İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

32 


ni», «Şikəsteyi-fars», «Zil Bayatı-Qacar», «Zəmin-xarə», «Dügah», 

«Şah Xətai», «Bayatı-Qacara ayaq». 

«Rast» da olduğu kimi «Bayatı-Qacar»ında «Bərdaşt»ı «Növ-

ruz-rəvəndə»  adlınır  və  dəstgah  «Növruzi-rəvəndə»  ilə  başlanır. 

Sonra  muğamın  təranələri  «Mayeyi-Bayatı-Qacar»  şöbəsinə  enir. 

Bu şöbəyə qulaq asdıqda insan düşüncələrə qərq olur. Öz keçmişini 

kədərlə xatırlayır. 

«Hüseyni»  və  «Şikəsteyi-fars»  şöbələrindən  sonra  muğamın 

melodiyası  təkrarən  «Mayeyi  Bayatı-Qacar»a  qayıdır  və  dəstgahın 

digər  şöbələri  ardıclılaşır.  Sonra  muğamın  təranələri  «Zil  Bayatı-

Qacar»  şöbəsinə  yüksəlir.  «Mayeyi-Bayatı-Qacarın»  zildə  təkrarı 

olan bu şöbə üçün çeviklik və gümrahlıq xarakterikdir. Ondan sonra 

«Zil Bayatı-Qacar»la təzad təşkil edən «Zəmin-xarə» şöbəsi ifa olu-

nur.  Təsirli  və  yanıqlı  xarakterə  malik  olan  «Zənim-xarə»  qayalıq 

yeri,  tikanlı  torpaq  mənasındadır.  Bu  şöbədən  sonra  «Dügah»  və 

«Şah-Xətai» guşələri ardıcıllaşır. Bu guşələr eyni pərdəyə istinadən 

ifa  edilir.  İfa  zamanı  bu  guşələrin  melodiyası  bir-birindən  fərqlən-

məlidir.  Sonra  ənənəyə  sadıq  qalaraq  muğam  «Mayeyi-Bayatı-Qa-

car»a enir ki, bu da «Bayatı-Qacara ayaq» adlanır. Təmkinli sonluq 

olan «Mayeyi-Bayatı-Qacar» dinləyicilərdə dəstgahın sona çatması-

nı bildirir. 

«Bayatı-Qacar» muğamı Cabbar Qaryağdı oğlu, Mirzə Güllər, 

Keçəçi  oğlu  Məhəmməd  (1864-1940),  Davud  Səfiyarov,  Pəsxan 

Cəlil,  Həşim  Kələntərli  (1899-1984).  Mütəllim  Mütəllimov,  Bakir 

Haşımov, Qulu Əsgərov, Ağaxan Abdullayev kimi xanəndələr tərə-

findən ifa olunub. 

 

 

2.1.1.4. Dügah 



 

«Rast»  ailəsinə  daxil  olan,  «mi-bemol»  mayəli  rast  məqam 

tonallığında çalıb-oxunan «Dügah» muğamı hal-hazırda xanəndə və 

sazəndələr  tərəfindən  çox  az  ifa  olunan  dəstgahlardandır.  «Dügah» 

fars sözü olub, mənası iki yer, iki məkan deməkdir. «Bayatı-Qacar» 



 

33 


dəstgahında  «Dügah»  güşə  formasında  «Zəmin-xarə»  şöbəsindən 

sonra ifa olunur. 

XIV-XV əsrlərdə Əbdülqadir Marağai qeyd edir ki; ««Dügahın 

iki pərdəsi «bu’d tanini», yəni böyük ton intervalı yaradır. Fa-sol. 

...  «Dügah»ın  başlanğıcını  do-dan  yox,  fa-dan  etmişik,  çünki 

fa-dan do-ya qədər melodiyanın daha gözəl ifası mümkündür. 

Yuxarı tərəfdən isə gəzişməyə imkan yaranır. Oktavada Düga-

hı iki tərəfdən kvarta intervalı əhatə edir» (16). 

XIX əsrdə M. M. Nəvvab «Vüzuhül-əqram» (1884) risaləsin-

də «Dügah»ı şöbə kimi qeyd etmişdir. 

A.Əliverdibəyov  «Rəsmli  musiqi  tarixi»  adlı  əsərinin  «Məq-

amların tərifi» adlı bölümündə «Dügah» muğamı haqqında yazır ki; 

«İbtida segah, çahargah, hicaz ilə səba çaşnisi kimi ağaz edib, bəd 

zirgulə  ilə  dügahı  bir-iki  (dəfə)  icra  edərək  istər  isə  bu  üslub  üzrə 

hicaz  pərdəsilə  hüseyniyə  qədər  çıxıb,  yenə  bu  minval  üzrə  işlə-

yərək  zirgulə  ilə  dügaha  qərar  edər.  İşbu  məqama  ala  franğada  lya 

minor deyirlər» (7). 

Mirzə Fərəc Rzayevin muğam cədvəlində «Dügah» on iki şö-

bə və guşədən ibarət idi:  «Dügah», «Ruh-ül-ərvah»,  «Zəmin-xarə», 

«Naleyi-Zənburi»,  «Pəhləvi»,  «Mənəvi»,  «Mavərənnəhr»,  «Hicaz-

Bağdadi», «Gəbri», «Şah Xətai», «Şirin-şəkər», «Dügah». 

1925-ci il 9 may tarixində Ü. Hacıbəyovun rəhbərliyi ilə tərtib 

olunan muğam proqramında  «Dügah» tədris repertuarına daxil olu-

naraq  doqquz  şöbə  və  guşədən  ibarət  olmuşdur;  «Dügah»,  «Ru-ül-

ərvah»,  «Zəmin-xarə»,  «Mavərənnəhr»,  «Hicaz»,  «Gəbri»,  «Şah 

Xətai», «Sarənc», «Dügah». 

«Ü.Hacıbəyovun  rəhbərliyilə  düzəldilmiş  «Dügah»ın  tərkibi 

ilə Mirzə Fərəcin çədvəlindəki  «Dügah»ın tərkibinə nəzər  yetirsək, 

görərik ki, bunlarda şöbə və guşələrin adları və ardıcıllığı bir-birinə 

çox uyğun gəlir. Lakin onu da əlavə edək ki, Mirzə Fərəcin cədvə-

lində «Zəmin-xarə»dən sonra üç guşə (Naleyi-zənburi, Pəhləvi, Mə-

nəvi)  vardır  ki,  onlar  Ü.Hacıbəyovun  proqramında  ixtisar  edilmiş-

dir. Görünür, bu guşələr XX əsrin əvvəllərində dəstgahda öz əvvəlki 

adını  itirmiş,  «Zəmin-xarə»  şöbəsinə,  necə  deyərlər,  adsız  avazlar 




 

34 


kimi daxil olmuş və dəstgahın kompozisiyasında müəyyən rol oyna-

madığı  üçün  muğam  komissiyası  onların  ixtisar  olunması  qərarına 

gəlmişdir» (19) 

Təxminən qırxıncı illərdə «Dügah» dəstgahı tədris proqramla-

rından  çıxarıldığı  üçün  onun  vokal  versiyası  dəstgah  formasında 

lentə alınmamışdır. 

Lakin  buna  baxmayaraq  tarzənlərdən  Mirzə  Mənsur  Mənsu-

rov  və  Əhməd  Bakıxonov  instrumental  versiyasını  işləyib  hazırla-

mışlar.  Bəstəkar  Zakir  Bağırov  M.M.Mənsurorun  ifasında  «Dü-

gah»ı nota salmışdır. 

M.M.Mənsurovun cədvəlində «Dügah» aşağıdakı şöbə və gu-

şələrdən  ibarət  idi:  «Dügah»,  «Guşeyi  Baiyatı-Qacar»,  «Rul-ül-ər-

vah»,  «Mavərənnəhr»,  «Hüseyni»,  «Şikəsteyi-fars»,  «Dilrüba», 

«Əraq», «Zəngi-şötər», «Rak», «Dügaha ayaq». 

Ə.  Bakıxanovun  cədvəlində  isə  «Dügah»  aşağıdakı  şöbə  və 

guşələri özündə birləşdirirdi: «Bərdaşt», «Dügah», «Bayatı-Qacar», 

«Qatar», «Ruh-ül-ərvah», «Zənin-xarə», «Mavərənnəhr», «Şah Xə-

tai»,  «Hüseyni»,  «Şikəsteyi-fars»,  «Xavəran»,  «Əraq»,  «Qərai», 

«Ayaq» (koda). 

2004-cü  ildə  Azərbaycan  Milli  Konservatoriyasının  tərtib  et-

diyi proqramda «Dügah» aşağıdakı şöbə və guşələri özündə cəmləş-

dirmişdir.  «Bərdaşt»,  «Dügah»  (mayə),  «Guşeyi  Bayatı-Qacar», 

Rul-ül-ərvah», «Zəmin-xarə», «Mavərənnəhr», «Şah xətai», «Baya-

tı-türk»,  «Hüseyni»,  «Şikəsteyi-fars»,  «Dilrüba»,  «Əraq»,  «Zəngi-

şötər», «Rak», «Ayaq». 

«Dügah»ı  təxminən  altımışıncı  illərdən  sonra  xanəndələrdən 

Hacıbaba Hüseynov və Tələt Qasımov tərəfindən təsnif formasında 

ifa  olunmuşdur.  1972-ci  ildə  Canəli  Əkbərov  «Dügah»  muğamını 

tam dəstgah ifa edib, lentə yazdırmışdır. 

 

 



2.2. Şur 

 

«Şur» muğam dəstgahı yalnız İran və Azərbaycan şifahi-pro-

fesional musiqisinə məxsus olub, ərəb, türk, Orta Asiya xalqlarının 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə