq sər­və­tini xaqana təqdim edən, ayrıca 30 min top ipək və illik vergi ver­məyi qəbul etmiş olan Li Yüan Çin­də 300 il qədər hökm sürən ünlü tanq sü­la­lə­sini (618-906) qurmuş və özü imperator olaraq Kao-tsu (618-626) ünvanını almışdır307.



Şi-pidən sonra xaqan Çu-lo (619-621) qardaşının sərt siyasətini təqib edir və xaqanlığa qarşı tutumu qısa zamanda dəyişən Tanq impe­ra­toruna qarşı Sui sülaləsini canlandırmağa qərarlı idi. Fəqət arvadı çinli şahzadə İ-ç’enq tərə­fin­dən zəhərlə­nərək öldürüldü. Xaqan olan qardaşı Kie-ti (621-630) kifayətli bir adam deyildi. Xain şahzadə İ-ç’enq ilə ev­lənmiş, ağır diillə yazdığı məktublarla imperatoru təhrik etmişdi. Arva­dinın təsiri altında idi. Plansız, taktikasız, sadə­cə cəsarətə dayanan hərbi tə­şəbbüslərində bir-iki dəfə məğlub oldu. Tutumu millətdə inamsızlıq ya­ratdı. Tarduşlar, bayırku­lar, uyğurlar qiyam elədilər (627). Tarduş baş­bu­ğu İ-nanın zərbələri yıxıcı olmuşdu. Vaxtilə türk himayə­sinə sığınmış olan bir çox çinli Tanq impera­torundan əfv diləyərək məmləkə­ti­nə dönür, ki-tanlar və başqa qövmlər Çin ilə təmaslar arayır və hü­dud böl­gə­lərində Çinə tabe olurdular. İmperator Tai-tsunq (627-649, Li Yü­anın oğlu) türk­lərə vuracağı zərbə üçün şəraitin yaranmasını gözləyirdi. Xaqan mü­ha­si­rəyə aldığı bir şəhər önündə məğlub olaraq çəkilərkən yaxalandı, müha­fizə al­tın­da Çin paytaxtına göndərildi (630). Tai-tsunqun özünü "Türk­lərin göy ka­ğanı" elan etdiyi 630-cu il şərqi göytürk istiqlalının sonu kimi qəbul edilmiş­dir. Xaqanlığa bağlı qəbilələr və yabançı toplumlar dağılır, göytürk şahza­də­ləri ət­raflarına qüvvə toplaya biləcək kimsələr ol­ma­dıqlarından hər kəs başının ça­rə­sinə baxır, bəzi qrup­lar Çinə sığınır­dilar. Gərçi başda Aşina ailəsindən "ka­ğan"lar vardı, fəqət bunlar artıq Çin sarayının əmrində, oraya sədaqət ziyarət­ləri edən, hədiyyə­lər verən, im­peratorlar­dan dürlü ünvanlar alan birər kukla idilər. Göytürk­lərin acıqlı durumunu Çin sarayında imperator hüzurunda türk­lərə qarşı nə edə biləcə­yi xüsu­sun­da cərəyan edən müna­qişələrdən anlamaq mümkün­dür308. Nəticədə türklərin şimal-qərbi Çində (Ordos) sədd boyunda "6 əyalət" bölgəsinə yerləşdirilməsi qərarlaşdırıldı. Bu surətlə bəlkə türklərin çin­liləşəcəyi umulurdu. Fəqət 680-ci ilə qədər keçən 50 il boyunca türk mil­ləti özünü unutmadı, dilini, örf və adətlərini qorudu, tarixinin şanlı xa­tirə­lərini ru­hun­da yaşatdı. Bu arada kiçik çapda qiyamlar olurdu. Məsələn, Aşina ailəsin­dən bir şahzadənin Altaylarda türk xaqanlığını eh­ya etməyə çalışması (646-649), yenə göytürk hökmdarları soyundan Tu-çinin on-ox­ların başında "kağan" elan edilərək (676-678) Çinə qarşı tıbetlilərlə ittifaq etməsi309 kimi. Çinlilər tərəfindən şiddətlə yatırılan bu hə­rəkətlər arasında ən çox heyrət oyadan 639-cu ildə Kür-şadın ixtilal tə­şəbbüsüdür. Tanq im­pe­ratorunun saray mühafiz alaynda xidmət edən göy­­türk şahzadəsi (588-ci ildə savaş meydanında ölən xaqan Ye-hunun kiçik oğlu) Kür-şad (çincə: Kie-şe) türk dövlətini ehya etmək üçün 39 ar­xa­daşı ilə gizli cəmiyyət qur­muş, bəzi gecələr tək başına şəhər­də do­laşan imperator Tai-tsunqu yaxala­mağa qərar vermişdi. Fəqət pla­nın ger­çək­ləşəcəyi gecə ansızın qopan fırtına üzündən imperator saray­dan çıx­madı. Qərarın gecikdiril­məsini təh­lükəli sa­yan Kür-şad və arxa­daşları bu dəfə doğruca saraya yürüdülər, 40 türk sarayı ələ keçirib baş­kəndə hakim ol­ma­ğı düşünürdü. Yüz­lərcə mühafiz tələf edilsə də, dışaridan sövq edilən ordu ilə başa çıxmaq müm­kün olmadı. Şəhər yaxı­nın­dakı Wei çayına doğru çəkilən Kür-şad və arxa­daş­la­rı yaxa­lanaraq öldü­rül­dülər310.

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə