İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   ...   28

 

14 


xımından  mənsub  olduğu  şöbəyə  tabe  olan  sərbəst  vəznli,  şifahi 

ənənəvi professional musiqi çümləsinə guşə deyilir. 

Şöbənin həcmindən, böyük, kiçikliyindən asılı olaraq ora da-

xil  olan  guşələrin  sayı  da  müxtəlif  olur.  Böyük  həcmli  şöbəyə  bir 

neçə guşə daxil ola bilər. Kiçik həcmli şöbəyə isə birdən çox guşə 

daxil  ola  bilmir...  Guşələrin,  şöbə  kimi  öz  spesifik  ayaq  vermək 

funksiyaları  yoxdur,  yəni  onların  ayaqları  mənsub  olduğu  şöbənin 

ayağı ilə eynidir. Bu çox nadir hallarda dəyişilə bilər» (10). 



Avaz  musiqi  cümləsinin  tamamlanmasıdır  (məsələn,  yarım 

əmman, əmman hey və s.). Muğam cümlələrinin başa çatması üçün 

avazlar çox səciyyəvidir. 

Guşə və şöbələrdən fərqli olaraq avazların adları olmur. Onlar 

ya şöbə yaxud da guşənin içərisində ifa olunur. Şöbə, guşə və avaz-

larda  ibarətdir.  Avazların  sayı  guşələrdən  az  olur.  Şöbə  yaxud  gu-

şələri avazların birləşməsi yaradır. 

«Avaz müasir muğam ifaçılığında vokal-instrumental musiqi-

si üçün xarakterik olduğu üçün bilavasitə sözlə, şerlə bağlıdır... 

Muğam ifaçılığında 6 avaz olan Novruz, Səlmək, Gərdaniyyə, 

Gəveşt,  Mayə,  Şahnaz  müasir  ifaçılıq  sənətində  öz  funksiyasını 

dəyişərək,  Azərbaycanda  Şahnaz  kiçik  həcmli  muğam  kimi,  digər-

ləri isə şöbə və guşə kimi muğam dəstgahlarına daxil olmuşdur. XX 

yüzillikdən etibarən Avaz vokal, xanəndəlik sənəti ilə bağlı olduğu 

üçün, o bir sənət  nümunəsi  kimi  aradan  getməmiş, fəqət  mahiyyə-

tini, aidiyyətini dəyişmişdir. Hal-hazırda Avaz lada görə adlandırıl-

mır, o, səsi təcəssüm etdirən bir meyara, terminə çevrilmişdir... 

Avaz  müəyyən  bir  ladda,  səs  sırasında,  bir  sıra  səsin  sərbəst 

vəzndə, şifahi ənənəvi professional musiqi üslubunda, istənilən tərz-

də, milli ahəngə uyğun zövqlə oxunmasına deyilir. Muğam şöbələ-

rində xanəndə kanonu, qanunauyğunluğu qorumalı, sonra isə istəni-

lən  improvizə  elementlərini  ifa  etməlidir.  Avazda  isə  xanəndə  sər-

bəstdir  və  o  öz  inprovizəsini  istədiyi  səpgidə  qura  bilər.  Əlbəttə, 

avaz oxunarkən müəyyən şerdən, mətndən istifadə olunursa, xanən-

də ahəng qanununu saxlamaq məcburiyyətində qalır» (10). 



 

15 


Azərbaycan  muğam  sənətinin  inkişafında  Rədif  (mənası  sıra 

deməkdir) muğamın şöbə, güşə, təsnif və rənglərini dəstgaha uyğun 

olaraq tənzimləyir. İfaçılıq sənətində ustad sənətkarların öz rədifləri 

vardır. «M. F. Rzayevin, Q. Primovun, Ə. Bakıxanovun, B. Mənsu-

rovun  ifalarında  struktur  baxımından  olan  fərqə,  yəvi  eyni  bir  mu-

ğam dəstgahını ayrı-ayrı şöbə və guşələrlə ifa etmələrinə, dəstgahın 

ifası  üçün  onların  qurduqları  fərdi  kompozisiyaya  rədif  deyilir.  Q. 

Primovun  ifasında  olan  «Mahur-hindi»:  Mahur,  Üşşaq,  Şikəsteyi-

fars,  Dilruba,  Əraq,  B.  Mənsurovun  ifasında  olan  Mahur-hindi: 

Novruzi-Əcəm,  Mahur,  Qoşa  mizrab,  Çahar  mizrab,  Büzürk,  Rast-

Hindi,  Mizrabi-Gülriz,  Zəngbari,  Rak-hindi,  Hüsniyyə,  Şikəsteyi-

fars, Mübərriqə, Əşiran, Hezarə Əraq, Əraq, Zəngi-Şütür (Müxtəlif 

ədəbiyyatlarda  «Zəngi-şötör»,  «Zəngi-şotor»,  «Zəngi-şötər»,  «Zən-

gi-şotori»  kimi  yazılır.  Biz  bu  adları  ədəbiyyatlarda  olduğu  kimi 

qeyd  edirik  –  İ.A.),  Pəncgah,  Mizrabi-cəng,  Rak  Abdulla  isə  onun 

rədifləridir» (10). 

Muğam dəstgahının kompozisiyasında vokal-instrumental təs-

niflərdən də istifadə olunur. «Təsnif müəyyən bir hava olub, sözləri 

çox vaxt  qəzəllərdən alınır və özləri də mənsub  olduqları dəstgah-

ların  ortalarında  və  ya  axırında  oxunar:  bu  əsnada  xanəndə  təsnif 

oxuya-oxuya  «qaval»  ilə  zərb  edər.  Təsniflərin  bir  çoxu  bir  hissəli 

havalardan ibarət olub, vəzni ¾ və  ya 3/8 və çox vaxt 6/8 və bəhri 

ağır (səngin) olar» (9). 

Dəqiq  və  sabit  ölçülü  nəğmə  olan  təsnif  muğam  dəstgahının 

şöbələri arasında ifa olunur. Bu vacib deyil, təsnif ifa oluna da bilər 

ifa  olunmaya  da  bilər.  «Əgər  vokal-instrumental  şöbə  öz  həcminə 

görə kiçikdirsə, əslində «intermediya» xarakteri daşıyırsa, həmin şö-

bədən sonra təsnif oxunulmur... 

...  virtuoz  səciyyəli,  dəstgah  şöbələrində  də  təsnifin  oxunul-

ması vacib deyil. Məsələn, mürəkkəb vokal texnikası, müxtəlif şaq-

raq zəngulələr (fioruturlar), boğazda «qaynatmalar» melizmlər (xır-

dalıqlar)  və  başqa  texniki  ifadə  vasitələri  özündə  toplayan  «Rast» 

dəsgahının «Pəncgah» və ya «Bayat-Şiraz»ın bu səciyyəli «hüzzal» 




 

16 


şöbələrində adətən, xanəndə tərəfindən təsnif oxunulmur,  əvəzində 

rəng və ya diringi çalınır» (19). 

Kiçik  həcimli  «Bayatı-Kürd»,  «Dəşti»  və  s.  muğamlarda  bir 

bəzən iki təsnif ifa olunur. Zərbi muğamlarının  əksərində təsnif ifa 

olunmur.  Bəzi  zərbi  muğamlarının  («Səmayi-şəms»,  «Osmanlı» 

(«Mani»)) sonunda təsnif oxunur. Burada təsnif  muğamı  yekunlaş-

dırır. 

Təsniflərin  mətni  qəzəl,  qoşma,  gəraylı,  bayatı,  şer  ola  bilər. 



Musiqisi  lirik  yaxud  rəqsvari  səciyyəyə  malik  olur.  Vokal-instru-

mental muğam dəstgahlarının daxilində oxunan təsniflər həm də xa-

nəndələr tərəfindən müstəqil formada da ifa olunur. 

«Bildiyimiz kimi, bir muğamın şöbəsindən o biri şöbəsinə ke-

çərkən  arada  rəng,  təsnif  olur,  diringə  çalınır.  Təsnif  və  rəng  mu-

ğamın şöbəsindən başqa şöbəsinə keçmək üçün yol açır, rəng və di-

ringə çalınarkən oxuyan istirahət edir, nəfəs alır» (4). 

Təsnif  tək  oxunursa  muğamsız  ifa  olunur.  Daha  dəqiq  desək 

muğamın kiçik bir hissəsi ya təsnifin əvvəlində, ya da sonunda oxu-

nur. Muğam dəstgahının içində ifa olunan təsniflər rənglər də olduğu 

kimi  şöbə  və  guşələrin  adı  ilə  əlaqədardır.  Məsələn,  «Müxalif  təs-

nifi», «Bayatı-İsfahan təsnifi», «Zabul təsnifi», «Dilkəş təsnifi» və s. 

«Muğam  dəstgahının tərkibinə daxil olan təsniflər və rənglər 

öz  əhvali-ruhiyyələri,  ölçüləri,  templəri,  obrazlılığı  baxımından 

müxtəlif və rəngarəng olduqları halda, fikri, ideyası və yeganə inki-

şaf  planı  baxımından  isə  ümumidirlər.  Bütün  bu  keyfiyyətlər  mu-

ğam dəstgahının əsas ideyasının tədricən açılmasında müxtəlif mər-

hələ təşkil edir» (19). 

Muğam  dəstgahını  səciyyələndirən  üç  şərt  daim  diqqət  mər-

kəzində olmalıdır: 1) məzmun, dərinlik, obrazlılıq; 2) muğam dəst-

gahının tərkib hissələrinin ardıcıl ifası; 3) yüksək peşəkarlıq. 

 

 



 

 

 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə