İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

65 


xanəndə  «Xavəran»  vasitəsilə  «Qatar»  muğamına  keçir  və  «Zil 

Qatar» «si» kökündə ifa olunduğu üçün oradan «Xaric segah»a keç-

mək olur. 

«Xavəran»dan sonra daha da zil tessituralı «Üzzal» şöbəsi gə-

lir  ki,  bu  da  xanəndədən  gur  və  məlahətli  səslə  yanaşı  şaqraq  zən-

gulə tələb edir. Bəzi xanəndələr musiqi dili ilə desək bir ağız  «Üz-

zal» oxuduqdan sonra keçirlər «Şikəsteyi-fars» şəbəsinə mənim fik-

rimcə  bu  düzgün  deyil.  Belə  olduqda  «Bayatı-Şiraz»  dəstgahının 

xronologiyası pozulur. 

«Üzzal» şöbəsindən sonra sabit ölçülü, həzin bir tərzdə «Dül-

rüba» (fars sözü olub, gözəl, sevimli mənasında işlədilir) gəlir ki, bu 

da əvvəllər «Bayatı-Şiraz» dəstgahında olmayıb. Guşə əhəmiyyətinə 

malik  olan  «Dülrüba»  «Bayatı-Şiraz»a  ayaq  üçün  hazırlıq  əhəmiy-

yətinə malikdir və dəstgah təmkinli, sakit halda tamamlanır. 

Azərbaycanda  «Bayatı-Şiraz» dəstgahının ifaçılarından Sətta-

rı, Ağabala Ağa Səid oğlunu, Cabbar Qaryağdı oğlunu,  Dadaş Mu-

radxanovu  (1858-1930),  Əbülhəsən  xan  Azər  İqbal-Soltanı,  Qasım 

Abdullayevi  (Zabul  Qasım),  Mirzə  Gülləri,  İslam Abdullayevi,  Se-

yid Şuşinskini, Musa Şuşinski, Zülfi Adıgözəlovu, Hüseynağa Hacı-

bababəyovu, Xan Şuşinskini, Yavər Kələntərlini, Əliövsət Sadıqovu 

(1906-1971),  Mütəllim  Mütəllimovu,  Sara  Qədimovanı,  Yaqub 

Məmmədovu,  Əlibaba  Məmmədovu,  Nəriman  Əliyevi,  Eynulla 

Əsədovu,  Mürşüd  Məmmədovu,  Ağababa  Novruzovu,  Qaraxan 

Behbudov,  Ramiz  Hacıyevi,  Arif  Babayevi,  Rəsmiyyə  Sadıqovanı 

(1939), Canəli Əkbərovu, Vahid Abdullayevi, Ağaxan Abdullayevi, 

Nisə  Qasımovanı  (1954),  Sahibə  Əhmədovanı  (Abbasova),  Alim 

Qasımovu, Mənsum İbrahimovu, Zahid Quliyevi, Mələkxanım Əy-

yubovanı  (1962),  Zabit  Nəbizadəni,  Məhərrəm  Həsənovu,  Almaz 

Orucova, Gülüstan Əliyevanı, Nuriyyə Hüseynovanı, Gülyaz Məm-

mədovanı,  Nəzakət  Teymurovanı,  Səbuhi  İbayevi  və  b.  göstərmək 

olar. 

 

 




 

66 


 

2.7. Hümayun 

 

Yeddi  əsas  muğamlardan  sonuncusu  olan  «Hümayun»un 

(farsca  mənası  «cənnət  quşu»,  «sədaqətli»  deməkdir)  M.M.Nəvva-

bın  «Vüzuhül-ərqam»  risaləsində  24  şöbədən  iyirminci  şöbə  kimi 

adı çəkilir. 

Ü. Hacıbəyov «Hümayun»la «Şüştər»i müqayisə edərək qeyd 

edir  ki,  «Hümayun»  dinləyicilərdə  «Şüştər»ə  nisbətən  daha  dərin 

kədər hissi oyadır (8). 

Lirik-dramatik  xarakterə  malik  olan  «Hümayun»  dəstgahını 

dinlədikdə insanda qəm-qüssə və kədər yaranır ki, buna da səbəb iki 

gəncin (qız və oğlanın) ülvi məhəbbəti və iztirabla bol olan günləri 

və xoşbəxt olmaq arzuları təsvir olunur. 

A. Əliverdibəyov qeyd edir ki; «Əvvala, isfahan məqamı kimi 

hicaz  ilə  nəvadan  ağaz  edərək  nəvaya  qədər  enib,  bəd  nəvadan  hi-

caz, kürdi, rast açaraq yenə dügaha qərar edər. Məzkur məqam ala 

franğada re tonu namıla yad olunmaqdadır» (7). 

«Hümayum» məqamının səssırasının iki növü vardır ki, bun-

lardan  I  növünün  səssırası  ½-1  ½-1/2  ton  formullu  iki  tetraxordun 

böyük  tersiya  (orta  ton  vasitəsilə)  birləşməsindən  ibarət  olub, 

səssırası doqquz pillədir; IV və VII pillələr məqamın mayəsidir. 

«Hümayun»  məqamının  II  növünün  quruluşu  ½-1-1/2  ton 

formullu iki tetraxordun yanaşı üsulla (artırılmış sekunda vasitəsilə) 

birləşməsindən  ibarətdir.  Səssırası  8  pillə  olub,  II  pillə  məqamın 

mayəsini,  IV  pillə  kodensiya  üçün  səciyyəvi  tondur.  Məqamın  I 

növünün səssırası do mayəli hümayundur. 

M.F.Rzayevin  cədvəlində  «Hümayun»  dəstgahı  17  şöbə  və 

guşədən  ibarətdir:  «Nəva-Nişapur»,  «Hümayun»,  «Bayatı-feli», 

«Suzi-güdaz»,  «Tərkib»,  «Bidad»,  «Bəxtiyari»,  «Üzzal»,  «Novru-

zi», «Günəş», «Rəvəndi», «Məsnəvi», «Pəhləvi», «Möləvi». «Müa-

lif», «Üzzal», «Hümayun». 

«Hümayun»  dəstgahıda  başqa  dəstgahlar  kimi  təkmilləşmiş, 

bəzi şöbə və guşələrdən azad olunmuşdur. 




 

67 


Xanəndə Əlizöhab «Hümayun»unun ifası üçün aşağıdakı şöbə 

və guşələrdən istifadə edərdi: «Hümayun», «Feli», «Tərkib», «Bəx-

tiyari», «Bidad», «Məsnəvi», «Mövləvi», «Pəhləvi», «Baba-Tahir», 

«Cədai», «Şüştər». 

Məşhur xanəndə Mirzə Məhəmmədhəsən isə «Hümayun»u 17 

şöbə və guşədən ibarət dəstgah kimi ifa edərdi:  «Nəva»,  «Mayeyi-

Hümayun»,  «Pəhləvi»,  «Şah  Xətai»,  «Bayatı-Əcəm»,  «Zəmin-xa-

rə»,  «Zəngi-şötör»,  «Mani»,  «Mənəvi»,  «Məsnəvi»,  «Hacı  Yuni», 

«Hicaz», «Gilei». «Dəşti», «Bayatı-türk», «Çövhəri», «Mayeyi-Hü-

mayun». 


1925-ci  ildə  Ü.Hacıbəyovun  tərtib  etdiyi  proqramda  «Hüma-

yun»  yeddi  şöbə  və  guşədən  ibarət  idi:  «Hümayun»,  «Feli»,  «Tər-

kib», «Novruz-Rəvəndə», «Məsnəvi», «Üzzal», «Hümayun». 

Hal-hazırda ifa olunan «Hümayun» dəstgahı 1925-ci ildə tərtib 

olunan proqramla demək olar ki, eynidir. Lakin cüzi dəyişikliklər və 

əlavələr  olunmuşdur.  İndi  ki,  proqramda  «Hümayun»  bu  şöbə  və 

guşələrlə  ifa  olunur:  «Mayeyi-Hümayun»,  «Feli»,  «Şüştər»,  «Tər-

kib», «Bidad» («Üzzal»), «Kiçik Məsnəvi», «Hümayuna ayaq». 

«Hümayun»  dəstgahının  «Feli»,  «Şüştər»,  «Tərkib»  şöbələri 

«Bayatı-Şiraz» pərdəsinə düşürsə buna «Qafqaz Hümayunu» deyilir. 

Keçən  əsrin  otuzuncu  illərində  Ə.  Bakıxanov  Üzeyir  bəyin 

rəhbərlik  etdiyi  texnikumda  çalışmağa  başlayır  və  o,  «Hümayun» 

dəstgahınının kök sim qrupu «re-bemol», «si-bemol», «fa» pərdələri 

ilə ifa edirdi. Çünki, «Hümayun» «si-bemol» mayəsilə daha dolğun 

səslənirdi. 

Əksər muğamlarda olduğu kimi  «Hümayun»da  da  «Bərdaşt» 

yoxdur.  «Hümayun»  dəstgahı  «Mayeyi-Hümayun»  şöbəsilə  başla-

nır.  Lakin  «Hümayun»u  muğamların  baş  tacı  adlandıran  pedaqoq-

tarzən Kamil Əhmədov təxminən keçən əsrin ortalarında  «Mayeyi-

Hümyun»u  təkrar  etməmək  şərti  ilə  «Bərdaşt»  düzəltmiş  və  çalış-

dığı  A.Zeynallı  adına  Bakı  Orta  ixtisas  musiqi  məktəbində  tədris 

olunmuşdur. 

Həzin, mülayim və insanda qəmgin hisslər yaradan «Mayeyi-

Hümayun»  şöbəsi  «Hümayun»  dəstgahının  ən  böyük,  mükəmməl 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə