İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

41 


məsafəsində)  birləşməsindən  ibarətdir.  Səssırası  10  pillə  olub,  IV 

pillə mayə (tonika), II pillə isə əsas ton əhəmiyyətinə malikdir. 

Segah məqamın səssırasının  II,  IV, VI, VII, VIII, IX pillələri 

istinad-dayaq  pilləsi  kimi  muğamın  şöbələrinin  əsasında  durur  və 

xalq  mahnıları,  rəqslər,  aşıq  havaları  həmin  pillələrə  əsaslanır.  Se-

gah məqamının səssırası «mi»-dir. 

M.M.Nəvabın  «Vüzuhül-ərqam»  risaləsində  biz  «Segah»ı 

dəstgah  kimi  yox,  şöbə  kimi  görürük.  Və  «Segah»  şöbəsi  «Ça-

hargah» dəstgahında ifa olunduğu qeyd olunur. 

A.Əliverdibəyov  yazır  ki,  «Əvvəlcə  kürdü,  segah  göstərərək, 

çahargah,  nəva,  hüseyni,  gərdaniyyə  ilə  bu  yoldan  aşağıya  qədər 

enib, bəd rast, segah, çahargah, nəva, hüseyni göstərib, təkrar dönüb 

kürdü  pərdəsilə  dügah  açmaqdan  segaha  qərar  edər...  Məzkur  mə-

qam ala franğada si üzərində qalır isə də, sol tonu təbir olunur». 

Segah  muğamının  vətəni  Azərbaycandır.  Azərbaycan  xanən-

dələri segahı yüksək peşəkarlıqla ifa etməklə hər zaman Şərq musi-

qiçilərində  təəccüb  doğurmuşlar.  İran  musiqişünası  Ruhulla  Xaliqi 

«Nəzər-be musiqi» («Musiqiyə bir nəzər») əsərində yazır ki; ««Se-

gah» sözünə qədim İran musiqi kitablarında təsadüf edildiyinə bax-

mayaraq,  İran  musiqiçilərinin  bir  çoxu  «Segah»  muğamının  ancaq 

azərbaycanlılara (Qafqaz türklərinə-İ.A.) məxsus olduğunu düşünür, 

çünki,  doğrudan da  «Segah» muğamı azərbaycanlılar (türklər-İ.A.) 

arasında  daha  çox  inkişaf  tapmışdır  və  Azərbaycan  xanəndələri  bu 

muğamı çox böyük məharət və şövqlə ifa edirlər». Digər İran musi-

qiçisi Əli Nəqi Vəziri «Tar kitabı» əsərində bu fikri təsdiq edir. 

«Azərbaycanda  geniş  yayılmış,  dərin  emosional  təsir  gücünə 

və milli xüsusiyyətlərə malik muğam dəstgahlarından olan «Segah» 

məhəbbət  və  aşiqanə  hisslər,  lirik  əhval-ruhiyyə  tərənnüm  edir. 

Qeyd  etməliyik  ki,  muğamlarımızın  naxışı,  tacı  sayılan  «Segah» 

xalqımızın ən çox sevdiyi, xanəndə və sazəndələrimizin sönməz il-

hamla  ifa  etdikləri  ölməz  sənət  incisidir.  Əgər  muğamat  aləmini 

sehrli bir gülüstana bənzətsək, «Segah» onun qızıl gülüdür. Muğam-

larımız  ecazlı  üzükdürsə  «Segah»  onun  ən  qiymətli  qaşıdır.  Muğa-

mat  xalqımızın  mübaraizə  əzmindən,  sevinc,  kədər  və  məhəb-




 

42 


bətindən  yoğrulmuş  möhtəşəm  bir  dağ  silsiləsidirsə,  Segah»  onun 

füzünkar zirvəsdir. Elə zirvə ki, bu əlcatmaz ucalıqdan mənəviyyat 

gülzarının bütün guşələrinə gedən yollar, izlər aydın görünür. 

Segah  çırpıntıları  ilə  sızlayan,  həsrətdən  nalə  çəkən  yanıqlı 

«Segah»ın  rişələri  könüllərə  işləmişdir.  Elə  buna  görədir  ki,  «Se-

gah» səslənəndə ürəklər dilə gəlir, insanda həyat eşqi, yaşamaq eşqi 

yenilməz  qüvvəyə  çevrilir.  Sehrli  «segah»ın  dili  ilə  gönüllərə 

xeyirxahlıq, məhəbbət axıb tökülür; hisslər, düşüncələr yaz səmaları 

təki durulur, aydınlaşır» (13). 

Yeddi  əsas  muğamdan  üçüncüsü  sayılan  «Segah»  Yaxın  və 

Orta  Şərqdə  özünə  geniş  meydan  tapmışdır.  Başqa  xalqlarda  «Se-

gah» muğamı bir kökdə , bir variantda ifa olunur. İranda bir variant-

da ifa olunan «Segah» muğamı vokal ifada on şöbədən, instrumen-

tal ifada isə qırx guşədən ibarət ifa olunur. Azərbaycanda «Segah»ın 

bir neçə variantda və müxtəlif köklərdə ifa olunur. Azərbaycan «Se-

gah»ının  «Zabul  segah»  («Segah  zabul»),  «Orta  segah»  (Malıbəyli 

Həmid  «Orta segah»ın  ən məşhur ifaçılarından olmuşdur. O,  «Orta 

segah»ı ifa edən zaman tarın sarı simlərində «Müxalif» üzərində bir 

qədər gəzişdikdən sonra «Yədi-Hasar» şöbəsinə keçərmiş, orada elə 

uzun nəfəslər, incə guşələr vurarmış ki, dinləyicilər ona heyranlıqla 

qulaq  asarmışlar.  Malıbəyli  Həmid  «Müxalif»dən  «Yədi-Hasar»a 

keçməklə  «Sagah»  muğamına  yenilik  gətirmişdir  ki,  buna  da 

«Həmid segahı» deyirlər), «Xaric segah» («Yetim segah»),  «Mirzə 

Hüseyn  segahı»,  «Həşim  segahı»,  «Yalxın  segah»  kimi  müxtəlif 

növləri vardır. 

Bu segahlar arasındakı əsas fərq müxtəlif köklərdə ifa olunma-

sıdır. Məsələn, «Zabul segah» kiçik oktavadakı «mi» mayəli, «Mirzə 

Hüseyn segahı» birinci oktavadakı «lya» mayəli, «Xaric segah» kiçik 

oktavadakı  «si»  mayəli,  «Orta  segah»  birinci  oktavadakı  «mi» 

mayəli,  «Həşim  segah»ı  birinci  oktavadakı  «sol»  mayəli,  «Yalxın 

segah» birinci oktavadakı «re» mayəli tonallıqda çalınıb, oxunur. 

Bundan  başqa  «do»  mayəli  segahda  vardır  ki,  onu  dəstgah 

şəklində ifa etmək mümkün olmadığı üçün bu növ «Segah»dan isti-

fadə olunmur. 




 

43 


Müxtəlif  pərdələrdə  və  tonallıqlarda  ifa  olunan  segahların 

tamaşaçılara  bəxş  etdiyi  zövq  də  müxtəlif  olur.  «Segah»ı  ayrı-ayrı 

variantlarda müxtəlif pərdələrdə ifa etmək mümkündür. Lakin «Se-

gah»ın  ifa  olunduğu  mayə  pərdələri  (mi,  sol,  lya,  si)  ifaçının  səs 

diapazonu üçün əlverişli olmalıdır. 

««Segah» muğamının və onun variantlarının əsasını eyni adlı 

lad-məqam təşkil edir. «Segah»a aid bütün təsnif və rənglər, şikəstə-

lər, xalq mahnı və rəqsləri də  «Segah» məqamına əsaslanırlar. Onu 

da deyək ki, başqa muğamlara nisbətən «Segah»da təsnif və rənglər, 

xalq  mahnı  və  oyun  havaları  daha  çoxdur.  Bu  faktın  özü  də  «Se-

gah»ın xalqımız arasında geniş yayılmasına sübutdur» (19). 

Tarzən Kamil Əhmədov qeyd edirdi ki; «Əgər bir musiqiçinin 

istedadını yoxlamaq istəyirsənsə, onun ifasında  «Segah»a qulaq as. 

O  vaxt  onun  nəyə  qadir  olması  üzə  çıxır.  İfaçının  «ürəyi»  olmasa, 

onda «Segah» alına bilməz». 

«Şübhəsiz  ki,  «Segah»,  «Mahur»,  «Çahargah»,  «Şur»  mu-

ğamlarına nisbətən yüngül, həm də sadə muğamdır. Lakin bununla 

belə «Segah»ı olduğu kimi incə bir zövq ilə oxumaq hər xanəndənin 

işi deyildir. Təcrübə göstərmişdir ki, «Segah» muğamının öhdəsin-

dən  gələn,  onu  daha  səlist,  sərbəst,  şirin  və  lirik  tonda  oxuyan  xa-

nəndələr xalq arasında daha məşhur, daha hörmətli olmuşlar. 

«Segah» müğənnidən xüsusi məharət və ustalıq tələb edir. Bu 

muğamı oxuyan xanəndənin səsində son dərəcə tembr gözəlliyindən 

başqa məlahətlik, həyatilik, emosiya, təsir və texniki çəhətlər güclü 

olmalıdır.  Həm  də  xanəndə  guşəxanlıqda  usta  olmaqla  yanaşı  incə 

xallar,  yanıqlı  nəfəslər,  qəşəng  xırdalıqlar  etməyi  bacarmalıdır. 

Bundan  əlavə  «Segah»  oxuyan  müğənninin  səsi  tembr  orijinallığı 

ilə  xoş  olmalı,  bülbül  kimi  cəh-cəh  vurub  dinləyicini  heyran  etmə-

lidir.  «Segah» oxuyan xanəndədə səs  gözəlliyindən başqa fitri iste-

dad da olmalıdır» (18). 

Bir neçə növdə ifa olunan «Segah»ların ən geniş yayılmış üç 

variantı vardır ki, bunlara  «Zabul segah»,  «Mirzə Hüseyn segahı», 

«Xaric segah» muğamları aiddir. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə