İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

77 


Yuxarı  istiqamətli  melodiyaya  mənsub  olan  «Bayatı-Kürd» 

şöbəsinin  musiqi  axınının  xarakteri  çağırış  ruhlu  olub,  insana  nəyi 

isə xabər verməyə bənzəyir. 

«Bayatı-Kürd»dən  sonra  «Bayatı-Əcəm»  şöbəsi  ardıclılaşır. 

Əcəm-ərəb  olmayan  insana  deyilir.  «Bayatı-Əcəm»ində  mənası 

«Əcəmin bayatısı» deməkdir. Dinləyiciləri təlatümə gətirən «Bayatı-

Əcəm»  şöbəsi  ondan  əvvəlki  «Bayatı-Kürd»  şöbəsinə  nisbətən  zil 

registrli pərdələri əhatə edir, insanda nikbinlik və həyacan yaradır. 

«Bayatı-Kürd» dəstgahı «Bayatı-kürdə ayaq» şöbəsilə yekun-

laşır ki, bu da melodiya baxımından birinci şöbənin musiqi materia-

lına  yaxın  olub,  tədricən  enmə  prosesinə  yaxındır.  «Bayatı-Kürd» 

dəstgahında enmə vəzifəsini  «Azərbaycan» adlı musiqi etibarilə əl-

van və şəffaf guşə yerinə yetirir ki, bu da muğamın tamamlanması-

na səbəb olur. 

Kiçik həcmli muğamlar təsnif və ya dəramədlə başlanır. «Ba-

yatı-Kürd»ündə  iki  məşhur  təsnifi  vardır  ki,  bunlardan  birincisinin 

tempi  ləngərli  və  mülayim,  ikincisinki  isə  yeyindir.  «Bayatı-Kürd» 

dəstgahının əvvəlində ləngərli və mülayim təsnif, sonunda isə yeyin 

tipli təsnif ifa olunur. 

«Bayatı-Kürd»  muğamının  Dadaş  Muradxanov,  Məşədi 

Məmməd  Fərzəliyev,  Mirzə  Güllər,  Dabbax  Məmmədqulu  (Şuşin-

ski), Seyid Şuşinski, Bakir Haşımov, Qulu Əsgərov, Əlibaba Məm-

mədov,  Qədir  Rüstəmov,  Rəsmiyyə  Sadıqova,  Arif  Babayev,  Ağa-

xan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Zabit Nəbizadə ki-

mi xanəndələr ifa etmişlər. 

 

 



3.1.5. Dəşti 

 

Kiçik  həcmli  muğamardan olan  və şur lad-məqamına  əsasla-

nan «Dəşti» (ərəb sözü olub, mənası-çöl, səhra deməkdir) Azərbay-

can ifaçıları tərəfindən geniş yayılmışdır. 

«Dəşti»də «Hümayun» muğamı kimi İran muğamları arasında 

xüsusi nüfuza malikdir. Müasir İran musiqişünaslarının  əsərlərində 




 

78 


«Dəşti»  vokal  təfsirdə  9  və  instrumental  variantda  isə  20  guşəni 

özündə cəmləşdirir. 

Azərbaycanın XIX əsrinin muğam cədvəllərində «Dəşti» şöbə 

əhəmiyyətinə malik olmuşdur. Xanəndə və sazəndələr ondan «Şur» 

dəstgahının  şöbəsi  kimi  istifadə  edərdilər.  XX  əsrin  əvvəllərində 

xanəndələr (Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşə-

di  Məmməd  Fərzəliyev)  «Dəşti»ni  müstəqil  muğam  kimi  ifa  et-

mişlər.  Beləliklə,  məlum  olur  ki,  «Dəşti»  XX  əsrin  əvvəllərində 

müstəqil muğam kimi ifa olunmuşdur. 

Ə.Bədəlbəyli  özünün  «Musiqi  lüğəti»ndə  «Dəşti»  muğamını 

səkkiz  şöbə  və  guşədən  ibarət  olduğunu  qeyd  etmişdir:  «Dübeyti», 

«Gileyi»,  «Gəbri»,  «Bayatı-Kürd»,  «Nəhib»,  «Qərai»,  «Məsnəvi-

nur», «Şah Xətai». 

Hal-hazırda  ifa  olunan  «Dəşti»  üç  şöbəni  özündə  birləşdirir: 

«Mayeyi-Dəşti», «Cidayi», «Gəbri». 

Aramlı  melodiyaya  malik  olan  «Mayeyi-Dəşti»  şöbəsi  mü-

layim və sakit xarakterə malikdir. Ondan sonra ifa olunan «Cidayi» 

(farsca mənası-mizraq, süngü deməkdir) şöbəsinin musiqi ritmi əv-

vəlki  şöbə  ilə  müqayisədə  nisbətən  yeyindir.  Bu  şöbəni  dinlədikdə 

insanda həyacanlı anlar əmələ gəlir. 

Sonra  «Gəbri»  (Gəbr-böyük,  ulu,  yaşlı  deməkdir)  şöbəsi  ifa 

olunur  ki,  buradakı  melodiyaya  təkəbbürlük  və  nuranilik  xasdır. 

«Dəşti»  nin  xarakterinə  uyğun  olan  ağayanalıq,  sambal,  ciddilik 

«Gəbri» şöbəsində özünü daha da artıq biruzə verir. 

«Dəşti»  muğamını  ifa  edərkən  iki  təsnifdən  istifadə  olnur 

(təsniflər  Əlibaba Məmmədov tərəfindən bəstələnmişdir). Təsniflə-

dən  biri  muğamın  əvvəlində,  digəri  isə  sonunda  ifa  olunur.  «Dəş-

ti»də ifa olunan birinci təsnif müqəddimə rolunu oynayır yəni dəra-

məd  və  rəng  əvəzinə  istifadə  olunur.  Sonra  «Mayeyi-Dəşti»  şöbəsi 

ifa olunur. Başqa muğamlarda olduğu kimi  «Dəşti»nin digər şöbə-

ləri arasında rəng çalınmır. Və nəhayət  «Dəşti»nin sonu lirik, emo-

sional səçiyyəyə daşıyan ikinci təsnif ilə yekunlaşır. 

Azərbaycanda «Dəşti» muğamının yaxşı ifaçıları olub ki, bun-

lardan  Səttarı,  Cabbar  Qaryağdı  oğlunu,  Keçəçi  oğlu  Məhəmmədi, 




 

79 


Məşədi  Məmməd  Fərzəliyevi,  Seyid  Şuşinskini,  Əlibaba  Məmmə-

dovu,  Novruz  Feyzullayevi,  Rübabə  Muradovanı,  İslam  Rzayevi, 

Ramiz  Haçıyevi,  Süleyman  Abdullayevi,  Sabir  Mirzəyevi,  Təhmi-

raz Şirinovu, Səxavət Məmmədovu, Alim Qasımovu, Zabit Nəbiza-

dəni və başqalarını göstərmək olar. 

 



 

80 


 

IV FƏSİL 

 

 

4.1. Zərbi muğamlar 

 

Azərbaycanda inkişaf etmiş şifahi professional musiqisinin ən 

geniş yayılmış qolarından biri də zərbi (ritmik) muğamlardır. Zərbi-

muğamlar  qarışıq  bəhrli  qrupa  aid  olub,  Azərbaycan  xalq  musiqi-

sinin üçüncü qrupuna daxildir. 

«Şifahi  ənənəvi  professional  musiqi  tarixinin  öyrənilməsi 

göstərir ki, zərbi muğamların yaranması XIX əsrin axırları XX əsrin 

əvvəllərində şəhər musiqi həyatı-sazəndəlik sənəti ilə bağlıdır. Zər-

bi-muğamların yaranması konkret ifaçılıq ənənəsi ilə də əlaqədardır. 

...  Zərbi  muğamların  ifa  üslubu,  xüsusən  vokal  partiyasının 

müşayəti vaxtı instrumental ifada aşağıdakı ritmlərdən geniş istifadə 

edilməsi,  həmçinin  melodiyanın  xarakterik  xüsusiyyəti  onun  aşıq 

musiqisindən bəhrələndiyindən xəbər verir. 

Qədim  aşıq  havaları  içərisində  «Ovşarı»,  «Heydəri»,  «Hey-

ratı»,  «Koroğlu»,  «Osmanlı» (Mani) və s.  adlara  rast  gəlinməsi  də 

sübut edir ki, aşıq musiqi havaları ilə Zərbi muğamlar arasında sıx 

bağlılıq  var.  Bu  problem  öz  aktuallığına  görə  dissertabelli  olduğu 

üçün  onun  xüsusi  tədqiqat  obyektinə  çevrilməsinin  musiqişünaslıq 

elmi  üçün  mühüm  əhəmiyyəti  var.  Zərbi  muğamların  axırında  bir 

çox  xanəndələr  «təsnif»lərə  də  müraciət  edir.  Vaxtı  ilə  böyük 

sənətkar xanəndə S. Şuşinskinin məharətli ifa üsulundan indi müasir 

xanəndələr  geniş  istifadə  edirlər.  Zərbi  muğamlarda  muğam-

dəstgahlarının  tərkib  hissələrindən:  1)  muğamların  vokal  partiya-

sından;  2)  İnstrumental  musiqi  nömrələri  (rənglər)ndən  3)  təsnif-

lərdən  istifadə  edilməsi  onların  (zərbi  muğam)  sadə  vokal-instru-

mental muğam dəstgahları qrupuna daxil olmasını sübut edir» (10). 

Başqa  muğam  dəstgahlarında  olduğu  kimi  zərbi  muğamlar 

üçün də enən, yüksələn və enən melodik hərəkətlər xarakterikdir ki, 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə