İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

47 


«Mayeyi-Zabul»dan  sonra  «Manəndi-müxalif»  şöbəsi  gəlir. 

«Manəndi» oxşar, bənzər mənasındadır. «Manəndi-müxalif» dedik-

də bu söz «müxalifə-oxşar», «müxalifə-bənzər» mənasında səslənir. 

Xanəndə  «Manəndi-müxalif»i  ifa  etdikdən  sonra  «Segah»a 

(«Orta segah») keçir. Əksər xanəndələr «Manəndi-müxalif»dən son-

ra  «Segah»a bir başa keçir. Bəzi  xanəndələr isə  «Segah»a rəng  ça-

lındıqdan sonra keçirlər. Bir başa keçmək daha effektlidir. 

«Segah»  şöbəsi  yanıqlıdır,  həzindir.  İfaçıdan  emosiya,  dərin 

lirika tələb edir. «Segah» şöbəsi zil şöbələrə keçmək üçün zəmindir. 

«Segah»dan sonra üç zil şöbə («Zil Zabul», «Zil Manəndi-ha-

sar»,  «Zil  Manəndi-müxalif»)  ardıclılaşır.  Bu  üç  şöbəni  ifa  etmək 

xanəndədən şaqraq və bir neçə mərtəbəli zəngulələr, zil tessiturada 

sərbəst  gəzişmə,  uzun  nəfəslər  və  yüksək  vokal  texnika  tələb  edir. 

Bu keyfiyyətlərə malik olmayan xanəndə «Zabul segah»ın zil şöbə-

lərini  ifa  edə  bilməz.  Bəzi  xanəndələr  yəni  maye,  orta  oxuyan  xa-

nəndələr  «Zil  Zabul»dan  sonra  «Segah»a  ayaq  edib,  dəstgahı 

tamamlayırlar. 

Bu  şöbələr  yəni  «Mayeyi-Zabul»,  «Zil-Zabul»un,  «Manəndi-

müxalif»  isə  Zil  Manəndi-müxalif»in  zildə  təkrarıdır.  «Zil  Zabul» 

və  «Zil  Manəndi-müxalif»  şöbələri  arasında  ifa  olunan  «Zil  Ma-

nəndi-hasar»  sonradan  bu  dəsgaha  əlavə  olunub.  Onu  ifa  etməyə  o 

qədər də ehtiyac yoxdur. Daha doğrusu «Zil Manəndi-hasar» şöbəsi 

«Zabul segah» dəstgahında yamaq kimi görünür. Keçmişdə xanən-

dələr bu şöbəni oxumayıblar. Görkəmli xanəndə Arif Babayev «Za-

bul Segah» dəstgahını lentə yazdıranda «Zil manəndi-hasar»ı ifa et-

məməklə düz edib. 

«Zil  Zabul»  şöbəsi  «Zabul»  şöbəsinin  bir  oktava  yuxarıda 

(zildə), müəyyən dərəcədə dəyişilmiş təkrarıdır. Bu şöbəni ifa edən 

xanəndə və müşayətçilər ayrı-ayrı ştrixlərdən, çevik xarakterə malik 

gəzişmələrdən, zəngulələrdən istifadə etməyi bacarmalıdır. 

Bəzi  xanəndələr  «Zil  Zabul»  ifa  etdikdən sonra  «Mayeyi  Za-

bul»a ayağı  edirlər. Bu  düzgün deyil.  «Zil  Zabul»  ilə  «Mayeyi  Za-

bul»un ayaqları fərqlidir. 



 

48 


«Zil  Manəndi-hasar»  dan  sonra  ifa  olunan  «Zil  Manəndi-

müxalif»  şöbəsi  oxumaq  üçün  xənəndədən  bir  neçə  mərtəbəli 

zəngulələr tələb olunur. Və nəhayət zil şöbələrin ifasından sonra xa-

nəndənin  səs  qatarı  ehtiraslı  hisslərdən  azad  olaraq  getdikcə  sa-

kitləşir, bəm registrli «Mayə» ilə yəni «Segaha ayaq»la tamamlanır. 

Keçmiş  xanəndələr  «Zabul  segahı»  ifa  etdikdə  «Mayeyi  Za-

bul»da-»Muyə», «Segah»da «Aşiqi-Guş», «Zil Zabul»da «Təxti-gah», 

«Zil  Manəndi-hasar»da  «Yədi-hasar»  kimi  guşələrdən  də  istifadə 

ediblər. 

Hal-hazırda ifa olunan  «Zabul segah»ında bu guşələrdən isti-

fadə olunmur. 

Bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  şifahi-professional 

musiqimizdə  «Zabul»u  iki  məfhumla  adlandırırlar-«Zabul  Segah» 

və «Segah zabul» 

Bunların aralarında cüzi də olsa müəyyən fərqlər vardır. «Se-

gah zabul»da dəstgah- «Segah»la başlanır və «Zil Zabul», «Zil Ma-

nəndi-hasar», «Zil Manəndi-müxalif» və «Segaha ayaq» ilə tamam-

lanır. «Segah zabul»un guşələrin sayına görə «Zabul Segah»a nisbə-

tən  azdır.  «Segah  zabul»un  ifasında  başqa  bir  versiyada  var.  Əgər 

xanəndənin  səsi  yerində  deyilsə  xanəndə  «Zil  Zabul»  əvəzinə  «Şi-

kəsteyi-fars» ifa edir, sonra «Əraq» və «Mübərriqə» şöbələri ardıclı-

laşır və «Segaha ayaq»la dəstgah başa çatır. 

 

 



2.3.2. Mirzə Hüseyn segahı 

 

Birinci  oktavadakı  «mi»  mayəli  «Orta  Segah»dan  bir  kvarta 

yuxarı olan, birinci  oktavadakı  «lya»  mayəli  «Mirzə Hüseyn sega-

hı»nı ilk dəfə XVIII əsrdə yaşamış Mirzə Hüseyn adlı Azərbaycan 

xanəndəsi tərəfindən ifa olunaraq, onun adı ilə adlandırılıb. 

«Segah»  dəstgahının  ən  əsas  variantlarından  biri  də  «Mirzə 

Hüseyn segahı»dır ki, ilk dəfə xanəndə Mirzə Hüseyn bu muğama 

«Manəndi-müxalif» şöbəsini əlavə edib. «Manəndi-müxalif» şöbəsi 

«Segah»a  keçməzdən  əvvəl  «Muyə»  ilə  «Segah»  arasında  ifa  olu-



 

49 


nub.  Sonralar  «Mirzə  Hüseyn  segahı»nda  «Manəndi-müxalif»  şö-

bəsi  oxunmayıb.  Bu  da  dəstgahın  təsir  qüvvəsini  azaldaraq,  xro-

nologiyanı pozub. 

«Manəndi-müxalif»  şöbəsini  yenidən  «Mirzə  Hüseyn 

segahı»na görkəmli xanəndə Xan Şuşinski əlavə edib. Xan Şuşinski 

«Manəndi-müxalif»i bir növ muğamın müqəddiməsi yəni «Bərdaşt» 

əvəzinə oxuyub. Bu yenilikdən sonra «Mirzə Hüseyn segahı» daha 

rəvan və dolğun xarakter almış və bütün xanəndələr «Mirzə Hüseyn 

segahı»nı ifa etdikdə «Manəndi-müxalif»i «Bərdaşt» kimi dəstgahın 

müqəddiməsində  ifa  edirlər.  Xan  Şuşinski  «Mirzə  Hüseyn  sega-

hı»nın  tarixində  dönüş  yaratmışdır.  Beləliklə,  Xan  Şuşinskini  bu 

dəstgahın ikinci müəllifi adlandırmaq olar. 

Hal-hazırda  «Mirzə  Hüseyn  segahı»  aşağıdakı  şöbələrlə  ifa 

olunur: «Manəndi-müxalif», «Mayeyi Segah», «Zil Segah», «Şikəs-

teyi-fars», «Mübərriqə», «Segaha ayaq». 

 

 

2.3.3. Xaric segah 

 

«Orta segah» mayəsindən bir kvarta aşağı olan «Xaric segah» 



kiçik oktavanın «si» mayəli tonallığında çalınıb-oxunur. 

«Segah»ın nisbətən az ifa olunan növlərindən biri olan «Xaric 

Segah»  dəstgahı  «Zabul  sagah»ın  xaricində,  yəni  ondan  bir  kvarta 

aşağı və ya bir kvinta yuxarı «Yetim segah» pərdəsində ifa olunur. 

«Xaric  segah»  instrumental  versiyada  belə  ifa  olunur:  «Bər-

daşt»,  «Mayeyi  Segah»,  «Yədi-hasar»,  «Manəndi-müxalif»,  «Zil 

segah». 

Vokal  ifada  «Xaric  segah»  aşağıdakı  şöbələrdən  ibarətdir: 

«Bərdaşt» («Zil Segah»),  «Mayeyi Segah»,  «Şikəsteyi-fars»,  «Mü-

bəriqə»,  «Manəndi-hasar»,  «Manəndi-müxalif»,  «Zil  segah»,  «Zil 

Şikəsteyi-fars», «Mübərriqə», «Segaha ayaq». 

«Xaric  segah»ın  «Bərdaşt»ı  yəni  iki-üç  musiqi  cümləsi  ifa 

olunduqdan  sonra  muğamın  melodiyası  «Mayeyi-Segah»  şöbəsinə 

enir.  «Mayeyi-Segah» şöbəsi  «Xaric segah» dəstgahının iri həcimli 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə