İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

38 


yez»dən  mütamadi  olaraq  ardıcıl  istifadə  olunması  pentatonikanın 

qabarıq  formada  istifadə  olunmasına  şərait  yaratmır.  «Şur»  dəst-

gahının  «Mayə»  şöbəsində  «mi»,  «fa  diyez»,  «sol  diyez»,  «lya», 

«Şur-şahnaz»  şöbəsində  «si»,  «Bayatı-türk»  və  «Şikəsteyi-fars» 

şöbələrində isə «re» əsas istinad pərdələridir. «Mayeyi-Şur» şöbəsi-

nin  daxilində  «Baba  Tahir»,  «Hacı  Dərvişi»,  «Busəlik»  və  «Səl-

mək» guşələrindən istifadə olunur. «Səlmək» guşəsi «Şur-şahnaz»a 

keçmək imkanını yaradır. «Şur-şahnaz» dəstgahın mərkəz şöbəsidir. 

Bu  şöbənin  musiqisi  üçün  mülayimlik,  etizazlılıq  xasdır.  Bəzi  xa-

nəndələr  «Şur-şahnaz»ı  uzadaraq  ona  «Şahnaz»,  «Dilkəş»,  «Şəddi-

şahnaz» şöbələrinidə əlavə edirlər və «Bayatı-türk»ə ayaq verməklə 

tamamlayırlar. Bu düz deyil. Belə olduqda  «Şur-şahnaz» şöbə  əhə-

miyyətini itirərək müstəqil «Şahnaz» muğamına çevrilir. 

«Şur-şahnaz» şöbəsindən sonra  «Bayatı-türk» şöbəsi gəlir ki, 

bəzən  buna  «Mayeyi-Bayatı-Qacar»  deyilir.  Çünki  bu  şöbənin  nis-

bətən  yüksək  səs  diapazonu  tələb  olunan  yerlərində  «Mayeyi-Ba-

yatı-Qacar»ın guşələrindən istifadə olunur. 

«Bayatı-türk»dən  sonra  «Şur»  muğamının  ən  şirin  yeri  olan 

«Şikəsteyi-fars» şöbəsi ifa olunur.  «Şikəsteyi-fars» bir sıra muğam 

dəstgahlarında («Rast», «Mahur-hindi», «Orta mahur», «Bayatı-Qa-

car», «Segah», «Rahab») vardır. Bu dəstgahlarda ifa olunan «Şikəs-

teyi-fars» şöbəsi həm ahəng və həm də istinad cəhətləri baxımından 

seçilirlər. 

Bir neçə muğam dəstgaharında «Şikəsteyi-fars»ın işlədilməsi, 

onunla əlaqədardır ki, bu şöbə ondan sonra ifa olunan şöbələri üzvi 

surətdə birləşməsinə  imkan  yaradır.  Nəyə  görə? Çünki,  bu şöbənin 

quruluşu və melodik xüsusiyyətləri, səslənmə çalarları və üstü yəni 

«ayaq»ı («Mübərriqə) başqa şöbələrə keçmək üçün çox əlverişlidir. 

«Şikəsteyi-fars»  ondan  sonra  gələn  şöbə  üçün  «körpü»  rolunu 

oynayır, ifa olunacaq şöbə üçün dinləyicini hazırlayır. 

«Şikəsteyi-fars» şöbəsi «Rast» və «Xaric segah» dəstgahların-

da «re» pərdəsinə, «Mirzə Hüseyn segahı»nda və «Orta-Mahur» da 

do pərdəsinə,  «Zabul  segah»  da,  «Mahur-hindi»  də  və  «Rəhab»  da 

«sol»  pərdəsinə,  «Bayatı-Qacar»  və  «Şur»  da  «fa»  pərdəsində  ifa 




 

39 


olunur.  «Şikəsteyi-fars»ın  «Şur»  dəstgahında  «fa»  pərdəsində  ifa 

olunmasına  səbəb  ondan  sonra  gələn  «Səmayi-şəms»  şöbəsinə  bir 

növ hazırlıqdır. 

«Şikəsteyi-fars» melodik nöqteyi nəzərdən bütün dəstgahlarda 

eyni  olmasına  baxmayaraq,  istinad  pərdələri,  hər  muğamın  kökünə 

uyğun olaraq lad-məqam xüsusiyyətlərinə uyğun olaraq dəyişir. 

«Şikəsteyi-fars» şöbəsindən sonra  «Əşiran» guşəsi ifa olunur 

ki, bu «Səmayi-şəms»ə keçmək üçün zəmindir. 

«Səmayi-şəms», «Hicaz» və «Sarənc» şöbələri «Şur» dəstga-

hının  kulminasiyasıdır.  «Səma» ərəb sözü olub, mənası  səmayə və 

göyə məxsus deməkdir. «Şəms» isə günəş və gün mənasını daşıyır. 

«Səmayi-şəms»  yəni  səmayə  məxsus  günəş  mənasında  işlənilir. 

«Şəmayi-şəms»  xanəndələr  tərəfindən  müstəqil  zərb-muğamı  kimi 

ifa  olunur,  bu  zaman  «Hicaz»  və  «Sarənc»  şöbələri  «Səmayi-

şəms»in  tərkibinə  daxil  edilir.  «Səmayi-şəms»  zərb  muğamı  kimi 

ifa  olunduqda  zərb  alətindən  istifadə  olunması  labüddür.  Lakin 

«Şur» dəstgahının tərikibində ifa olunarsa onda zərb alətindən isti-

fadə  olunada  bilər,  olunmayada  bilər.  Xan  Şuşinski  «Şur»  dəstga-

hını ifa edəndə «Şəmayi-şəms»i zərbsiz oxuyub. Hətta «Hicaz» şö-

bəsinə keçən yerdə rəng də çalınıb. 

«Səmayi-şəms» dən sonra  «Hicaz» şöbəsi ifa olunur ki,  «Hi-

caz» sözü şəhər adından götürülmüşdür.  «Hicaz» Yaxın Şərq xalq-

larının 12 klassik muğamlarından sonuncusudur. Yüksək tessituraya 

malik olan «Hicaz» «Şur»un ən zil şöbəsidir. 

«Səmayi-şəms»lə «Hicaz» eyni pərdə də ifa olunmasına bax-

mayaraq, bu şöbələrin yekunları bir-birlərindən fərqlənməlidir. 

««Hicaz» şöbəsi üst mizrablar və güclü tremollar ilə çalınır ki, 

sanki  ayrılıqdan,  hicrandan  doğan  çağırışı,  fəryadı  xatırladır.  «Sa-

rənc»  şöbəsinin  çalğısında,  fəryadı  xatırladır.  «Sarənc»  şöbəsinin 

çalğısında həzinliyə, yumşaq mizrablara diqqət yetirilir. «Nişibi-fə-

raz»ın  ifasında  üst  mizrablarla  ağ  simi  dartıb  ehtizaza  gətirməklə 

pərdə-pərdə, aramla, fasilələrlə «Şur»a ayaq verilir» (19). 

«Hicaz»dan  sonra  ardıclılaşan  «Sarənc»  şöbəsi  və  «Qəmən-

giz» guşəsi vasitəsilə «Mayeyi-Şura» qayıdılır. Və bu qayıtma «Ni-




 

40 


şibi-fəraz» guşəsilə həyata keçir. «Nişibi-fəraz» mayeyə keçid rolu-

nu oynayır. 

«Şur»  kimi  mürəkkəb  dəstgahı  hər  xanəndə  ifa  edə  bilməz. 

Əvvəla bu muğamı oxumaq üçün xanəndədən ən azı iki oktava səs 

olmaqla  yanaşı,  həm  də  bəm,  orta,  zil  tessituralı  səs,  uzun  nəfəs, 

şaqraq zəngulə və ustalıq tələb olunur. 

Azərbaycanda  «Şur»  dəstgahının  yaxşı  ifaçıları  olub  və  indi 

də var.  Bunlardan Hacı Hüsü, Məşədi  İsi, Mirzə Məhəmmədhəsən, 

Şəkili Ələsgər, Malıbəyli Həmid, Mirzə Güllər, Xanlıq Şükür, Ağa-

bala  Ağa  Səid  oğlu,  Zabul  Qasım,  Seyid  Şuşinski,  Zülfü  Adıgözə-

lov,  Xan  Şuşinski,  Məmmədəli  Əliyev  (1919-1983),  Əbülfət  Əli-

yev, Qulu Əsgərov, Yaqub Məmmədov, Nəriman Əliyev, Ağababa 

Novruzov,  Arif  Babayev,  Ağaxan  Abdullayev,  Səxavət  Məmmə-

dov, Alim Qasımov, Mənsum İbrahimov, Zahid Quliyev, Ruzə İbi-

şova,  Zabit  Nəbizadə  (1965),  Zakir  Əliyev,  Nəzakət  Teymurova 

(1972)  Təyyar  Bayramov  kimi  xanəndələri  göstərmək  olar.  Qadın 

xanəndələrindən  Yavər  Kələntərli  (1902-1979)  və  Sara  Qədimova 

«Şur»  dəstgahının  klassik  ifaçıarı  sayılır.  Heç  bir  qadın  xanəndəsi 

«Şur» dəstgahını öz kökündə ifa etməyib, Sara Qədimovadan başqa. 

Qadınlarda səs diapazonu yüksək olduğu üçün mərhum tarzən Bəh-

ram Mənsurov (1911-1985) Sara xanımın ifasının, daha doğrusu sə-

sinin effektli səslənməsi üçün tarı  «do»  kökləyib. O,  «Şur»  dəstga-

hını kişi xanəndələri oxuyan yerdə ifa edib. Bu da qadın xanəndəsi 

üçün çox çətindir. 



 

 

2.3. Segah 

 

Segah fars sözü olub, mənası üç məkan, üç mövqe, üç vəziy-



yət  deməkdir.  Segah  azərbaycanlılar  arasında  ən  çox  yayılmış  mu-

ğam olub, klassik Şərq musiqisində öz kütləviliyi ilə məşhurdur. 

Yeddi əsas muğamlardan biri olan Segah məqamının quruluşu 

½  -  1-1  ton  formullu  üç  tetraxordun  qovuşuq  üsulla  (x.1-intervalı 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə