İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

44 


Azərbaycanda  «Segah»  muğamının  Bülbülcan,  Keştazlı  Hə-

şim,  Cabbar  Qaryağdı  oğlu,  Ağabala  Ağa  Səid  oğlu,  Malıbəyli 

Cümşüd, Seyid Mirbabayev (1867-1953), Keçəçi oğlu Məhəmməd, 

Çarıqçı  Bahadır  (1870-1930),  Məşədi  Məmməd  Fərzəliyev,  Mirzə 

Güllər,  Zabul  Qasım,  Məcid  Behbudov, Malıbəyli Həmid, Dabbax 

Məmmədqulu  (Şuşinski-1874-1929),  İslam  Abdullayev  (Segah  İs-

lam), Seyid Şuşinski, Musa Şuşinski, Pəsxan Cəlil, Zülfü Adıgözə-

lov,  Hüseynağa  Hacıbababəyov,  Həşim  Kələntərli,  Xan  Şuşinski, 

Mütəllim  Mütəllimov,  Ağabala  Abdullayev,  Gülxar  Həsənova 

(1918-2005),  Töhfə  Əliyeva,  Sara  Qədimova,  Şövkət  Ələkbərova 

(1922-1993),  Tükəzban  İsmayılova  (1923-2008),  Bakir  Haşımov, 

Əbülfət  Əliyev,  Fatma  Mehrəliyeva  (1926-2000),  Qulu  Əsgərov, 

Eynulla Əsədov (1930-1976), Yaqub Məmmədov, Şahmalı Kürdoğ-

lu,  Mürşüd  Məmmədov,  Ağababa  Novruzov,  Rübabə  Muradova 

(1933-1983),  Vəli  Məmmədov  (1933),  Əli  Mehdiyev,  İslam  Rza-

yev,  Eynulla  Cəbrayılov,  Qədir  Rüstəmov  (1935-2011),  Qaraxan 

Behbudov (1935), Ramiz Hacıyev (1936-2004), Arif Babayev, Tey-

mur Mustafayev (1939),  Süleyman Abdullayev (1939),  Baba Mah-

mudoğlu  (1940-2006),  Canəli  Əkbərov,  Niyaməddin  Musayev 

(1940),  Tamilla  Məmmədzadə,  Sabir  Mirzəyev,  Nəzakət  Məmmə-

dova, Sabir Novruzov, Vahid Abdullayev (1948-2001), Səfa Qəhrə-

manov  (1949-2008),  Qəndab  Quliyea,  Məmmədbağır  Bağırzadə, 

Ağaxan Abdullayev, Razi Şükürov, Səxavət Məmmədov, Səkinə İs-

mayılova (1956), Alim Qasımov, Sabir Abdullayev (1957), Şahnaz 

Haşımova (1957), Bəsti Sevdiyeva, Zahid Quliyev, Qəzənfər Abba-

sov, Ruzə İbişova, Məhərrəm Həsənov, Zabit Nəbizadə, Sevinc Sa-

rıyeva,  Könül  Xasıyeva  (1967),  Zakir  Əliyev,  Aygün  Bayramova 

(1967), Almaz Orucova, Zeynəb Behbudova, Natavan İbrahimli, El-

narə  Abdullayeva,  Nəzakət  Teymurova  (1972),  Firuz  Səxavət 

(1972),  Simarə  İmanova,  Səbuhi  İbayev  (1976),  Təyyar  Bayramov 

(1976) və s. bu kimi ifaçılarını göstərmək olar. 

 

 



 

45 


 

2.3.1. Zabul-segah 

 

«Mirzə Hüseyn segahı» və «Xaric segah»a nisbətən orta möv-

qe  tutan  «Zabul  segah»  o  biri  segahlarla  müqayisədə  daha  sanballı 

və əhatəlidir.  «Segah»ın qədim növü olan  «Zabul segah»a eyni za-

manda  «Orta  segah»da  deyilir.  Çünki  orta  registrdə  ifa  olunan  bu 

segahların ikisi də «mi» mayəli segahdır. «Zabul»un da mayəsi yəni 

tonikası  «mi»  pərdəsidir. Altı ton  yəni  bir oktava fərqi var.  «Zabul 

segah» kiçik oktavanın «mi» pərdəsinə, «Orta segah» isə birinci ok-

tavanın «mi» pərdəsində ifa olunur. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  «Zabul»  pərdəsini  tara  Sa-

dıqcan  əlavə  etmiş,  bu  da  bəm  və  zil  səsə  malik  olan  xanəndələr 

üçün  «Zabul  segah»  oxumağa  şərait  yaratmışdır.  «Segah»  muğa-

mının  tam  dəstgah  oxunmasının  ən  gözəl  nümunəsi  özünü  «Zabul 

segah»da göstərir. 

Məşhur tarzən Bəhram Mənsurov qeyd edir ki; ««Zabul» dəst-

gahında  geniş  şöbələrdən  olan  «Segah»ı  xanəndələrimiz  ayrılıqda 

müstəqil muğam kimi oxumuş və onun variantlarını yaratmışdır». 

Əvvəllər ancaq «Zabul» dəstgahı ifa olunardı, segah onun bö-

yük həcmli şöbəsi idi. Sonralar «Segah» şöbəsi dəstgahdan ayrılmış, 

inkişaf  edərək  cilalanmış  və  bir  neçə  formalı  «Segah»  dəstgahının 

meydana gəlməsinə səbəb olmuşdur. 

«Segah» və «Zabul»un birləşərək «Segah Zabul»a çevrilməsi 

ancaq Azərbaycana məxsusdur. 

««Zabul» və «Segah» muğamları qədim zamanlarda müstəqil 

ifa olunduğu halda sonralar bu muğamlar birləşib vahid bir muğam 

kimi də ifa olunmağa başlamışdır... Bu iki muğamın birləşərək yeni 

bir muğam kimi meydana çıxması, şübhəsiz, muğam janrının inki-

şafı  ilə  əlaqədardır.  Azərbaycandan  başqa  heç  bir  Şərq  xalqlarının 

muğamları içərisində və həm də Şərq musiqisinə aid heç bir traktat-

da «Segah Zabul» kimi muğam adına təsadüf edilmir» (11) 

XIX  əsr  xanəndələri  «Zabul  segah»ı  müxtəlif  şöbə  və  guşə-

lərlə  ifa  edərdilər.  Məsələn,  Bülbülcanın  (Əbdülbaqi  Zülalov)  ifa-




 

46 


sında «Zabul segah» belə oxunardı: «Orta segah», «Şikəsteyi-fars», 

«Hasar»,  «Müxalif»,  «Mənsuriyyə».  Keştazlı  Həşim  də  «Zabu  se-

gah»da  Bülbülcanın  oxuduğu  şöbələrdən  istifadə  edərdi.  Lakin  o, 

dəstgahı «Mənsuriyyə» ilə yox «Əraq» ilə tamamlayardı. Göründü-

yü  kimi  bu  xanəndələrin  ifa  etdiyi  «Zabul  segah»ın  tərkibinə  həm 

də «Çahargah»ın şöbələri daxildir. 

Mirzə Fərəc Rzayev «Zabul segah»ı əsas götürərək onu iyirmi 

şöbə  və  guşədən  ibarət  olduğunu  göstərmişdir:  «Mayeyi-Zabul», 

«Zabul»,  «Manəndi-müxalif»,  «Mirzə  Hüseyn  segahı»,  «Cövhəri», 

«Segah  Zabul»,  «Muyə»,  «Hasar».  «Müxalif»,  «Mənsuriyyə», 

«Ruh-ül-ərvah», «Zəmin-xarə», «Naleyi-zənburu», «Pəhləvi», «Hi-

caz», «Şah Xətai», «Nəhavənd», «Sarənc», «Zabul-segah». Bu «Za-

bul  segah»ında  da  dörd  muğamın-«Segah»ın,  «Bayatı-Qacar»ın, 

«Şur»un, «Çahargah»ın və digər muğamların şöbə və guşələri daxil 

edilibdir. Getdikcə bu muğamdan bəzi şöbə və guşələr təmizlənmiş, 

«Zabul segah»ın lad-məqamına uyğun şöbələri özündə cəmləşdirə-

rək, konkret, məntiqli bir dəstgah alınmışdır. 

Əlizöhrab  da  öz  xanəndəlik  təcrübəsində  «Zabul  segah»ı 

aşağıdakı  şöbə  və  guşələrlə  ifa  edərdi:  «Mayeyi-Zabul»,  «Mayə», 

«Zabul»,  «Hasar»,  «Məğlub»,  «Üzzal»,  «Manəndi-müxalif»,  «Se-

gah», «Yədi-hasar», «Müxalif», «Mənsuriyyə». 

İndi ki, dövr də «Zabul segah» dəstgahı aşağıdakı şöbə və gu-

şələrlə ifa olunur: «Bərdaşt», «Mayeyi-Zabul», «Manəndi-müxalif» 

(mayədə),  «Segah»,  «Zil  Zabul»,  «Zil  Manəndi-hasar»,  «Zil  Ma-

nəndi-müxalif», «Segaha ayaq» (kadensiya). 

«Zabul segah» da başqa dəstgahlar kimi «Bərdaşt»la başlanır. 

Müşayətçilər  (tar  və  kamança)  «Bərdaşt»ı  çalarkən  «Zabul»  və 

«Manəndi-müxalif»dən  istifadə  edirlər.  «Bərdaşt»ın  köməkliyi  ilə 

biz  musiqinin  məzmunu  ilə  tanış  oluruq.  Sonra  melodiya  «Mayə» 

şöbəsinə enərək, bəm registrdə, ayrı-ayrı musiqi cümlələrindən iba-

rət  olan  «Mayeyi-Zabul»  adlı  iri  həcmli  şöbə  sakit  formada  dinlə-

yiciləri öz təsiri altına salır. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə