İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

23 


Sonra  bir-birinin  arxasınca  «Rast»  dəstgahının  zil  şöbələri 

(«Əraq»,  «Pəncgah»,  «Rak»)  ardıclılaşır  ki,  bunlar  da  kulminasiya 

nöqtəsidir (buna «Ovc» da deyirlər. Mənası ən uca zirvə deməkdir). 

«Əraq»  Yaxın  və  Orta  Şərq  xalqlarının  klassik  musiqisinin 

əsasını təşkil edən 12 muğamdan beşinsidir. Bu muğam sonralar öz 

şəklini  şöbə  formasında  saxlamışdır.  «Əraq»  şöbəsi  həmçinin 

«Rast»,  «Mahur-hindi»,  «Rəhab»  muğam  dəstgahlarında  eyni  xa-

rakterə malik bir şöbədir. Bunu ifa etmək xanəndədən yüksək tessi-

tura  səs,  şaqraq  zəngulə  (fars  sözü  olub,  mənası  zınqırov,  xırda 

zəng,  siqnal  deməkdir.  Azərbaycan  vokal  musiqisində  istifadə  olu-

nan bəzək və zinət priyomlarından biridir), mürəkkəb vokal texnika-

sı tələb edir. Bu şöbədə əzəmət, təntənə, coşqunluq əsas cəhətdir. 

«Əraq»dan  sonra  «Pəncgah»  şöbəsi  ifa  olunur  ki,  bu  da 

«Rast»  dəstgahının  ən  zil  şöbəsi  hesab  olunur.  «Pəncgah»  dəstgah 

da xüsusi mövqe tutduğu üçün onu «Rast-Pəncgah»da adlandırırlar. 

«İranda bütün dövrlərdə bu dəstgaha  «Rast-Pəncgah» deyilir. 

«Rast-Pəncgah»  əsas  dəstgahlardandır.  Onun  məcmusu  vokal-vari-

antda 14 guşə, instrumental variantda isə 48 guşə təşkil edir» (19). 

Həzinlik,  kövrəklik  xarakterinə  malik  olan  «Pəncgah»dan 

sonra  «Rak»  (mənası  əsas,  dayaq  deməkdir)  guşəsi  həmin  hissləri 

özünə cəmləşdirir. 

««Rast» dəstgahında zil şöbələr «Əraq», «Pəncgah» şöbələri, 

«Rak» guşəsi bir növ «Mayə», «Hüseyni» şöbələrinin musiqi mate-

rialının bir qədər dəyişilmiş və ixtisar olunmuş təkrarıdır. Lakin on-

lardan fərqli olaraq «Əraq», «Pəncgah», «Rak» bir oktava zil tonda 

çalınıb-oxunur. Bu ümdə keyfiyyətlə əlaqədar biz belə qənaətə gələ 

bilərik ki, «Rast» dəstgahının timsalında muğam dəstgahların daxili 

quruluşunda simfonizm əlamətləri də var» (19). 

«Rak»dan sonra «Qərai» gəlir ki, bu da son şöbədir. «Qərai» 

keçmişdə «Zəngi-şütür» ilə əvəzlənərdi. Bu «Mayeyi-Rast»a qayıt-

maq  üçün  keçid  rolunu  oynayır.  «Qərai»  pilləvari  (zildən-bəmə) 

melodik hərəkətə malikdir. Sonda «Rasta ayaq»la (kadensiya) dəst-

gah tamamlanır.  «Rast»dan başqa  «Qərai»  «Mahur-hindi» və  «Rə-

hab» dəstgahlarında da eyni funksiyanı yerinə yetirir. 




 

24 


««Rast»  muğamının  başqa  bir  xüsusiyyəti  də  ondadır  ki,  bu 

muğamın öz hissələrində də oxşar çəhətlər çoxdur. Əgər biz «Rast» 

muğamının «Bərdaşt» ilə «Mayə», «Üşşaq» ilə «Pəncgah», «Hüsey-

ni»  ilə  «Gərayı»  hissələrini ayrı-ayrılıqda çalıb qulaq assaq, bu şö-

bələr arasında olan bənzərliyi aydın görə bilərik. Bunları fərqləndi-

rən cəhət həm onların müxtəlif registrdə səslənməsi və həm də ifaçı-

nın improvizasiya məharəti ilə bağlıdır. Məhz bu səbəbə görə də ifa-

çı həmin muğamı tez qavrayır» (14). 

«Rast» dəstgahı Səttar (1820-?), Hacı Hüsü (1830-1898), Mə-

şədi  İsi  (?-1905),  Malıbəyli  Cümşüd  (1845-1915),  Mirzə  Məhəm-

mədhəsən  (1851-1917),  Ağabala Ağa Səid  oğlu  (1860-1928),  Cab-

bar Qaryağdı oğlu, Mirzə Güllər, Şəkili Ələsgər (Abdullayev-1866-

1929),  Malıbəyli  Həmid  (1869-1922),  Əbülhəsən  xan  Azər  İqbal-

Soltan  (1871-1970),  Məşədi  Məmməd  Fərzəliyev  (1872-1962), 

Xanlıq  Şükür  (1872-1927),  Seyid  Şuşinski,  Musa  Şişinski  (1893-

1971),  Pəsxan  Cəlil  (1895-1950),  Zülfü  Adıgözəlov  (1898-1963), 

Xan  Şuşinski  (20.08.1901-18.03.1979),  Həqiqət  Rzayeva  (1907-

1969),  Ağabala  Abdullayev  (1910-1976),  Hacıbaba  Hüseynov 

(1919-1983),  Əbülfət  Əliyev  (1926-1990),  Bakir  Haşımov  (1926-

1998),  Qulu  Əsgərov  (1928-1987),  Yaqub  Məmmədov  (1930-

2002), Sahib Şükürov, Əlibaba Məmmədov (1930), Nəriman Əliyev 

(1930-1998), Şahmalı Kürdoğlu (1930-1992), Bayram Məmmədov, 

Ağababa Novruzov (1932-1993), Mürşüd Məmmədov (1932-1996), 

Tələt  Qasımov  (1933-2013),  İslam  Rzayev  (1934-2008),  Eynulla 

Cəbrayılov  (1935-1992),  Arif  Babayev  (1938),  Canəli  Əkbərov 

(1940),  Mürşüd  Abbasov  (1941-1975),  Sabir  Mirzəyev  (1942-

1911), Nəzakət  Məmmədova (1944-1981), Məmmədbağır Bağırza-

də  (1950-2005),  Ağaxan  Abdullayev  (1950),  Səxavət  Məmmədov 

(1953-1991),  Səkinə  İsmayılova  (1956),  Alim  Qasımov  (1957), 

Bəsti  Sevdiyeva  (1958),  Mənsum  İbrahimov  (1960),  Mələkxanım 

Əyyubova  (1962),  Teyyub  Aslanov  (1967),  Təyyar  Bayramov 

(1976), Səbuhi İbayev (1976) və b. xanəndələr tərəfindən ifa edilib. 



 

 


 

25 


 

2.1.1. «Rast» ailəsinə daxil olan muğamlar 

 

«Rast»  ailəsinə  dörd  muğam  dəstgahı  daxildir  ki,  bunlara 

«Mahur-hindi», «Orta Mahur», «Bayatı-Qacar» və «Dügah» aiddir. 

Quruluş və musiqi məzmunu baxımından bir-birinə çox yaxın olan 

bu  dəstgahlar  «Rast»ın  övladlarıdır.  Məqam-lad  əsası  eyni  olan  bu 

muğamların dördüdə bir lada-rast ladına əsaslanmasına baxmayaraq 

kökləri  fərqlidir.  «Sol»  kökündə  «Rast»,  «do»-«Mahur-hindi», 

«fa»-«Orta Mahur», «si-bemol»-«Bayatı-Qacar», «mi-bemol»-«Dü-

gah» «Rast» tonallığında müşayət və ifa olunurlar. 

««Dügah» və «Bayatı Qacar» kimi «Mahur-hindi» də «Rast» 

muğamının tərkibinə daxildir. Çünki, qədim musiqişünaslar «Rast»ı 

«muğamların anası» adlandırmışlar. Təsadüfi deyil ki, «Mahur-hin-

di» muğamı istər melodik quruluşuna və istərsə də şöbələrinin xüsu-

siyyətlərinə  görə  «Rast»ın  xarakterinə  uyğun  gəlir.  «Rast»da  olan 

bir  çox  şöbə,  guşə  və  hissələr  eynilə  «Mahur-hindi»də  də  möv-

cuddur. Yalnız bunların əsas fərqi odur ki,  «Mahur-hindi» «Rast»a 

nisbətən bir oktava yuxarıda ifa olunur. Şübhəsiz ki, «Mahur-hindi» 

«Rast»  muğamına  nisbətən  bir  qədər  yığcamdır  və  onun  şöbələri 

melodik  cəhətdən  «Rast»ınkına nisbətən bir qədər fərqlənsə də, la-

kin onların məqam əsasları tamamilə eynidir. Bu muğamların yega-

nə  fərqi  onların  müxtəlif  tonallıqda  ifa  olunmasıdır.  Əgər  «Rast» 

muğamı  kiçik  oktavadakı  sol  mayəsilə  oxunursa,  «Mahur-hindi» 

muğamı isə yalnız birinci oktavada ki, do mayəli «Rast» tonallığın-

da oxunur. Deməli onların hər ikisi avaz etibarı ilə bir-birinə oxşar 

olduğu halda tonallıq etibarı ilə müxtəlifdir. 

«Mahur-hindi»  muğamı  ilə  yanaşı  bizim  musiqimizdə  «Orta 

Mahur» muğamı da məşhurdur. Bu muğam tarın orta reqistrində çalı-

nıb  oxunduğuna  görə  ona  «Orta  Mahur»  deyirlər.  «Orta  Mahur» 

«Mahur» dəstgahının başqa bir növüdür. İstər «Mahur-hindi», istərsə 

də «Orta Mahur» oxşar, daha doğrusu, qohum muğamlardır. Hər ikisi 

«Rast»  məqamında  qurulur.  Lakin  bunların  yeganə  fərqi  odur  ki, 

«Orta Mahur», «Mahur-hindi»yə nisbətən bir qədər zildə oxunur. Yə-




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə