İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə123/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   119   120   121   122   123   124   125   126   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

493 


 

XVIII  əsr türk (Azərbaycan) sülaləsi olan 

Cavanşirlərin başçılıq etdiyi Qarabağ Xanlığının yaranması 

ilə  əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə 

ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada 

məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar 

üstünlük təşkil edirdi. 

Qarabağ Xanlığı ilə Rusiya İmperiyası arasında 

imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq 

Rusiya  İmperiyasının hökmranlığı altına keçməyə  məcbur 

oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya 

İmperiyası  ərazi üzərində öz nəzarətini yaratmaq və 

gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə “ayır-buyur” 

siyasətini həyata keçirməyə başladı.  İrandan və Osmanlı 

İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və 

bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla 

dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı  tədbirlərin 

bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və 

Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra 

ərazinin etnik tərkibi tamamilə  dəyişdirildi. Təkcə 1828-

1830-cu illər  ərzində  İrandan 40.000-dən çox, Osmanlı 

İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda 

məskunlaşdırıldı.  

1828-ci ildə Rusiya çarının  əmri ilə  işğal olunmuş 

Azərbaycan xanlıqlarının (İrəvan və Naxçıvan)  ərazisində 

erməni vilayəti yaradıldı. Bu, Osmanlı  İmperiyasının arxa 

qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu 

yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

494 


 

daşıyırdı. 1836-cı ildə Rusiya çarı  tərəfindən alban 

kilsəsinin ləğv olunması alban əhalisinin qəti  şəkildə 

Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə  nəticələndi. 



 

 

Hadisələrin illər üzrə xronologiyası 

1918-ci il

  

28 may    



Azərbaycan Xalq Cümhuriyyətinin və 

Ermənistan Respublikasının müstəqilliyi 

elan olunur. 

29 may 


Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 

Rusiyanın təzyiqi ilə  İrəvan  şəhərini 

müstəqilliyini elan etmiş, lakin paytaxtı 

olmayan Ermənistan Respublikasının 

hökumətinə   güzəştə gedir. Həmin vaxt 

İrəvanın  əhalisinin 70 faizi azərbaycan-

lılardan, 30 faizi ermənilərdən və başqa 

etnik qruplardan ibarət idi. 

4 iyun  

Osmanlı  İmperiyası  və üç Cənubi Qafqaz 

Respublikası (Ermənistan, Azərbaycan və 

Gürcüstan) arasında Batumi Sülh Müqa-

viləsi bağlanır. Türkiyə  hər üç respublika-

nın müstəqilliyini tanıyır. İrəvan və Eçmi-

ədzin daxil olmaqla Ermənistanın 10.000 

kv. km.-lik ümumi ərazisi müyyənləşdiril-




İlham A.Mazanlı_________________________________________________________ 

 

495 


 

ir. Dağlıq Qarabağ Azər-baycan Xalq 

Cümhuriyyətinin tərkibində saxlanılır. 

iyun-iyul Iyunun 

4-də imzalanmış müqavilənin 

şərtlərinə 

xəyanət edən Ermənistan 

Rusiyanın köməyi ilə Azərbaycan 

ərazilərini işğal etməyə başlayır. Naxçıvan, 

Zəngəzur, Göyçə, Dərələyəz, Qarabağ və s. 

bölgələrdə 115 kənd dağıdılır, 7729 

azərbaycanlı  qətlə yetirilir, 50.000 nəfər 

yurd-yuvasından didərgin düşür. 

 

 



1920-ci il

 

 



11 yanvar 

Azərbaycan Respublikasının müstəqilliyi 

İttifaq xalqlarının Ali Soveti tərəfindən de-

fakto tanınır. 

27 aprel 

Azərbaycanın Sovet Rusiyasının 11-ci 

Qızıl Ordusu tərəfindən işğal edilir. 

28 aprel 

Azərbaycan Xalq Cümhuriyyətinin süquta 

uğraması və Azərbaycanda Sovet hakimiy-

yətinin qurulması elan edilir 

 

 



1921-ci il

  

 



5 iyul 

Rusiya   Kommunist  (bolşevik) Partiyası 

Mərkəzi Komitəsinin Siyasi Bürosu 

müsəlmanlarla və ermənilər arasında sül-

hün, aşağı  və yuxarı Qarabağ arasında 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

496 


 

iqtisadi  əlaqələrin, Azərbaycanla davam-

lı   münasibətlərin qorunub saxlanılması 

zərurətini  əsas götürərək, Dağlıq Qaraba-

ğın Azərbaycan SSR-in tərkibində saxla-

nılması  və ona geniş regional muxtariy-

yətin verilməsi barədə qərar qəbul edir. 

         Dağlıq Qarabağa özünüidarə 

hüququnun verilməsi ilə eyni vaxtda 

əhalisinin  əksəriyyəti azərbaycanlılardan 

ibarət olan Zəngəzur mahalı  və Qazax 

rayonunun bir hissəsi (9.000 kv.km.) 

Ermənistanın 

ərazisinə daxil edilir. 

Ümumilikdə, Sovet hakimiyyəti dövründə 

Azərbaycanın 20.000 kv.km. ərazisi 

Ermənistana verilmişdir. 

 

 



1923-cü il

 

 



7 iyun 

Azərbaycan SSR Mərkəzi 

İcraiyyə 

Komitəsi Moskvanın tapşırğı ilə  “İnzibati 

mərkəzi Xankəndi olmaqla, Dağlıq 

Qarabağ muxtar vilayətinin yaradılması” 

haqqında qərar qəbul edir. 

 

 



1947-1953-

cü illər

 

SSRİ Nazirlər Soveti “Kolxozçuların və 



digər azərbaycanlı  əhalinin Ermənistan 

SSR-dən Azərbaycan SSR-in Kür-Araz 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə