Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə8/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

7. QARLUQLAR

Çin sənədlərində ko-lo-lu (~ kalaluk) şəklində zikr edilən adları türkcə kar­lık (qar yığını) mənasını daşıyan531 qarluqların türk soyundan bir göy­türk boyu ol­­du­ğu Çin qaynağında (Tang-shu) bildirilmiş, yaşadıqları sahə isə Altay dağ­la­rı­nın qərbindəki Qara İrtiş və Tarbağatay həvalisi kimi göstəril­mişdir532. Qar­luqlar burada üç qəbilədən ibarət birlik halındə yaşayrdılar533. Hələ İstəmi zama­nında türk hakimiyyətinin Xəzərin şimalı və Mavəraün­nəhrə doğru genişlən­məsində şübhəsiz böyük rolları olan qarluq­ların hər iki göytürk xaqanlığı döv­ründəki durumu yuxarıda açıqlanmışdı. 630-680-ci illər arasında digər türk boyları kimi bunların da öz başlarına buyruq olaraq zaman-zaman Çinə qarşı çıxdıqları gö­rülməkdədir. 640-cı illərdə Turfanın şimalına qıyılan qarluqlar çinlilər tərəfin­dən məğlub edilərək (650, 654) P'ei-ting əyalətinə (Tanrı dağ­larının şimal sahəsi) bağlandılar. Fəqət hər qəbilə öz rəisinin nəzarəti altında idi. Bu xəbəri verən Çin qaynaqlarının 665ci ilə doğru təkrar toparlanan qarluq­ların Çin nüfuzun­da­kı nə qərbi, nə şərqi göytürk qanadına tabe olmadan yaşa­dıq­larını qeyd etməsi diqqətə dəyər534. Əvvəlcə "Kül-erkin" ünvanını daşıyan üç-qarluq bəyi bu tarix­lər­də yabğu ünvanını almış və qüvvətli bir orduya sahib olmuş­dur535. Daha sonra Kapğan kağan tərəfindən II Göytürk xaqanlığına bağlandığını gördüyümüz qar­luqlar Çinin təşviq və təhriki ilə göytürklərə qarşı üsyan edərək şiddətli müca­dilələrdə bulunmuşlar. Bilgə kağanın ölümündən sonra təkrar fəa­liyətə keçərək, uyğur və basmıllarla birlikdə göytürk xaqanlığının yıxılmasına ba­is oldular. Bas­mıllar hakim duruma gəldikləri zaman (742), "sağ (qərb) yabğu" məqamını alan qarluq başbuğu uyğur xaqanlığının qurucusu Qutluğ Bilgə Kül za­manında "sol (şərq) yabğu" oldu. Fəqət bu, qarluqların hamısını təmsil etmir­di. Beş-balıq hə­valisində oturan qarluqların özlərinin seçdikləri Tun-Bilgə adın­da ayrı bir yab­ğu­ları vardı536. Ancaq Ötükəndə yeni qurulan uyğur xaqan­lığı bütün qar­luqlar tərə­findən üst məqam olaraq tanınır və yabğular xaqana bağlı bulunur­dular.

Qərbdə əməvi-ərəb irəliləməsini durdurmuş olan türgiş xaqanlığının tənəz­zülə doğru getdiyi bu tarixlərdə Orta Asiya türk ölkələrinin qorunması kimi bir ta­rixi vəzifə bu dəfə qarluqlara düşmüşdü. Zira Mavəraünnəhr yenə ərəblərin nüfuzu altına girmiş, hətta Seyhun arxasında bəzi ərəb hərəkatları görülmüşdü. Ancaq bu, əski dövr əməvi istilaçılığından fərqli idi. Getdikcə gücünü artıran abbasi təbliğatı əməvilərin "imtiyazlı ərəb milləti adına fəth" düsturu yerinə bütün müsləmanlar arasında fərqlərin qaldırılması və bərabərlik fikrini yayırdı. Beləliklə, ərəb bas­qı­sı­nın azalması çinliləri Orta Asiyada bir iq­tidar boşluğu hüsulə gəldiyi düşün­cə­sinə götürmüş, dolayısıyla çinlilər əski Or­ta Asiya siyasətlərini canlandıraraq, qarluq­la­rın daxil olduğu bölgələrə yenidən əl qoymaq istəmişdilər. Bu surətlə nə­ti­cədə məş­­hur Talaş (Taraz; bugün Öv­liya-ata bölgəsi) müharibəsi baş verdi (751 iyun). Müsəlmanlarla çinlilər ara­sında cərəyan edən bu müharibəyə537 qədər qarluqlar t'anqların tərəfini tutur­dular. Fəqət onların getdikcə açığa çıxan siyasəti qarşısın­da ərəblərlə əməkdaş­lıq edərək, çinlilərin ağır yenilgiyə uğramasına nail oldular. Ta­rım hövzəsindən etibarən qərb bölgəsi qar­luqlara, şərq bölgəsi uyğurlara aid ol­maq üzrə Orta Asi­yanın yenə türk hakimiyyətində qalmasını təmin edən bu sa­vaşda uğradı­ğı məğlubiyyət üzündən Çin ağır iç böh­ranlara sürüklənmiş (bax: yux. Uyğurlar) və artıq qərb ilə maraqlanmamışdır.

Qarluqlar qısa bir müddət uyğurlarla Orta Asiyada iqtidar yarışına giriş­sələr də (747), uyğur kağanı Moyen-çor qarşısında duruş gətirə bilməyərək Tarım böl­gəsindən daha qərbə çəkildilər və 7-8 il içində (756) Cunqariyaya və 766-cı ildə çö­kən türgiş iqtidarının yerinə Balasağun, Talas həvalisinə yerləşərək əski qərbi göytürk xaqanlığı sahəsində hakimiyyət qurdular (Arslan İl-tirgüg zama­nı)538. Pay­taxtları Balasağun idi. Ötükənin üstünlüyünü tanı­maqda davam edir, ey­ni zamanda siyasi bir isim olaraq 'türkmən" adını da daşıyırdılar539. Öz soy­la­­­­rı­nı göytürk xaqan ailəsi Aşina sülaləsinə bağla­yan qarluq yabğuları540 ha­ki­miy­yə­tin "qutlu Ötükən" ölkəsi ilə sıx əlaqəsi inancını mühafizə edir­dilər. Fə­qət uy­ğur xaqanlığı orada yıxılınca (840), oradakı yeni qırğız hökumətini diq­qətə al­mayan qarluq yabğusu türk xaqan­larının "qanuni xələfi" sifəti ilə özü­nü "Boz­qırların qanuni (yəni törə gərəyi) hökmdarı" elan edərək541 "Qara xan" ünvanını aldı (Bilgə Kül Kadir kağan) və mərkəz olaraq da Balasağunu (Qara-ordu= Quz-uluş=Quz-ordu) seçdi542. İslamiyyəti rəsmən qəbul edən (Sa­tuq Buğ­ra, 904-911) ilk türk kütləsi olmaq və müsəlman samanilərlə siyasi mübari­zə­lərə girişməklə bərabər543 həm türk, həm islam tarixində çox mü­hüm yer tutan gə­lə­cəkdəki böyük qaraxani dövlətini qurmaq kimi tarixi rol oynayan, sonra da bir pəndnamədə Sultan Mahmud Qəznəvinin atası Səbük Təgi­nin o çağda qarluq ölkəsi olan Barsxandan (Barsğan) nəşət etdiyi bildiril­di­yinə gö­rə544 türk-islam dünya­sına qəznəvi sultanları kimi digər bir böyük sü­lalə vermiş olan qarluqlar o zaman islam çevrəsinin ən yaxın qonşuları olduq­la­rından ərəb­cə-farsca əsər­lərdə onlardan çox bəhs edilmişdir (qarlux, xarlux, halluh). “Hü­dud ül-aləm”də (X əsrin son rübü) verilən bilgiyə görə, qarluq öl­kə­si şərqdə Tanrı dağları, şi­malda oğuzlar, cənubda yağmaların bir qismi və qərbdə Mavə­ra­ün­nəhrlə sınır­lanmış çox abad bir məmləkət, "türk ölkələrinin ən gözə­li" idi. Əsərdə burada mövcud olan 15 şəhər və qəsəbənin adı sayılır və türk qə­bi­lələri zikr edilir545.



Qaraxani dövlətinin yağma, çigil, toxsılarla birlikdə əsas kütləsini mey­dana gətirdiyi anlaşılan qarluqlar bu xanədan üzvləri arasında mübarizələr ge­dən zaman dövlətə qarşı cəbhə alaraq qarışıqlıq çıxqarmağa başladılar ki, bu da qara-xitay hakimiyyətinin Orta Asiyada söz sahibi olmasına təsir göstərdi546. Qa­ra-xıtay hökmdarı Yeh-lu Ta-şih (Kür-xan) 1137-ci ildə Səmərqəndin qara­xani xanı Mahmudu məğlub ettiyi zaman bu xan öz dayısı olan Böyük Səlcuqlu sultanı Səncərə şikayət etmiş və uğradığı yenilgi ilə qarluqların ilgisini dilə gə­tirmişdir. Sultan Səncər də qarluqları əzmək üçün çıxdığı səfərdə qarşısında Kür-xanı görmüşdü. Səncərin bu savaşda yenilməsi (1141 Katavan savaşı) mü­hüm bir hadisə kimi "bütpə­rəst" qara-xitayların ta Xorasan sınırlarına qədər so­xulmaları ilə nəticə­lənmişdi547. Xarəzmşahlar (İl Arslan zamanı: 1156-1172) ilə qara-xitaylar arasın­da da bir çox anlaşmazlıqlara səbəb olan qarluqların bu ara­da başbuğ­ları yabğu-xan öldürüldü (1157), digər bir qarluq başbuğu Əyyar bəy qara-xitaylar tərəfindən əsir edildi (1172). Qarluqlara qarşı xarəzmşah Əla­üddin Təkiş də (1172-1200) bozqırlar bölgəsinə əl ataraq qanqlı və qıpçaq kimi digər türk boyları ilə gücünü artırmaq ehtiyacını duymuşdu. Bununla bəra­bər, az sayda olsa da, xarəzmşahlar ordusunda xidmət edən qarluqların qara-xani ta­beliyində olmaq üzrə Türküstanda bir bəyliyə sahib olduqları anlaşılır. Monqol istilası başlayan zaman (1215) mərkəzi Qayalıq (İli çayının şərqi) ola­raq davam edən bu bəyliyin başında II Arslan xan vardı548. O, uyğur İdi-qutu Bar­çuk ilə birlikdə Asiya türk ölkələrini başdan-başa tapdayan mon­qolların hök­mü altına girdi. Çingiz xana itaət edən ilk müsəlman hökmdar olub 1221-də ölən bu qar­luq xanının oğluna Özkənd şəhəri verilmişdi. Çingiz xan zamanı monqol döv­lə­ti idarəsində vəzifə alan qarluqlar var549. Hazırda Bədəxşan böl­gəsi (Əfqa­nıs­tan-Tacikistan hüdudu) özbəkləri arasında qarluq adlı bir qəbilə yaşayır550.

8. OĞUZLAR
Oğuz adının mənası üzərində dürlü açıqlama təcrübələri var551. Gy. Né­methə görə, oğuz kəlməsi türkcədə eyni zamanda "qəbilə" (bir siyasi quruluşa bağlı qəbilə) mənasına gələn "ok" sözünə əski türkcədəki cəm şəkilçisi -z552 əla­vəsilə yaranmış­dır (ok+uz) və "qəbilələr" deməkdir553. Gy. Némethin bu izah tərzi bəzi etirazlara rəğ­mən554 doğrudur, sadəcə linqvistik baxımdan deyil, eyni zamanda türk tarixinin so­sial və siyasi inkişafı kontekstində ələ alındığı təqdirdə xüsusilə tutarlıdır. Oğuz kəl­məsi­nin çincəyə "qəbilələr" deyə tərcümə edilməsi də bu görüşü dəstəkləyir555. An­la­şı­lır ki, "oğuz" adı əslində etnik bir ad deyil, doğ­rudan-doğruya "türk qəbi­lələri" mənasını ifadə edən bir kəlmədir (oğuz təbi­rinin r-li söylənişi olan "oğur" şəklinin ayrı ad ola­raq miladdan öncəki Çin qay­na­ğında keçməsi /bax: aş. Oğurlar/ əski çağ­larda çinlilərin türk toplumunu ya­xından tanımadıqlarından irəli gəlmiş ol­malıdır.

VI əsrdən etibarən göytürk xaqanlığında toplanmış türk qəbilələrindən bir qismi 630-cu ildə başlayan fətrət dövründə digər bir çox türk boyları kimi öz ara­­la­rında birlik quraraq Tola-Selenqa çayları bölgəsində doqquz-oğuz xaqanlığını mey­dana gətirmişdilər. 682 -ci ildə İltəriş tərəfındən məğlub edilən oğuzlar (İnək­lər gölü savaşı) bu durumda idi və müharibədə ölən oğuz dövləti başçısı Baz ka­ğa­nın balbalı sonra İltəriş kağanın məzarına dikilmişdi556.



Göytürk xaqanlığı dövrində oğuzların davranışlarını və üsyanlarını yuxarı­da görmüşdük. Kitabələrdəki müvafiq ifadələr oğuzlarla göytürklər arasında bir fərq qo­yul­madığını, hətta xaqanlığın təməlini oğuzların təşkil etdiyini söyləmək üçün ki­fayət edir557. Bu səbəblə oğuzlarla göytürklərin eyni olduğu zatən qəbul edilmişdi558. Ancaq V. Thomsen Tonyukuk kitabəsi haqqındakı son məqaləsində oğuzları "Türk­lərin yüksək hakimiyətində bir qəbilə birliyi" olaraq göstərmiş559 və bu tarixi ger­çək sonra xətalı olaraq etnik (soy, qövm) baxımından dəyərlən­dirilməyə girişilmiş, mə­sələ yeni araşdırmalarla daha da dərinləşdirilmişdir560. Beləliklə, oğuzları türk, yox­sa başqa bir etnik təşəkkül saymaq kimi çox mühüm bir anlaş­mazlıq nöqtəsi ortaya çıx­mışdır. Burada öncə üzərində durulması gə­rəkən xüsus oğuzlara müqabil türk adını daşıyan bir etnik toplumun var olub ol­madığıdır. Buna dərhal mənfi cavab ver­mək mümkündür. Çünki "güc-qüvvə" mənası ilə “türk" adının türk soylu kütlələr tə­rəfindən qurulan göytürk dövlətini ifadə etmək üzrə işlədilmiş bir siyasi ad ol­duğu açıqlanmışdı (bax: yux. Türk adı). O halda həm oğuzlar, həm göytürklər eyni qövmi zümrəyə mənsubdurlar. İkinci məsələ, göytürk dövlətinin sahibi hansı "türk" qolun­dan idi? Bilindiyi üzrə, bu dövlət adı "Aşina" olan əski bir türk hökmdar ailəsi tərə­findən ətrafındakı türk soylu kütlələrin yardımı ilə qurulmuşdu. Bu kütlələr isə an­caq qəbilələr birliyi (=oğuz) halına gəlmiş türklər ola bilərdi. W. Bartholdun göy­­türk xa­­qan­larının doqquz-oğuzlardan nəşət etdiyi barədə görüşü561 qədim Aşina ailəsinin bu oğuz bölüyü ilə əlaqəsini isbat etməyi gərəkdirsə də VI-VII əsr türk (göytürk) kütlə­sinin doğrudan-doğruya oğuzların bu qrupundan təşəkkül etdiyi Çin qaynaq­ları tərəfindən açıqlanmaqdadır. Tanq dövrü sənədlərində (T'anq-shu və Kiu T'anq-shu salnamələri və ayrıca 5 bioqrafiya) doqquz qəbilə (kitabələrdəki "do­kuz-oğuzlar) bəzən türklərin (göytürklərin) doqquz qəbiləsi və ya "doqquz qə­bilənin türkləri (göytürkləri)", bəzən də töleslərin doqquz qəbiləsi deyə qeyd edilmiş və bio­qra­fiyalarda bunlardan 5-nin adı bildirilmişdir. Pa-ye-ku (ba­yır­ku), fu-ku (bu­ku, buğu), tunq-lo (tonqra), sse-kie (sıqar), hun. Demək ki, oğuz qəbilələri göytürkləri meydana gətirən toplumdan başqası deyildi562. Çin qaynaq­larında çinli­lə­rə artıq çox yaxşı tanış olan göytürk xaqan­lığı dövründə oğuzların öz adlarıyla (yəni doğrudan-doğruya "oğuz" olaraq) zikr edil­mə­yib sadəcə doqquz qəbilə (kiu sinq) deyə oğuz kəlməsinin tərcümə­sinin veril­məsi bizzat tu-küe-dən (türk) ibarət toplumun ayrı bir isim altında göstəril­məsinə ehtiyac du­yul­ma­dığını sü­but edir. Kitabələrdə I Göytürk xaqanlı­ğı çağında "oğuz" adının keçməməsi də eyni səbəbdən irəli gəlmiş olmalıdır. Ancaq fətrət dövründə bəzi qəbilələr öz aralarında təşkilatlanaraq bir "döv­lət" qurmuşdular ki, II Göytürk xaqanlığı za­manında hökmdar ailəsinə qarşı qiyam qaldıran və hökumətin digər imkanları ilə yatırılmasına çalışılan bu "təşkilatlan­mış" birlik=oğuzdur. "Türk bodun" təbiri də, şübhəsiz, ümumi olaraq xaqana bağlı kütlələrin (oğuzlardan bir qismi ilə için­də uyğurların da yer aldığı töles boyları və tarduşlar563) hamısını ifa­də etmək­də idi. Kitabələrdə xaqanın "oğuz bodunu türk budunundan idi" de­məsi564 ilə bu oğuz­la­rın üsyan halında olmaları arasında bir ziddiyyət görmək çətindir, zira mə­sələ "xalqın" vaxtilə dəstəkləyib ucaltdığı xanədanla (bax: aş. Kültür: Xalq) müba­riz­əsindən ibarətdir (türk tarixində bunun başqa misalları da vardır: qar­luq­ların qaraxanilərə qarşı dirən­mələri və özü də oğuz olan Sultan Sən­cərin asi oğuzlarla çarpışması və s.)565.

Xüsusilə islam qaynaqlarında uyğurlardan da doqquz-oğuz olaraq bəhs edil­­məsindən566 doğan qarışıqlıq uyğur uruğları ilə doqquz-oğuz qəbilələrinin təs­bi­tindən sonra (bax: yux. Uyğur xaqanlığı) aradan qaldırılmış olmalıdır.

Uygur xaqanlığının başlanğıcında hələ təgin olan Moyen-çor oğuzlara baş­ç­ı seçilmişdi. O, doqquz-oğuzları topladı, fəqət səkkiz-oğuz birliyini mey­dana gətirən digər boylarla savaşmaq məcburiyyətində qaldı567. Xaqan ol­duq­dan sonra da Moyen-çor otuz-tatarlarla ittifaq edən bu oğuzları Burğuda və Selenqa qıyısında ara-arda məğlub etdi. Oğuzlar Selenqanı keçərək çəkil­dilər568.

Bundan sonra anayurd bölgəsindəki oğuz toplumu haqqında çox bilgi yox­­dur. Hər halda qərbə tərəf geniş ölçüdə bir köç hərəkatı baş vermişdir. İbn ül-Əsir xəlifə əl-Mehdi zamanında (775-785) oğuzların Mavəraünnəhr hə­valisinə gəldiklərini bildirməkdə və ət-Təbəridə zikr edilən 820-821-ci ildə Usruşanaya (Seyhun-Səmərqənd arası) gerçəkləşdirilmiş bir doqquz-oğuz axı­nının bunlarla bağ­lı olduğu təxmin edilməkdədir569. Buna əsaslanaraq "oğuz bir­liyi" mənsubla­rı­nın çox qələbəlik kütlələr halında öncə Talas həvalisinə köç etmiş olmaları və Seyhun oğuzlarının XI əsrdə danışdıqları türkcənin kəlmə və söyləyiş etibarilə şərq türk­lə­rininkindən fərqli olduğu diqqətə alınaraq, bu köçün IX əsrdən öncə baş vermiş olması irəli sürülməkdədir570. Oğuzlar Sir-Dərya (Seyhun) boyunda IX əsrin ikinci rübündən bəri oturmaqda idilər571.

X əsrin ilk yarısında oğuzlar Seyhun bozqırları ilə o civardaki Qaraçuq (Fə­rab) və Sayram (İsficab) şəhərləri həvalisində görünürdülər. İslam coğ­ra­fi­yaçı­larına (əl-Bəlxi, İstəxri, ibn Hövkəl) və “Hudud ül-aləm”ə görə, oğuzların sahəsi qərbdə Xəzər dənizinə (bu dənizin şərqindəki yarımada bu səbəblə türk­cə Manqışlaq adı­nı almışdır), cənubda Gürgənc şəhəri ilə bunun şimal-qər­bindəki Cit qəsəbəsinə və Aral gölünün cənubundakı Baratəkin qəsəbəsinə, Ma­vəraünnəhrdə Buxaranın şimalına, Qaraçuq dağlarının ətəyindəki Sabran şə­hərinə qədər yayılmışdı və Qa­raçuq dağlarından Xəzərə uzanan yarım­səh­raya "Oğuz bozqırı" (məfəzat ül-ğu­ziyyə) deyilməkdə idi572. Buralarda Yeni-kənd, Qaraçuq, Cənd, Suğnak, Qarnak, Süt-kənd, Barçınlığ-kənd və başqa adda oğuz şəhərləri vardı573.

Oğuzlar X əsrin ilk yarısında qış igamətgahı Yeni-kənd olan bir dövlət qur­muşdular574. Başda yabğu vardı, Kül-ərkin ünvanlı bir başbuğ ona naiblik edir, or­dunu sü-başı idarə edirdi. Yabğu dövlətinin qonşuları peçeneqlər və xə­zərlərlə mü­nasəbətinin çox da dostanə olmadığını göstərən dəlillər vardır. İbn Fədlan (X əsrin ilk rübü) və əl-Məsudiyə görə, aralarında savaş əskik deyildi. Xarəzmin yerli xa­nədanı afriğflər oğuz basqısı altında idilər. Oğuzların şərq­dəki qonşuları qarluq­lar ilə də mücadilə halında olduqları aralarındakı savaş­lardan birində oğuz yabğu­sunun ölməsindən anlaşılır575. Digər tərəfdən M. Kaş­ğari oğuzlarla çigillər arasında köklü bir düşmənçilikdən bəhs edir576. Şimalda kiməklər ilə bəzən dostca, bəzən düşməncə münasibətlər davam edib gedir­di577. Bu oğuzlar ümumi “türk” adı ya­nında yenə siyasi bir isimləndirmə olaraq "türkmən" adını da daşıyırdılar ki, islam ölkələrinə gəldikdən sonra islam qay­naqlarında bu adla da anılmış­dı­lar578.

Oğuz yabğu dövlətinin tarixi haqqında başqa açıq bilgi yoxdur. Son oğuz yabğusu olaraq Əli xan adında birini zikr edən və səlcuqluların "can düş­məni" olaraq, Toğrul və Çağrı bəyləri xeyli uğraşdırdığını bildiyimiz məş­hur Cənd "hakimi" Şah-məliki də Əli xanın oğlu göstərən Rəşidəddinin (XIV əsrin ilk rübü) bu xəbəri gerçəkdən ziyadə "dastani" vəsfdə görün­mək­dədir579.

Yabğu dövləti zamanında oğuzlar üçox və bozox deyə əski ikili təşkilat ha­lında idilər. Qolları meydana gətirən qəbilələr haqqında biri Mahmud Kaş­ğa­rinin DLT-sində, digəri Rəşidəddinin “Came üt-təvarix”ində olmaq üzrə iki si­yahı var. DLT-də580 ayrı-ayrı damğaları ilə birlikdə 22 qəbilə gös­tərilmiş, Rə­şi­dəddin isə həm qəbilə sayını 24-ə çıxarmış, həm bozox-üçox təs­nifatı apar­mış, damğalara əlavə olaraq hər qəbilənin onqonunu göstər­mişdir:

Bozoxlar: qayı, bayat, alka-evli (alka-bölük), qara-evli (qara-bölük), yazır, dö­yər, dodurğa, yaparlı (DLT-də yoxdur), əfşar, qızıq (DLT-də yoxdur), bəy­dili, qarkın (DLT-də yoxdur, bunun yerinə çaruqlu).

Üçoxlar: bayındır, bəçənə, çavuldur, çəpni, salur, eymür, alayuntlu, yürəgir, iğdir, büğdüz, yıva (ıva), qınıq581.

1000-ci illərə doğru oğuz yabğu dövləti yıxıldı. Bunun kiməklərin bir qolu kimi IX əsrdə bir qüvvə olaraq ortaya çıxan qıpçaqların (kumanlar) bas­qı­sı və səlcuqlu ailəsinin onlara bağlı kütlələrlə birlikdə ayrılmaları nəticəsin­də baş ver­diyi qəbul edilir582. Kaşğarinin xəritəsinə (DLT, IV-ə əlavə) görə, XI əsr orta­la­rın­da qıpçaqlar "oğuz bozqırı"nı və Seyhunun aşağı yatağını işğal etmişdilər.

Yabğu dövlətinin çöküşü nəticəsində oğuzlardan qələbəlik bir qismi Qara dənizin şimalından qərbə köçmüş (bax: aş. Uzlar), digər bir qismi Cənd böl­gə­sinə, oradan da Xorasana, sonra isə Anadoluya yönəlmişdir (səlcuqlular). Yer­lərində qa­lan oğuzların XI əsr ortalarında Qaraçuq dağları bölgəsində, Man­qışlaqda və Seyhun qıyısındakı qəsəbələrdə oturduqları, monqol istilası zama­nı Cənddə və Qa­raqumda türkmənlərin olduğu görünməkdədir583.

Bugün Orta Asiyadakı Türkmənistan xalqı bu oğuzların uşaqlarıdır. Ana­do­luda da bir çox kənd yuxarıda zikr edilən oğuz boylarının adlarını daşıyır.

Göytürk çağının türk millətinə yön verici, mərkəzi bir səciyyə daşıdığını başda söyləmişdik. Asiya hunlarından daha geniş ölçüdə və təbir caizsə daha şü­ur­lu bir şəkildə Asiya türklüyünü öz idarəsi altında birləşdirən bu xaqanlıq Orta Asiyanın qərb hüdudlarında türk xalqının say üstünlüyünü itirdiyi yer­lərdə siyasi ba­xım­dan zəif düşdüyü zamanlarda belə türk nüfuzunun yayılma­sında böyük rol oy­namışdır. Qaynaqlardan anlaşılır ki, VIII əsr ortalarında Mavəraünnəhr, Daş­kənd, Fərqanə, Xuttal, Şuman və Toxaristanda görünən krallıqlar ya türklər tə­rəfindən qurulmuş və ya türk siyasi və kültürəl təsiri al­tında gəlişmiş təşəkküllərdi: Xuttal kiralı "ər­kin" ünvanını daşıyır, Çinə tarkan ünvanlı elçilər göndərirdi (733, 740, 750). Buxara kralı tuğ-şad 720-ci ildə qardaşı Arslan xanı Çinə elçi gön­dərmişdi. Şuman kralının elçiləri də (743) tar­xan və şad ünvanlarını daşı­yırdılar. Daşkənd kra­lının adı Təgin, Fərqanədən gön­dərilən elçinin adı (749) Arslan Tar­kan idi. To­xaristan kralının ünvanı isə yabğu idi və onun Çinə gön­dər­diyi (738) el­çisi İnancu Tarkan idi. 729-ci ildə Qutluğ Toxaristan yabğusu idi və bu yabğu ai­ləsi Aşina sülaləsinə bağlan­ır­dı584. Bir görüşə görə, abbasi xəlifəsi əl-Mö­təsim za­ma­nında (833-842) ünlü türk komandanı Aşnas Toxaristan yabğu­la­rına mənsub idi585.

Uygur, türgiş, qarluq xaqanlıqları göytürk xaqanlığının davamı idilər. Qərb­də Aşina oğulları tərəfindən idarə edilən Xəzər xaqanlığı da elə idi və uz, peçe­neq, kuman-qıpçaq boyları göytürk xaqanlığından ayrılmış zümrələrdi (aş. bax). Yuxarı İrtış bölgəsindəki kiməklər586, Aral gölünün şimalında bir qıp­çaq qrupu olan kanqlılar587, Kaşğarın şimal-şərqi, Özkənd, Talas və Çu böl­gələrində qar­luq­lardan bir qəbilə olması ehtimal edilən yağmalar588, Issık gölün cənub-qər­bin­də, sonralar Talas civarında, Barsğan ötəsində, Kaşğar həvali­sində və Mavəra­ün­nəhrdə oturan çigillər589, yenə qarluqlara bağlı bir qəbilə olaraq, Issık göl-Çu çayı arasındakı tuxsılar590, Toxaristan, Qəznə, Bəlx, Si­cistan-Şimali Hindistan­da ağ-hunların nəvələri olduğu bildirilən qalaclar591, Kaşğar-Balasağun-Talas-Fərqa­nə arasında arğu, yabaku, çomul, ığraq, çaruq, əzgiş, kənçək və s.592 toplumları əs­lində şərqi türk qolları olub göytürklərlə əlaqəli idilər.

Ayrıca qarluq, yağma, çigil qarışığı olan, Aşina ailəsindən gələn hökm­­dar sülaləsi ilə qaraxani xaqanlıqları, vaxtilə həmin toplumda yer alan müxtəlif türk qrupları yolu ilə qəznəvilər dövləti, xarəzmşahlar593, Hindistan türk döv­lət­lə­ri və oğuz boyları yolu ilə Böyük Səlcuqlu imperatorluğu, Səl­cuqlu dövlət­ləri, atabəyliklər, türkmən bəylikləri, Qaraqoyunlu və Ağqoyun­lu dövlətləri, Qazı Bür­hanəddin, ramazanoğullan, dulqədirlilər, bərçəmoğulları və yaruqlular, İran­da əfşar, qacar xanədanları və başqaları594, Anadolu bəy­likləri, Osmanlı impe­ra­tor­luğu və Türkiyə Cümhuriyəti hamısı göytürk xaqan­lığının qövmi, sosial, ida­ri, əsgəri və kültürəl varisləri olmuşlar (aş. bax:). Bu durum müxtəlif türk küt­lə­ləri arasında, özəlliklə XI əsrdən etibarən 200 il sürən köçləri ilə bütün Orta Şərqi tu­taraq yuxarıdakı siyasi təşəkkülləri və Anadoluda əbədi bir türk vətəni quran oğuz zümrəsinin türk, islam və dünya tarixindəki seçkin mövqeyini ortaya qoyur.



9. SABAR DÖVLƏTİ
V-VI əsrlərdə Qərbi Sibirlə Qafqaz dağlarının şimal bölgəsində mühüm tari­xi rol oynadığı müxtəlif əcnəbi qaynaqlardakı dağınıq bilgilərin yardımı ilə təsbit edi­lə bilən türk toplumu Bizans tarixlərində sabar, sabeir, saber, erməni, sür­yani, islam qaynaqlarında müvafiq olaraq savir, sabr, s(a)bir, səbir və s. şək­lində adlan­dırılmışdır595. Sabarların slavyan və ya monqol, yaxud fin-ugor mənşəli ol­duq­larına dair iddialar köhnəlmiş596 və bugün onların türk olduğu həm daşıdıqları ad, həm də tarixi və kültürəl durumlarıyla anlaşıl­mışdır. Dürlü dillərdəki səs də­yişmələri nəticəsində fərqli şəkillərə düşən ad­larının əsasını təşkil edən və ancaq türkcə ilə açıqlana bilən sabar kəlməsi "sab+ar" dan (=sap-ar=sapmaq, felinə+ar şə­kilçisinin əlavəsi ilə. Başqa örnə­klər: kazar, bulğar, kabar və s.) meydana gəl­miş olub "sapan, yol dəyişdirən, başıboş qalan, sərbəst" mənasındadır və türklərdə ad vermə üsuluna uyğundur. Ayrıca, sabar­lara aid şəxs adları da türkcədir: Balak, İlig-ər, Boarık=Buğ-arık və s.597.

Sabarların erkən tarixləri yaxşı bilinmir. Adlarından göründüyü kimi, han­­­sısa bir ana kütlədən qopmaları mümkün olsa da, onların əsl yurdları kimi görünən Tan­rı dağlarının qərbi-İli çayı sahəsində ikən598 Asiya Böyük Hun impera­tor­lu­ğu­na bağlı toplumlardan biri olmaları lazımdır599.



Sabarlara aid ilk dəqiq xəbər 461-465-ci illərdə Qərbi Sibir qövmləri ara­sındakı böyük qımıldanma və geniş çaplı köç hadisələri600 münasibətilə Bizans ta­rixçisi Priskos (V əsr) tərəfindən verilmişdir. Daha sonra Prokopios (VI əsr) və K. Porphyrogennetosun (X əsr) əsərlərində də təkrarlanan bu xəbərə601 görə, şərq­­dən gələn avar basqısı qarşısında602 sabarlar yerlərini tərk edib qərbə yönəl­miş­, Altay-Ural dağları arası düzənliklərdə (bugünkü Qa­za­xıstan bozqırları­nın cənub sahəsi) yaşayan oğur-türk boylarını yurdların­dan ataraq, Tobol və İşim çayları çevrəsində yerləş­mişlər. Keçən əsrin son­larına doğru Qərbi Si­birdə voqullar, ostyaklar və İrtış tatarları arasında araş­dırma­lar aparan S. Patkanovun təsbitlərinə görə, sabarlar bu bölgədə yerli xalq­lardan çox üstün olan kültürləri ilə əsrlərcə sürən dərin təsirlər göstər­mişlər: Tobolsk dolaylarında, Ob, Tura və İrtış boyla­rında Sabar, Saber (Ta­par), So­per, Savri, Sabrei, Sıbır (Sıvır) kimi yer və qala adları yayğındır. Ay-sabar, Kün-sabar kimi şəxs adlarına da rast gəlinir. Tobolsk əhalisi buranın ən əski sa­kinlərini sıbır, sıvır deyə anmaqdadır. Ay­rıca, bu ətrafdakı xalqların nağılla­rın­da və qəhrəmanlıq hekayələrində sabarlar geniş yer tutur. Sabarları öz böyükləri olaraq qəbul edən ostyaklarla birlikdə vo­qul­ların da sonralar tabe olduqlara ruslara "saper" adını vermələri xalq nəzə­rində əski sabarların üstün durumlarını ortaya qoyur603. Həmin sahədə qu­rulduğu bilinən Sibir xanlığının (XVI əsr) paytaxtı da Sibir adını daşıyırdı. Bu kəl­mə za­manla çox geniş bir coğ­rafiyanı ifadə etmişdir (Sibir). Rusların öncə Si­bir (İsker) şə­hərini ələ ke­çirərək bölgəyə verdikləri bu ad rus hərəkatı şərqə irə­li­lədikcə da­ha geniş sa­hə­ləri əhatə etmiş604, beləliklə, sabar türklərinin xatirəsi günü­müzə qədər yaşamağa davam etmişdir. Hələ 503-ci ildə Şərqi Avropaya doğru haki­miy­yətlərini genişləndi­rərək bəzi bulğar qruplarını öz tabeliyinə alan sabarlardan qələbəlik bir küt­lənin 515-ci ilin payızında605 İtil (Volqa)-Don çayları arasın­da və Qafqaz dağlarının şimalın­dakı Kuban çayı boyunda yerləşməsi və doğru­dan-doğruya Bizans və sasani im­pe­riyaları ilə təmas qurması sabarların Şərqi Avropa tari­xində ön səfə çıxma­la­rı­na səbəb oldu. İran-Bizans savaşlarının davam et­diyi o illərdən eti­ba­­rən hökmdar Balak (Bələk?) idarəsində böyük çapda əsgəri fəa­liyət göstərən sa­barların sasanilərlə anlaşaraq, Bizansa qarşı savaşdıqları (516), Ərməniyyə böl­gəsinə axınlar etdikləri, sonra Anadoluya gi­rə­rək Kay­seri, Ankara, Konya do­lay­larına qədər irəlilədikləri bilinməkdədir606. Bu mü­nasibətlə sabarların böyük savaş gücü və özəlliklə yüksək hərbi tex­nika­sı Bi­zans­da heyrət oyatmışdır: "Sa­barlar insan hafizəsinin xatırlaya bildiyi za­man­dan bəri nə iranlılardan, nə romalı­lar­dan heç kimsənin düşünə bilmədiyi me­xanizm­lərə sahib idilər. Belə ki, hər iki impe­ratorluqda mexanik əskik olmamış və hər dövrdə mühasirə mexanizmləri düzəldil­mişdir. Fəqət indiyə qədər bu "barbar"­ların­kına bənzər bir ixtira nə ortaya qoyulmuş, nə də onlar kimi işlədə bilmişlər. Bu, şübhəsiz, insan dühasının bir əsəridir"607.

Balakdan (ölümü: 520-ci illər) sonra onun yerinə keçdiyi anlaşılan dul xa­tunu Bo(ğ)arık608 savaşçılığı, idarəçiliyi və gözəlliyi ilə məşhur bir türk kra­li­çəsi idi və "100 min" nəfərlik sabar ordusuna komandanlıq edirdi. Bizans im­pe­ratoru I Justinianos (527-565) müxtəlif gümüş vazalar və digər zəngin hə­diy­yələr qar­şılığında Boğarık ilə anlaşdı (528). Bizans illərdən bəri sürüb gedən sasanilərlə savaşda sabarları özünə dost və müttəfiq et­məyi daha uyğun si­ya­si davranış saymış olmalı idi. 531-ci ilə qədər Bizans ilə işbirliyi halında gö­rü­nən sabarlar haqqında sonrakı illərə aid açıq bir xəbərə rast gəlinməsə də, onların şahənşah Ənuşirvan (Adil) za­manında sasa­ni­lərin Qafqazdakı sürəkli və uğurlu savaşlarında (xüsusilə 545-ci ildə) xeyli tələfat verdikləri təxmin edi­­lir ki, nəticədə bir hərbi güc olmaqdan çıxmış, üstəlik, 557-ci ilə doğru avar­­lar­dan da ağır bir zərbə yemişlər. Sabar sahəsi az sonra Qara dənizə çatan göy­türk ida­rəsinə girmiş­dir. 576-cı ildə Cənubi Qaf­qazdakı hakimiyyətləri Bi­zans tərə­fin­dən yıxıldıqdan sonra bir qismi Kür çayı­nın cənubuna yerləşdirilən sabarların609 adla­rına VII əsr ortalarına qədər dağı­nıq şəkildə rastlanır və bu ta­rixlərdə həmin bölgədə böyük bir dövlət ola­raq ortaya çıxan xəzərlərin əsas küt­ləsini təşkil et­dikləri, xəzər qəbilələri olaraq görünən bələncər və səmən­dərin əslində iki bö­yük sabar kütləsi olduğu anlaşılmaqdadır610.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə