Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə2/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   ...   17

TÜRK DÖVLƏTLƏRİ
Əslində çöl deyil, yayla iqliminə sahib bozqır xalqı olan türklərin ya­yıl­malar əsnasında bozqır coğrafi və iqtisadi şərtlərinin yer almadığı və kül­tür­lə­rinin yaşama imkanının zəiflədiyi sərhədlərdə duraqladıqları, meşə­lik, isti və ya çox rütubətli bölgələrə çox da girmədikləri görülmək­də­dir. Öz hə­yat tərzi və anlayışlarına uymayan coğrafiyaya və yabançı küt­lələr basqı­sı­nın şiddətli oldu­ğu bölgələrə nüfuz etmiş türk zümrələ­rınin isə oralarda ba­rına bilməmələri və çox zaman varlıqlarını itirmələri diqqəti cəlb edir (Çin­də tabğaçlar, Balkan­lar­da bulğarlar, Şimali Hin­dis­tanda müxtəlif türk döv­lətləri kimi). Bu etibarla türk­lərin irili-xırdalı sıyasi quruluşlar meydana gə­ti­rərək mövcudiyyətlərini da­vam etdirdikləri sahə daha ziyadə Şimali Çin­dən başlayaraq, bütün Orta Asiya­nı, İranı və Anadolunu içinə alacaq şə­kil­də, Avropada Dunay dirsəyinə qə­dər da­vam edən geniş coğrafi sahə ol­muş­dur. Bugün də türk toplumları ümumiy­yətlə həmin geniş Şimali Çin-Orta Avropa sahəsi üzərində yaşayır.

1. HUN İMPERATORLUQLARI

a. A s i y a h u n l a r ı
Türk köçlərinin şərq yönündə davam etdiyi əsrlərdə Çində qu­rulan Chou dövlətinin (m.ö. 1050-256) türklərlə ilgisi üzərinə diqqət çə­kilmiş, hökmdar sü­laləsində göy dini, günəş və ulduzların qutlu sa­yıl­ması kimi inanclarla, hərbi qüv­vədə döyüş arabalarının olması və döv­lə­tin daha çox türklərlə məskun böl­gə­də (Şen-si, qərbi Şan-si, Kan-su) qu­rulmuş olması müxtəlif elm sahələrindən bəzi alimləri (F.Hirth, B.Karl­gren, Ed. Chavan­nes, J.C. Anderson, R. Wil­helm, W. Eberhard və s.) bu xanədanın əslən türk ola biləcəyi və yaxud döv­lətdə türk ünsürünun ha­kim olduğu düşüncəsinə sövq etmişdir61. Bununla bəra­bər, əslin­də, daha ziyadə türk kültürü təsiri açıq hiss edilən və bir Çin dövləti və cəmiy­yəti kimi görünən Chou dövlə­tinə aid bu fərziyyə dəqiqlik qazanıncaya qədər Asiya türk tarixini hunlarla başlamaq yerində olacaqdır. Çin qaynaq­la­rın­da m.ö. IV əsrdən etibarən türk­lərlə birlikdə monqol, tunquz soyun­dan bə­zi qrup­la­rın başındakı “Şimal barbarları” xanədanını təyin etmək üz­rə hiung-nu (hsi­ung-nu) deyə anılan kütlənin hansı soydan olduğu haq­qın­da dürlü görüşlər irəli sürülmüşdür: Bu görüşlərdə əskidən Çin qaynaq­la­rının hiung-nularla ilgili ola­raq verdikləri örf, adət və iqtisadi fə­a­liy­yət­lərə aid yaxşı incələnməmiş bilgi diqqətə alın­mış, son zaman­larda isə xey­li irəliləyən dil və kültür araşdırmaları əsas təş­kil etmişdir. Bunlara gö­­­­rə, hiung-nular türkdür (J. De Guignes, 1757; J. Kla­p­roth, 1825; F. Hirth, 1899; J. Marquart, 1903; P. Pelliot, 1920; O. Franke, 1930; Gy. Né­meth, 1930; McGovern, 1939; R. Grousset, 1942; W. Eber­hard, 1942; B. Szàsz, 1943; L. Bazin, 1949; F. Altheim, 1953; H.V. Haus­sig, 1954; W. Samolin, 1958; O. Pritsak, 1959; G. Clauson, 1960 və b.). K. Shira­tori62 ön­cə türk qəbul etmiş, sonra63 isə monqol ol­duqlarını söylə­miş­dir64. L. Li­ge­ti­yə65 görə hiung-nuların kimliyini təs­bit etmək müşküldür. A. v. Ga­bain66 türk-monqol qarışığı olduqları fik­rin­də­dir. Hiung-nuların böyük imperator­lu­ğunda türklərin yanında monqol, tunquz və başqa ya­bançı qövm­lərin də yer al­maları təbii olsa da, dövləti quran və idarə edən əsl ün­sürün türk olduğuna şüb­hə yox­dur. Bu döv­lətdə əslində meşə qöv­mü olan monqol və tunquz67 deyil, türk boz­qır kül­türü hakim olub68 göy tan­rıya inanılır (əslində, totemçi olan mon­qollara tanrı sözü sonra türk­lərdən intiqal etmiş­dir. Bax: aş. Kültür: din), ailə "ata hü­ququ" üzərinə qurulu idi (bax: aş Kül­tür: sosial struktur)69. Nəhayət, hiung-nu döv­lə­tin­də ida­rəçi zümrənin və xa­nədanın dili türkcə idi70. Siyasi və kültürəl mü­nasıbətlər vəsiləsi ilə Çin salnamələrində hiung-nu dilindən zəbt edilən bu kəl­mələr: tanrı, kut, börü, il (el), ordu, tuğ, qılınc və s. türkcə olub71 türk dilinin ən əski yadigar­ların­dan­dır72. Və nəhayət, dövlətin sahibləri öz­lərinə türk­cə "qövm, xalq" mə­nasında olan "hun" (xun=kün) deyir­dılər73. "Hun" adı bir gö­rü­şə görə, m.ö. I min­il­liyin başlarında kwan, gun, V əsr­dən öncə kun, IV-III əsr­lər­də isə xun kimi tələffüz edilmişdi74. Ağırlıq mərkəzinin Orxon-Selenqa çayları və türklər tərəfindən qutlu öl­kə sayılan Ötükən həvalisi-Ongin çayı üzə­rindəki Qara­qum ilə Ordos böl­­gəsi ara­sında olduğu anla­şılan hun siyasi birli­yinin qəti tarixini m.ö. IV əsr­dən etibarən təqib et­mək müm­kün olmaqda­dır. Hunlarla əlaqədar ən əs­ki yazılı sənəd m.ö. 318-ci ildə yazılan bir müqa­vilə­dir75. O zaman Chou iqtidarının zəifləməsi nəticə­sində meydana çıxan 14-ə qə­dər böyük feo­da­lın mübarizə sahəsi olan Çində bir-birləri ilə savaş halındakı bu feo­dal döv­lətlərdən Chin-in (Tsin) getdikcə qüvvətlənməsindən əndişələnən qonşu beş "krallıq" (dərəbəylik) həmin il hun birliyi (hiung-nu) ilə ittifaq mü­qaviləsi bağlamışdı. Hunlar daha sonra Çin torpaqlarında təzyiqi artır­dılar. Mə­həlli xanədanlar uzun müdafiə savaşları zamanı qorunmaq məq­sə­di ilə məskun sahələri və hər­bi yığınaq yerlərini divarlarla çevirirdilər. Chou­lardan iqtidarı m.ö. 256-cı ildə tamamilə təhvil alan Chin dövləti Şen-si­denin ünlü hökmdarı Shih-huang-ti (m.ö. 247-210) şimal hücum­la­rına qarşı sərhədlərini büs­bütün qapamaq üçün divarların iç qisimlərini sökdürərək əldə etdiyi mate­rial ilə dış divarları bir-birinə bağlamaq və boş yerləri ta­mam­latmaq surə­ti ilə məşhur Çin səddini (yüksəkliyi 15 m, eni 9 m, düz xətt ha­lında uzunluğu isə 1845 km) meydana gətirdi (m.ö. 214)76. Beləcə çinli­lərin ən təsirli qorunma tədbiri al­dıqlarına inandıqları bu əsnada iki mühüm hadisə meydana gəldi: Çində uzun müddət dirayətli imperatorlar yetişdirən han sülaləsinin (ilk han m.ö. 206-m.s. 22, ikinci han m.s. 24-220) qurulması və hun dövlətinin başına da Mo-tun (və ya Mao-tun, Mav-dun; əski oxu­nuş­lar: Moduk, Mei-tei, Mo-te, Mə-tə) adlı xa­qanın keçməsi (m.ö. 209). Çin qaynaqlarında hunların tu-ku (=türk?) adlı ailə və ya qəbiləsinə mənsub ol­duğu bildirilən Mo-tun77 (Bəy-tun) öz oğ­lu­nu taxta oturtmaq istəyən ögey anasının təşviqi ilə atası T’u-man tərə­fin­­dən taxtdan məh­­rum edilməsi tə­şəbbüsü qarşısında əmrindəki də­mir intizam altında yetis­dirilmiş 10 min atlı ilə qatıldığı bir sürək ovunda T’u-manın öldürülməsi nəti­cəsində hun hökm­darı elan edilərək (m.ö. 209-174) hun dilində "imperator" mə­nasında "son­suz genişlik, ucalıq, ulu­luq" ifadə edən və Asiya türk dövlət­lərində 6 əsr qə­dər işlənən tanhu (dür­lü oxunuşlar: tanju, jenuye, şanu və son ola­raq, həmin çincə işarənin bugünkü söylənişi ilə şan-yü, şanı) ünvanını aldı78. Dövlətini yenidən dü­zənlədi və onu yaxşı tanımadıqları anlaşılan tunq-huların (şərq­dəki mon­qol-tunquz qəbilələr birliyi) israrlı torpaq tələbləri qarşısında savaş aça­raq onları pərişan etdi. Beləliklə, hakimiyyətini şimalda Peçiliyədək ge­niş­ləndirdikdən sonra Orta Asiyada Tanrı dağları-Kansu həvalisində­ki hind-Avropa mənşəli sayılan yüe-çiləri (yü-ehchih)79 məğlub etdi (m.ö. 203). O za­man hun dövləti "Sol Bilgə eliki"nin Shang-kuda, "Sağ Bil­gə eliki”nin Shang-kündə (Şen-si) iqamət etdiyi təxmin olunan bu dövr­­də80 Mo-tun daha son­ra Çin torpaqlarına yönəldi, 3 il qədər sürdüyü anlaşılan (201-199) bu sa­vaşlarda Ma-i, Tai-yuan bölgələrini zəbt etdi. Han sülalə­sinin qurucusu im­pe­rator Kao-tinin (m.ö. 206-195) 320 minlik ordusunu Pai-tengdə bozqır üsulu saxta ricət ("Tu­ran taktikası" bax: aş. Kültür: Ordu) ilə çəmbər içinə aldı. İm­perator bozqır bölgələrinin hun dövlətinə tərk edilməsi, yeyəcək və ipək veril­məsi və illik ver­gi şərtləri ilə özünü və ordusunu qurtarmağa mü­vəf­­fəq oldu81. Şərqi Asiya ta­rixin­də iki bö­yük dövlət arasında bağlanmış ilk millət­lər­arası müqavilə ol­duğu bilinən bu müqaviləyə82 (m.ö. 201) görə Mo-tunun bir Çin şah­za­dəsi ilə də ev­lənməsi nəticəsində Çin ilə dostluq havası içində impe­ra­to­riçə Lü (m.ö. 195-179) və imperator Wen-ti (m.ö. 179-157) zamanla­rın­da da da­vam et­miş olan ticari münasibətlər inkişaf etdirilərkən Mo-tun Baykal gölü qıyılarından İrtış yatağına qədər olan bozqırları və daha qərb­­dəki ting­linglər, bəzi oğur (ho-chi­eh-o-kue) qolları (bax: aş. oğur­lar) ilə məs­kun ərazini, Şimali Türküstanı zəbt etdi və oradakı yüe-çilərin qon­şusu wu­sunları hima­yəsinə aldı83. Bu surətlə bö­yük hun hökmdarı o çağda Asiya qətəsində yaşayan türk soyundan olan bütün toplumları öz ida­rə­sində tək bayraq altında toplamış olurdu. İmpe­ra­torluq hü­dud­­larının şərqdə Ko­reyaya, şimalda Baykal gölü və Ob, İrtış, İşim çaylarına, qərb­də Aral gölünə, cə­nubda Çində Wei çayı-Tibet yaylası-Qara­qo­rum dağla­rı xəttinə çatdığı bu tarixlərdə hunlara tabe olanlar arasında monqol­lar, tıbetlilər, tunquzlar və çin­lilər də vardı. Mo-tun tərəfindən Çin hö­kumətinə göndə­rilən m.ö. 176-cı il tarixli məktubdan anla­şıldığına görə, yalnız İç Asiya­da türk döv­lətinə bağ­lı qövm və şəhər-dövlətcik­lərinin sayı 26 idi84 və ha­mısı tanhunun ifadəsi ilə "yay gərənlərlə tək bir ailə" halında birləş­miş­dilər85. Mo-tun m.ö. 174-cü il­də öldüyü zaman mülki və hərbi təskila­tı, iç və dış siyasəti, di­ni, ordu­su, hərbi texnikası və sənəti ilə yüksək vəsfli bir cəmiy­yət halında, da­ha sonra­kı bütün türk dövlətlərinə örnək olan, tarixi dəqiq bili­nən ilk türk siyasi tə­şək­külü -"Böyük hun dövləti" qüd­rətinin zirvəsində idi. Gö­ründüyü kimi, bu döv­lət öz idarəsindəki məh­dud əkin sa­hə­lərinə qarşılıq, daha ziyadə, otlağı bol, heyvandarlığa əl­­verişli bozqırlar böl­gəsində qurul­muş­du. İqtisadiy­ya­tının tə­mə­li başda at olmaq üzrə, heyvandarlıq idi. Buna görə so­sial du­rumu da tor­pağa bağlı "kəndli" kültüründəki geniş ərazi sahibi Çin "gen­try" təbə­qəsi ilə kölə sinifindən çox fərqli idi. Nə malikanələrə, nə də torpaq kölə­lərinə rast­lanmayan hun bölgələrində xalq qan qohumluğu ilə bir-birinə bağ­lı ailələrin meydana gətirdiyi sosial və siyasi birliklər olaraq in­tizamli və öz­lərini müdafiə üçün daima silahlı qəbilələr (boylar) halında yaşayır və dövlət bu qəbilə bir­liklərinin (bodunlar) öz aralarında sıx əmək­daş­lığın­dan doğur­du. Dövlət bu quruluşuna görə və ələlxüsus or­du­nun Mo-tun tərəfindən tən­zimin­dən sonra mərkəzdən idarə edilən bir "hər­bi təşkilat" səciy­yəsi qazan­dığı sə­bəbi ilə hərbi xarakterdə idi və gə­rəkli şərtlər (boz­qırda təlim keç­mək, at və silah) hazır ol­duğu üçün də fü­tuhata açıqdı. Bu yöndən də "kəndli" Çin döv­lətindən ayrılırdı. Çində əsas rejim feodalizm olduğu halda86, hun döv­lətində mərkəziyyətçilik diq­­qəti çəkəcək qədər mü­əyyən idi. Kiçik mə­mur­lar və bəzi müşavirlər bəl­kə çinli idi, fəqət əmr­lərindəki silahlı qüvvə­lərlə eyni zamanda birər ko­man­dan olan bütün yüksək görəvlilər ilə birinci dərə­cə­də məsul məqam sahibləri daim hun əsilli idi, dövlət təşkilatının da (mə­sə­lən, sağ-sol və ya şərq-qərb təq­sima­tı və s.) çinliliklə heç bir əlaqəsi yox idi87; Mo-tun tərəfin­dən ger­çək­ləş­dirilən və toplumda qəbiləçilik meyl­lərini qıraraq dövlətə milli toplum havasını gətirən ordudakı 10-lu tərtib də türk idi (bax: aş. Kültür: Ordu). Əsa­sən dövlətin milli xarakterinin qorunmasına diqqət edildiyinə dair bə­zi dav­ra­nışlar gözə çarpırdı. Məsələn, Pai-tengdə im­pe­rator ida­rəsindəki Çin ordu­su­nu mühasirə edən Mo-tunun Çinin da­xili­nə dalaraq bozqırdan uzaqlaş­masına zöv­cəsi və hər halda döv­lət məc­lisi ma­ne ol­muş­­du88. İnanc yönündən də nə mon­qol totemçiliyi, nə də Çin torpaq tan­rıçılığı ilə əlaqəsi olmayan boz­qır türk göy tanrı etiqadın­dakı hun döv­lə­tinin (bax: aş. Kültür: Din) meydana gəlməsin­də "Çin im­pe­rator­lu­ğu­mun model təş­kil et­diyinə dair yayğın görüş89 (normal ölçül­ər­dəki qar­şılıqlı kül­tür tə­sirləri dışında) doğru sayılmamalıdır. Zira bu dü­şün­cə­nin gərəkcəsində irəli sürülən "hiung-nu hökmdarının eynən Çin im­pe­ratoru kimi göyün (tan­rı­nın) oğlu olaraq gö­rünmək və Çindəkinə bən­zər saray ərkanına sa­hib ol­maq lü­zumu hun dövləti üçün zəruri de­yil­di. Əvvəla, döv­lət Çin torpaq­ların­da deyil, "hiung-nular sahəsində qurul­muş­du90; dolayısıyla Çin məşruiyyət prin­siplərini bu dövlətdə aramaqda isa­bət yox­­dur. İkin­cisi, Mo-tu­nun "gö­yün oğlu" deyə bir ünvan aldığı şüb­hə­lidir, çünkü onu tövsif edən Tenq-li Ko-to (həmin çincə işa­rənin bu­gün­kü söylə­nişi ilə Ch’enq-li ku-t’u) tanhu91 təbirindəki in­diyə qədər "oğul" mənasına gəl­diyi sa­nılan ikinci kəl­mə­nin "qut" (siyasi iqti­dar) de­mək ol­duğu anla­şıl­mışdır (bax: aş. Kültür: qut). Üçüncüsü, Çin dövlə­tində "gö­yün oğlu" an­layışı da əslən Çin deyil, türk mən­­şəlidir. (Təfsilən bax: aş. Kültür: hökm­­ranlıq). Bütün bunlardan dolayı, Mo-tun zamanın­da dəqiq şəklini aldığı gö­rü­nən Böyük hun dövləti etnik yöndən və ha­kimiyyət an­layışı, sosial struk­turu, idari və hərbi quruluşları (sosio-politik vahidlər, dövlət məclisi = toy, sağ-sol təşkilatı, bilgə eliklər və s.) dini və dün­ya görüşü ilə türk millətinin tarix və kültüründə feyzli təsirini iki min il sür­dürən bir ana qaynaq duru­mundadır. Bu etibarla türk və dün­ya tari­xin­də çox bö­­yük önəm daşıyır. Mo-tunun oğlu tanhu Ki-ok (Chi-yü. /Kök?/ və ya Lao-shanq92, m.ö. 174-160) hun imperator­luğu­nun bu bö­yük­lü­yünü mü­ha­fi­zə etmə­yə çalışdı. Yurdla­rın­dan oynatdığı yüe-çi­lərin Əf­qa­nıstana gedərək Bak­triya (Bəlx) bölgəsində vaxtilə İs­kən­dər tərəfin­dən qurulmuş olan yunan hakimiy­yətinə son verdik­ləri tarixdə (m.ö. 166) izdi­hamlı or­dusu ilə Çinə gırə­rək pay­taxt Chanq-an yaxınlığın­dakı impera­tor sara­yını yaxan Ki-ok bu səfər­də­ki qayəsinə uyğun olaraq Çin ilə iqtisadi iliş­kilərini dostanə bir şəkildə sür­dürmək üçün bir Çin şahzadəsi ilə evləndi. Şübhəsiz, Çin sarayı ilə davam etdirilən qohumluq siyasi ma­hiyyətdə bir dav­ranışdan ibarətdi. Fəqət bu surətlə irəlidə Çin ilə təmas halındakı bü­tün türk dövlətləri ba­ximın­dan pis nəticələr verə­cək olan bir cığır dərin­ləş­diril­miş oldu. Çünkü xanədanlar arasındakı bu yaxınlaş­ma­lar hər za­man Çin hiy­lə mexaniz­mınin hərəkətə keç­mə­si üçün fürsət təş­kil etmək­də idi. Hun mər­kəzində çin­li şahzadənin hima­yə­sindən faydala­nan Çin diplomat və vəzifə­liləri hun impera­torluğu torpaqlarında sərbəst­cə gəzib do­laşır, türklər və tabe qövmlər arasında mənfi təbliğat apa­rır, döv­ləti sin­sicə qüvvədən salmağa çalışırdılar. Bundan başqa, tica­rət ma­lı kimi ölkəyə gəti­rilə­rək hun əyanları arasında rəğbət görən Çin ipəyi lüks və zövq yolu ilə rəhavəti artırmaqda idi93. Ki-ok dövründə çox da hiss edil­məyən bu mən­fi və­ziyyət onun oğlu Kün-çin (Chün-chen) zama­nında (m.ö. 160-126) ger­çək bir nara­hat­lıq qay­nağı olaraq özünü göstərdi. Çünki han sülaləsinə kü­rə­kən olan bu tanhu ata­sı və babası qədər dira­yətli və əs­gər ruhlu bir hökm­dar olma­dığı üçün hun iq­tidarın­da sarsıntılar ya­randı. Çinlilərin bu dövr­də (imperator Chinq-ti: 157-141) sər­həd­də kiçik miqyaslı axın­ları dayan­dırdığı görünürdü. İlk dəfə im­perator Wu-ti (m.ö. 141-87) izdi­hamlı or­du­lar təşkil edərək hun ha­kimiy­yətinin yıxıl­masını hədəf alan planların tət­biqinə girişdi. Təbliğa­tı artırdı. Qayələ­rin­dən biri də Çin üçün böyük gəlir qaynağı olan ipəyə qərb böl­gələ­rin­də ye­ni ba­zarlar tapmaq və İç Asiya-İran üzərindən Aralıq dənizi sahillə­rinə çatan məşhur İpək-yo­lunu94 əmniyyət altına almaqdı. Dolayısıyla Orta və Qərbi Asiyada ya­bançıların qüd­rə­tini qırması la­zımdı. Bilindiyi kimi, təqr. m.s. I minilliyin son­larına qədər türk-Çin mübarizə­lə­rinin əsas sə­bəb­­lərindən biri bu kar­van yoluna nəzarət et­mək məsələsi ol­muşdur95. Wu-tinin ipək yolu üzə­rindəki məmləkət və qövm­ləri öy­rən­mək və hunlara qarşı on­­larla iş­bir­liyi təmin etmək məq­sə­di ilə qərbə gön­dərdiyi yüksək rütbəli bir əsgər olan Çanqkienin (Chanq-chien) gizli və­zıfəsini yerinə yetirər­kən hun­lar tərə­fin­dən bir müddət gözaltında tutul­masına rəğmən bura­larda keçirdiyi uzun müddət ərzində (m.ö. 138-126) əldə et­diyi mə­lu­matı, tə­mas­­larını və hö­kumətə tövsiyələrini ehtiva edən mü­hüm ra­port impe­ra­toru məmnun et­miş və sonraki Çin siyasəti üçün baş­lıca sənəd ol­mu­ş­­dur96. Bu arada çin­lilər çox əhəmiyyətli bir uğur da­ha əldə etmişdilər ki, o da ordularını türk üsu­luna görə qurmaları və hun silahları ilə təchiz et­mələri idi. Hələ Mo­tun­dan çox öncə 318-ci il and­laşması ilə əlaqədar hunlara qarşı hərbi gü­cünü artır­mağa çalışan Chao (Şan-sidə) krallığında Wu-ling (m.ö. 325-298) zama­nında başlayıb, daha sonra şimali Çində feodal hökumətlərin yerini alan bö­yük Chin dövlə­tinin imperatoru Shih-huanq-ti zamanında sürətlə davam edən bu hərbi islahat hərə­kətləri han imperatoru Wu-tinin komandanlarından Wei-tsing ilə hun tərzində 140 minlik bir süvari qüv­və­si çıxaran Ho Kü-ping tərə­findən böyük uğurla hə­yata keçirilmişdi. M.ö. 127-117-ci illər arasında Or­dosdakı hunlara qar­şı qa­zan­dıqları zə­fərlər hun ağırlıq mər­kə­zinin Qo­bi­dən şimala, Orxun çayı böl­gəsinə keç­məsinə səbəb olmuşdu. Hunlar artıq əskisi kimi deyil­dilər. Axınları du­raq­lamış, xüsusilə tanhu Tsü-ti-hou (Chu-te-ho) za­ma­nın­dan etibarən (m.ö. 101-96) 40 il boyunca zəngin cənub-qərb torpaqla­rı­nın (Tanrı dağ­ları-Cun­qariya, Turfan, Yar­kənd, Ku­ça və b.) düş­mən is­tilasına uğraması ilə dövlət gə­liri azalmış, o zama­na qədər Çindən ver­gi və hədiyyə ola­raq gələn maliyyə dəstəyi kə­sil­miş­di. İç hüzursuzluq, ida­rəçilərlə başbuğ­ların arasını vurmağa yönə­lən kəsif Çin təbliğatı ilə get­dikcə dərinləşirdi. Hun şahzadələrinin bir-birləri ilə olan anlaşmazlıqları mü­cadiləni şiddətlən­dir­di. İq­tisadi darlıq və hər­bi gücsüzlük qarşısında mad­di yardım təmin etmə dü­şüncəsi ilə çıxar yol ola­raq tanhu Ho-han-yehin (m.ö. 58-31) Çin hımayəsini istəmə meyli durumu büsbütün qa­rış­dırdı. Sol bilgə eliyi (Sol qa­nad kralı) olan Çi-çi (Chih-chih, Tsit-ki) bu qardaşının tan­huluğunu ta­nımadı. Məsələ hun döv­lət məclisində (türk­cəsi: toy. Bax: aş.) ağır dis­kus­siyaya səbəb oldu. İs­tiqlalın fə­da edil­mə­sıni "gülünc və utanc verici" bir davranış sayan və bunu ata­lara qarşı hör­mətsizlik kimi qə­bul edən Çi-çi tərəf­dar­ları Ho-han-yehin təklifini rədd et­dilər (bax: aş. Kültür: eldə istiqlal)97. Tanhu­nun fikrində dirənməsi hun­ları iki­yə ayırdı (m.ö. 55). Dövlət bir­liyinin parçalanması ilə Çin üzə­rindəki hun təh­didi or­tadan qalxdığı üçün Şərqi Asiya tarixində bir dö­nüş nöqtəsi olan bu illər­də hun şah­zadələri ara­sında möhkəmcə alov­lanan açıq mücadilə sonun­da rəqib­lərini məğlub edən, bu arada tanhuluq mər­kə­zini də işğal edən və hun impe­ra­toru duru­muna yüksələn Çi-çi qarşisında Ho-han-yeh özünə bağlı küt­lə­lərlə bir­likdə dəstəyini aldığı Çin’in şimal-qərb hüdud bölgəsinə (Or­dos, Pinq-çu) çəkildi (m.ö. 54)98.

Dövlətini gücləndirmək və iqtisadi imkanlara qovuşdurmaq üçün ha­ki­­miy­yətini qərbə doğru yaymağı uyğun görən Çi-çi tanhu m.ö. 51-ci ildə hə­rə­kətə keçdi. Öncə Tanrı dağlarının şimalı - İssık göl həvalisindəki wu-sunların müqavimətini qırdı99, Tarbaqatay bölgəsindəki oğurları, da­ha şi­mal­dakı qırğız­ları və İrtış ətrafındakı ting-lingləri tabeliyinə aldı. İki il için­də qazandığı bu uğurlardan sonra wu-sun axınlarından qurtulmaq is­təyən Kang-kü (Çu-gü­ney Qazaxıstan bozqırı-Mavəraünnəhr) kralının arzusu ilə (bu dövləti himayə et­mək vəsiləsi ilə) Aral gölünə qə­dər bütün qərb bölgə­sini idarəsi altına alaraq ge­­niş Orta Asiya hun imperator­luğunu ehya etdi. Çi-çi hökumətinin şimali Monqolustandakı ağırlıq mərkəzini də Çu-Talas çayları arasına keçirərək orada ətrafı divarlarla çevrili yeni bir paytaxt inşa etdirdi (m.ö. 41) ki, beləliklə, möv­qeyi dolayısıyla İran, Əfqanıstan, Hindis­tan, Şərqi və Orta Avropa coğ­rafiyası baxımından Asiya tarixinin bundan sonraki inkişafında sürəkli təsiri görüləcək olan Türküstan sahəsinə türk xalqının yaxşıca nüfuz etməsini təmin edir, (qərb hunları), Fərqanə və Baktriya (Bəlx) həvalisini özünə bağladıq­dan sonra Çin qaynaqlarına görə An-si bölgəsini, yəni güney-qərb hü­dudları ta Ana­­doluya qə­dər uzanan parf imperatorluğunun şimal-şərq qis­mini zəbt et­mək üçün planlar hazırlayır­dı100. Fəqət Çi-çinin hakimiyyəti uzun sür­mədi. Torpaqları çox geniş­di və hun dövləti bu bölgələrdə hələ yaxşıca yer­ləşmiş, idari nizamı qurmuş, tabe kütlələr və qonşuları ilə normal mü­nasibətlərini gə­liş­dirmiş deyil­di. Çi-çinin hərəkətini addım-addım tə­qib edən Çin wu-sunları Kang-kü döv­lətini öz tərəfinə çəkə bildi və dər­hal hücuma keçdi. Ətrafdan aldıqları yardım və 70 mi­nə yaxın orduları ilə basqın şəklində hun torpaqlarına girərək sürətlə irə­liləyən çinlilər tə­rə­findən mühasirə edilən Talas çayı üzə­rindəki divarlı hun paytaxtı ta­ma­milə dağıdıldı (m.ö. 36). Paytaxt heyrətamiz şəkildə müdafiə edil­miş, kü­çə­lərdə qanlı savaşlar getmiş, hətta tanhuluq sarayı içində otaq-otaq çar­­pışılmış və Çi-çi, oğlu və xatunlar daxil saray mənsub­larından 1518 adam əllə­rində qı­lınc dövlətləri uğrunda həyatlarını fəda etmisdilər101.

Çi-çinin qərbə uzaqlaşmasından sonra özünü toplayan və Çin hö­ku­məti ilə anlaşma imzalayaraq (m.ö. 43) dövlət məclisinin qərarı ilə pay­­­tax­tını Or­xon bölgəsinə nəql edən, fəqət m.ö. 36-cı ildən etibarən tək­rar Çin tabe­lıyinə girən Ho-han-yehə (ölümü: m.ö. 31) bağlı kütlələr onun öv­ladları tə­rəfindən bir müd­dət idarə edildikdən sonra təkrar topar­lanmağa başla­mış­lar və qüdrətli bir döv­lət adamı olduğu anlaşılan Yu (Ho-to-dzsi-si) tanhu za­manında (m. 18-46) Çinə qarşı istiqlallarını əldə edərək şərq­də Mancu­riyaya, qərbdə Kaşğara qədər olan geniş bölgəni tək­rar idarə­lə­rinə almağa müvəffəq olmuşdular. Fəqət Yu­nun ölümündən etibarən daxili anlaşmaz­lıq­lara düşmələri və uzun sürən qıt­lıq illərinin sə­bəb olduğu çox sayda heyvan tələfatı ilə ölkədə başlayan aclıq hun­ları müşkül duruma sal­dı. Yunun oğlu tanhu P’u-nuya qarşı mücadilə edə­rək şi­maldakı hun qəbilələri arasına çəkilən Pinin (P’u-nunun qardaşı oğlu) ora­da özünü tanhu elan etməsi ha­di­səsi (m. 48) hunları təkrar və artıq bir daha birlə­şə bilməmək üzrə ikiyə ayır­dı: şimal hunları (şimalda və ya Dış Monqo­lus­tan­da) və cənub hunları (cə­nubda və ya İç Monqolustanda).

Beləliklə, 48-ci il­də ayrı siyasi vəsfləri qətilik qazanan iki hun dövləti ara­­sındakı böyük fərq cə­nubdakının Çinə tabeliyini davam etdirməsi, şimal dövlətinin isə istiqlalını dai­ma qoruması idi. Bundan başqa, Cənubi Sibir, Cun­qariya ötəsinə qədər Qərbi və İç Asiyada iqtisadi əhəmiyyəti bilinən bü­tün şə­hər-dövlətlər də Şimali Hun dövlətinin idarəsində idi. Dolayısıyla, si­yasi və hərbi Çin hücumlarının ana hədəfini təşkil edirdi. Hələ hun im­pera­torluğunun bölünməsi ilə nəticə­lənən daxili mübarizə­ləri ustalıqla istis­mar edən Çin hun­lara bağlı şərqdəki monqol-tunquz qa­rişığı wu-huan və sien-pi (hsien-bi) kütlə­lə­rini təhrik etmiş, bunların sü­rək­li basqıları nəticə­sində hun dövləti Şərqi Mon­qolustanda nəzarəti iti­rər­kən, qərb bölgəsində də təhrikçi Çin siyasəti ilə qarşılaşmışdı. Bu səbəblə ən təsirlisi Yarkənt kral­lığı olmaq üzrə Şan-şan (İou-lan, Lob-norun cənu­bu), Tur­fan və başqa bölgələrdəki qiyamlar ilə uğraşmaq zorunda qalındı (46-60-ci illər)102. Hun dövlətinin buralarda, xüsusilə Çinin müstəmləkəçi tutumu ilə Yar­kənd kralı Kienin çox mərhəmətsiz davranışından pərişan olan xalq tərəfin­dən qurtarıcı kimi qarşı­lanması və duruma hakim ol­duq­dan sonra yenidən basqı altına aldığı Çini hü­dud qəsəbələrində sər­bəst ticarətə məcbur etməsi (61-65) Çini tam qərar­lılıq içində və doğru­dan-doğruya hərbi hərəkatla hun dövlətini çökərtmək hazırlığına sövq etdi. İmperator Minq-ti (58-75), Çenq-ti (75-89) və Ho-ti (89-105) dövr­lə­rinin ünlü generalı Pan Çaonun yüksək kumandan­lığında izdihamlı Çin or­­du­la­rının 30 il çəkən hərəkatı sonunda Kang-küyə qədər (Kaş­ğar, Ha­mi, Yar­kənt, Xotən daxil) sayı 50-yə çatan zəngin və kar­van yo­lu üzə­rin­də ol­du­ğu üçün iqtisadi yöndən önəmli şə­hər Çin idarəsinə keçdi103.

Xü­susilə 73-74 və 89-91-ci illər hərəkatında ağır it­kilərə uğrayan hun­lar İç Asiya­da hakimiyyətlərini itirərkən şərqdə də sien-pilə­rin hücumlarına (ən şid­dətlisi 89-91-ci illər arasında) məruz qalırdılar. İki cəb­hədə sürəkli sa­vaş­maq zorunda qalan Şimali hun dövləti son tanhuların uğurlu müdafiə­lərinə bax­mayaraq qüv­vədən düşdü, vəziyyət onların əleyhinə inkişaf et­di. Hakimiyyət­lərini Cənubi Sibir və Cunqaryaya qədər geniş­lən­dirməyə mü­vəffəq olan sien-pilərin hökm­darı Tan-shih-huai (təqr. 147-156) tərə­fin­dən nəhayət yox edilən şimal hun­larının (ehtimal tanhu Avitokhol za­manında (bax: aş. Böyük Bulğa­ri­ya) torpaq­ları düşmən qəbilələrin istila­sına uğradı. Siyasi iqtidarlarının zəiflə­məyə üz tut­duğu tarixlərdə əsasən məmləkəti tərk etməyə başlayan hunlardan (böyük çapda köçlər 91-ci il­də104 və 155-ci ilə doğru. Bax: aş. Bulğar dövlət­lə­ri) Kuça civa­rın­da qa­lan yüepan-yüebanlar105 dışındakı izdihamlı kütlələr qərbə çəkilmiş­dilər ki, bunların indiki Cənubi Qazaxıstan bozqırındakı soydaşlarına (Çi-çi hun­­ları) qatıldıqları anlaşılır.

48-ci ildən bəri Çin hüdud bölgə­sin­də ya­şayan və şimaldan gələcək saldı­rılar üçün Çinin önündəki bir tampon dövlət durumunda olan cənub hunları da o qədər hüzurlu deyildi. Kukla tanhulara qar­şı hun qəbilələri tez-tez qiyam qal­dırırdılar. 94, 124 və 140-cı illərdə görü­nən qiyamlar güclüklə basdırılmış, bun­­ları 153-cü il və 158-ci il üsyanları təqib et­mişdi. Bu illərdə Şimali Monqo­lustanı işğal edən sien-pilər cənuba doğru təz­yiqlərini artıra­raq hun dövləti üçün təh­lükəli ol­mağa başladılar (177-ci ildən etibarən). 188-ci ildə Çin höku­məti tərə­findən təyin edilən tanhunun tamamən Çinə təslim olma qərarı üzə­rinə hunlar tərəfindən öldürülməsi dövləti başsız qoy­du. Qəbilələr təyin edi­lən digər iki tanhuyu da tanımadılar və dağınıq qəbilə həyatına döndü­lər. Son tanhunun Çin paytaxtında həbs edilməsi və ölkənin 5 əyalətə bölü­nə­rək çinli hərbi va­lilərin nəzarətinə verilməsi ilə cənubi hun dövləti də süqut etdi (216-cı il)106.

Bununla bərabər, sien-pi basqısı üzündən xü­­susilə III əsrin ikinci yarı­sın­da cənuba gəlmək surətilə Çində sayları get­dik­cə artan hunlar Çin idarəsi al­tın­da və çinli xalq arasında varlıq­la­rını qoru­mağı bacardılar. Çində han sü­laləsi iqtidarının zəifləməyə üz tut­duğu tarixlərdə (180-ci ildən etibarən) bir-birləri ilə mübarizəyə girışən generalların tutumu böyük dəyişiklik meydana gətirmiş, siyasi birlıyin parçalanmasına səbəb ol­muşdu ("16 dövlət" dövrü). Sui xanə­danının bir­liyi ehya etdiyi 589-cu ilə qədər sürən bu dövrədə türk kütlələri baş­da tabğaç (wei) sülaləsi (bax: aş.) olmaq üzrə müstəqil dövlətlər qurmuşlar və han iqtidarının tənəzzülü ilə m.s. 220-ci illərdə təkrar səhnədə görü­nən cənubi hun qəbilə başbuğlarının idarəsində nü­fuzlarını artıraraq za­manla bütün Şimali Çini türk hakimiyyətinə almağı bacar­mışdılar. Bunu tə­min edən qüvvə yuxarı­da zikr edilən asi generallardan biri olan Tsao Tsa­o­nun savaşlarında yardımları olduğu üçün Şan-si bölgəsinə yerləşdir­diyi 19 hun qəbiləsi idi. İzdihamlı olan və hər fürsətdə Çin idarəsinə qar­şı çıxan (mə­sələn, 271, 294, 296-cı illərdə) bu türk kütləsi milli mənliyini qoruyur və əski tanhu ailəsi mənsublarına qarşı sayğı bəsləməyə davam edirdi. 19 qəbilədən biri to-pa (tabgaç), biri də böyük tanhu Mo-tun ailə­sinin mənsub olduğui tu-ku və ya t’u-ko10 idi107. Hun tu-ku (t’u-ko) baş­buğu əski tanhu­lar nəslindən və hun eliklərindən olan Liu Yüan (Liu bu dövrdə tu-ku ailə­sinə çinlilərin verdiyi addır) çətin bir hürriyyət mü­ca­diləsi verdikdən sonra diqqət çəkici bir siyasi anlayışla 500 il əvvəlki ata­la­rının əski han sülaləsi ilə olan dostluğunu və qar­daşlığını irəli sürə­rək və hətta öz sülaləsinə "han" adı­nı verərək bu Çin bölgə­sində (mərkəz: P’ing ç’eng) türk dövlətini qurma­ğa müvəffəq oldu (304-329. I Chao). Çin paytaxtı Lo-yanqı zəbt etdi (311). Özündən sonra Çinin digər pay­tax­tını da ələ keçirən qardaşı Liu Tsunqun inkişaf etdirdiyi bu siyasi haki­miyyət şüuru başbuğ ailələri ara­sında idarə dəyişəndə də davam etdi (başlıca hun sülaləri: II Chao: 329-351, Hsia: 407-431, Şimali Lianq: 401-439 və bu­nun davamı: Lou-lan krallığı, 442-460; Turfan civarında). Eyni şüur Tsü-kü (Chu-chü) Məngsün tərəfindən qurul­muş olan son hun dövləti "Şimali Lianq"ın 439-cu ildə tabgaç hökmdarı Tai-wunun basqısı ilə (paytaxt Qutsanq işğal edilərək) yıxılması nəticəsində bura­dan qaçıb qurtulduğu anlaşılan türk Aşina ailəsinin təmsil etdiyi böyük göytürk xa­qanlığına çat­dı108 (aş. bax:).

Çin sahəsində hun adı altındakı siyasi həyatları beləcə tarixə qa­rış­maqla bərabər, m.ö. I əsrdə Çi-çi iqtidarının yıxılması nəticəsində ətra­fa da­ğılmış ola­raq Soğdiananın /Seyhun arxası/ şərqində, Qafqaz dağla­rının şi­ma­lında, hətta Dnepr çayı civarında109 və xüsusilə Aral gölünün şərq boz­qırlarında varlıqlarını davam etdirən türk kütlələri oradakı digər türk zümrə­ləri və I əsr sonlarından II əsrin ikinci yarısına qədər şərqdən gələn hun qa­lıntıları ilə çoxalmışlar və uzunca bir müddət sakit bir həyat yaşamaq surə­tilə güclərini artırmışlar. Bun­ların böyük ehtimalla iqlim də­yişıkliyi üzündən (bax: yux.: Türklərin yayıl­maları) və ya son illərdə meydana çıxan yeni bir görüşə görə110, 350-ci illərdə şərqdən gələn uar-hun basqısı qarşısında qərbə yönəldikləri və sonra Avropa hun impera­tor­luğunu qurduqları anlaşılmaq­dadır111. Bu kütlələrin Qərbi Sibirə doğru Çin sahəsindən uzaqlaşmalarından dolayı haqlarında 2 əsr qədər uzun bir müddət yazılı məlumat olmadığı gə­rəkcəsinə dayanılaraq hiung-nularla ey­ni qövm sayıla bilməyəcəkləri barədə bəzi iddialara112 rəğmən Attila za­­manında bütün Avropada türk hakimiy­yətini gerçəkləşdirənlərin bu Asiya hunları nəs­lindən olduqları müxtəlif sənədlərlə bəlgələnməkdədir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə