Ii fəSİl tarix tariX


C. Q ə r b i g ö k t ü r k x a q a n l ı ğ ı



Yüklə 1,63 Mb.
səhifə6/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   ...   17

C. Q ə r b i g ö k t ü r k x a q a n l ı ğ ı
582-ci ildə xaqanlığın şərq qanadı ilə əlaqəsini rəsmən kəsən Tar­d­u hər iki tərəfi öz idarəsində birləşdirməyə çalışırdı. Şərq xa­qanlığına təzyiq edən Çinin Tulan xaqana qarşı qardaşı Tu-lini (Ki-min) tutaraq iki qardaşı çarpış­dır­dığı üçün Tardu Çinə yürüdü. Şimali Çində irəlilər­kən yuxarıda adı keçən ge­ne­ral-diplomat Çanq-sun Şengin oyununa qur­ban oldu. Bu çinli türk ordu­sunun keçəcəyi yollar­dakı suları, quyuları, bu­laqları gizlicə zəhər­lətmişdi. Tar­du belə bir şeyi ağlına gətirmədiyinə görə itki və ağır at tələfatı verdi311, geri çə­­kilməyə məcbur oldu (600). Bu tarixə qədər Tardu kağan qərbdə böyük uğur­lar qazan­mış, Xotən bölgə­sini xaqanlığa bağlamış, şahən­şah IV Hörmüz "Türk­zadə" (579-590) za­manında Bizans-sasani savaşla­rın­da İranın işlə­rinə mü­­­daxilə et­mişdi. Bir türk başbuğu ("Xəzər yabğusu"?) Dərbəndi mü­ha­sirə edərkən di­gər göy­türk ordusu Herat, Badgis həvalisinə girmişdi (588-9)312. Bu ordunu da­yan­dıran ünlü sasani komandanı Bəhram Çubinin üsyan edərək Hör­müzü taxt­dan endirib onun oğlu Xosrov Pər­vizi çıxar­ma­sı, fəqət bunun da qaç­ması üzə­rinə Bəhramın özünü şahən­şah elan et­məsi sasani imperator­lu­ğu­nu qa­rış­­dırmış, Bi­zan­sın müdaxiləsi ilə məğlub edilən Bəhram sonun­da xaqana sı­ğın­mışdı313. Beləcə Tardunun bir yan­dan qısa müddət üçün də olsa hər iki türk xaqanlığını öz idarə­sində bir­ləş­­dirməsi (598-ci ilə doğru), eyni zamanda İran üzərində nü­fuzlu bir du­rum qazan­ması, onun 598-ci ildə Bizans im­peratoru Maurikiosa göndərdiyi məktubun başlığında ifadəsini tapmış görün­mək­­dədir: "Dünyanın yeddi irqinin bö­yük başbuğu və yeddi iqliminin hökm­darı xaqandan Roma imperato­ru­na"314 . Çin qaynaqlarına görə, Tardu da bu ta­rix­də Ötükən, Şi­mal-qərbi Monqo­lus­tan, Aral gölü həvalisi, Kaşğar, Mavəraün­nəhr və Mərvə qədər Xorasan sa­hə­ləri üzərində hakim idi, ulu xaqan olaraq "Bilgə kağan" ün­vanını daşı­maq­da idi315. Fəqət Tardu göytürk birliyini gerçək­ləş­dirmək üçün Çinin dəs­təyindəki şərq xaqanları Tu-lan və Ki-min ilə müca­dilələri dolayısıyla çox şid­dətli davranmış və buna, şübhəsiz Çinin əleyhdə təblığatı əlavə edil­mişdi. Nəticədə başda töleslər olmaq üzrə bəzi türk boyları və yabançılar üsyan et­dilər. Tardu bunlarla başa çıxamadı və mücadiləni sür­dürdüyü Kuku-nor hə­va­lisində monqol tü-yü-hunlar arasında yoxa çıxdı (603)316. Tardunun səh­nə­­dən çəkilməsindən sonra məmləkətdə üs­­­yançıların sayı artdı, nizam po­zul­du. Şərq xaqanlığında yeni bir qüdrət olaraq görünən Şi-pi kağana qarşı Tardunun nəvə­si Ho-sa-na (=Çu-lo kağan) suilərlə işbirliyinə qalxdığı və hət­­ta ölkəsini bu­raxaraq Çin sa­ra­yında yaşamağı tərcih etdiyi üçün Şi-pi tə­rə­findən çin­li­lərdən təslim alınaraq öldürüldü (619)317. Dövlət məc­lisi­nin xaqan elan etdiyi, Tardu so­yundan olan Şi-koei zamanında durum düzəl­mə­yə başladı. Fə­qət əsil hüzur Tar­dunun kiçik nə­vəsi olan Tonqyabğu (yab­ğu kağan) döv­rün­də (618-630) gö­rüldü. Çin qay­na­ğı T’anqshuya görə "ağıllı və cəsur" olan bu xa­qan "mahir bir savaşçı və seçkin bir taktik" idi318. Or­xon, Tola çay­ları ilə Aral gölü-Qafqaz dağ­ları ara­sına yayılmış tölesləri özünə bağ­la­mış, iranlıları məğ­lub et­miş, cə­nub­da Qəndəhara qədər irəlilə­mişdi. Or­­du­su bir neçə yüz min "yaxşı yay işlədən" sü­varidən ibarət idi. Mər­kəzi Talas şəhərinin (bugün Öv­liya-ata) 75 km qə­dər cənub-şərqindəki ünlü Min-vul (Min-bulaq=min pı­nar) mövqe­yində idi. T’an-shuya görə, "O zamana qə­dər qərbdə onun dərə­c­əsində qüv­vətli xa­qan görülməmiş­di319. Çin ilə dos­tanə ilişkilər qurmuş olan Tonq yab­­ğu ça­­ğın­da Hindis­ta­na get­mək üzrə göy­türk imperatorluğunu bir baş­dan bir ba­şa keçərək yollar, şə­hər­lər, dini və kültürəl həyat haqqında çox ilgi çəkici, bil­gi ve­­rən çinli bud­dist rahib Hiuen-tsang Tonq yabğunu da ziyarət et­mişdir320.

Göytürk imperatorluğunun parlaq bir dövr yaşadığı bu illərdə nu-şi-pilər və qarluqlar üsyan etdilər. Bunları öz mövqeyini təhlükədə zənn edən şərq xaqanı Kie-li təşviq etmiş olmalıdır. Tonq yabğunun xaqan­lığın qərb qanadı to-lular eliki olan əmisi ilə mücadilədə ölməsi (630) öl­kəni qarış­dırdı. Nu-şi-pi boyları öncə özləri ayrı bir hökmdar seçməyi tərcih etsələr də sonra Tonq yab­ğunun oğlu Se-yabğu üzərində birləşildi. Bu dəfə töleslərin qiyamı dövlətin Çinə bağlanmasında birinci dərəcədə etkili oldu. 630-cu ildə sənəsi Göytürk tarixinin qaranlıq ilidir. Şərq xaqanlığı həmin il Çinə boyun əymişdi. Qərb xa­qanlığı da eyni tarixdə eyni aqibətə uğradı. Bundan sonra da Aşina soyundan bir sürü "kağan", bəzən eyni zamanda bir neçə "ka­ğan" qərbi göytürk qrup­la­rının başında görünsə də, bunlar artıq Çinin bi­rər məmuru durumunda idi­lər321. Bir aralıq, başda türgişlər və qarluqlar ol­maq üzrə digər türk boylarının dəs­təyində şiddətli mücadilələrə girişən xa­qan //o-/w(653-659), nun böyük səylə­rinə rəğmən, Qərbi Göytürk ərazisinin Çin nəzarətinə girməsi 658-ci ildə ta­mamlandı322. Çin imperatorları oradakı türgiş xaqanlığı za­manında belə çoxu is­mən olmaq üzrə, on-oxlara "kağan" təyin etməyə davam etdilər.



Ç. II G ö y t ü r k x a q a n l ı ğ ı
630-680-ci illər arasındakı 50 illik zaman göytürklərin hürriyyət­lərini itir­dikləri bir matəm dövrəsi oldu. Hər nə qədər Orta Asiyada mil­lət kimi türk­lər varlıqlarını, dil, inanc və gələnəklərini mühafizə etsə­lər də müstəqil bir döv­lətdən məhrum olmaq, "Bəylik oğlan uşağının qul, xa­­tunluq qız övladın cariyə" olması323 göytürklər üçün heysiyyət qırıcı bir iztirab qaynağı təşkil edirdi. Millət belə deyirdi: "Ölkəli bir qövm idim, indi ölkəm hanı? Xaqanlı bir qövm idim, indi harda xaqanım?"324. Göy­türkləri bu fəlakətə sürükləyən sə­bəblər, kitabələrdən anlaşılacağına gö­rə, bu üç nöqtədə toplan­maq­da­dır:

1. Sonraki dövlət və idarə adamlarının yetərsizliyi:"...Kağan bilgə imiş, cəsur imiş, buyruqları bilgə imiş, cəsur imiş, bəyləri də, qövmü də yaxşı imiş, beləcə, ölkəni tutub törəni düzən­ləmişlər... Sonra qardaşlar, oğullar kağan ol­muş, kiçik qardaş böyük qar­daş kimi yaradılmadığı, oğul atası kimi yaradıl­madığı üçün bilgisiz ka­ğan­lar taxta oturmuşlar, buy­ruqları da bilgisiz, pis imişlər... Türk bəyləri türk adını buraxmışlar, Çin bəylərinin adlarını almışlar, Çin xaqanına bo­yun əymişlər, əlli il işlərini, güclərini (ona) vermişlər..."325.

2. Türk qövmünün mənfi münasibəti: "Türk bodunu... Sən ac ol­duğun zaman toxluğu düşünəməzsən, tox olduğun zaman aclıq nədir bil­məzsən. Bu sə­bəblə xaqanın yaxşı sözlərinə qulaq vermədin, yurdundan ayrıldın, xarab, bit­kin düşdün... Müstəqil xaqanlığa qarşı özün yanıldın... Şərqə getdin, qərbə get­din. Qutlu yurd Ötükəni tərk edərək getdiyin yer­lərdə nə elədin? Su kimi qan axıtdın, sümüklərin dağlar kimi yığıldı... Dövlətinə qarşı xəta etdin, pis hala saldın"326. "Türk bodunu öz xaqanını buraxdı, hökm altına girdi. Hökm altına girdiyi üçün Tanrı ona ölüm ver­di, türk bodunu öldü, məhv oldu327.

3. Hiyləgər Çin siyasəti və yıxıcı təbliğat: "Çin qövmünün sözü şirin, ipəyi yumşaq imiş; şirin sözü, yumşaq ipəyi (ilə) uzaq qövmləri al­dadıb ya­xınlaşdırır imiş. Sonra da fəsad bilgisini orada yayırmış; yaxşı, bilgə kişini yü­rütməz imiş. Onun şirin sözünə, ipəyinə qapılan çox türk qövmü öl­dü..."328; "... Çin qövmü hiyləgər və qurnaz olduğu üçün, kiçik qardaşla böyük qardaşı bir-birinə düşürdüyü üçün, bəylərlə qövm arasına nifaq gir­məsi üzündən türk bo­dunu dövlətini və kağan etdiyi kağanını itirmiş..."329; "... Çin kağanı türk qöv­mü (ona) bunca işini-gücünü verdiyi halda türk qövmünü öldürüm, soyunu məhv edim deyir imiş, məhv et­məyə yürür­müş..."330.

Göytürk tarixinin bu 50 illik fətrət dövrünün sonunda kitabələr vasi­təsilə çox yaxşı tanınan Aşina soyuna mənsub Qutlug (çincədə Ku-to-lu) is­tiqlal savaşına girişdi (680). Türk millətinin hür və müstəqil xa­qanlıq çağına həsrət duyduğunu sezən Qutlug özündən öncəki mü­ca­dilələri də təqib edirdi: Çində Ordosdakı bəzi türk zümrələrinin eyni məq­sədlə başa keçir­dikləri şahzadə Ni-şu-fu davanı uduzmuş, kəsilən ba­şı Çin paytaxtı Lo-yan­qa götürülmüş (679-680), mücadiləyə davam edən, yenə Aşina soyundan olan Fu-nien izdihamlı Çin qüvvələri qarşısında ye­­nilərək 53 arxadaşı ilə bir­likdə Lo-yanq bazarında edam edilmişdi (av­qust, 681)331. Bu sırada Şi­mali Çində vaxtilə türklərin yer­ləşdirildiyi bölgədə olan və türk kütlələrinin istiqlal arzusunu gerçəkləş­dir­mək əzmi ilə orta­ya atılan Qutluğ gizlicə təş­kilat quraraq, ətrafdaki göytürk əyan­larına və xalqa müraciət etdi. Sürətlə yayılan hərəkata qatılanların sayı qısa za­man­­da beş minə yüksəldi. Ona səs verənlər arasında II xaqanlıq döv­rün­də göy­türklərin ünlü dövlət adamı və komandanı Tonyukuk da var idi332.

Qutluğ ilə Tonyukuk öncə 681-ci ildə Şimali Çindəki Yün-çu əya­lə­tinə basqın edərək 30 min civarında at, qoyun, dəvə əldə etdilər333. On­lara yeni qüv­­­vələr qatıldı. Çogay (Yin-şan dağları, Huang-ho çayının bö­yük dir­səyinin şimal yaxasındakı dağ silsiləsinin şimal ətəklərini yay, Qa­ra­qumu qış iqamət­gahı edərək334 hazırlıqlarını tamamladılar. İlk hə­dəf­ləri Ötükən idi. Baykal gö­lü­nün cənub-qərbində, yüksək dağlar, Or­xon və Tamir çayları ilə çevrili, mü­da­­fiəsi asan, fəqət ətrafa axınlar et­mə­yə əlverişli mövqedə (47-ci paralel-101-ci meridian), iqlimi mötədil, otlağı bol bir yer olan Ötü­kən yaylası335 Asiya hun­­ları və I Göytürk xa­qan­lığı zamanında dövlətin ağır­lıq mərkəzi kimi türk­lərin qutlu torpağı sa­yılırdı. Dağınıq türk kütlə­lərini ancaq "türk dövlətçilik ru­hunun yer­ləşmiş olduğu" Ötükən ətraftnda toplamaq və idarə etmək mümkün idi336. Qutlug hərəkatının inkişafından ən­dişələnən Selenqa çayı boylarındakı oğuzların, tədbir olmaq üzrə, kidan­larla və Çin ilə ittifaq təşəbbüsləri bir göy­türk səfərini vacib qıldı. Tonyu­kukun tövsiyəsi ilə basqın şəklində "İnəklər gölü"337 sahilində qazanılan savaş (682) oğuz təhlükəsini ortadan qaldırdı. Ki­çik çapda olmasına rəğmən yüksək tarixi əhəmiyyət daşıyan bu muharibə göy­türklərin Ötükənə hakim olmalarını təmin etdi. Qutlug xaqan elan edilərək "İ­ltəriş" (İli/eli=dövləti dərib dər­ləyən, toplayan) ün­vanını aldı və ikinci xa­qan­lığı təşkilatlandırdı: qardaşı Kapğanı "şad", digər qardaşı To-si-funu “yab­ğu” təyin etdi. İstiq­lalın qazanılması və döv­­lətin qurulmasında birinci planda rol oynayan Ton­yu­­kuku ("ayğuçı"=toy baş­qanı, baş nazir)338 qoydu, ordu və dip­lomatiya iş­lə­rini tənzim et­məyi ona tapşırdı339.

Yeni xaqanlığın öncə Çini hədəf olaraq seçməsi təbii idi. Bir zə­fər axınları paradı mənzərəsini verən Çin səfərləri bir yandan bu əski və hilyə­gər düşməni basqı altında tutmaq, digər yandan körpə Göytürk döv­lətinin şiddətlə ehtiyac duyduğu yeyəcək, geyəcək, xüsusilə at kimi zə­ruri maddə və vasitələri əldə etmək məqsədini güdürdü. Axınlar daim Pe­kindən Kan-suya qədər olan sahəyə, Çin səddinin tam cənubun­dan Hu­ang-honun cənub məcrasına yaxın yerlərə qədər yayılan və çinlilərin "çu" (prefecture) de­dikləri qarnizon və əyalət mərkəzlərinə yönəldil­miş­di; 682-ci ildə Pinq-çu 8 dəfə, 683-cü ildə Lan-çu, Tinq-çu, Kuei-çu, Yü-çu və Fenq-çu 10 dəfə, 684-cü ildə So-çu 6 dəfə, 685-ci ildə yenə So-çu və Hin-çu 2 dəfə, 686-cı ildə yenə So-çu, Tai-çu 11 dəfə, 687-ci ildə ye­nə So-çu, Çanq-pinq 9 dəfə axına məruz qalan yerlər idi. Bu səfərlər əs­na­­sın­da Çin valiləri, komandan­ları məğ­lub edildi, orduları dağıdıldı. Hin-çu­da (aprel 685) və So-çuda böyük miq­yasda zəfərlər (oktyabr 687) qa­za­nıl­dı340.

Ayrıca, kitanlarla yeddi, oğuzlarla beş dəfə savaşdığı bildirilən İl­təriş ka­­­­ğan341 şimalda Kögmən (Tannu-ula) dağlarına, şərqdə Kerulən və Onon çay­la­rı­nın yüksək vadilərinə, qərbdə Altaylara qədər uzanan sahə­dəki türk və yaban­çı qövmləri Göytürk idarəsinə almışdı342. Beləcə göy­türk dövlətini yeni­dən qurub təşkilatlandıraraq türk törəsini təkrar qüv­vəyə mindirən milli qəh­rəman İltəriş qutlu Ötükən yaylasında dalğa­lan­dırdığı altın qurd başlı san­cağın kölgə­sində öldü (692)343.

İltəriş öldüyü zaman biri 8 yaşında (Bilgə), digəri 7 yaşında (Kül Tə­gin) olmaq üzrə iki oğlu qalmışdı. Qardaşı 27 yaşındakı Kapğan (əs­lin­də türkcə ünvan = Fateh)344 xaqan oldu (692-716). Çin qaynaqlarında adı Mo-ç’o345 deyə keçən Kapğan türk tarixinin böyük fatehlərindən bıridir. Tonyu­kuk ayğuçılıq vəzifəsini yerinə yetirir, xaqanın qardaşı, qar­daşı uşaqları və oğulları yavaş-yavaş Göytürk xaqanlığının seçkin sima­la­­rı olaraq üzə çıxır­dılar. Kapğan ka­ğanın böyük və uzaqgörən bir dövlət adamına yaraşan plan­ları olduğu görünür ki, onların əsasları belə xülasə edilə bilər:

a. Çini basqı altında tutmaq. Bunda iki məqsədi vardır: türk döv­lətinin hüzurunu qorumaq və xalqı kafi ölçüdə əkinçilik malları ilə təmin etmək.

b. Çində dağınıq halda yaşayan türkləri ana vətənə (Ötükən) çək­mək. Bunda da iki məqsədi vardı: türkləri yabançı hakimiyyətindən qur­tarmaq və türk ölkəsində hərbi və iqtisadi inkişafı sürətləndirmək.

c. Asiya qitəsində nə qədər türk varsa hamısını Göytürk birliyinə bağ­lamaq.



Kapğanın bu siyasi və iqtisadi görüşləri onu saylı türk böyükləri ara­sın­da çox yüksəltməkdədir. Xüsusilə üçüncü nöqtə diqqət çəkici bir siyasi anlayış ifadə edir346.

Gənc, haşin və ehtiraslı Kapğan səfərlər və zəfərlər dizisini 693-cü il­dəki Çin basqını ilə açdı. Linq-çu əyalətini şiddətlə vurdu və həmin il içində eyni bölgəyə yeddi səfər daha tərtiblədi347. Sonra Ordosa axın etdi. Hərbi hərəkatını yenidən Linq-çuya doğru yönəltdiyi il (696-cı ildə Şenq-çuya bir, Lianq-çuya üç, Linq-çuya səkkiz yürüş)348 ki-tanlarla Çınin toqquşmasını öz lehinə də­yər­ləndirə­rək, Tanq imperatoriçəsi Wunu (690-705) dəstəklədi. Qorxunc ki-tanları Ho-pei bölgəsində ağır məğlu­biy­yətə uğratdıqdan (okt­yabr 696) sonra impe­ra­toriçədən bunları istədi: 100 min "hu" (hu=təqr. 12,5 kiloluq ölçü va­hidi) to­xum­luq darı, 3 min ədəd əkin­çilik aləti, 10 min (Tanq­shuya görə 40 min) librə də­mir, Çin torpaq­la­rın­da yaşayan (çoxu Or­dosda "6 əyalət" əra­zi­sində) türk­lərin ana vətənə qa­yıtması349. Sonra Kapğan Yenisey bölgəsini işğal etməkdə olan qırğızlara yönəldi. Mövsüm qış (696-697), yol uzun və mə­şəqqətli idi, fə­qət bu sə­fərə zərurət vardı: "Qüvvətli qırğız kağanı, Çin kağanı və on-ox ka­ğanı an­laşıb Altun-yışda (Altun orman =Altay dağları) buluşalım, ordularımızı birləş­dirəlim, şərqdə türk kağanına saldıralım, (yoxsa) kağan cəsur və ay­ğuçısı bilgə olduğundan o bizi məhv edər demişlər"350. Kapğanın və Ton­yu­kukun idarə etdiyi göy­türk ordusu "qar sökərək, ağac budaqlarından tu­taraq, bəzən at­ları yedəyə alaraq"351 yol­suz vadilərdən Kögmən dağla­rinı aşdı, Yeni­sey qay­naqlarında Anı çayı qıyı­sında qır­ğız­lara basqın etdi, xanı tələf olan qır­ğız ölkə­si təslim alındı. Növbə üçlü it­tifaqda yer aldığını gördüyümüz türgiş­lə­rə (on-oxlar) gəldi. Fəqət Çin Kapğanın istək­lə­rini yerinə yetirmirdi. Xaqan öncə möv­cud duruma uyğun olaraq, ordunu və idarəni yenidən təşkilatlan­dırdı: Qar­daşı To-si-fuyu xa­qan­lığın sol qa­nadına "şad", İltərişin oğlu 14 yaşındakı Bil­gəni tarduş top­lumu üzərinə "şad" təyin etdi352, öz oğlu Bögünü (kitabə­lərdə İnəl kağan, Çin qaynaq­larında Fu-kü və "İnie khagan") "kiçik kağan" qoy­du353. Bu su­rətlə göy­türk imperator­luğunda hərbi qüvvələr də iki ordu qru­pu ha­lında tər­tib­lən­mişdi. Kapğan Çin ilə savaşa hazırlaşarkən İnəl kağan ilə Bilgə şad əm­­­­rindəki, fəqət gerçək sövq və idarəsi Tonyukukun əlində olan qərb or­du­lar qrupuna da "qərbi düzəltmə", yəni on-oxları dövlətə bağlamaq və­zifəsi tapşırıl­mışdı354. Çin elçilərinə qarşı Kapğanın şiddətli və qərarlı tu­tu­mu indilik şərqdə bir silahlı toqquşmanı önlədi: "Mo-çonun qüdrətin­dən təlaşa qapılan Çindən355 dərhal 3.000 əkinçilik aləti, 40 min "şi" (təqribən 3.000 ton)356 toxumluq darı gön­dərildi və türklər ana vətən torpaqlarına qay­tarıldı (698). Böyük kağa­nın plan­larından ilk ikisi gerçəkləşmişdi. An­caq Kap­ğa­nın qızını bir tanq şah­zadəsi ilə evlən­dirmək arzusuna qarşı əslində cariyə­likdən gəlmə qadın olan imperato­riçə Wunun tanqlardan deyil də, öz ailə­sindən bir şahzadəni damad ola­­raq ortaya sür­məsindən qə­zəb­lənən Kapğan yanındakı Çin elçilik heyə­tin­dən general Yen-çi-weıni "Çin kağanı" elan edərək, onunla birlikdə göy­türk hərbi gücünün bü­tün qüdrəti ilə ansızın Çin torpaqlarında gö­ründü (698): Kuei-çu, Tan-çu, Pinq-çu, Yü-çu, Tinq-çu Çao-çu əyalət­lərini 30 dəfə vurdu. 100 minlik ordusu ilə bütün Çin qüvvə­lərini əzdi, at ilxıları başda olmaqla bol qəni­mət və əsir aldı. Tonyukukun və Bilgənin də qatıldığı bu geniş ölçülü hə­rəkat əsnasında "Yaşıl-ögüz" (Yaşıl çay=Yanq-çe="taluy-ögüz") sahil­lə­rinə və Şantunq ovasına çatdı­ğı anlaşılan türk orduları tərəfindən 23 qə­səbə təxrib edilmişdi357. Oradan şi­ma­la yö­nələn Kapğana Çin orduları ko­mandanı Şa-ça Cunq-i (kitabələrdə Ça-ça Sengün) əmrindəki bir neçə yüz minlik qüvvəsinə rəğmən hücuma cə­sarət edə bilməyərək, göytürk süvari tümənlərinin keçişini uzaqdan seyr edərkən, ümi­dini itirən Çin sa­rayından orduya göndərilən gizli bir əmrdə kağanı tapıb öldü­rə­nin şah­zadə elan ediləcəyi bildirilirdi358.

Həmin ilin sonlarına doğru ölən xatunun yuğ törəni ilə məşgul olan ka­ğanın əmri ilə İnəl ilə Bilgə tərəfindən sövq edilən qərb orduları qrupu da Ton­yukukun yüksək komandanlığı altında Altayları (Altun-yış) aşıb Yarış ova­­­sına (Cunqariya) irəliləmiş və Bolçuda359 on-ox qüv­və­ləri üzərində qəti zəfər qa­zanmışdı (698)360. Türk bodundan olduğu hal­da "yanlış hərəkət edən"361 tür­giş xaqanı U-çe-lenin (Wu-shih-le) ya­xa­lanması və yabğusu ilə şadının tələf ol­maları ilə nəticələnən Bolçu sa­vaşı on-oxların bütün to-lu və nu-şi-pi qə­bi­lə­lə­rini, yəni Balxaş, İli, Is­sık göl, Çu və Talaş bölgələrindəki türkləri göytürk bir­liyinə bağla­mışdı362 (699). Xaqanlığın sınırları qərbdə Kəngü Tarbana363 və Fərqanəyə çat­dı. Çin qaynağı belə deyir: "Mo-ço zə­fər­­lərindən qü­rur duymaq­da, im­pera­torluğumuzu həqir görür. Yüksək qayə­ləri var. Hər tərəfə ordular sövq edir. Ərazisinin genişliyi 10 min "li"dən (= təqr. 4500 km) çoxdur. Bütün barbarlar (=Çin dışındakılər) onun əmri altın­da..."364. Beləliklə, vax­tilə Tardun­un türk birliyini gerçəkləşdirdiyi tarixdən tam 100 il sonra Kap­ğan kaganın şərq-qərb xaqanlıqlarının torpaqlarını tək idarədə topla­ması yolu ilə "dəhşət verici türk birliyi ehya edilmişdi"365. Bu tarixlərdə, anla­şıldığına görə, göytürk xaqanlığına bağlı türk kütlələri 30 "boy" təş­kil et­məkdə idilər (bax: aş. Sosial struktur: boy, bodun). Kapğanın pla­nındakı üçüncü nöqtənin tamamlanması üçün Mavə­raün­nəhrin də zəbt edil­məsi la­zımdı: coğrafi möv­qe­yi, iqlimi, ve­rimli tor­paq­ları və zənginliyi bü­tün qaynaqlarda öyülən Mavə­raünnəhrdə o za­man göytürk ordularına qarşı çıxacaq bir qüvvə yoxdu. Türk soylu bəzi ailə­lə­rin idarə etdiyi şə­hər krallıqları 675-ci ildən bəri nisbətən kiçik qüvvələrlə kiçik miq­yaslı tə­şəbbüslərə girişən müsəlman-ərəb koman­danlarına (Abdullah b. Zi­yad, Səid b. Osman, Musa, Mühəlləb və s.) uğurla qarşı çıxmaqda idi­lər366.

Yenə Tonyukukun yüksək komandanlığı altında olmaq üzrə İnəl ka­ğan və Bilgə tərəfindən sövq və idarə edilən göytürk qərb orduları qru­pu Altay-Bol­çu-Yarış ovası-Çu və Talaş hövzələri-Qaradağın şimalı üzərindən Yinçü-ögüz (İnci çayı=Seyhun=Sir-dərya) qıyılarına çatdı, çayı keçərək Ma­və­ra­ün­nəhrin Qızılqum çölünə girdi və cənuba istiqamət götürdü. Ordunun bir qis­mini yan tərəfdən hər hansı hücuma qarşı İnəl idarəsində burada qoyan Ton­yukuk cə­nuba doğru irəlilədi və U-çe-lenin oğlu olan türgiş baş­ buğu So-ko367 idarə­sində olduğu anlaşılan soğd xalqı təslim oldu. "Tinsi-oğlı" deyilən mü­qəd­dəs Ek-tağı368 aşaraq irə­­liləyən göytürk ordusu cənubda Təmir kapığa (Dəmir qapı) çatdı369 (701). Zəngin qənimət əldə edildi: "Sarı altın, bəyaz gümüş, əyri dəvə, qız-qadın..."370. Təmir kapı, bilindiyi kimi, miladdan öncəki əsrlərdən bəri İran-Turan (türk) ölkələrinin arasında təbii sərhəd kimi qəbul edil­məkdə idi.

Mavəraünnəhr səfəri münasibətilə Orxon kitabələrində ilk dəfə mü­səl­man ərəblər (=təzik) zikr edilmişdir371. (İranlıların ərəblərə verdik­ləri tazi adın­dan /tayy adlı ərəb qəbiləsindən/ gələn təzik sözü türklər tə­rəfindən son­ralar iranlılar üçün işlədilmişdir: tacik). Bu ad o zaman Kəş şəhrində qərar­gah qur­muş olan Xorasan valisi Mühəlləbin qüvvələri ilə ilgili olmalıdır. Anla­şıl­dığına görə, İnəl komandanlığı altındakı qüvvə bir ərəb hücumuna qarşı orada bura­xıl­mış, fəqət Mühəlləb ordusu hər hansı bir hərəkətdə bu­lun­mamışdır. Şərqdə türk ordusu fəaliyyət halında idi. 701-ci iln başlarında tanqutların sahəsi Lunq-yuya (Kan-sunun şimal-şərqi) bir axın tərtibləyən Kapğanın buradan Cənubi Ordosda soğd icmalarının (Chao-wu) olduğu "Altı əyalət" (=Liu Hu Çu. Kül Təgin və Bilgə kitabə­lə­rində: altı çub soğ­dak) üzərinə yürüşdə (702 fevral) Bilgə ilə Kül Tə­gin də iştirak etmişdi. Soğdların dağılmasından sonra türklərə qarşı çıxan çin­li komandan Onq-tutuk372 idarəsindəki 50 minlik ordu da məğ­lub edil­di və çinli general hələ 16 yaşlarında olan Kül Təgin tərəfindən silahı ilə birlikdə yaxalanaraq xa­qana təslim edildi (payız 702)373. Kapğan Çinə axın­larına davam etdi. 702-ci ildə Yen-çu, Hia-u, Şi-ling, Hin-çu, Pinq-çu böl­gələ­rinə 20 yürüş etdi. 704-cü ildə Kül Təgin ilə Bilgənin də qatıl­dığı böyük Minq-şa (Minq-sha-hien. Kan-suda bugün Çung-wei-hien) müharəbəsində Çaça Səngünün (çincə əsli Şa-ça Çung-i) komandası al­tın­dakı 80 minlik Çin ordusu məğlubiyyətə uğ­radıldı374 və bundan dər­hal sonra Lunq-çu, Yuan-çu, Hin-çuya qarşı on bir axın tərtibləndi. Tanq im­peratoru Çunq-tsunq yenə xüsusi bir əmr verərək, Kapğanı əsir alan və ya öldürənə "şahzadə" ünvanı ve­rəcəyini və 2 min top ipəklə təltif edəcə­yini elan edirdi. Ayrıca bütün vəzi­fəlilərə göytürkləri məğlub etmək üçün üçün planlar hazırla­malarını əmr etdi. Bunun üzərinə sa­ra­yın yüksək mə­murlarından Lu Funun imperatora verdiyi raportda çarə olaraq:

1. "Barbarları" bir-birinə qarşı təhrik etmək,

2. "Barbarları" iki cəbhədə birdən savaşa məcbur etmək tövsiyə edilir və m.ö. 36-cı ildə Çi-çinin belə yenildiyi xatırladılırdı375.



Bu arada 649-dan bəri Çin ilə siyasi münasibətlər qurmuş olan bas­mıllar təkrar itaətə alındı (704)376. 709-cu ildə çiklər (Yuxarı Kəm-İr­tış ara­sında. Qır­ğız­ların qonşusu) və Issık gölün qərbində azlar377 Bilgə tə­rəfin­dən xaqanlığa bağlandı378. Göytürk ordularının uzaqlarda məşgul olmasını fürsət bilərək qi­yam etməyə qalxışan qırğızlar da Bilgə-Kül Tə­gin idarə­sində "miz­raq boyu qar sökərək Kögmən dağlarını aşan" göy­türk orduları tərəfin­dən Songa ormanında ikinci dəfə məğlub edildi379 (710). Həmin il içində Tola çayı civarındakı ba­yır­kular, Türgi-yarğın gö­lü savaşında məğlubiyyətə uğradıldı380. 711-ci ildə yenə itaətdən çıxmış olan türgişlərə dərs verildi; "atəş və fırtına" kimi saldıran türgiş qüvvələri məğlub edilərək, türgiş yab­ğusu, şadı və tabe kağan So-ko öldürüldü, "Qara türgiş" itaatə alındı381. Bars bəy türgiş "kağan"ı təyin edilərək Bil­gə­nin bacısıı ilə evlən­dirildi382 və Ma­vəraünnəhrə bir yürüş təşkil edildi. Kitabələrə görə, bunun səbəbi "soğdak (Səmərqənd bölgəsi) qövmünü itaət altına almaq" idi383. Bu səfərin icra edildiyi illər (711-714) Mavəra­ün­nəhrdə məşhur Qüteybə b. Müslim ida­rəsindəki ərəb ordularının qəti uğurlar qazandığı dövrə təsadüf edir. Qüteybə Buxaranı aldıqdan sonra soğdların paytaxtı Səmərqənd üzərinə yürümüş, 300 mühasirə mexaniz­mi ilə mühasirə etdiyi şəhəri türk əsilli kral Gü­rəki sərbəst buraxmaq şər­tı ilə təslim almışdı (93/711-712). İslam qaynaq­la­rında bu münasibətlə Mavəraünnəhr xalqının türk xaqa­nından yardım istə­diyi, beləcə ərəblərlə mücadilə edən müttəfiq Mavəraün­nəhr qüvvələrinin ba­şın­da olan xaqa­nın oğlunun bir gecə basqınında məğlub edildiyi bildirilir384. Bu qeyd göy­türklərlə ilgili sayılmış və məğlub olanın Kül Təgin olduğu id­dia edil­miş385 və ya məğlub olan "Göytürk şahzadəsinin mütləq Kül Təgin ol­ması gə­rək­mə­diyi bəyan edilmiş386, son olaraq da Kapğan kağanın məğ­­lub olduğu irəli sürül­müşdür387. Gerçəkdə nə Kapğanın, nə Bilgənin, nə də Kül Təginin o za­man Mavəraünnəhrə gəlmələri mümkün idi, zira on­lar o tarix­lərdə xaqanın sərt rəf­tarından dolayı üsyan edən türgişlərlə və qarluqlarla məşgul idilər (711-714). Ton­yukuk da 750-ci ildən bəri fə­al vəzifədən uzaq­laşmışdı388. Əsasən yuxarı­dakı iddialar doğrulan­mış­dır. Həmin dövrdə Ma­vəraünnəhrdəki islam hərəkatı baxımından ana qay­naq olan ibn ül-Əsam il-Kufinin kitabında bu haq­da yazıl­mamış389, Or­xon kıtabələrində bir savaşdan deyil, sadəcə bir "tən­zim" mə­sələ­sindən bəhs edil­miş, bu xüsusdaki Çin qay­naqlarının müqayisə­sindən göytürk or­du­larının başqa yerlərdə olduğu təsbit edilmişdir. Bu duruma görə, 712-ci il­də soğd qüvvələri başında ərəblərə ye­nilən komandanın bir türgiş xanı (daha doğrusu, bir türgiş başbuğu) ola biləcəyi nəticəsinə varılmışdır390.

Kapğan kağanın getdikcə şiddətini artıran rəhmsiz, sərt rəftarı hü­zur­suz­lu­ğu artırır, gördüyümüz kimi, xüsusilə türk boylarının üsyan et­məyinə səbəb olurdu. Üsyan edib Kəngərəsə (Seyhun qıyıları. Kangahlar və ya kəng-külülər məmləkəti? Bax: aş. peçeneqlər) doğru gedən bəzi türgiş küt­lə­ləri (qara tür­giş­lər), 711-ci ildə "atların zəif, azuqənin yox" olduğu çətin şərtlərə rəğmən Kül Təgin tərəfindən yatırılsa da391, həmin il başlayıb üç ildən artıq sürən və Çinin təhriki nəticəsində qarluqların qa­tılması ilə392 möh­kəm alovlanan üsyanlar xey­li problem yatardı. İm­perator Çunq-tsunqun Kan-su əyaiətlərindəki ordu­la­rını göy­türklərə qarşı səfərbər hala gətirdiyi bu sıxıntılı günlərdə "Türküs­tan­dakı yurd­larından qalxaraq Ötükənə qədər so­xulmağa müvəffəq olduqları anla­şılan qarluq­lar və müttəfiqləri ancaq Kap­ğan, Bilgə və Kül Təginin ortaq hərə­katı ilə Ta­mır Iduk-başdakı393 şiddətli savaşda (713) məğlub edilərək dağıdıldılar394. Bəzi qarluqlar və başqaları Çinə sığındılar və San-yuan böl­gə­sinə yerləşdi­ril­di­lər.395 Tamır İduq-baş müharibəsi tam vaxtında qazanılmış, göytürkləri iki cəbhədə döyüşməyə məcbur etməyi hədəf alan Çin qüvvələrinin qarluqlar le­hinə müdaxiləsinin qarşısı alınmışdı. İndi isə Çin hazırlığını boşa çıxarmaq lazım idi: Çinin yığınaq mərkəzi Beş-balıq üzərinə səfər düzənləndi (714).

Çin qaynaqlarının göstərdiyinə görə396, İnəl ilə Tong-o Tegin və xa­qanın yeznəsinin komandanlığına verilən ordu Beş-balığı mühasirəyə aldı. Kitabələrə görə397 Bilgənin də qaltıldığı bu hərəkatda şəhər ələ keçirilməsə də qarışıqlıq­dan faydalanaraq Soei-sendəki (Toxmaq şəhəri. Issık gölün şimal-qərbi) türk qəbilələri üzərində bir uğur qazanmaqla kifayətlənən çin­lilərin göytürklərə qar­şı böyük miqyaslı hücumu ortadan qaldırılmış oldu.

Ancaq xaqanlıq qazan kimi qaynamaqda idi. Kitabələrdəki398 : “Əmim ka­ğanın idarəsi qarışıqlıq içinə düşdüyü, xalqda ikitirəlik ortaya çıxdığı za­man...”399 kimi ifadələr vəziyyəti açıqlamağa kifayətdir. Azlar, sonra isə izgit­lər şiddətlə əzildilər (715-ci il)400. Fəqət xaqanlığın əsas kütləsini mey­dana gə­tirdiyi üçün dövləti təməllərindən sarsaraq, nəhayət, ixtilala səbəb olan oğuz­la­rın üsyanları göytürk ictimai bünyəsində dərin yaralar açdı və ən böyük nəti­cə­si qərbin (on-ox ölkəsi və Mavəraünnəhrin) xaqanlıqdan qop­ması oldu. 714-cü ilin payızında başladığı anlaşılan oğuz üsyanlarının-oğuz­ların dövlətə olan nis­bətləri dolayısıyla heyrətlə qarşılandığı kitabələrdən sezilməkdədir: “Doq­quz oğuz bodunu öz bodunum idi, göy və yer qarışdığı üçün düşmən oldu”401. 715-ci ilin baharında Kapğanın çıxmağa məcbur ol­duğu doqquzoğuz səfərində məğ­lub edilən və heyvanları öldürülən oğuzlar­dan bir qismi Çinə sığındı402. 716-cı ildə oğuz boylarından bayırkular şiddətlə əzildi. Fəqət bu, ömrü boyu durub dincəlməyən sərt təbiətli Kapğan kağanın seriya halındakı zəfərlərinin sonuncusu oldu. Özündən əmin halda Ötükənə dönərkən yolda bayırkuların pusqusuna düşdü və oldürüldü (22 iyul 716)403. Asilərin Çin ilə təmas halında olduqları bu əsnada onların nəzdində bir Çin elçinin bulunmasından anlaşılır. Hət­ta rəvayətə görə 404, Kapğanın kəsilən başı bu elçi tərəfindən Çinə götü­rül­müşdür.

Kapğanın yerinə keçən oğlu İnəl (Bögü) xaqanlığın bu böhranlı döv­ründə dövlətin cilovlarını əlində tutacaq qüdrətdə deyildi. Qarışıqlığı önləyə bilmə­miş, yurda hüzur getirə bilməmişdi. Halbuki türk xalqı bu xidmətləri xaqandan gözləyirdi. Oğuzlar büsbütün alovlandıqları üçün dövləti qurtar­maq işi İltərişin oğulları, sol bilgə əliyi olan Bilgə ilə Kül Təginin çiyin­lərinə yüklənmişdi. 716-cı ildə Kül Təgin beş oğuz səfərinə çıxmış (Toğu balıq, Kuşlağul, Urğu / və ya Antırğu?/, Çuş-başı, Ezgenti-kadız savaşları. Bun­lardan ikincisində edizlərlə, dördüncüdə tonqralarla savaşdı) və səfər­lərin dördünə Bilgə də qatılmış­dı405. O il böyük ölçüdə heyvan tələfatına səbəb olan qıtlıqda belə Bilgə səfər halında idi. Ötükən üzərinə yürüyən üç-oğuzlar Kül Təgin tərəfindən geri oturduldu 406. Doqquz-tatarlarla ittifaq edə­rək hücuma keçən oğuzlar Ağuda cərəyan edən iki savaşda məğlub edil­dilər və oğuz kütlələri Çin sınırına doğru çəkildilər407. Uza­­nıb gedən bu sa­vaşlar dolayısıyla kitabələrdə göytürk ordusunun taqətdən dü­şüb cəsarətini itirdiyini göstərən ibarələr vardır. Olub bitənlər yeni xaqanın ba­carıqsızlığı ilə izah edilir və xalqda belə bir qənaət oyanırdı ki, tanrı ondan xa­qanlıq yetkisini geri almışdır408. Ölkənin fəlakətdən qurtulması üçün xaqanın də­yişməsi lazımdır. Çin qaynaqlarındakı izahata görə, hər halda Bögünün di­rənməsi nəticəsində dəyişdirmə güc işlədilərək gerçəkləşdirildi. İnəl kağan, qar­daşı, qohumları, bəyləri və tərəfdarları öldürüldü409. Çevriliş planı iki qar­daş (Bilgə və Kül Təgin) hazırlanmış, fəqət Kül Təgin tərəfindən icra edilmişdi.

Bilgə xaqan oldu (716-734. Tənqri təg tənqridə bolmış Türk Bilgə). “Sol Bilgə eliki” təyin olunan Kül Təgin göytürk ordularına nəzarəti öz üzərinə al­dı410. 705-ci ildən bəri yarğu (ali məhkəmə) üzvü (bax: aş. Kül­tür: Ədliyyə) və Bilgənin qaynatası olduğu üçün çevriliş əsnasında toxunul­ma­yan Tonyukuk da təkrar əski vəzifəsinə (“ayğucı”= Dövlət Məclisi başqanı) təyin edilldi. Fəqət ümumi bir yorğunluq, bezginlik vardı: "Tanrı türk qövmü yaşasın deyə məni taxta oturtdu... İçdə aşsız, dışda geyəcəksiz bir qövmə kağan oldum. Babamı­zın, əmimizin qazandığı millətin adı-sanı unu­dulmasın deyə qardaşımla sözləş­dik. Türk milləti üçün gecə uyumadım, gün­düz oturmadım. Kül Təgin ilə və şadlarla öləsiyə çalışdıq..."411. Müca­dilə şiddətlə davam edirdi. 717-ci ildə uy­ğur İl-təbəri ilə (Karğan savaşı), 718-ci ildə təkrar üsyana təşəbbüs edən qarluq­lar ilə savaşdı və uğur qa­zandı412.

Bilgə kağan Çin ilə yaxşı keçinmək arzusunda idi. Bunun lüzumuna Çi­nin qüvvətli, göytürklərin isə yorğun və barışa möhtac olduğu xüsusunda Ton­yukukun təlqinləri nəticəsində inanmışdı. Fəqət sığıntı göktürk şah­zadəsi ilə ət­rafındakıları 718-ci ildə Bilgəyə qarşı savaşa təşviq edən413 və eyni zamanda ki-tan və tatabıların hərbi dəstəyini alan Çin Beş-balıqdakı basmıllar ilə də an­laş­mışdı. Həssas vəziyyət böyük dövlət adamı və strateq Tonyukuk tərəfindən qurtarıldı. Onun planı, sövq və idarəsi altında öncə bas­mıllar məğlub edildi və Beş-balıq mühasirəyə alındı, sonra yalnız qalan Çin şiddətli bir zərbə ilə basqı altına alındı: Şan-tan (Kan-suda) savaşında Çin ordusu məğlub edildikdən (sen­t­yabr 720) 414 və Beş-balıq zəbt olunduq­dan sonra on yürüş sonunda Kan-çu, Yü­an-çu, Liang-çu bölgələri ələ ke­çirildi415. Kitanlar və tatabılar səf dışı edildi (722-723)416. Qarluq il-təbəri məmləkəti tərk etdi və orada Bilgə xalq tərəfin­dən sevinclə qarşılandı417. Xa­qanlıq əski zindəlik və etibarını qazanmışdı. Bü­tün şərq və Tarbaqataya qədər qərb xaqanlığın idarəsində idi. Hətta Bilgə 717-ci ildə çıxan qarışıq­lıqda Ötükən ilə əlaqəsini kəsib müstəqil bir dövlət halına gəlmiş olan türgiş bölgəsini dəə özünə tabe yer saymaqda idi418. Bu uğurlar üç göytürk bö­yüyünün: Tonyukuk, Bilgə və Kül Təginin əzm və qeyrəti ilə əldə edilmişdi. Çin də olub bitənlərin fərqində idi. 725-ci ildə imperator Hüan-tsun­qun sədr olduğu bir toplantıda belə deyilirdi: "...Göytürklərin nə zaman nə edə­cəkləri bilinməz. Kağan Bilgə iyidir, millətini sevir, türklər də ondan məmnun­dur... Kül Təgin hərb sənətinin ustadıdır, ona qarşı qoyacaq bir qüvvə çətin ta­pı­lar... Tonyukuk isə nüfuzlu və bilgədir, niyyətləri, qurnazlığı çox­­dur. Bax, in­di bu üç "barbar" eyni anlayışda və birlikdədir.."419 . 721-ci ildə göy­türk­lərin sülh təşəbbüsünə böyük bir ordunun təşkilinə girişməklə cavab ve­­rən Çin im­pe­ratoru Hüan-tsunq artıq o təklifi müsbət qarşıladığını bildirə bi­lər­di. İmpe­rator tərəfindən Ötükənə göndərilən elçini Bilgə xaqan xatunun, Kül Təginin, Tonyukukun və digərlərinin hazır olduğu məclisdə qəbul etdi (725) 420.

Böyük türk dövlət adamı Tonyukuk ilə bağlı son bilgi 725-ci ildəki bu xəbərdir. O hər halda bu tarixdən az sonra ölmüş olmalıdır. Göytürk istiqlal sa­vaşı hazırlıqlarından etibarən İltəriş, Kapğan, Bilgə zamanlarında dövlətə 46 il xidmət edən, savaşlarda məğlubiyyətə heç uğramayan, "Boyla421 Bağa İnan­çu Yarğan422 Apa Tarkan" ünvanlarını daşıyan, bilgə və strateq Tonyu­kuk xa­qan­lığın ordusunu, ədliyyəsini tənzimdə başda gəlirdi. Çin qaynaq­larında belə bu məziyyətləri göstərilməkdə və "ayğucı" olaraq dövlət­dəki bö­yük rolunu o çağın dini, kültürəl cərəyanlarını necə yaxından təqib edib türk milləti baxımından dəyərləndirdiyini göstərən dəlillər verilməkdədir: Bilgə kağan Çində olduğu ki­mi türk ölkəsində də, şübhəsiz, müdafiə məq­sədi ilə şəhərləri divarlarla çevir­mək, hasarlar tikdirmək istəyirdi. Tonyukuk etiraz etdi: "Bunlar olmamalı. Biz ömrünü sulu və otlu bozqırlarda keçirən bir millətik. Bu həyat bizi daima bir hərb təlimi içində tutmaqdadır. Göy­türklərin sayı çinlilərin yüzdə biri belə de­yil­dir. Uğurlarımız yaşayış tərzi­mizdən irəli gəlir. Qüvvətli zamanlarımızda or­dular sövq edir, axınlar edirik. Zəif olanda, bozqırlara çəkilir, mücadilə edirik. Əgər qala və divarlar içinə qapansaq, tanq orduları bizi mühasirəyə alar, öl­kə­mizi asanlıqla istila edər..." Bilgənin digər bir düşüncəsi də məmləkətdə bud­dist və taoist423 tapı­naqlar inşa etdirərək bu din və fəlsəfəni türklər arasında yaymamaqdı. Ton­yukuk belə dedi: "Hər ikisi də insandakı hökm etmə və iq­tidar duyğusunu zəiflədir. Qüvvə və savaşçılıq yolu bu deyildir. Türk millətini ya­­şatmaq is­tə­yiriksə, nə bu təlimlərə, nə də tapınaqlarına ölkəmizdə yer vermə­mə­li­yik424. Qaynağın (Tang-shu) əlavə etdiyinə görə, bu tövsiyə­lər­dəki dərin məna göytürk paytaxtında yaxşı anlaşılmışdır. Bugün qərbli araşdırmaçılar tə­rəfindən Tonyukuka "Göytürk Bismark"ı deyilməkdədir425 .

Tonyukuk öldükdən sonra onun xatirəsinə Orxonda Bayın-çokto adlı yer­də bir kitabə dikilmişdir (hər halda 726-727-cı illərdə). Yalnız türklərdən qal­ma bir milli tarix qaynağı olaraq deyil, eyni zamanda türk dili və ədə­biyyatının uzun və asanlıqla oxuna bilən ilk abidəsi kimi də kültür tarixində mühüm yer tutan bu kitabə426 mətninin şəxsən Tonyukuk tərəfin­dən qələmə alınmış olması ehtimalı ayğuçı bilgə Tonyukuka türk ədəbiyyatının adı və şəxsiyyəti bilinən ilk siması olmaq şərəfini qazandırmaqdadır427 .

731-ci ildə də şahzadə Kül Təgin öldü (27 fevral 731)428. 47 yaşında idi. 7 yaşından bəri ömrünü türk millətinin yüksəlməsinə həsr edən, cəsarəti, sa­vaşçılığı həm türk, həm Çin sənədlərində öyülən Kül Təginin böyük qəh­rəman­lıqlarından biri göytürk paytaxtının 716-cı ildə üç-oğuzlar tərəfin­dən basıldığı zaman görülmüşdü. Bilgə kağan belə deyir: "Anam xatun, böyük analarım, ba­cı­larım, gəlinlərim, şahzadələrim cariyə olacaqdı, ölənlər yolda qala­caqdı. Kül Təgin qərargahı vermədi... O olmasa idi hamınız öləcəkdi­niz..."429 . Ölümü xa­qan­lıqda böyük üzüntü yaradan qəhrəman haqqında kitabələrdə bu səmimi ifa­dələr yer almışdır (Bilgənin ağzından): "..Kiçik qardaşım Kül Təgin öldü, görür gözüm görməz oldu, bilir bilgim bilməz oldu... Zamanın təqdiri Tanrınındır. İn­san oğlu ölmək üçün yaradıl­mışdır. Yaslandım, gözdən yas, könüldən fəryad gələrək yanıb yaxıldım... Milləti­min gözü, qaşı (ağlamaqdan) fəna olacaq deyə saqındım430. Çində də eyni üzüntü duyulmuş, imperator xüsusi elçi ilə Ötükənə başsağlığı məktubu gön­dərmiş, Kül Təginin xatirəsinə dikiləcək abidədə çincə bir mətnin də ol­masını arzu etmişdi 431. Bilgə kağanm istəyi ilə hazırlanan Kül Təgin kita­bə­sinin türkcə mətnini xaqanın və Kül Təginin "atı"sı (atabəyi) Yol­lığ Təgin yazmış432 və 20 gündə daşa qazdırmışdı. Göytürk tarixi, kültürü və türk dil və ədəbiyyatı yönlərindən əmsalsiz bir dəyər daşıyan bu kitabə ilə bir­likdə Kül Təginin mavzoleyi və içindəki naxış və təsvirlər tamamlanmış və bö­yük cənazə mərasimi 731-ci ilin 1 noyabr günü (qoyun ilinin 9-cu ayının 27-si) keçirilmişdir433. Mərasimə göytürk xalqı və əyanlarındən başqa Çin, ki-tan, ta­tabı, Tibet, İran-soğd434, Buxara435, türgiş, qırğız və baş­qa dövlət və qövm­ləri xüsusi heyətlərlə qatılmıslar436 .

İki böyük yardımçısını itirən Bilgənin 734-cü ilin yayında ki-tan və ta­ta­bılara qarşı Tönqkəs dağında qazandığı zəfər437dışında bir fəaliyyəti gö­rünmür. 727-ci ildə Bilgə xaqan hökumət üzvü (nazir) Mei-lu çonu438 Çinə göndər­miş və imperator tərəfindən etina ilə ağırlanan elçinin təmasları nəti­cəsində So-fanq (Linq-çuda) şəhərinin göytürklərlə çinlilər arasında sərbəst ticarət zonası ol­ma­sı üçün anlaşmaya varılmışdı439. 734-cü ildə Çinə gön­dərilən türk elçisi xa­qanın xeyli vaxtdır üzərində durduğu bir çinli şahzadə ilə evlənmə arzusunu qə­bul edən imperatora təşəkkür məktubunu aparırdı440. Fəqət bu izdivac baş tut­­­madı, çünkü Bilgə yuxarıda adı çəkilən Buyruk-çor tərəfindən zəhər­lən­di441. Ölənədək başda bu nazir olmaq üzrə işbirlikçilərini bərtərəf edən Bilgə 25 no­yabr 734-cü ildə öldü442, 50 yaşında idi. 19 il şad və 19 il kağan ol­muş, Çin qay­naqlarında da göstərildiyi kimi, "türk millətini çox sevmək" ilə təmayüz et­miş idi. Türk millətinin əbədili­yinə olan inancını "Ey türk milləti, üstdə göy yıxılmaz, altta yer dəlinməzsə, sənin dövlətini, törəni kim poza bi­lər?"443 deyə ifadə edən, şərqdə Şantunq ovasına, cənubda doqquz-ərsinə444, qərb­də Dəmir qa­­pıya, şimalda yır-bayırku sahəsinə qədər səfərlər ettiyi­ni445 xatırladan Bilgə oğlu tərəfindən dikdirilən kitabədə bun­ları söyləyir: "... Üstdə Tanrı, aşağıda yer buyurduğu üçün millətimi, gözü­nün görmədiyi, qulağının duy­madığı irəli gün doğusu­na, geri gün qərbinə, bəri gün ortasına, yuxarı gecə ortasına qədər gö­türdüm. Altının sarısını, gümüşün bəyazını, ipəyin xalisini, atın ayğırını, xə­zin siyahını, sincabın göyünü millətimə, türklərimə qazan­dır­dım446. Bilgə ka­ğanın ölümü Kül Tə­ginin üzüntüsü içində bulunan türk xal­qını büsbütün yasa boğdu. Çin im­peratoru da ölkəsində matəm elan edərək, təziyə­lərini bildirdi. Bilgə üçün bir mavzoley inşasına və bir kitabə dikilməsi hazırlı­ğına başlandı. Mətni yenə Yollığ Təgin qələmə almış və bir ay dörd gün­də daşa işlətmişdi. Çin imperatorunun arzusu ilə buraya da çincə bir kitabə əla­və edildi (735)447 . Bilgə üçün cənazə törəni 22 iyun 735-ci ildə (donuz ilinin 5-ci ayının 27-si) keçirildi448.

Bilgənin ölümü ilə göytürk xaqanlığında tənəzzül əlamətləri özünü gös­­tər­di. Atasının yerinə taxta Tənqri Xan İ-yan (və ya Yi-Yan) keçdi. 740-cı ildə göytürk taxtında yenə "Tənqri Xan" deyə anılan bir kağan vardı və bu, Bilgənin oğlu idi449. Xaqan uşaq deyəcək yaşda olduğu üçün idarə anası (Tonyukukun qızı) Po-funun əlində idi. Xatun dövlətə hakim ola bilmədi, xanədan üzvləri bir-birinə düşdü və hüzursuzluq bütün yurda yayıldı. Du­rumdan faydalanan bas­mıllar, qarluqlar və uyğurlar birləşdilər və vəziy­yətə hakim olar-olmaz, Aşi­na ailəsindən olan basmıl başbuğunu450 kağan elan et­dilər (742) və göytürk xa­qa­nı Ozmışı (Wu-su-mi-şi), sonra onun kiçik qar­daşı, son göytürk xaqanı Po-meni öldürdülər. Bu arada müttəfiqlərin arası dəydi. Basmıl başbuğu (ka­ğan) ortadan qaldırıldı və uyğur il-təbəri (yabğu il-təbər=kieh-li tu-fa) kağan elan edildi: Qutlug Bilgə Kül451 (745). Ötükən­də uyğur türk dövləti başlayırdı. Bu­nunla bərabər, göytürk çağının bəzi ailələri, hətta Tonyukuk soyundan gə­lən­lər uyğur dövlətində və sonra mon­qollar dövründə belə öz əhəmiyyətlərini müha­fizə etmiş görünürlər452 .



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə