İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   ...   28

 



 



I FƏSİL 

 

MUĞAM DƏSTGAHININ TƏRKİB HİSSƏLƏRİ 

 

 



Dəstgah  fars  sözü  olub,  mənası  komplekt  mövqe,  komplekt 

məqam və komplekt məkan deməkdir. 

«Dəstgah»  hər  hansı  bir  muğamın  («Rast»,  «Şur»,  «Cahar-

gah»  və  s.)  tərkibinə  daxil  olan  bütün  şaxələri,  şöbə  (şöbə-ərəbcə 

tərcümədə hissə yaxud bölmə mənasındadır. Azərbaycanda dəstgah 

formasında oxunan muğamlarda şöbə gözlənilmədən tamamlanmış, 

vokal  insturimental  yaxud  insturumental  hissədir)  və  guşələri,  rə-

difləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır. 

Üzeyir Hacıbəyov (18.09.1885-23.11.1948) yazır ki; «Xanən-

də və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olur ki, onlar-

dan biri  oxuyar, təğənni  edər, digəri  «tar»  və üçüncüsü isə  kaman-

ça»  çalar;  bu  dəstənin  əhli  bütün  muğam  və  dəstgahları  lazımınca 

bilməlidirlər: Baxüsus xanəndə bir çox şer, qəzəl və təsniflər hifzin-

də  saxlamalıdır;  tarçalan  dəxi  dəstgahların  yollarını  yaxşıca  bil-

məlidir ki, xanəndəyə  «rəhbərlik»  etsin,  yəni  xanəndə  bir  «guşə»ni 

oxuduqdan  sonra  onun  dalınca  gələn  guşəni  çalıb  xanəndəni  qızış-

dırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir; xanəndə gö-

zəl səsə malik olub ustadanə təğənni  etməkdən  əlavə bir də  «zərb» 

alətində  olan  «qaval»ı  da  ustadlıqla  çala  bilməyə  borcludur  ki, 

«rəng» və «təsnif»lərə keçdikdə «bəhr» tuta bilsin... 

Məncə,  dəstgah  sözünün  bir  mənası  dəxi  rusca  «sooruşenie» 

(bina-İ.A.) deyilən bir təbirdir ki, musiqidə dəxi məcazən o mənada 

işlənilir, yəni müxtəlif muğam parçaları bir-birinə yaraşmaq və uy-

ğun  olmaq  şərtilə  cəm  edilib  bir  dəstgah  əmələ  gəlir:  məsəla,  rast 

dəstgahını  təşkil  edən  əsas  muğam  parçaları  müxtəsərən  boylədir: 

rast,  üşşaq,  hüseyni,  vilayəti,  xocəstə,  (şikestəyi-fars),  əraq,  pənc-

gah,  gərayi,  rast  ki,  bunların  hər  parçasına  bəzən  şöbə,  bəzən  guşə 

və bəzən avaz deyilər. 




 

Dəstgahların  qəzəlləri  mütləqən  əruz  vəzni  ilə  yazılmış 



olmalıdır;  barmaq  hesabı  yazılmış  şer  və  qəzəllər  dəstgahlar  üçün 

yaraşmaz,  əruzla  yazılmış  qəzəlin  vəzni  dəstgahın  musiqisi  üçün 

dəxi vəzn məqamini tutur... 

Dəstgahın  hava,  vəzn  və  bəhri  qeyri-müəyyən  olsa  da,  onun 

yolu, yəni pərdələri müsbət surətdə müəyyəndir və muğam və dəst-

gahları bir-birindən ayıran və hər birisinə xüsusi bir hüsn verən baş-

lıca  pərdələridir.  Bu  pərdələr  sayəsindədir  ki,  məsələn,  «Segah» 

«Şur»a,  «Şur»  da  «Çahargah»a  bənzəməyib,  hər  birisinin  də  təsiri 

bambaşqadır...» (9). 

SSRİ  xalq  artisti,  professor  Bülbül  (22.06.1897-26.09.1961) 

isə dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq bi-

rindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir. 

O,  göstərirdi  ki,  «Şur»  dəstgahının  məhz  aşağıdakı  muğamlardan 

«Şahnaz», «Bayatı-türk», «Şikəstə», «İraq», «Bayatı-kürd», «Səma-

yi-şəms», «Sarənc» («Sarəng»), «Nişibi-fəraz», «Şur»-dan ibarət ol-

duğunu qeyd etmişdir. 

Azərbaycanda  muğam  dəstgahları  «Rast»,  «Şur»,  «Segah», 

«Çahargah»,  Bayatı-Şiraz»,  «Şüştər»,  «Hümayun»  və  s.  ibaraət 

olub, yeddi lad əsasında əmələ gəlmişdir. Bu ladlar nəinki Azərbay-

can  muğam  dəstgahlarında,  hətta  bütün  musiqi  janrlarının  əsasını 

təşkil  edir.  Üzeyir  Hacıbəyovun  qələmə  aldığı  «Azərbaycan  xalq 

musiqisinin əsasları» (1945; 1965; 1985 və s.) adlı fundamental təd-

qiqatı lad sistemlərindən bəhs edir. Azərbaycanda mövcud olan mu-

siqi janrlarının hamısı bu lad sistemlərinə əsaslanmışdır. 

«Lad-qeyri-sabit  səslərin  sabit  səslərə  doğru  hərəkəti  zamanı 

yaranan  səs  sırasına  deyilir.  Avropa  musiqisində  ən  çox  yayılmış 

major və minor ladıdır. 

Azərbaycan musiqisinin isə yalnız özünəməxsus lad sistemləri 

olduğundan ladlarda major və minorluğu axtarmaq öz əhəmiyyətini 

itirir. 


... Ü. Hacıbəyov özünün «Azərbaycan xalq musiqisinin əsasla-

rı» adlı elmi işində belə nəticəyə gəlir ki, bizim musiqimizdə xüsusi 




 

10 


səs  düzümü olan 8 sərbəst ladlar və  ondan başqa  köməkçi ladlar  da 

vardır. Köməkçi ladlar əsasən sərbəst ladlardan törənmiş ladlardır. 

Azərbaycanda  ən  çox  yayılan  «Şur»  və  «Segah»  ladlarıdır. 

Həqiqətən də Azərbaycan xalq mahnıları, rəqs havaları və sairə mu-

siqi  formalarının  əsas  hissəsi  bu  iki  məqamda  (ayrı-ayrı  səslər, 

pərdələr  cəminin  bir  vahid  əsas  kök  ətrafında  birləşməsidir  –  İ.A.) 

qurulmuşdur. Ondan başqa «Rast», «Şüştər», «Çahargah», «Bayatı-

Şiraz»  muğamları  geniş  yayılmışdır.  «Hümayun»  və  «Şüştər»  mu-

ğamları nisbətən az yayılmışdır» (15).  

Azərbaycan  muğamlarında  üç  əsas  bölmə  («dəraməd»,  «bər-

daşt», «mayə») vardır ki, onlar olmasa dəstgah yarana bilməz. 

Muğam  dəstgahlarının  oxunma  xronometrajı  dəqiq  deyil. 

«...Muğamatı  istədikdə  4  saat  da  oxumaq  olar,  istədikdə  5  dəqiqə 

içərisində  də  oxumaq  olar...  ifaçı  «Rast»ı  başlayır,  mayəsini  çalır, 

sonra variantını üç dəfə çalır və keçir  «Əraq»a, bunda da yenə tək-

rarlara  yol  verir.  Çalğıçı  gəzişir,  axtarır  və  müəyyən  variantlardan 

sonra  gedib  mətləbə  çatır.  Beləliklə,  bunu  nəinki  40  dəqiqə,  2  saat 

davam  etdirmək  olar.  Halbuki  bütün  dəstgahları  az  vaxt  işərisndə 

qurtarmaq olar». (9) 

Eyni  muğam  dəstgahını ayrı-ayrı xanəndələr təxminən 10-15 

dəqiqədən 35-40 dəqiqəyə qədər ifa edə bilər. Bu xanəndənin muğa-

ma  necə  yanaşmasından  asılıdır.  Burada  şübhəsiz  ki,  vaxtında  rolu 

vardır. Keçmiş xanəndələr bir muğam dəstgahını bir neçə saat oxu-

yardılar. F.Şuşinskinin tədqiqatlarında göstərilir ki, Cabbar Qaryağ-

dı oğlu «Mahur»u dörd saat, Seyid Şuşinski isə «Cahargah»ı iki saat 

ifa edib (17). 



Dəraməd kiçik instrumental müqəddimə olub, muğamın əvvə-

lində ifa olunur. Özünəməxsus kompozisiya strukturuna malik olan 

dəramədlər hər bir muğam dəstgahında ayrı-ayrı məziyyətləri ilə se-

çilir. «Ən əvvəl giriş çalınır, sonra orta registr, kulminasiya qabağı 

nisbətən yüksək registr, ondan sonra kulminasiya zonasını və həm-

çinin  kulminasiyanı  təşkil  edən  bilavasitə  yüksək  registr,  nəhayət 

yüksək registrdən əvvəlki registrə qayıtma dəramədə xas olan quru-

luş xüsusiyyətləridir» (19). 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə