İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

84 


 

4.1.5. Osmanlı 

 

«Osmanlı»  (buna  «Osmanı»  və  ya  «Mani»  də  deyilir)  zərbi-

muğamı şur-lad məqamına əsaslanır. Ölçüsü 2/4 olub, marşvari rit-

mə  malikdir.  Mətni  floklordan  qaynaqlanan  «Osmanlı»  zərbi-mu-

ğamı bir təsniflə sona çatır. 

«Osmanlı»nın  Məşədi  İsi,  Cabbar  Qaryağdı  oğlu,  Nəriman 

Əliyev, Ağaxan Abdullayev, Alim Qasımov və digər xanəndələr ifa 

etmişlər. 

 

 

4.1.6. Ovşarı 



 

Şüştər lad-məqamına əsaslanan «Övşarı» («Əfşari») zərbi mu-

ğamının  ölçüsü  2/4-dür.  Bu  muğam  aşıq  musiqisində  də  geniş  ya-

yılmışdır. 

«Ovşarı» zərbi-muğamı  şüştər məqamının  iki şöbəsini («şüş-

tər» və «Tərkib») özündə cəmləşdirir. Bu muğamın təranələri təntə-

nəli və əzəmətlidir. 

İran  musiqisində  zərbi  muğam  janrı  olmadığı  üçün  orada 

«Avaz»lardan  biri  «Afşarı»  adlanır  ki,  bununda  vokal  variantda  9, 

instrumental variantda 20 guşəsi vardır. 

«Ovşarı»  muğamının  Cabbar  Qaryağdı  oğlu,  Məşədi  Məm-

məd  Fərzəliyev,  Hacıbaba  Hüseynov,  Novruz  Feyzullayev,  Canəli 

Əkbərov, Ağaxan Abdullayev, Qəzənvər Abbasov kimi xanəndələr 

tərəfindən tamaşaçılara çatdırılmışdır. 

 

 

4.1.7. Heydəri 



 

Həcm  etibarilə  zərbi-muğamlardan  ən  kiçiyi  olan  «Heydəri» 

şüştər lad-məqamı üzərində qurulmuş və ölçüsü 2/4-dür. 

«Heydəri»  Mirzə  Fərəc  Rzayev  siyahısında  (XIX  əsr)  geniş 

şöhrət qazanmış zərbi muğamlarından biri olduğu göstərilmişdir. 



 

85 


Bu muğamın mətnini qəzəlin cəmi bir beyti təşkil edir. Digər 

zərbi muğamlardan fərqli olaraq «Heydəri» vokal instrumental böl-

mə ilə deyil, sazəndə dəstəsinin ifa etdiyi instrumental bölmə ilə so-

na çatır. Burada instrumental musiqi daha aktivdir. 

«Heydəri» zərb muğamı nadir hallarda ifa olunur ki,  mən bu 

muğama Alim Qasımovun və Təyyar Bayramovun ifalarında qulaq 

asmışam. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

86 


 

V FƏSİL 

 

ŞİKƏSTƏLƏR 

 

 

Azərbaycan  professional  musiqimizdə  Zərbi-muğamlar  qru-

puna  daxil  olan  bir  musiqi  janrlarıda  vardır  ki,  bunlara  «şikəstə» 

(mənası – sınıq, qırılmış, məğlub edilmiş deməkdir) deyilir. Ölçüsü 

2/4-dür.  Bu  növ  musiqi  janrı  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvələ-

rində özünə geniş vüsət tapmışdır. 

Şikəstənin  musiqi  materialı  segah  lad-məqamına  əsaslanır. 

Çünki, «Segah» muğamındakı inilti, şikayət və lirik-qəm Şikəstənin 

əsas  leytmotividir.  Şikəstələr  lirik  planda  təsirli  emosional  qüvvə 

yaratmaq imkanına malikdirlər. Əvvəllər aşıq musiqisində meydana 

gəlmiş  şikəstənin  müxtəlif  növləri  yaranmışdır  ki,  bunlara  «Qədim 

şikəstə», «Qocaman şikəstə», «Şirvan şikəstəsi», «Zarıncı şikəstə», 

«Qobustan  şikəstəsi»,  «Peyvənd  şikəstə»,  «Sarı  torpaq  şikəstəsi», 

«Badamı  şikəstə»,  «Qazax  şikəstəsi»,  «Kərəm  şikəstəsi»,  «Turabı 

şikəstə» və s. aiddir. 

«Aşıqların repertuarına daxil olan «Bayatı» və «Şikəstə» kimi 

xüsusi,  başlıca  olaraq  kədərli,  təsirli  melodiyalar  silsiləsində  əvvəl 

xalqın  inqilabdan  ağır  taleyi  öz  ifadəsini  tapmışdır.  Xalq  arasında, 

həmin mahnıların küllü miqdarda mətni və musiqi variantı meydana 

gəlmişdir;  bunlar  müxtəlif  rayonlarda,  müxtəlif  şəkillərdə  ifa  olu-

nur.  Bizə  «Bayatı»  və  «Şikəstə»nin  onlarca  müxtəlif  variantı  gəlib 

çatmışdır» (4). 

Azərbaycan  xanəndəlik  sənətində  şikəstənin  iki  növü  vardır: 

«Qarabağ şikəstəsi» və «Kəsmə şikəstə» (Bəzi tədqiqatçılar «Kəs-

mə şikəstə»yə  «Sarı torpaq şikəstəsi» deyirlər. Bu düz deyil. Bu iki 

şikəstə  arasında  fərq  böyükdür.  Həm  mətn  və  həm  də  melodiya 

baxımından. Əksər hallarda «Qarabağ şikəstəsi»ni əsasən qarabağlı-

lar,  «Şirvan  şikəstəsi»ni  və  «Sarı  torpaq  şikəstəsi»ni  şirvanlılar, 

«Kəsmə şikəstəsi»ni isə abşeronluların ifa edirlər).  Bu iki şikəstələr 




 

87 


xanəndələrin repertuarında özlərinə geniş yer tutmuş və xalqımız tə-

rəfindən  sevilə-sevilə  dinlənilən  zərbi  muğamlardandır.  «Qarabağ 

şikəstəsi»ni əsasən kişi, «Kəsmə şikəstəni» isə qadın xanəndələri ifa 

edirlər. 

«Qarabağ  şikəstəsi»  ancaq  «Mirzə  Hüseyn  segahı»na  («lya» 

mayəsilə), «Kəsmə şikəstə» isə «Segah» kökündə yəni «mi» mayəli 

«Orta  segah»da,  «lya»  mayəli  «Mirzə  hüseyn  segahı»  və  «sol» 

mayəli  «Həşim segahı»  kökündə  ifa oluna bilər.  Burada xanədənin 

seçimi azaddır. 

«Qarabağ şikəstəsi»ndə musiqi ölçüsü 2/4-dür. Xanəndə tərə-

findən bir kuplet yəni dörd misra ifa olunduqdan sonra instrumental 

epizod ifa olunur. «Qarabağ şikəstəsi»nin musiqisi xanəndələr tərə-

findən  uzadıla-uzadıla  oxunursa,  «Kəsmə  şikəstə»də  musiqi  cüm-

lələri qırıq-qırıq (kəsilə-kəsilə) ifa olunur. Elə  «kəsmə» sözüdə bu-

radan götürülüb. 

İstər  «Qarabağ  şikəstəsi»  və  istərsə  də  «Kəsmə  şikəstə»nin 

melodiyasında  sevginin  əmələ  gətirdiyi  hisslərdən  yaranan  şikayət, 

əzab,  ümid  vəsf  olunur  ki,  bu  da  insanda  kövrəklik,  dərin  lirizm, 

emosionallq yaradır. Bu şikəstələrin mətni üçün «Bayatılar»dan isti-

fadə olunur. 

Hal-hazırda  muğam  ifaçılığında  «Şirvan  şikəstə»sindən  də 

geniş istifadə olunur. Segah – lad məqamına əsaslanan bu zərbi mu-

ğam  aşıqların  repertuarı  ilə  yanaşı  xanəndələrin  də  repertuarında 

özünə layiqli yer tutmuşdur.  

Azərbaycan  xanəndələrindən  əksəri  şikəstələri  ifa  ediblər. 

Bunlardan Cabbar Qaryağdı oğlunu, Keçəçi oğlu Məhəmmədi, Mə-

şədi  Məmməd  Fərzəliyevi,  Dabbax  Məmmədqulunu,  Aşıq  Mirzə 

Bilal Mikayılovu (1872-1937), Seyid Şuşinskini, Pəsxan Cəlili, Hə-

şim Kələntərlini, Xan Şuşinskini, Yavər Kələntərlini, Həqiqət Raz-

yevanı,  Sürəyya  Qacarı  (1910-1992),  Ağabala  Abdullayevi,  Aşıq 

Bəylər  Qədirovu  (1914-1991),  Aşıq  Əvəz  Fərman  oğlunu,  Gülxar 

Həsənovanı, Hacıbaba Hüseynovu, Sara Qədimovanı, Şövkət Ələk-

bərovanı,  Aşıq  Şakir  Hacıyevi  (1922-1978),  Aşıq  Pənah  Pənahovu 

(1926-1978),  Fatma  Mehrəliyevanı,  Qulu  Əsgərovu,  Yaqub  Məm-




 

88 


mədovu,  Nəriman  Əliyevi,  Aşıq  Məmmədağa  Babayevi  (1932-

1977), Eynulla Əsədovu, Əli Mehdiyevi, Eynulla Çəbrayılovu, Qə-

dir Rüstəmovu, Arif Babayevi, Canəli Əkbərovu, Sabir Mirzəyevi, 

Sabir Novruzovu, Aşıq Rza Qobustanlını (1944-1993), Qəndab Qu-

liyevanı,  Ağaxan  Abdullayevi,  Səxavət  Məmmədovu,  Sahibə  Əh-

mədovanı  (Abbasova),  Səkinə  İsmayılovanı,  Şahnaz  Haşımovanı, 

Alim  Qasımovu,  Mənsum  İbrahimovu,  Zahid  Quliyevi,  Mələkxa-

nım Əyyubovanı, Aşıq Ağamurad İsrafilovu (1964), Zeynəb Behbu-

dovanı, Almaz Orucovanı, Elnarə Abdullayevanı, Aygün Bayramo-

vanı, Nəzakət Teymurovanı, Səbuhi İbayevi, Aşıq İslam Rza oğlunu 

(1977-2013), Təyyar Bayramovu və b. göstərmək olar. 

 

 



 

 

 

 


 

89 


 

NƏTİCƏ 

 

Azərbaycanda şifahi professional musiqi bir-birə yaranmamış-

dır. Bu musiqi uzun əsrlər boyu cilalanaraq bizə gəlib çatmışdır. 

«Muğam, muğamat-mürəkkəb ideya-emosional məna daşıyan, 

dərin və bitkin təfəkkür, bədii həyacan və müxtəlif musiqi obrazla-

rının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur. 

Muğamat  yarandığı  ən qədim zamanlardan başlayaraq,  əsrlər boyu 

davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləş-

miş,  formalaşmış,  kamilləşmişdir.  Muğamat-xalq  vokal-instrumen-

tal  kompozisiyasının  ən  yüksək  yaradıcılıq  mərhələsinə  çatdırılan 

nümunəsidir. Muğamın bütün hissələri müəyyən bədii fikri müxtəlif 

bədii ifadə vasitələri ilə əyan edir. Muğamın hər bir hissəsi (şaxəsi, 

şöbəsi, guşəsi) çöx vaxt özü-özlüyündə müstəqil bir mahiyyət kəsb 

edir  və  ayrılıqda  ifa  edilə  bilsə  də,  onun  mütəşəkkil  vahid  əsas 

inkişaf  xətti  ardıçıl  surətdə  məntiqi  qaydalara  əsaslanaraq  öz 

bütövlüyünü, tamlığını heç də itirmir. Muğam ciddi məzmunlu mu-

siqi  ilə  yanaşı  asan  (yüngül)  musiqi  nümunələrini  də  (təsnif,  rəng) 

özündə təcəssüm etdirir» (3). 

«Muğamat  sənətində  təcəssüm  edən  estetik  ideal  özündə  ka-

millik, harmoniya, gözəllik, xeyir, həqiqət (bilik), məhəbbət, inam, 

qəhrəmanlıq, kişilik kimi elementləri də birləşdirir... 

Sufizmə görə, muğam, haqqa çatmaq yolunda, Allahla qovuş-

maq yolunda pillələrdir («dayanacaqlardır»). Hər bir muğam bir ne-

çə mənəvi keyfiyyətləri, kamil (mütləq) şəxsiyyətin bir neçə səviy-

yəsini özündə təcəssüm etdirir» (1). 

Bütün xalqlarda olduğu kimi bizdə də şifahi prosesional mu-

siqi  olduğu  kimi  qalmır,  o,  müxtəlif  istedada  malik  olan  yaradıcı 

insanların vasitəsilə inkişaf edərək əsrdən-əsrə tərəqqi edir. 

«... qədim və orta əsr Azərbaycan xalqının musiqi mədəniyyə-

ti  təkcə  musiqi  praktikasının  yüksək  səviyyəliyi  ilə  deyil,  eyni  za-

manda elmi-nəzəri cəhətdən inkişafı ilə də fərqlənmişdir. Bu da öz 



 

90 


növbəsində şifahi-professional musiqinin inkişaf etmiş formalarının 

yaranması üçün təməl daşına çevrlmişdir» (20). 

Azərbaycanda  şifahi  professional  musiqinin  formalaşmasında 

xanəndə və sazəndələrimizin rolu böyükdür. Bunların yaradıcılıqla-

rını xalq özü yüksək qiymətləndirmişdir. 

Bütün  zamanlada  xanəndə  və  sazəndələrin  ədəb  və  ərkanı 

xalqa bir növ nümunə olmuşdur. Onlar öz hərəkətlərində və geyim-

lərində səliqəli olduğu kimi ifalarında da məntiqi ardıcıllığı düzgün 

aparmalıdılar. Belə olduqda xanəndə və sazəndələrdən bilik, yüksək 

musiqi duyumu, təcrübə tələb olunurdu. O dövrdə meydana gəlmiş 

müxtəlif məktəblərin fəaliyyəti də diqqətə layiqdir. 

XIX əsrdə  Şuşa şəhərində  Xarat  Qulunun (1823-1883)  yarat-

dığı  musiqi  məktəbi  o  dövrün  klassik  xanəndələrinin  yaranmasına 

böyük təkan verdi.  Hacı Hüsü, Məşədi  İsi,  Şahnaz Abbas, Bülbül-

can, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd kimi xanəndə-

lər Xarrat Qulunun yaratdığı musiqi məktəbinin yetirmələridir. 

Xarrat  Qulu  vəfat  etdikdən  sonra  Şuşada  kor  Xəlifə  (Molla 

Əli  Molla  Kəlbəli  oğlu)  və  onun    musiqi  məktəbinin  (1883-1893) 

mühüm  rolu  olmuşdur.  O,  məktəbdə  muğam  oxumağı,  tar  və  ka-

mança  çalmağı  öyrədirdilər.  Kor  Xəlifənin  vəfatından  sonra  bu 

məktəb fəaliyyətini dayandırmışdır. 

XIX əsrin 80-cı illərində Şuşada yeni bir məclis peyda olmuş-

dur ki, onu da Mir Möhsün Navvab yaratmışdır. Onun musiqi məclisi 

Xarrat  Qulu  və  Kor  Xəlifədən  sonra  Azərbaycan  musiqisində  gör-

kəmli  rol  oynamışdır.  M.M.Nəvabın  musiqi  məclisinini  üzvləri  Mə-

şədi  İsi,  Sadığcan,  Keştazlı  Həşim,  Şahnaz  Abbas,  Malıbəyli  Cüm-

şüd, Cabbar Qaryağdı oğlu, Keçəki oğlu Məhəmməd və başqaları idi. 

Bu  xanəndələr  gərgin  əməyi  sayəsində  muğam  dəstgahları,  təsniflər 

və rənglər müxtəlif ölkələrə yayılaraq geniş vüsət tapmışdır. 

Hal-hazırda  bizim  ölkədə  iki  musiqi  cərəyanı  inkişaf  edir. 

Bunlardan birincisi şifahi ənənəli professional musiqi, digəri isə hə-

min bu musiqiyə söykənən professional bəstəkar yaradıcılığıdır. 



 

Yanvar, 2015 


 

91 


 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Abdullazadə G. Qədin və orta əsrlərin musiqi mədəniyyəti. Bakı, 



1996, s. 165. 

2. Bakıxanov Ə. Ömrüm sarı simi. Bakı, 1985. 

3. Bədəlbəyli Ə. Musiqi lüğəti. Bakı, 1969. 

4. Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı, 1968. 

5. Cabbar Qaryağdı oğlu. Azərbaycan xalq musiqisi haqqında (əlyaz-

ma). AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun arxivi, Qovluq №167. 

6. Əkbərov C. Muğamın bədii-estetik fəlsəfi mahiyyəti və onun təd-

risi problemləri. Bakı, 2004. 

7. Əliverdibəyov A. Rəsmli musiqi tarixi. Bakı, 2001. 

8. Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, 1985. 

9. Hacıbəyov Ü. Əsərləri. II cild, Bakı,1965. 

10. İmrani R. Muğam tarixi. Bakı, 1998. 

11. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin janrları, Bakı. 1984. 

12.  Kazımov  N.  K.  Ümumtəhsil  məktəblərində  muğamların  tədrisi 

məsələləri. Bakı, 2000. s. 74; 75. 

13. Məmmədov V. Muğam, söz, ifaçı. Bakı, 1981. s. 48; 49. 

14. Rəhmətov Ə. Əhməd Bakıxanov. Bakı, 1977 

15.  Rəcəbov  O.,  Hidayətova  F.  Ümumtəhsil  məktəblərində  musiqi 

tədrisi və tərbiyəsi metodikası. Bakı, 2013. s. 198. 

16. Səfərova Z. Azərbaycanın musiqi elmi. Bakı, 2006. 

17. Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı, 1985. 

18. Şuşinski F. Musiqişünasın düşüncələri. Bakı, 1995. 

19. Zöhrabov R. Muğam. Bakı, 1991. 

20.  Zöhrabov  R.  Şifahi  ənənəli  Azərbaycan  professional  musiqisi. 

Bakı, 1996. 

21. Виноградов В. С. Вопросы развития музыкальной культуры 

СССР.-М.: Сов. комп. 1961-302с. 

22. Грубер Р. История муэыкальной культуры. Т. 1 С древней-

ших времен до конца XVI века. ч.1. М.-Л. Госмузиздат., 1941-595 с. 

 

 




 

92 


 

BAŞLIQLAR 

 

 



 

GİRİŞ .......................................................................................................... 3 

 

I FƏSİL 

MUĞAM DƏSTGAHININ TƏRKİB HİSSƏLƏRİ .................................. 8 

 

II FƏSİL 

ƏSAS MUĞAMLAR ............................................................................... 17 



2.1. Rast .................................................................................................... 17 

2.1.1. «Rast» ailəsinə daxil olan muğamlar ....................................... 25 

2.1.1.1. Mahur-hindi .......................................................................... 26 

2.1.1.2. Orta Mahur ............................................................................ 29 

2.1.1.3. Bayatı-Qacar ......................................................................... 30 

2.1.1.4. Dügah .................................................................................... 32 

2.2. Şur ...................................................................................................... 34 

2.3. Segah ................................................................................................. 40 

2.3.1. Zabul-segah .............................................................................. 45 

2.3.2. Mirzə Hüseyn segahı ................................................................ 48 

2.3.3. Xaric segah ............................................................................... 49 

2.4. Cahargah ............................................................................................ 50 

2.5. Şüştər ................................................................................................. 58 

2.6. Bayatı-Şiraz ....................................................................................... 61 

2.7. Hümayun ........................................................................................... 66 

 

III FƏSİL 



3.1. Kiçik həcmli muğamlar ..................................................................... 70 

3.1.1. Qatar ......................................................................................... 71 

3.1.2. Rəhab ....................................................................................... 72 

3.1.3. Şahnaz ...................................................................................... 74 

3.1.4. Bayatı-Kürd .............................................................................. 76 

3.1.5. Dəşti ......................................................................................... 77 

 

 




 

93 


IV FƏSİL 

4.1. Zərbi muğamlar ................................................................................. 80 

4.1.1. Heyratı ..................................................................................... 81 

4.1.2. Arazbarı ................................................................................... 82 

4.1.3. Mənsuriyyə .............................................................................. 82 

4.1.4. Səmayi-şəms ............................................................................ 83 

4.1.5. Osmanlı.................................................................................... 84 

4.1.6. Ovşarı ...................................................................................... 84 

4.1.7. Heydəri .................................................................................... 84 

 

V FƏSİL 

ŞİKƏSTƏLƏR ......................................................................................... 86 

 

NƏTİCƏ ................................................................................................... 89 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT................................................... 91 

 



 

94 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

95 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Ахундов Имран Адил оглы 



 

Азербайджанские мугамы 

 

Монография 



(на азербайджанском языке) 

 

Баку – Мутарджим – 2015 



 

 

 



 

 



 

96 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Чапа имзаланыб: 24.04.2015. 



Формат: 60х84 1/16. Гарнитур: Тимес. 

Щяъми: 6 ч.в. Тираж: 100. Сифариш № 77. 

 

 

 



ТЯРЪЦМЯ 

ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 

МЯРК ЯЗИ

Аз 1014, Бак ы

, Рясул Рза к цч., 125

596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru

 

www.mutercim.az 



 

 

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə