İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   ...   28

 

sı, inkişaf səviyyəsi, istiqamətləri və emosional təsir dairəsi bir-bi-



rindən fərqlənir» (10). 

Azərbaycanın xalq musiqisinə daxil olan muğamların zəngin-

liyi onların formasının çox cəhətliyini göstərir. 

«Azərbaycan xalqının musiqi irsində zəngin və özünəməxsus 

xalq  musiqi  yaradıcılığı  ilə  yanaşı  mühüm  yeri  şifahi  ənənəyə 

əsaslanan professional musiqi yaradıcılığının rəngarəng janr və for-

maları təşkil edir. Öz quruluşu, kompozisiyası, havacatı baxımından 

inkişaf etmiş vokal-instrumental muğam-dəsgahlar, zərb-muğamlar, 

ifaçılıq texnikası cəhətdən mürəkkəb səciyyəli virtuoz instrumental 

pyeslər-dəraməd  və  rənglər,  kamil  formaya  malik  mahnı-romans 

olan  təsniflər  bu  kimi  janrlara  aiddir.  Heç  təsadüfi  deyildir  ki, 

hazırda  şifahi  ənənəyə  əsaslanan  professional  musiqi  nümunələri 

(muğamlar,  təsnif  və  rənglər)  dinləyicilərin  dərin  məhəbbətini  qa-

zanmış və xalqımızın musiqi irsində özünə layiqli yer tutur» (19). 

Muğam  şifahi,  həmçinin  professional  musiqi  olmaqla  yanaşı 

yazısızdır. O, şifahi  formada ifaçıdan ifaçıya ötürülür. Muğamı xa-

nəndələr və sazəndələr inkişaf etdirmiş, onu tarixin süzgəcindən ke-

çirərək püxtələşdirmiş, milli sərvətə çevirmişdilər. 

«Klassik  muğamlarımızın  bir  sıra  şöbələri  məktəblilərdə  və-

tənpərvərlik,  xalqa,  vətənə,  ata-anaya,  torpağa  sevgi  kimi  hissləri 

özündə əks etdirir. Bu cür melodiyalar xaraktercə müxtəlif olur: tən-

tənəli, marşsayağı, lirik, sakit. 

Əgər muğamların müxtəlif şöbələrinə diqqət yetirsək, görərik 

ki,  «Rast»  muğamının  «Bərdaşt»,  «Hüseyni»,  «Vilayəti»,  «Əraq», 

«Pəncigah»,  «Şur»un,  «Bayatı-Türk»,  «Şikəsteyi-fars»,  «Segah»ın, 

«Manəndi-Hisar», «Çahargah» muğamının «Bərdaşt,» «Mayeyi-Ça-

hargah»,  «Müxalif»,  «Bayatı-Şiraz»  muğamının  «Mayə»,  «Xavə-

ran» şöbələri xaraktercə insanda xoş əhval-ruhiyyə ilə bərabər, həm 

də onlarda mübariz ruh yaratmaq imkanına malikdirlər. 

Vətənin  faciəsi,  tarixə  qovuşan  əzablı  illərdə  əlaqədar  hisslər 

yarada  bilən  muğamlar  və  muğam  şöbələri  də  vardır.  Bu  mənada 

«Şüştər» və «Hümayun» muğamları xüsusi qeyd olunmalıdır» (12). 




 

Muğamların  adları  əsasən  ərəb  və  fars  sözləri  ilə  bəzən  onu 



yaxşı  ifa  edən  şəxsin  və  həmin  muğamın  yarandığı  yerin  adı  ilə 

adlandırırlar.  «Məsələn,  «Azərbaycan»,  «Nişapur»,  «Zabul»,  «Ma-

vərənnəhr», «Bağdadi», «Kürdi», «Şirvani», «Qarabaği», «Qacarı», 

«Osmani»,  «Şah  Xətai»,  «Kərkuki»,  «Raki-hindi»  və  s.  Müəllif 

(Nəvvab  Mir  Möhsün  Hacı  Seyid  Əhməd  oğlu  Qarabaği  (1833-

1918)-İ.A.)  həmçinin  göstərirdi  ki,  bir  çox  muğamların  adları 

müxtəlif  təbiət  hadisələri  ilə  də  bağlıdır.  Məsələn,  «Rast»  muğa-

mına ona görə bu ad verilmişdir ki, səslərin əksəriyyəti əsas pərdə 

ilə  rastlaşır.  «Rast»  bahar  küləyinin  hərəkətindən  götürülmüşdür. 

«Rahəvi» Rəhabiyyə qəsəbəsinin adı ilə bağlıdır. Buna «Rəhab» da 

deyirlər.  «Rəhabi»  adını  yağış  suyunun  damcılarının  tökülməsinə 

bənzədənlər də vardır. «Çahargah»-dörd nəğmə və guşələrlə təkmil-

ləşdiyi  üçün  buna  Çahargah  deyilir,  göy  guruldamasından  götürül-

müşdür.  «Dügah»-fəvvarədən  axan  sudan  götürüldüyü  üçün  hər 

tərəfə  meyl  edir.  «Hümayun»u  quşların  qanad  çalmasından,  «Nə-

va»nı aşiqlərin ürəkyandırıcı naləsindən, «Mahur»u suda üzməkdən

«Şahnaz»ı bülbüllərin aşiqanə sədasından,  «Üşşaq»ı  qorxaraq dəh-

şətlə  yuvasından  çıxdıqdan  sonra  sakit-sakit  uçan  quşların  hərəkə-

tindən, «Müxalif»i arının təbiətindən, «Məğlub»u şiddətli selin gəl-

məsindən «Üzzal»ı isə meteoritin axmasından götürmüşlər. 

Nəvvab  həmçinin  qeyd  edirdi  ki,  «Əraq»ın  adı  Əbu  Nəsrin 

atasının adı ilə bağlıdır. «Busəlik» isə Pifoqorun qulamının adından 

götürülmüşdür. 

Risalədə («Vüzuhül-ərqam» – İ.A.) muğamların insan təbiəti-

nə, xasiyyətinə  göstərdiyi  müxtəlif emosional  təsirlərindən də  bəhs 

edilmişdir. Məsələn, «Üşşaq», «Busəlik» və «Nəva» muğamlarının 

təsiri  şücaətə  səbəb  olur.  «Rast»,  «Novruz»,  «Əraq»  kimi  muğam-

ların  təsiri  mülayimdir.  Bəzilərinin  təsiri  zəif  olduğundan,  qəm  və 

kədərə səbəb olur. Bunlardan «Büzürk», «Rahəvi», «Zəngulə», «Zi-

rəfkənd» və «Hüseyni»ni misal gətirmək olar. 

Maraqlıdır ki, risalədə muğamların emosional təsirindən bəhs 

edilərkən, onların müxtəlif iqlim şəraitində yaşayan xalqlara müxtə-

lif təsiri də qeyd edilmişdir. Məsələn,  «Üşşaq»,  «Busəlik» və  «Nə-



 

va» muğamları Həbəşistan əhalisinin və dağlarda yaşayan tayfaların 



təbiətinə uyğundur. Bəzi muğamların təsiri orta olub, əksər adamın 

xoşuna gəlir. Məsələn, «Rast», «Novruz», «Əraq» və «İsfahan» belə 

muğamlardandır.  Bu  muğamlar  orta  iqlimdə  yaşayanların  təbiətinə 

çox uyğundur. 

Muğamların  emosional  təsiri  ilə  əlaqədar  olaraq,  M.M.Nəv-

vab muğam ifaçılığının vacib məsələsi olan musiqinin poetik mətn, 

şerlərlə  əlaqəsi  məsələsinə  toxunmuş  və  ifa  vaxtı  münasib  şerlərin 

seçilməsini xüsusi qeyd etmişdir» (16). 

Hal-hazırda Azərbaycanda xanəndə və sazəndələr muğamı üç 

hissəyə  bölürlər:  1)  Əsas  muğamlar;  2)  Kiçik  həcimli  muğamlar;    

3) Zərbi muğamlar. Bundan başqa  «Rast» ailəsinə («Mahur-hindi», 

«Orta  Mahur»,  «Bayatı-Qacar»,  «Dügah»)  və  «Segah»ın  müxtəlif 

variantlarına («Zabul Segah», «Segah Zabul», «Mirzə Hüseyn Sega-

hı», «Xaric segah» və s.) daxil olan muğamlarda vardır. 

Üzeyir Hacıbəyov əsas muğam dəstgahlarının psixoloji-emo-

sional  təsirindən  bəhs  edərək  qeyd  edir  ki;  «Rast»-dinləyicilərdə 

mərdlik  və  gümrahlıq  hissi,  «Şur»-şən,  lirik  əhval  ruhiyyə,  «Se-

gah»-məhəbbət hissi, «Şüştər»-dərin kədər, «Çahargah»-həyacan və 

ehtiras, «Bayatı-Şiraz»-qəmginlik, «Hümayun» isə «Şüştər»ə nisbə-

tən daha dərin bir kədər hissi oyadır» (9). 



 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə