İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

50 


şöbəsi olub, dinləyiciyə xoş ovqat bəxş edir. «Mayeyi-Segah» şöbə-

sindən sonra ifa olunan  «Şikəsteyi-fars» dinləyicidə müsbət emosi-

yalar yaradaraq, «Mübərriqə»yə ayaq verilir. 

«Manəndi-hasar»  dan  sonra  (bu  şöbəyə  «Manəndi-hisar»da 

deyilir)  «Xaric Segah»ın digər böyük şöbəsi olan  «Mənəndi-müxa-

lif» şöbəsi ifa olunur. 

«Xaric  segah»ın  «Manəndi  müxalif»i  «Zabul  sagah»ın  «Ma-

nəndi müxalif»inə bənzəməməlidir. «Xaric segah»da «Manəndi mü-

xalif» ayrıdır, «Zabul segah»da ayrı və ayaqları da fərqlidir. «Zabul 

segah»da  «Manəndi  müxalif»in  ayağı  «Şüştər»ə  gəlir.  «Xaric  se-

gah»ın  «Manəndi  müxalif»i,  «Mirzə Hüseyn segahı»nın  «Manəndi 

müxalif»i kimi ifa olunmalıdır. 

Sonra «Xaric Segah»ın bəmdə ifa olunan zil şöbələri ardıclıla-

şır ki, bunlara «Zil Segah», «Zil Şikəsteyi-fars», «Mübərriqə» aiddir. 

«Xaric segah»ı bütün ifa olunan segahlardan və digər muğam 

dəstgahlarından  fərqləndirən  bir  xüsusiyyətdə  var  ki,  bu  muğamda 

əksər şöbələr (bəmdə və zildə) qoşadır. 

 

 

2.4. Cahargah 

 

Yeddi əsas muğamlardan biri olan «Çahargah» fars sözü olub, 



mənası dörd mövqe, dörd məkan, dörd yer, dörd vəziyyət deməkdir. 

«Çahargah muğamı Azərbaycan xalqının tarix boyu yadelli iş-

ğalçılara  qarşı  sinə  gərdiyi  möhtəşəm  mübarizə  dastanıdır.  Çahar-

gahın  hər  bir  şöbəsi,  guşəsi  ayrı-ayrılıqda  bu  mübarizə  dastanının 

səhifələrini  yaratmış,  onu  gözəl  milli  musiqi  dili  ilə  xalqa  nəql 

etmişdir.  Çahargah  muğamının  bütün  guşələrinin  struktur  qurulu-

şunu  və  inkişaf  xəttini,  melodik  mövzuların  təzadlığını,  həmçinin 

onların ümumi emosional təsirini araşdırarkən belə qənaətə gəlmək 

olar ki, burada mübarizə leytmotivi muğam dəstgahının əsas süjeti-

dir... Çahargahın məhz daxili emosional təsir dairəsi bir daha sübut 

edir  ki,  o  tarixi  hadisələri  musiqi  dili  ilə  nəql  edən  mübariz  bir 

dastandır. Əgər biz Azərbaycanda ifa olunan Çahargah muğamının 




 

51 


şöbə,  guşələrini  etimoloji  cəhətdən  təhlil  etsək  və  muğamın  ifa 

üsuluna,  musiqi  dilinə  fikir  yetirsək,  doğrudan  da  əsl  qəhrəmanlıq 

rəmzi ilə üzləşmiş olarıq» (10). 

Ü.Hacıbəyov  qeyd  edir  ki;  «...  musiqi  boyaları  ilə  xalqın 

məzlum  vəziyyətini,  yaxud  istismarçı  siniflərin  qəddarlığını  ifadə 

etmək lazım olduqda mən «Çahargah» muğamını işlədirəm» (9). 

V.S.Vinoqradov «İran musiqisinin klassik ənənələri» (21) adlı 

kitabında  göstərir  ki;  «Çahargah-mənim  ən  sevimli  dəstgahımdır. 

Onun musiqisi öz temperamentliyinə görə, bəzən isə dramatizminə 

görə məni cəlb edir». 

Yaxın  Şərq  xalqlarının  şifahi-professional  musiqisində  «Ça-

hargah» özünə geniş şöhrət qazanmış muğamlardan biridir. 

Çahargah məqamının quruluşu ½-1 ½ -1/2-ton formullu üç te-

teaxordun qovuşuq və yanaşı üsullarla (I və II tetraxordlar-qovuşuq, 

II və III tetraxordlar yanaşı üsulla) birləşməsindən təşkil olunmuşdur. 

Səssırası 11 pillə olub, IV pillə mayə (tonika) pilləsidir. 

Məqamın  səssırasının  II,  IV,  VI,  VIII,  IX  (IX#),  XI  pillələri 

istinad-dayaq pilləsi kimi «Çahargah» muğamının şöbələrinin təmə-

lini təşkil edir. Bu məqamda meydana gələn musiqi nümunələri hə-

min pillələrə əsaslanır. Çahargah məqamının səssırası «do»-dur. 

«Mayə» pərdəsi birinci oktavanın  «do» kökündən ibarət olan 

«Çahargah» dəstgahı xanəndələrimizin böyük şövq ilə oxuduğu mu-

ğamlardandır. 

««Çahargah»  məqamı  göy  gurultusu  ilə  əlaqədar  yaradılmış-

dır»-sözlərini deyən M. M. Nəvvab öz  «Vüzuhül-ərqam» risaləsin-

də  «Çahargah»  muğamını  aşağıdakı  şöbə  və  guşələrə  bölmüşdür: 

«Çahargah»,  «Segah»,  «Zabul»,  «Yeddi  hisar»,  «Müxalif»,  «Məğ-

lub»,  «Mənsuriyyə»,  «Zəmin-xara»,  «Mavərənnəhr»,  «Hicazi», 

«Şəhnaz», «Azərbaycan», «Əşiran», «Zəngi-şotori», «Kərkuki». 

M.M.Nəvab  burada  «Çahargah»  dəstgahının  tərkibinə  daxil 

olan «Sagah», «Şur», «Bayatı-Qacar» və digər başqa dəstgahlarında 

lad-məqam  əsasına  uyğun  gələn  şöbə  və  guşələrdən  istifadə  etmiş-

dir. Lakin bu şöbə və guşələr «Çahargah»ın nə kökünə, nə də into-

nasiya xüsusiyyətlərinə uyğun gəlmir. 




 

52 


Mirzə Fərəc Rzayev muğam cədvəlindəki şöbə və guşələr «Ça-

hargah» məqamına, onun intonasiya xüsusiyyətlərinə qohum olan 17 

şöbə və guşələri özündə birləşdirir: «Çahargah», «Bəstə-Nigar», «Fi-

ruz», «Manəndi-müxalif», «Müalif», «Cövhəri», «Müxalif» («Kərim-

abadı»),  «Hasar»,  «Gülriz»,  «Zirkeş»,  «Rubənd»,  «Qürrə»,  «Müxa-

lif», «Məğlub», «Mənsuriyyə», «Hüzzal», «Çahargah». 

Məşədi  Süleyman  Mənsurov  (1872-1955)  Bakının  musiqi 

məclisindəki  «Çahargah»  instrumenal muğam dəstgahının rədifi bu 

ardıcıllıqla  idi:  «Çahargah»,  «Zabul»,  «Müxalif»,  «Məğlub»,  «Za-

bul-Ouc»,  «Mənsuri»,  «Bayatı-türk»,  «Bayatı-Qacar»,  «Sarənc», 

«Zəmin-xarə»,  «Zəng-bari»,  «Mavəra-ün-Nəhr»,  «Hicazi-Əcəm», 

«Ləhni-Ərəb»,  «Bəstə-Nigar»,  «Şüştəri-əsl»,  «Şüştəri-Sarənc», 

«Şüştəri», «Şüştəri-Bustan», «Bazəm Çahargah». 

Bu şöbə və guşələrin hər birinin öz lad-intonasiya və lad-tonal 

dairəsi olmaqla yanaşı emosional təsir güçünə görə bunlar bir-birin-

də kəskin fərqlənirlər. 

Getdikcə  «Çahargah»ın  tərkibi  dəyişilmiş  və  1925-ci  il  də 

Türk  musiqi  texnikumu  üçün  tərtib  edilən  proqramda  11  şöbə  və 

guşədən  ibarət  olmuşdur:  «Maieyi-Çahargah»,  «Bali-Kəbutər», 

«Bəstə-Nigar»,  «Manəndi-müxalif»,  «Hasar»,  «Qürrə»,  «Müxalif», 

«Məğlub», «Mənsuriyyə», «Hüzzal», «Müxalif», «Çahargah». 

1935-1937-ci  illərdə  Mirzə  Mənsur  Mənsurov  tar  üçün  tərtib 

etdiyi  tədris  proqramda  «Çahargah»  instrumental  muğam  dəstgahı 

səkkiz  şöbə  və  guşədən  ibarət  idi:  «Bərdaşt»,  «Mayə»,  «Bəstə-Ni-

gar»,  «Manəndi-müxalif»,  «Hisar»,  «Müxalif»,  «Mənsuriyyə  zərbi 

ilə», «Çahargaha ayaq». 

Hal-hazırda  «Çahargah»  dəstgahı  aşağıdakı  şöbə  və  guşələr-

dən ibarətdir: «Bərdaşt», «Mayeyi-Çahargah», «Bəstə-Nigar», «Ha-

sar»,  «Müalif»,  «Qərrə»,  «Müxalif»,  «Mənsuriyyə»,  «Hüzzal», 

(«Zərb Mənsuriyyə») «Çahargaha ayaq». 

«Bərdaşt»la  başlanan  «Çahargah»  dəstgahı  çağırış  sədaları 

altında ifa olunur. Bu hissədə xalq səfərbərliyə çağırılır.  «Bərdaşt» 

coşğun, cəld və geniş improvizəyə malikdir.  «Çahargah» bəzi əsas 

muğamlar kimi («Rast», «Şur» və s.) zil registdən başlayıb, tədricən 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə