İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

81 


bunlar  da  həm  vokal,  həm  də  instrumental  partiyalarda  qarşılıqlı 

əlaqədə istifadə edilir. 

Zərbi  muğamlar  sazəndə  və  xalq-çalğı  alətləri  ansambılının 

müşayəti ilə ifa olunur. Azərbaycan bəstəkarları bu muğamlardan öz 

əsərlərində  geniş  istifadə  etmişdilər.  Zərbi  muğamların  ifası  üçün 

xanəndədən  yüksək tessituralı  səs  əsas  şərtdir. Onun ifası  üçün xa-

nəndə  peşəkar  olmalıdır.  Keçmişdə  bu  muğamları  əsasən  kişi  xa-

nəndələri  ifa  etmişlər.  Müasir  zamanda  isə  zərbi  muğamlar  qadın 

xanəndələrinin repertuarında da özünə geniş yer tapmışdır. 

Zərbi muğamları ifa edən xanəndə qavaldan məharətlə istifadə 

etməlidir.  Əgər  belə  olmasa  xanəndə  muğamın  ritmini  tuta  bilməz. 

Bu xanəndədən zərbi muğamı ifa etməkdə böyük çətinliklər yaradar.  

 

 

4.1.1. Heyratı 



 

«Rast»  ailəsinə  daxil  olan  «Heyratı»  zərb  muğamı  «do»  ma-

yəli  rast  məqam-ladına  əsaslanır.  Bu  muğamın  əsl  adı  «Əraq-Ka-

bili»dir. «Kabili» üstüdür («re» pərdəsi).  

«Mahur-hindi»  muğam  dəstgahının  ayrı-ayrı  melodiyalarını 

özündə  birləşdirən,  nikbinlik  və  qəhrəmanlıqı  özündə  əks  etdirən 

«Heyratı» zərb muğamının ölçüsü 2/4-dür. Bu muğamın bütün va-

riantlarında qəzəl ifa olunur. 

«Heyratı» zərbi-muğamı ifası mürəkkəbdir. Çünki xanəndə bu 

muğamı  başladıqda  nəfəs  almamalıdır.  «Heyratı»nın  əvvəli  birnə-

fəsə  ifa  olunmalıdır.  Bu  muğam  qəhrəmanlıq  ehtiraslarını  özündə 

birləşdirən sadə muğam dəstgahıdır. 

Azərbaycanda «Heyratı» zərb muğamının Cabbar Qaryağdı oğ-

lu,  Keçəçi  oğlu  Məhəmməd,  Məşədi  Məmməd  Fərzəliyev,  Dabbax 

Məmmədqulu  (Şuşinski),  Seyid  Şuşinski,  Xan  Şuşinski,  Tükəzban 

İsmayılova, Bakir Haşımov, Yaqub Məmmədov, Ağababa Novruzov, 

Vəli  Məmmədov,  Canəli  Əkbərov,  Sabir  Novruzov,  Səxavət  Məm-

mədov, Alim Qasımov, Təyyar Bayramov və b. ifaçıları vardır. 

 



 

82 


 

4.1.2. Arazbarı 

 

«Şur» muğam ailəsinə daxil olan ağır templi «Arazbarı» mu-

ğamının  ölçüsü  3/4  olub,  şur-lad  məqamına  əsaslanır.  Bu  muğamı 

dinlədikdə insanda lirik və nikbin əhval-ruhiyyə yaranır. 

«Heyratı»  zərb  muğamı  kimi  «Arazbarı»dan  mürəkkəbdir. 

«Arazbarı»nı  oxumaq  ona  görə  çətindir  ki,  bu  muğamda  ritm 

dəyişir. «Arazbarı»nın ritmin saxlamaq çətindir.  

A.Əliverdibəyov  yazır  ki;  «Əvvəlcə  əcəm,  gərdaniyyə  göstə-

rib,  sünbülə,  müxəyyar,  gərdaniyyə,  əcəm,  hüseyni,  nəvaya  qədər 

enib,  bəd  çahargah,  nəva,  hüseyni,  əcəm,  gərdaniyyə,  müxəyyər 

göstərərək təkrar pərdə-pərdə bu üslub üzrə çahargah, segah ilə dü-

gahda qərar elər. Bu məqam ala franğada re minora müşabihdir (7). 

«Arazbarı» zərbi-muğamının sözləri əsasən floklora əsaslanır. 

«Arazbarı»  əsasən  Cabbar  Qaryağdı  oğlunu,  Seyid  Şuşinki, 

Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski, Hacıbaba Hüseynov, Ya-

qub Məmmədov, Nəriman Əliyev, Ağaxan Abdullayev, Sahibə Əh-

mədova (Abbasova), Alim Qasımov, Mənsum İbrahimov, Qəzənfər 

Abbasov, Almaz Orucova və b. tərəfindən ifa olunmuşdur. 

 

 

4.1.3. Mənsuriyyə 



 

«Mənsuriyyə»  zərbi  muğamı  çahargah  məqam-ladının  «do» 

kökünə əsaslanır. Bu muğam həm müstəqil zərbi-muğam kimi, həm 

də  «Çahargah»  dəstgahının tərkbində  daxil olmuş  zil şöbə kimi  ifa 

olunur. 

«Mənsuriyyə» əvvələr «Rast» və «Segah Zabul» muğam dəst-

gahlarının  tərkibində  şöbə  kimi  də  oxunardı.  Bu  mübariz  və  qəh-

rəman xarakterli zərbi-muğamı olan «Mənsuriyyə» ilə birlikdə bəzi 

hallarda  «Üzzal»  («Zərb  mənsuriyyə»)  şöbəsindən  də  istifadə  olu-

nur. Əgər «Üzzal» ifa olunursa ritmik fon axıra qədər saxlanılır. 




 

83 


«Mənsuriyyə»  zərbi  muğamı  ifa  edən  xanəndə  əsasən  qəzəl 

mətnindən istifadə edir. 

«Mənsuruyyə»ni  müstəqil  zərbi  muğam  kimi  Mirzə  Məhəm-

mədhəsən, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Yaqub Məmmə-

dov,  Mürşüd  Məmmədov,  Qədir  Rüstəmov,  Canəli  Əkbərov,  Səfa 

Qəhrəmanov,  Səxavət  Məmmədov,  Alim  Qasımov,  Təyyar  Bayra-

mov və b. öz repertuarlarına daxil etmişlər. 

 

 



4.1.4. Səmayi-şəms 

 

XIX  əsrdə  Qarabağda  geniş  yayılmış  muğamlardan  olan 

«Şəmayi-şəms»  («Simayi-şəms»)  zərbi  muğamı  şur  lad-məqamına 

əsaslanır.  «Səmayi-şəms» zərbi muğam  olmaqdan başqa, həmçinin 

«Şur»  dəstgahının  kulminasiya  şöbəsi  sayılır.  Hal-hazırdakı  «Şur» 

dəstgahında «Səmayi-şəms» «Əşran»dan sonra ifa olunur. «Səmayi-

şəms»dən sonra «Hicaz» və «Sarənc» şöbələri ardıclılaşır. 

Xanəndə  bir  ağız  «Səmayi-şəms»  ifa  etdikdən  sonra  ikinci 

ağız «Ruh-ül-ərvah» oxumalıdır.  

«Səmayi-şəms»  müstəqil  zərbi  muğamı  kimi  ifa  olunduqda 

«Hicaz» və «Sarınc» şöbələri də onunla birlikdə oxunur. Bu muğam 

digər zərbi muğamlarla müqayisədə daha iri həcmlidir ki, çünki, bu-

rada üç şöbə («Səmayi-şəms», «Hicaz», «Sarənc») ifa olunur. 

Dinləyicilərdə lirik, şən ovqat yaradan «Səmayi-şəms» muğa-

mını  ifa edən tarzən güclü  və dolğun mizrablardan istifadə etməli-

dir.  Bu  muğamı  ifa  edən  xanəndə  əruz  vəznində  yazılmış  qəzəllər 

ifa etməlidir. Və bu muğamın bir xarakterik cəhəti var ki, o, ancaq 

mülayim templi təsniflə sona çatmalıdır. 

«Səmayi-şəms»  zərbi  muğamı  Cabbar  Qaryağdı  oğlu,  Seyid 

Mirbabayev,  Ələkbər  Xamuş  oğlu,  Səxavət  Məmmədov,  Sahibə 

Əhmədova  (Abbasova),  Səkinə  İsmayılova,  Alim  Qasımov,  Zahid 

Quliyev,  Mələkxanım  Əyyubova,  Simarə  İmanova,  Səbuhi  İbayev 

kimi xanəndələr tərəfindən ifa olunmuşdur. 

 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə