İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   ...   28

 

11 


Dəraməd,  ifa olunan dəstgahın  bütün şöbələrini  özündə  cəm-

ləşdirən instrumental versiyadır. Dəraməd həmçinin ifa olunan mu-

ğamın  adını  daşıyır.  Məsələn,  «Çahargah»  dəstgahında  ifa  olunan 

dəramədlər «Çahargah dəramədi», «Bayatı-Şiraz» dəstgahında çalı-

nan dəramədlər «Bayatı-Şiraz dəramədi» adlanır. 

«Muğam  dəstgahı  Dəraməd  üçün  yox,  əksinə  Dəraməd  mu-

ğam  dəstgahı  üçün  bəstələnib.  Bu  baxımdan  dəstgahda  əsas  bazis 

muğamdır,  dəraməd,  rəng,  təsnif,  dirəngə  isə  onun  ikinci  dərəcəli 

tərkib hissələridir. 

«Dəraməd»  muğam  dəstgahlarında  ifaçının  qurduğu  rədifdən 

asılı olaraq çalına da, çalınmaya da bilir. Bu instrumental janr, mu-

ğam  dəstgahı üçün ancaq giriş  funksiyası  daşıyır və onun melodik 

mövzusu müəyyən ritmik ölçüdə ifa edilir» (10). 

Bərdaşt-fars sözü olub, mənası yığın, toplama deməkdir (bəzi 

kitablar  yazır  ki,  Bərdaştın  iki  mənası  var:  Bərdaşt-giriş,  başlanğıc 

və  birdə  Bərdaşt  –  qaldırmaq,  qalxmaq  mənasında  işlənilir).  «Bər-

daşt»  kiçik  instrumental  epizodu  və  dəstgahın  əvvəlində  müqəddi-

mə  rolunu  oynayır.  «Bərdaşt»ın  «dəraməd»dən  sonra  ifa  olunması 

əsas şərtdir. Dəqiq ölçüyə əsaslanan dəraməd instrumental pyesdir-

sə,  bərdaşt  müstəqil  olub,  improvizə  üslubunda  ifa  olunan  epizod-

müqəddimədir. Muğamın dəstgah şəklində ifası üçün bərdaşt, imp-

rovizə üslubunun başlanğıcıdır. 

«Adətən,  «bərdaşt»  yuxarı  (zil)  registrdə  emosional-ehtiraslı 

reçitativ  üsulda  başlanır.  Və  tədricən  aşağı  doğru  enmə  hərəkətlə 

«mayə» də tamamlanır. Bundan sonra xanəndə muğam dəstgahının 

«mayə» şöbəsini oxumağa başlayır. Beləliklə, «Bərdaşt» lad-intona-

siya cəhətdən dəstgahın «mayə» şöbəsini bilavasitə hazırlayır. 

İntonasiya planında isə o, bu və ya digər dərəcədə dəstgah sil-

siləsinin  başqa  şöbələrinin  xüsusiyyətlərini  özündə  cəmləşdirməklə 

bərabər  onlarla  vəhdət,  ünsiyyət  yaradır.  İlk  növbədə  «Bərdaşt»ın 

kadensiyasından  (ayağından)  musiqi  cümlələrinin  sonluqlarında, 

sonralar  bütün  şöbə  və  guşələrdə  ya  eynilə,  ya  da  variant  şəklində 

istifadə  edilir.  Bu  mənada  «Bərdaşt»ın  kadensiyasının  dramaturji 




 

12 


əhəmiyyəti şəksizdir. O, şöbələr arasında üzvi əlaqə, dəstgahda isə 

bütövlük yaradır» (19). 

Bəzi  muğamlarda  bərdaştdın  öz  adları  var.  Məsələn,  «Rast» 

və  «Bayatı-  Qacar»da  «Novruz-rəvəndə»  (mənası-baharın  başlan-

ması) yaxud «Suzi-güdaz» (farsca mənası-dərd çəkmək, qəm, qüssə, 

iztirab),  «Şüştər»  və  «Rəhab»da  «Əmiri»  (mənası-hökmdarlara 

məxsus),  «Mahur-hindi»də  «Bəzmigah»  (kef  məclisi  qurulan  mə-

kan) adlandırılmışdır. 

Bərdaşt «Rast», «Şur», «Cahargah», «Zabul segah», «Mahur-

hindi» muğam dəstkahlarından başqa heç bir muğamda olmur. 

Dəraməd  kimi  bərdaştda  müqəddimə  rolunu  oynayır.  Lakin, 

bərdaşt mayə şöbəsinin müqəddiməsidir. 

Muğam dəstgahı mayə ilə başlanmalıdır. Mayəsiz dəstgah ol-

maz.  Mayə  həcminə  görə  dəsgahda  birinci  və  mərkəzi  şöbədir. 

Dəstgah mayədə başlanır və son da yenə mayəyə qayıdıb, mayə pər-

dəsində tamamlanır. 

Mayə  muğam  dəstgahının  adı  ilə  adlandırılır  («Mayeyi-Şur», 

«Mayeyi-Cahargah» və s.). Mayə həmçinin dəstgahın təməli sayılır. 

Mayə  özündən  sonra  gələn  şöbə  üçün  müqəddimə  rolunu  oynayır. 

Məsələn, Rast  dəstgahında Mayeyi-Rast,  Üşşaqı; Bayatı-Şiraz dəd-

gahında Mayeyi-Bayatı-Şiraz, Nişibi-fərazı hazırlayır və s. 

Beləliklə, muğamı  dəstgah şəklində  oxunmasında  əsas  üç şö-

bənin  (dəraməd,  bərdaşt,  mayə)  əhəmiyyəti  çox  böyükdür.  Bu  üç 

şöbə muğamın  bel  sütununu təşkil edir, dəstgah  bu sütun  üzərində 

durur. 

Rəng  dəstgahın  müəyyən  şöbəsindən  sonra  ifa  olunur  və  şö-

bənin  bütün  melodik  xüsusiyyətlərini  özündə  birləşdirir.  Rənglər 

dəstgahı ardıcıllaşdırır. Onları bir-biri ilə əlaqələndirir. 

Rənglər  rəqsvari,  marş  və  lirik  formada  olurlar,  müxtəlif 

həcmlidirlər. Rəngin birinci növü olan diringə (diringi) oynaq musi-

qidən  ibarət  olub,  həcm  etibarı  ilə  kiçikdir.  Diringə  çox  vaxt  iri 

həcmli muğam şöbələrində yox, ya kiçik həcmli şöbələrdə, ya guşə-

lərdə, ya da həmin şöbə və guşəni tamamlayır. 




 

13 


«Rəng və ya diringə təsnif kimi bir musiqi olub, fəqət qoftəsi, 

yəni  sözləri  olmaz,  yalnız  çalınar,  əksərən  yüngül  bəhrli  olub,  rəqs 

havalarına  bənzər.  Rəng  dəxi  dəstgahlar  arasında  xanəndənin  kamal 

və  müvəffəqiyyətlə  icra  etdiyi  mahiranə  təğənni  mütəaqib  çalınıb 

sameyini məhzüz etməklə  dəstəni dəxi qızışdırır, fəqət uzun çəkmə-

yib təkrar dəstgahın mabədinə keçilir» (9). 

Muğam dəstgahında şöbələr arasında ya rəng və ya diringə ifa 

olunmasının müsbət cəhəti ondan ibarətdir ki, bu müddətdə xanəndə 

istirahət  edir  və  növbəti  şöbənin  ifasına  hazırlaşır.  Bundan  başqa 

rəng janrının ikinci növü «dəraməd» adlanır ki, o da rəng kimi met-

ro-ritmik xüsusiyyətə malikdir. 

Şöbəyə nisbətən guşə həcmcə kiçik olub, improvizə xüsusiy-

yətinə  malik  olan  muğam  epizodudur.  Məsələn,  hər  hansı  bir  mu-

ğam  dəstgahında  müxtəlif  həcmli  şöbələrdən  başqa  guşələrdə  var-

dır. Müxtəlif muğam dəstgahlarında (Məsələn, «Şur»da «Şur»a qa-

yıtma «Nişibi-fəraz» guşəsi ilə mümkündür; «Bayatı-Qacar»da «Zə-

min-xarə»  şöbəsindən  sonra  bir-birinin  ardınca  «Dügah»,  «Mavə-

rənnəhr», «Şah Xətai» guşələri gəlir və s.) guşələr şöbələr kimi ayrı 

adlar daşıyır. 

«Muğam janrında mövcud olan guşələr vaxtı ilə müstəqil hava-

lar  olmuşdur.  Əsrlər  keçdikcə  onlar  bu  və  ya  digər  formada  dəyi-

şikliyə məruz qalmış, şifahi şəkildə nəsildən nəslə ötürülərkən müəy-

yən  melodiyalar  yaddan  çıxarılmışdır.  Bu  prinsip  ümumilikdə  mu-

ğam  dəstgahlarına  da  aiddir.  Belə  olduğu  təqdirdə  qədim  musiqi 

havaları həcmcə kiçilərək öz müstəqilliyini itirmiş və lad baxımından 

müəyyən  şöbələrin  tərkibinə  daxil  olmuşdur.  Guşələrin  musiqi  ma-

terialı bir və ya bir neçə kiçik musiqi epizodundan ibarət ola bilər... 

Guşə  struktur  baxımından  şöbə  kimi  müstəqil  ola  bilmədiyi 

üçün,  o,  hökmən  bu  və  ya  digər  şöbənin  tərkib  hissəsi  kimi  sıxış 

edir.  Bu  mənada  guşənin  lad-intonasiya,  lad-tonal  əhatəsi  tərkibinə 

daxil olduğu şöbənin eyni olur. Deməli-həcmcə kiçik olan bir və ya 

bir neçə musiqi epizodunu özündə cəmləşdirərək lad-tonal xüsusiy-

yətlərinə  görə  müstəqil  yaşaya  bilməyən,  həmçinin  intonasiya  ba-



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə