İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

20 


Yaramışev  (1862-14.01.1930),  Qurban  Primov  (1880-29.08.1965), 

Şirin  Axundov  (1872-29.10.1027),  Mənsur  Mənsurov  (1887-

30.06.1967) kimi xanəndə və ifaçılar daxil idilər. Bu şuranın Azər-

baycan  musiqisində,  xüsusən  ifaçılıq  sənətində  ən  böyük  xidməti 

ondan  ibarət  oldu  ki,  musiqi  məktəbində  muğamların  tədrisi  üçün 

proqram  tərtib  etdilər.  Tərtib  olunan  həmin  proqramda  başqa  mu-

ğamlarla  yanaşı  Rast  muğamınında  təkmilləşmiş  forması  öz  əksini 

tapmışdır. 

1925-ci  ildə  Ü.Hacıbəyovun  imzası  ilə  təsdiq  olunmuş  proq-

ramda  «Rast»  dəstgahı  aşağıdakı  ardıcıllıqla  ifa  olunardı.  «Rast», 

«Üşşaq»,  «Hüseyni»,  «Vilayəti»,  «Məsihi»,  «Dəhri»,  «Xocəstə», 

«Xavəran», «İraq», «Pəncgah», «Raki-Xorasani», «Qərai», «Rast». 

Növbəti  illərdə  bu  proqram  getdikcə  təkmilləşmiş,  bəzi  gu-

şələr birləşərək şöbə formasını almış, bəziləri ixtisar olunmuş, belə-

liklə «Rast» dəstgahı təkmil formaya düşmüşdür. 

Ə. Bakıxanov (05.09.1892-26.03.1973) proqram üzərində ye-

nidən  işləyərək  «Rast»  dəsgahını  10  şöbə  və  guşədən  ibarət  etdi 

(«Bərdaşt»,  «Mayə»,  «Üşşaq»,  «Hüseyni»,  «Vilayəti»,  «Şikəşteyi-

fars»,  «İraq»,  «Pəncgah»,  «Qərai»,  «Rasta  ayaq»).  Sonralar  uzun 

müddət Seyid Şuşinskinin (12.04.1889-01.11.1965) sinfində müşa-

yətçi  tarzən işləmiş  Kamil Əhmədov (1920-1996)  «Rast»ın  «Pənc-

gah»la «Qərai» şöbələri arasına «Rak» şöbəsini əlavə etmişdir. 

Sonra səksəninci illərin  ortalarında  (Orta ixtisas musiqi  mək-

təblərinin  “Xanəndəlik”  sinifləri  üçün  muğamların  tədris  proqramı 

(tərtibçi  S.Ağayev)  Bakı,  1984)  «Rast»ın  «Şikəsteyi  fars»  və 

«Əraq» şöbələri arasına «Dilkəş» şöbəsi də əlavə olunmuşdur. 

«... çox vaxt (xüsusilə xanəndələr «Rast» dəstgahı oxuyan za-

man) «Şikəsteyi-fars»dan sonra «Dilkəş», «Kürdü» kimi şöbələri də 

ifa edirlər. Hər iki şöbə  öz lad-məqam əsasına görə  «Şur»a uyğun-

dur.  Beləliklə,  «Rast»  dəstgahında  adlarını  çəkdiyimiz  şöbələrin 

oxunulması «Rast»dan «Şur»a müvəqqəti keçid əhəmiyyətini görür. 

Sonradan «Əraq» vasitəsilə yenidən «Rast»a qayıdılır. Bizcə bu şö-

bələrin  «Rast»-da  oxunulması  məqsədəuyğun  deyil.  «Rast»  öz 



 

21 


«rast»lığında  qalmalıdır.  O,  dinləyicidə  məhz  mərdlik,  gümrahlıq, 

mübarizlik hissi oyatmaqla düz-dürüst ifa olunmalıdır» (19). 

Hal-hazırda  «Rast»  dəsgahı  aşağıdakı  şöbə  və  guşələrlə  ifa 

olunur.  «Bərdaşt»,  «Mayeyi-Rast»,  «Üşşaq»,  «Hüseyni»,  «Vilayə-

ti»,  «Dilkəş»,  «Kürdü»,  «Şikəsteyi-fars»,  «Əraq»,  «Pəncgah», 

«Rak», «Qərai», «Rasta ayaq» («kadans»). 

Bütün dəstgahlarda olduğu kimi  «Rast» da  «dəraməd»lə baş-

lanır.  Və  bu  «Dəraməd»in  köməkliyi  ilə  biz  «Rast»ın  musiqi  məz-

munu ilə tanış oluruq. 

Dəqiq  metro-ritminə  bənzəyən  «Rast»  dəstgahının  «Dəra-

məd»indən  sonra  «Bərdaşt»  səslənir.  «Rast»  dəstgahında  bərdaşt 

«Novruz-rəvəndə» ilə başlanır. 

Zildən  başlanan  «Rast  bərdaşt»da  («Əraq»  şöbəsində  olduğu 

kimi)  gəzişdikdən  sonra  musiqi  axını  dəstgahın  «Mayə»sinə  enir. 

«Rast»  muğamında  həcm  etibarı  ilə  ən  böyük  şöbə  olan  «Mayə» 

dəstgahın simasını səciyyələndirir. 

««Mayeyi-Rast»  öz  melodiyası  və  ritmi  cəhətdən  «Bərdaşt»-

dan fərqlənsə də cümlələrin sonluqları («kadans»-İ.A.) etibarilə bir-

birinə çox uyğun gəlir. Dəstgahın əsasını təşkil edən «Mayeyi-Rast» 

öz musiqisinin təmkimliyi, sakit tərzdə inkişafı ilə diqqəti cəlb edir. 

O, aşağı registrdə “qatı” səslə başlayıb, tədricən yuxarıya doğru isti-

qamətlə inkişaf edir. «Mayeyi-Rast»da necə deyərlər nağılçı rəvayə-

ti,  təmkinlə,  aramla  nəql  etməyə  başlayır.  Bu  ümdə  xüsusiyyət  de-

mək olar ki, bütün dəstgahın «Mayə» şöbəsinə xasdır» (19). 

Müxtəlif oktava həcmində, ayrı-ayrı registrdə olan bu şöbələ-

rin («Bərdaşt» və «Mayə») sonluqları bir-birlərinə uyğundur. «Bər-

daşt»ı «Mayə»dən fərqləndirən əsas cəhət odur ki, «Bərdaşt» şöbə-

sinin  melodiyası  «sol»,  «Mayə»  şöbəsinin  malodiyası  isə  «sol»dan 

bir aktava aşağı-kiçik oktava həcmindədir. Bu cür melodiyadan-me-

lodiyaya  keçmək,  ahəngi  dəyişir,  yeni  şöbənin  meydana  gəlməsinə 

səbəb olur. 

«Mayeyi-Rast»dan sonra «Üşşaq» (mənası-aşiqlər, aşiq-məşu-

qun  deməkdir)  və  «Hüseyni»  (ərəbcə  gözəl  mənasındadır)  guşələri 

ardıcıllaşır.  «Rast»  dəstgahının  mayəsində  ifa  olunan  bu  guşə  yəni 




 

22 


«Uşşaq» dəqiq ölçulərə əsaslanaraq (2/4və ¾), üç müxtəlif melodi-

yalardan ibarətdir. 

«Üşşaq» guşəsilə «Vilayəti» şöbəsi arasındakı musiqi parçası 

«Hüseyni» adlanır. 

«Rast» dəstgahının əsas mərkəzi şöbələrindən biri də «Vilayə-

ti»dir  ki,  bu  da  lirik  melodiyaya  malik  olub,  kiçik  olmasına  görə 

xanəndələr ona «Dilkəş» şöbəsinidə əlavə ediblər. 

«Dilkəş» fars sözü olub, mənası cazibəli, xoşagələn, valehedi-

ci  deməkdir.  Elə  buna  görə  də  xanəndələr  «Dilkəş»i  «Vilayəti»yə 

birləşdirirlər. 

«Dilkəş»dən sonra  «Kürdü» şöbəsi  gəlir ki, bunların  ikisi  də 

«Şur»  məqamına  aid  olduğu  üçün  «Rast»ın  tərkibinə  daxil  olması 

düzgün deyildir. 

«Kürdü» şöbəsindən sonra «Şikəsteyi fars» şöbəsi oxunur. 

««Şikəstə» musiqi vasitəsilə şikayətlərin xalqa çatdırılmasıdır. 

Məhz  bunun  üçün  də  şikəstələrin  xarakterinə  yanıqlılıq,  həzinlik 

çox xasdır. Elə şikəstə farsca «sınmış, qəlbi qırılmış» və s. mənasını 

daşıyır. Musiqi də məhz bu mənanı aşkar edir. 

«Şikəstə» xanəndə və aşıq yaradıcılığında təşəkkül tapmışdır. 

Xanəndə yaradıcılığında «Şikəstə»nin «Qarabaq şikəstəsi», «Kəsmə 

şikəstə», «Şikəsteyi-fars» muğamları geniş yayılmışdır» (19) 

«Şikəstələr» «Segah» lad-məqamına əsaslanır. «Rast» dəstga-

hındakı «Şikəsteyi-fars»ın köməkliyi ilə «Sagah» məqamına keçilir. 

Kamil, bitkin və böyük həcmli şöbə olan  «Şikəsteyi-fars»  bir 

neçə  muğam  dəstgahlarında  «Mahur-hindi»də,  «Orta-Mahur»da, 

«Bayatı-Qacar»da, «Şur»da, «Segah»da, «Rəhab»da vardır, orta re-

gistrdə  çalıb  oxunur.  «Şikəsteyi-fars  ifa  olunandan  sonra  mütləq 

«Mübərriqə»yə ayaq verilməlidir. 

Əksər hallarda «Şikəsteyi-fars» şöbəsi «Xocəstə» ilə də əvəz-

lənir.  Mənası  bəxtiyar,  uğurlu,  mübarək  adlanan  bu  şöbə  ahəng  və 

istinad  pərdəsi  nöqteyi-nəzərindən  «Şikəsteyi-fars»  şöbəsinə  yaxın 

olduğu üçün «Vilayəti» şöbəsundən sonra ifa olunur. 

«Xocəstə» ilə «Əraq» şöbəsi arasında «Xavəran» adlı guşədə 

vardır ki, «Rast» dəstgahında bəzən bu guşədən də istifadə olunur. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə