İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə20/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   16   17   18   19   20   21   22   23   ...   87

nur.  Bu  üsuun  mahiyyəti  ondan  ibarətdir ki,  nəzərdə  tutulan  vi- 
russpesfik atitellər polistrol kürəciklərdə adsorbsiya edilir.  Viru­
sun növündən və tədqiqatın məqsədindən asılı olaraq qrup və ya 
tip preparatlar tədbiq  olunur tədqiqatın birinci  mərhələsində ge­
niş diapazonlu immunoreagentlərin,  ikinci  mərhələsində isə tip- 
spesifik  preparatların  istifadə  edilməsi  məqsədyönlüdür.
Antitellərlə  örtülmüş  polistirol  kürəciklər  və  digər  bərk 
kütləli  vasitələr  karbonatlı  buferdə  4°  S  temperaturda  3  həftəyə 
qədər -  virus  antigenləri  örtülmüşlər  isə  1  ilə  saxlana  bilər.
Adsorbsiya olunmuş nişanlanmamış  antitellərin  üzərinə  toyu­
ğun qan  serumunda,  kalında olan antigen əlavə edilir və  1  saat ər­
zində 37° S temperaturda inkubasiya edilir.  Yaranmış spesifik anti- 
gen-antitel  kompleksi  üzərinə tipspesifık  virus  antigeni  əlavə  edi­
lir və  1  saat müddətində 37° S-də yenidən inkubasiya edilir. Yaran­
mış kompleksə antigen kimi  baxaraq  onun  üzərinə  radioaktiv  125 
nişanlanmış  növ  və  daha yaxşı  olar ki,  tipspesifık  antiqamma-qlo- 
bulin əlavə edilsin və yenidən  37° S-də  1-2  saat inkubasiya edilir.
Birləşmiş  nişanlanmış  antiqlobulinin  miqdarına  əsasən  reak­
siyanın  müsbət və  ya  mənfi  olması  müəyyən  edilir.  Hüceyrə  kul- 
turasında virusun aşkar edilməsi  zamanı  birləşmə koeffısentini  ra- 
dioaktivlikdə müqayisə etməklə müəyyənləşdirilər:  immun serum 
+  yoluxmuş  hüceyrə  və  immun  serum  +  yoluxmamış  hüceyrə. 
Koeffisentin 2,1  və  bundan çox olması  müsbət nəticəni  göstərir.
Radioimmunoloii  analizin  mikrometodu.  Reaksiya  mikrotit- 
ratorda  qoyulur.  Antigenin  fosfat-bufer  məhlulunda  ikiqat  du- 
rultmasmı  Ca2+  və  Mg2+  ionlarının  iştirakı  şəraitində  mütləq 
metanolla mikrotitratorun gözcüyündə təsbir edir,  belə məhlulla 
yuyulur  və  125-la  nişanlanmış  immunoqlobulin  üzərinə  əlavə 
edilir.  Antigen  və  antitel  təsbit olunmuş  gözciiklər adi  su  ilə  10 
dəfə yuyulur və sonra radioaktivlik  implusları  hesablanır.  Nəza­
rət  kimi  heterogen  antigen  və  immunolmayan  qlobulin  götürü­
lür. Nəzarət və cavab preparatlarının  implus nisbəti  1:6-1:7 olur.
78
Bu  metod  KBR  ilə  müqayisədə quşların  leykozunun diaqnos­
tikasında  1000  dəfə  həssaslığı  ilə  səciyyələnir.  Bu  metoddan 
leykozdan  əlavə  quşların  infeksion  larinqotraxeitinin,  infeksion 
bronxitin,  nyukasl  xəstəliyinin,  qripin  və  adenovirus  infeksiya- 
sının  diaqnostikasında  geniş şəkildə  istifadə  edilir.
Hemaqqlütinasiva reaksiyası /HAR/.  Bu  reaksiya paramikso- 
virusların  və  ortomiksovirusların  aşkar  edilməsi  və  identifika- 
siyasında  istifadə  edilir.
Hemaqqlütinasiya reaksiyasının  mexanizmi  virusların  eritro- 
sitlər  səthində  adsorbsiya  və  onların  bir-birinə  yapışmasından 
ibarətdir.  Bu  reaksiyanın  düzgün  getməsi  üçün  optimal  inkuba­
siya  temperaturası  və  onun  müddəti  müəyyən  edilməlidir.
Nyukasl  xəstəliyi  və qripin diaqnostikasında spesifik  antige­
nin  yüksək  konsentrasiyası  istifadə  edilir.  Bu  məqsədlə  10 
günlük  toyuq  embrionlarının  allantois  boşluğuna  yoluxdurma 
aparılır.  Virusun  inokulyasiyasında  48-72  saat  keçmiş  allanto- 
amnion  mayesi  toplanır.  Qanın  tək-tək  hüceyrələri  və  nisbətən 
iri  hissəcikləri  ayırmaq  məqsədilə maye  10 dəqiqə  ərzində  sen- 
trifuqadan  keçirilir.  Sonra vrus 0,1%-li  formaldehidlə inaktivləş- 
dirilir,  alınmış  suspenziya 37° S  temperaturda36  saat ərzində  in­
kubasiya edilir.
3  və  ya  daha  çox  yaşlı  toyulardan  qan  götürüb  bunu  üzərinə 
antikoaqulyantlar yəni  natrium-sitrat və ya Alsevər məhlulu əla­
və  edilir.  Ümumiyyətlə  4  hissə  qana  1  hissə  antikoaqulyant 
götürülür.  Qarışığın  üzərinə  bərabər nisbətdə  PH  7,0  fosfat-bu­
fer məhlulu töküb sentrifuqadan keçirilir.  Yenidən  fosfat məhlu­
lu  əlavə edib  sentrifuqalaşdırma yolu  ilə  eritrositlər çökdürülür, 
üst  hissə  atılır və  bu  yolla  əldə  edilmiş  eritrositləri  50  %-li  sus­
penziya  halında  5°  S  temperaturda  5  gün  ərzində  saxlamaq 
mümkündür.  Reaksiyanın  qoyulması  üçün  eritrositlərin  1  %-li 
suspenziyasından  istifadə  edilir  və  onun  sıxlığına  spektrofoto- 
metr vasitəsilə  nəzarət edilir.
79


Əvvəlcə  HAR  əşya  şüşəsi  üzərində  və  ya  petri  fincanında 
eritrostlərin  fizioloji  məhlulda  5  %-li  emilsiyası  ilə  qoyulur. 
Yaxşı  yuyulmuş  və ya yağsızlaşdırılmış əşya şüşəsi  üzərinə  erit- 
rositlərin  5  %-li  qarşılığı  və  1  damla  viruslu  material  qoyub 
möhkəm  qarışdırılır  və  aqqlütinasiya  vermiş  eritrositlərinin  to­
pasının  əm ələ  gəlməsi  müşahidə  edilir.
Aqqlütinasiya  venniş  eritrositlərin  pambıq  şəklində  koma- 
laşması  1 dəqiqə  ərzində  baş  verirsə  HAR müsbət  hesab  edilir.
Əgər HAR-ı  mixbər şüşəsində qoymaq lazım gəlirsə bunlar­
da viruslu  materialın  1:2  və ya  1:1 O-dan  2048-2560-a qədər nis­
bətində  durultmaları  hazırlanır.  M üxtəlif durultma  dərəcələrinə 
malik olan  hər bir mixbər şüşəsinə 0,5  ml%-li eritrosit yuyuntu- 
su  əlavə  edilir.  Möhkəm  saxlayıb və  əgər reaksiya quş  eritrosit- 
ləri  ilə  qoyulubsa  20-30  dəqiqə  otaq  temperaturası  şəraitində 
saxlayırlar.  Heyvanların eritrositləri  tədricən çökdüyü üçün  reak­
siyanın  müddəti  1  saata qədər artırılır.  Reaksiyanın  nəticəsi  aşa­
ğıdakı  kimi  qiymətləndirilir:
+++ / 
i l   -
 «çətin» halında mixbər şüşəsində eritrositlərin  in­
tensiv  və  sürətli  aqqlütinasiyası  baş  verir;
++  /   Ф  /   -
 z əif intensiv aqqlütinasiya
+  -  aqqlütinasiya çox  zəif gedir.
Hemaqqlütinasivamn ləngiməsi reaksiyası /HALR/.  Bu reak­
siya müvafiq virusun hemaqqlütinasiya fəaliyyətini  neytrallaşdı­
ran  əkscisimlərin  qabiliyyətinə əsaslanır.  Quşların  qrip,  nyukasl 
xəstəliyi  və  adenovirusların  yeni  ayrılmış  ştamlarının  serioloji 
identifakasiyası  üçün  istifadə edilir.  Bundan əlavə  postinfeksion 
və  postvaksinal  immunitetin  yaşlı  quşların  və  cücələrin  qan  se- 
rumunda  spesifik  antitellərin  miqdarca  təyin  edilməsi  yolu  ilə 
müəyyən  olunması  üçün  tətbiq  olunur.
Reaksiyanın  mahiyyəti  antitellərin  müvafiq  virusları  he- 
maqqlütininləşdirici aktivliyini  neytrallaşdırılmasına əsaslanmışdır.
Virus  +  serum  qarışığına  eritrositlər  əlavə  edilir  və  spesifik
80
antitellərin  olmaması  zamanı onlar virusun təsirindən aqqlütina­
siya verir.
Bu reaksiyanın əsas kompanenti  hemaqqlütininləşdirici viaıs 
antigenidir.  Bunun  aktivliyindən,  antigen  spesifikliyindən  və 
uzun  müddət  saxlanan  zaman  əvvəlki  xüsusiyyəfətini  saxlama 
qabiliyyətindən  HALR-nın  nəticələrinin  düzgünlüyü  asılıdır. 
Bu reaksiyanı  məlum virusa görə antitelin titrinin təyini  üçün və 
məlum  seruma  əsasən  virusun  tipi  və  növünün  təyin  edilməsi 
üçün  istifadə  edilir.
Antitelin  titrinin  müəyyən  edilməsi  üçün  serumun  l:10-dan 
l:640-a  qədər  serumun  ikiqat  durultmalarında  hazırlanır.  Bu 
məqsədlə  bir  sıra  mixbər  şüşələrinə  və  ya  pleksiqlas  planşeti 
gözcüklərinə birincidən  başqa 0,25  ml  fizioloji  məhlulu tökülür. 
Birinciyə  isə  0,1  ml  serum  əlavə  edilir.  Serumun  ikiqat  durult- 
maları  hazırlanır.  Sonra  hər bir mixbərə /gözcüyə / tərkibində 2 
və  ya  4  hemaqqlütininləşdirici  vahid  0,25  ml  antigen  tökülür. 
Çalxaladıqdan  sonra və  30-60 dəqiqə  kontaktdan sonra bunların 
üzərinə  0,5  ml  %-li  eritrosit  qarışığı  əlavə  edilərək  təkrar  mix­
bər  şüşələri  çalxalanır  və  otaq  temperaturası  şəraitində  30-60 
dəqiqə  saxlanır və  nəticəsi yoxlanır.  Serumda antitellərin  olma­
sı  eritrositlərin  aqqlütinasiyanı  ləngidir.  Tamamilə  hemaqqlüti- 
nasiyanı  ləngidən  durultma dərəcəsi  serumun  titri  hesab  edilir.
Məlum  serumun  əsasında  virusun  növ  və  ya  tipini  təyin  et­
mək üçün 0,25  ml  fizioloji  məlulda olan  2-4  hemaqqlütininləşdi­
rici vahidin üzərinə 0,25  ml müvafiq serum növü əlavə edilir.  Vi­
rusun  serumla  30-60dəqiqə  kontaktından  sonra  bunların  üzərinə 
0,5  ml  1  %-li  eritrosit yuyuntusu əlavə edilir və 30-40 dəqiqədən 
sonra  nəticəsi  yoxlanır.hemaqqlütinasiyanın  ləngisəsi  təcrübə 
üçün götürülmüş  serumun  virus növü  ilə  üyğünlüğünü  göstərir.
Hcmadsorbsiva  reaksiyası  və onun  ləngiməsi  reaksiyası.
Müxtəlif viruslarla yoluxmuş toxuma hüceyrələrinin  səthinə 
birləşmiş  eritrositlərin  əsasında  virusların  və  antitelləin  aşkar
81
I


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə