İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

59 


«Şüştər» muğamına daxil olan  «Ovşarı»,  «Heydəri»,  «Mani» 

kimi  hissələr  hazırda  müstəqil  vokal-instrumental  zərb-muğamı  ki-

mi ifa olunur. 

Bizim fikrimizcə «Şüştər» dəstgahına daxil olan «Osman Gə-

rayi», «Qara kürd» və «Keşişoğlu» kimi hissələr aşıq musiqi yaradı-

cılığından  götürülmüşdür.  Hal-hazırda  bu  hissələr  aşıq  yaradıcılı-

ğında geniş istifadə olunur. 

Ü.Hacıbəyovun  1925-ci  ildə  tərtib  etdiyi  proqramda  «Şüştər» 

dəstgahı səkkiz şöbə və guşədən ibarət olmuşdur: «Əmiri», «Şüştər», 

«Şüştərək», «Tərkib», «Şüştər», «Sarənc», «Məsnəvi», «Şüştər». 

XIX  əsrdə  tərtib  olunmuş  cədvəllə  1925-ci  ildə  ki,  proqramı 

müqayisə etdikdə oradakı eyniliyin şahidi oluruq. Lakin fərq onda-

dır  ki,  1925-ci  ilin  proqramında  «Şüştərək»  ilə  «Şüştər»  şöbələri 

arasına  «Tərkib»  şöbəsi  daxil  olmuş,  zərb-muğamlarına  («Ovşarı», 

«Heydəri», «Mani») və aşıq yaradıcılığına daxil olmuş (Osman-Gə-

rayi», «Qara kürd», «Keşişoğlu») hissələr daxil edilməmişdir. 

XX  əsrin  əvvəllərində  «Hümayun»  dəstgahındakı  «Tərkib» 

şöbəsi  «Şüştər»ə  daxil  olmuşdur  və  nəticədə  «Şüştər»  dəstgahının 

diapazonu zil registr hesabına genişlənərək dəstgaha dolğunluq gəti-

mişdir. 


Digər muğam dəstgahlarında fərqli olaraq «Şüştər» dəstgahın-

da bəm registr yoxdur. Onun ifası səsin orta diapazonundan başlayır 

və zilə keçir. «Şüştər» orta və zil tessituralı şöbə və guşələri özündə 

birləşdirir. 

«Şüştər»  dəstgahına beş  şöbə və  guşə daxildir ki, bunlara da 

«Bərdaşt»  («Əmiri»),  «Şüştər»,  «Feli»,  «Tərkib»,  «Şüştərə  ayaq» 

aiddir. 

Bildiyimiz kimi bütün muğam dəstgahları «Bərdaşt» la başla-

nır. «Şüştər»in də «Bərdaşt»ının adı «Əmiri»dir («Rast» dəstgahının 

«Bərdaşt»ının  adı  «Novruz-rəvəndə»  olduğu  kimi).  «Şüştər»  hər 

zaman «Əmiri» ilə başlanır və mənasıda əmir, hökm deməkdir. 

Qısa  şöbə  olan  «Əmiri»nin  «Nəva»da  və  «Rəhab»da  istinad 

pərdəsi «mi»-dir. 



 

60 


««Əmiri»nin  musiqisi  də  çox  təmtaraqlı,  cazibədar,  mərdlik 

əhval-ruhiyyəsi  kəsb  edir.  K.  Əhmədov  «Əmiri»ni  tarda  və  ya  ka-

mançada olduğca parlaq vurğulu, güclü mizrablarla çalmağı, dalğalı 

səslənməyə fikir verməyi məsləhət görür» (19). 

«Bərdaşt» dan («Əmiri») sonra  «Mayeyi-Şüştər» şöbəsi gəlir 

ki,  bu  şöbədə  digər  muğam  şöbələrində  olduğu  kimi  dəstgahın  tə-

məlini təşkil edir.  «Əmiri»dən fərqli olaraq  «Mayeyi-Şüştər»  şöbə-

sinin melodiyası həzindir, kövrəkdir. 

Ondan  sonra  gələn  «Feli»  (mənası  açıq,  boz  rəng  deməkdir) 

şöbəsidir  ki,  onun  da  musiqisi  cazibəlidir.  Sonra  gələn  «Tərkib» 

şöbəsində dərin lirizm və ehtiraslı hisslər özünü biruzə verir. 

«Şüştər» dəstgahının sonu «Mayə» yə qayıtması klassik meto-

da  əsaslanaraq  zildən  orta  registrə  qədər  gəlib  çatır  və  musiqinin 

təranələri  «Mayə»  pərdəsinə  qədər  gəzişərək  «Şüştərə  ayaq»  ilə 

sakit formada tamamlanır. 

«Başqa  muğam  dəstgahlarına  nisbətən  «Şüştər»  dəstgahında 

və onun şöbələrində təsnif və rəng cüzidir. «Şüştər» dəstgahının ki-

çik həcmli olması, onun az oxunub-çalınması bu dəstgaha təsnif və 

rənglərin də az miqdarda olmasına gətirib çıxarmışdır» (19). 

«Şüştər»də gəzişmək çətindir. XIX əsr xanəndələrindən «Şüş-

tər»i Şəkilii Ələsgər iki dəfə ifa edib. Birini «Əmiri» ilə oxuyub, di-

gərini isə «Möləvi» («Mövləvi») ilə ifa edib. «Möləvi» ilə başlamaq 

daha məqsədəuyğundur, nəinki «Əmiri» ilə. «Əmiri» – «Şur» sonra 

«Şüştər», «Möləvi» isə «Şüştər»in özüdür.  

Məşhur tarzən Ə. Bakıxanov  «Ədəbiyyat və incəsənət» qəze-

tində (31.03.1973) verdiyi müsahibəsində qeyd edir ki; «... «Şüştər» 

çox çətin muğamdır. Bu muğamın ifası xanəndədən böyük sənətkar-

lıq tələb edir. Əgər bunu bir az da xırdalasaq, deməliyik ki, «Şüştər» 

oxumaq istəyənin  gərək «üzüyola səsi» və  yaxşı ürəyi olsun. Hacı-

baba Hüseynov «Şüştər» oxuyur. Yeri gəlmişkən deyək ki, o, ümu-

miyyətlə  savadlı  və  zövqli  müğənnidir.  Amma  bunu  gərək  Yaqub 

Məmmədov oxuyardı... 

«Şüştər»i  Seyid  Şuşinski  çox  gözəl  yaradıb.  Sanki  təbiət  xa-

nəndəyə lazım olan bütün ifaçılıq keyfiyyətlərini əsirgəməmişdir». 




 

61 


«Şüştər»  muğamının  Səttar,  Hacı  Hüsü,  Mirzə  Məhəmməd-

həsən,  Keçəçi  oğlu  Məhəmməd,  Şəkili  Ələsgər,  Məşədi  Məmməd 

Fərzəliyev, Xanlıq Şükür, Məcid Behbudov, Əkbər Xamuş oğlu, İs-

lam  Abdullayev,  Musa  Şuşinski,  Seyid  Şuşinski,  Canəli  Əkbərov, 

Alim Qasımov, Zülfiyyə Məmmədova, Nuriyyə Hüseynova, Nəza-

kət Teymurova kimi ifaçıları vardı 



 

 

2.6. Bayatı-Şiraz 

 

Azərbaycan  musiqisində  yeddi  əsas  məqamlardan  biri  olan 

«Bayatı-Şiraz»  məqamının  quruluşu 1-1-1/2  ton  formullu  iki tetra-

xordun  k.3  intervalı  məsafəsində  birləşməsindən  ibarət  olub,  səssı-

rası 9 pillədir. IV pillə mayə yəni tonika pilləsidir. 

Məqamın  səssırasına  II,  IV,  VI,  VIII  pillələri  istinad  dayaq 

pilləsi olaraq Bayatı-Şiraz məqamının şöbələrinin əsasını təşkil edir 

ki,  bu  məqamda  qurulan  musiqi  nümunələri  həmin  pillələrə  əsas-

lanır. «Bayatı-Şiraz» məqamının səssırası-«do»-dur. 

Öz axıcı və dərin təsir gücünə görə «Bayatı-Şiraz»a «musiqi-

nin gəlini» (yəni  «ərusi-musiqi») deyirlər. Və bu dəstgah  «sol» ba-

yatı-şiraz məqan kökündə (tonallığında) ifa olunur. 

Görkəmli tarzən B. Mənsurov qeyd edir ki, əvvəllər «Bayatı-

İsfahan»  dəstgahı  kimi  tanınmış  «Bayatı-Şiraz»  müstəqil  dəstgah 

kimi yalnız XIX əsrin axırlarında mövcud olmuşdur. 

M.M.Nəvab  «Vüzuhül-ərqam»  risaləsində  «Bayatı-Şiraz» 

muğamını şöbə kimi göstərmiş, 12 muğamdan beşincisini «İsfahan» 

adlandırmışdır. 

A.Əliverdibəyov «İsfahan» haqqında yazır ki; «Əvvəla, hicaz, 

nəva, hüseyni, əcəm, gərdaniyyə ilə müxəyyərə qədər çıxıb, bəd bu 

üslub üzrə yenə nəvaya qədər enib, hicaz, segah ilə dügah pərdəsin-

də  qərar  edər.  Məbhus  məqam  hər  nə  qədər  lya  qalır  isə  də,  ala 

franğada re tonu təbir edilir» (7). 

Şifahi-profesional musiqimizin yeddi əsas muğamlarından biri 

olan  «Bayatı-Şiraz»ın  eyni  adda  məqam-ladı  da  mövcuddur.  «Ba-



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə