İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


İnfeksion  xəstəliklər  zam anı  quşların  müalicəsi



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə23/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   19   20   21   22   23   24   25   26   ...   87

İnfeksion  xəstəliklər  zam anı  quşların  müalicəsi
İnfeksion  xəstəliklərdə  müalicə  epizoodiya  əleyhinə  təd­
birlər  sisteminin  tərkib  hissəsi  olub,  məqsədt  xəstəliyin  törət­
diyi  səbəbləri  aradan  götürmək  və  onların  məhsuldarlığını  bər­
pa  etməkdən  ibarətdir.
İti  gedişli  infeksion  xəstəliklərdə  müalicə  yardımının  ləngi­
məsi  quşlarda kütləvi tələfata səbəb olur.  Bundan əlavə bəzi  in­
feksion  xəstəliklər zamanı  müalicənin  ləngidilməsi  ilə əlaqədar 
olaraq  sonradan  müalicəsi  çətinləşən  hər cür mürrəkəbləşmələr 
baş  verir.  Ona  görə  də  infeksion  xəstəliklərin  müalicəsində  ən 
əsas şərt diaqnozun dəqiq olması və müalicənin vaxtında aparıl­
masıdır.
İnfeksion xəstəliklər zamanı  quş orqanizminin tez və tam şə­
kildə  patogen  mikroorqanizmlərdən  azad  etmək  heç  də  həmişə 
mümkün olmur.  Xəstəlik keçirmiş quşlar uzun müddət infeksiya 
törədicisinin  mənbəyi  kimi  özünü  göstərərək  amil  daşıyan  olur 
və  patogen  mikroorqanizmləri  xaricə  ixrac  edir.
Xəstəliyin  müalicə  edilməsi  o  zaman  məqsədəuyğundur  ki, 
müalicə  səmərəli  olsun,  yəni  infeksiya  törədiciləri  orqanizmdə 
tamamilə  məhv  edilsin.  Əgər  xəstəliyin  müalicəsi  üçün  uzun 
müddət  vaxt  və  xeyli  miqdarda  maddi  vəsaitin  xərclənməsi  tə­
ləb  olunursa,  bu zaman  müalicə aparılmasına  icazə verilmir.
Müalicə  dövründə  xəstəlik  uyğun  zoogigiyeniki  şəraitdə 
saxlanmalı,  asan  həzm  olunan  yüksək  keyfiyyətli  yemlərlə  tə­
min  edilməlidir.
Müalicənin  nəticəsi  dərman  maddələrinin  vaxtında  tədbiqi 
və düzgün  dozalaşdırılmasından, dərmanın  təsir dozasının  orqa­
nizmdə müəyyən sabitliyinin təmin edilməsindən, dərman  mad­
dələrinin  düzgün  növbələşdirilməsi  və  şairədən  asılıdır.  Müa­
licə  fərdi  və  qrup  şəklində  aparıla  bilər.  Quşçuluqda  qrup  şək­
lində müalicədən  daha çox  istifadə edilir.  Müalicə  dövründə or­
90
qanizmin  ümumi  rezistenliyi  aşağı  salan  foktorlar,  xüsusilə 
stress-amillər aradan  götürülməlidir.
Müxtəlif infeksion  xəstəliklərə  qarşı  universal  müalicə  üsu­
lu  və  vasitəsi  yoxdur.  Ona  görə  də  hr bir xəstəlik  üçün  konkret 
müalicə  üsulu  onun  epizootoloji  xüsusiyyətləri,  amilin  orqaniz­
mə  daxil  olma  yolu  və  xəstəliyin  patogenezi  nəzərə  alınmaqla 
aparılmalıdır.
Bəzi  infeksion  xəstəliklərdə  xəstəliyi  keçirmiş  quşlar 
müəyyən müddət ərzində patogen amili öz orqanizmində gəzdi­
rir və  şübhəsiz  infeksiya  törədicisinin  mənbəyinə  çevrilir.  Zoo- 
antroponozlar zamanı  quşlar  insanları  da  yoluxdura  bilər.  Ümu­
miyyətlə, xəstə quşlar o  vaxtlar müalicə edilir ki,  bu  tədbir  iqti­
sadi  cəhətdən  səmərəli  olsun,  bununla əlaqədar olaraq,  quşların 
bir çox  xətəliklərində  və  xüsusilə  qripdə,  nyukasl  xəstəliyində, 
ornitozda,  quşların  inyeksion  larenqotlaxeyitində  xəsətələ 
öldürülür  və  cəsədlər  isə  yandırılmaqla  zərərsizləşdirilir.  Bir 
çox  infeksion  xəstəliklərdə  isə  səmərəli  müalicə  vasitəsi  olma­
dığına görə,  onlarda  da  müalicə aparılmır və  profilaktiki  tədbir­
lərə  üstünlük  verilir.
Quşların  infeksion  xəstəlikləri  ilə  mübarizə  aparılmasının 
çoxillik  nəticələrinə  əsaslanaraqa,  hazirda  epizootiya  əleyhinə 
tədbirlər kompleks  xarakterə malik olmalı  və  epizootik zəncirin 
hər  üç  elementinə,  yəni  infeksiya  törədicilərinin  mənbəyinə, 
amilin  xəstələrdən  sağlamlara verilmə yollarının  ləğv edilməsi­
nə və quşların  ümumi  və spesifik davamlılığının  yüksəldilməsi­
nə  yönəldilməlidir.
Alimentar  infeksiyalarda  quşların  ayralması,  yeməlnmənin, 
suvarmanın  və  təsərrüfatda  baytarlıq-sanitariya  vəziyyətinin 
yaxşılaşdırılmasıayumlərin və auyün xəstəlik törədiciləri  ilə çir­
klənməsinin  qarşısının  alınması,  spesifik  müalicə  və  profilaktik 
vasitələrin  tədbiqi  xəstəliklərlə  mübarizədə  ən  əsas  şərtdir.
Respirator  infeksiyalar  zamanı  amilin  orqanizmə  aerogen
91


yolla  daxil  olması  ilə  əlaqədar  olaraq  epizootiya  əleyhinə  təd­
birlərdə xəstələrin ayrılması,  quş  binalarının  dizenfeksiyası, qu­
şlar  üçün  optimal  mikroiqlim  şəraitinin  yaradılması,  müalicə- 
profilaktika  vasitələrinin  tətbiqi  mühüm hesab  edilir.
Transmassiv  infeksiyaladrda  dezinfeksiya  və  dizensreksiya 
tədbirlərinin  yerinə  yetirilməsi  vacibdir.
Quşların  infeksion xəstəliklərinin müalicəsində spesifik, qey- 
ri-spesifık  və  simptomatik  müalicə  vasitələrinjən  istifadə  edilir.
Spesifik  müalicə.  Müalicə  vasitələrinin  təsiri  yalnız  infek- 
siya  törədicilərinə  qarşı  yönəldilməklə  aparılan  müalicəyə  spe- 
siik müalicə deyilir.  Bu məqsədlə spesifik serumlardan, qammaqlo- 
bulinlərdən  bakteriofaqlardan,  antoqonist  mikrob  preparatların­
dan, antibiotiklərdən və kimyəvi  müalicə vasitələrindən  istifadə 
olunur.
Serumla müalicə baytarlıq təcrübəsində mühüm əhəmiyyətə 
malikdir.  Bu  məqsədlə  müxtəlif spesifik  serum  və  qamma  qlo- 
bilinlər  işlədilir.  Serumların  təsir mexanizmi  ondan  ibarətdir ki, 
bunların tərkibində olan antitellər infeksiya törədicilərinə spesi­
fik  təsir  göstərir,  orqanizmin  hüceyrə  və  toxumalarının  aktivli­
yini  yüksəldir.
Müalicə  serumları  3  qrupa  bölünür:  spesifik  hiperimmun  se- 
rumlar,  rekonvalisent  serumlar və qamma-qlobilinlər.
Spesifik  hiperimmun  serumlar  infeksion  xəstəliklərə  tutul­
muş  heyvan  və  quşların  müalicəsi  üçün  daha  çox  işlədilir.  Bun­
ların  təsir  mexanizmi  ondan  ibarətdir  ki,  hazır  şəkildə  orqaniz­
mə  kifayət dərəcədə  immun  cisimlər yeridilir,  bunlar isə  infek­
siya törədicilərinin və onların  etdikləri  toksinləri  neytrallaşdırır. 
Bundan  əlavə  serumun  tərkibində  olan  qeyri-spesifik  kompa- 
nentləri  orqanizmin  hüceyrə  və  toxumalarını  fəallaşdırır  ki,  bu 
da  mikroorqanizmlərin ümumi  rezistentliyini  yüksəldir.
Tərkibindəki  antitellərin xüsusiyyətlərindən asılı olaraq, spe­
sifik  serumlar  antimikrob  və  antitoksik  olmaqla  2  yerə  bölünür.
92
Antimikrob  serumlar  xəstəlik  törədicisinə,  antitoksin  serumlar 
isə onların toksinlərinə təsir göstərir.  Alınma xüsusiyyətinə görə 
serumlar  monovalent  və  polivolent  olur.  Monovalent  serumları 
əldə  etmək  üçün  heyvanların  yalnız  bir  infeksiya  törədicisinin 
ştamları  ilə hiperimmunizasiya edilir.  Polivolent serumları  hazır­
lamaq üçün  heyvanlar müxtəlif infeksiya törədicilərinin ştamları, 
yaxud onların  toksinləriilə hiperimmunizasiya olunur.
Son  zamanlar  bəzi  infeksion  xəstəliklərin  müalicəsi  üçün 
spesifik  qamma-qobulinlərdən  istifadə  edilir.  İmmunoqlobulin- 
lərin  üstünlüyü  preparatda  atitellərin  konsentrasiyasının  yüksək 
olması, anafılaktogen və antigen xüsusiyyətlərinin aşağı düşmə­
si  ilə  səciyyələnir.
Quşların  faqla  müalicəsində  spesifik  bakteriofaqlardan  isti­
fadə  edilir.  Pulloroz,  stafilokokkoz  və  streptokokkozda  spesifik 
faqlar müalicəvi  xüsusiyyətə  malikdir.
Antoqonist-mikrob  preparatları  madə-bağırsaq  sistemi  xəs- 
təlikərində yüusək  müalicə xassəsi  ilə özünü göstərir.  Eşerixiya 
və  samonella  qrupu  mikroorqanizmlərinin  inkişafının  qarşısını 
almaq üçün pasterizasiya edilmiş südlə və ya ət-peptonlu bulyon- 
da becərilmiş asidofil  çöplərinin kulturasından  və propion-asido- 
fil  bulyon  kulturasından  istifadə  edilir.
Quşların infeksion xəstəliklərinin müalicəsində kimyəvi maddə­
lər daha  çox  istifadə  edilir.  Bunların  tərkibi  üzvi  və  qeyri-üzvi  bir­
ləşmələrdən ibarətdir.  Kimyəfı preparatlar etiotrop xüsusiyyətə ma­
lik  olub,  müəyyən  qrup  mikroorqinimzlərə  seçici  təsir  göstərir. 
Kimyəvi maddələrin mikroblara təsir mexanizmi ondan ibarətdir ki
bunlar mikroblarda  maddələr mübadiləsini  pozur və  yaxud  onların 
həyatları  üçün  zəruri  olan  strukturasını  zədələyir.  Nəticədə  mikrob 
hüceyrəsinin  divarının  keçiriciliyi  yüksəlir,  tənəffüs  prosesi  dəyişi­
lir, nuklein turşularının replikasiyası və zülal sintezi  pozulur.
Kimyəvi  müalicə  vasitələrindən  baytarlıqda  sulfanilamidə- 
lər və  nitrofuran  birləşmələri  işlədilir.
93


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə