İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

68 


şöbəsidir («Hümayun» dəstgahı «Möləvi» ilə də başlaya bilər. Belə 

olduqda «Möləvi»dən «Mayeyi-Hümayun»a rahat keçmək olur). 

«Mayeyi-Hümayun»dakı  əhvali-ruhiyyə  ondan  sonra  gələn 

«Feli»  guşəsində  də  davam  edir  (Əgər  «Feli»  oxunursa  «Möləvi» 

oxunmamalıdır.  «Möləvi»  «Hümayun»da  yoxdur,  «Şiştər»də  var. 

«Feli» Şüştərə çox oxşayır, ayaqları fərqlidir. Seyid Şuşinski  «Hü-

mayun»u  lentə  yazdıranda  «Möləvi»  oxumayıb.  «Mayeyi  Hüma-

yun», «Feli», «Tərkib» və «Üzzal» ifa edib).      

«Feli» guşəsindən sonra gələn  «Şüştər» şöbəsi əvvəllər  «Hü-

mayun»  dəstgahında  olmayıb,  bu  şöbə  «Hümayun»a  yaxın  zaman-

larda daxil olub. 

«Şüştər» muğamının mayəsini xatırladan «Şüştər» şöbəsi din-

ləyicilərdə qəmginlik  yaradır. Bu həm də  «Hümayun»dan  «Şüştər» 

muğamına müvəqqəti keçid rolunu oynamaqla yanaşı, bu iki muğa-

mın  («Şüştər»  və  «Hümayun»)  məqam  baxımından  qohumluğunu 

göstərir. 

««Hümayun»da  işlənən  bəzi  şöbələrin  özlərində  də  xanəndə 

və sazəndələrimiz məhz «Şüştər ayağı» edirlər. Bundan əlavə «Hü-

mayun»  dəstgahının  diringə,  rəng,  təsnif  nümunələrində  də  bu  cür 

ayaqlara (yekunlara) rast gəlmək olar» (19). 

«Şüştər»  şöbəsindən  sonra  «Hümayun»  dəstgahının  zil  re-

gistrli hissələri gəlir ki, bunlara da  «Tərkib»,  «Bidad»  («Üzzal»  da 

oxuna bilər) və «Kiçik məsnəvi» aiddir. 

Axıcı  və  ürəyə  yatımlı  melodiyası  olan  «Tərkib»  iki  muğam 

dəstgahının  («Şüştər»  və  «Hümayun»)  mərkəzi  şöbəsidir.  «Tər-

kib»dən  sonra  ardıcıllaşan  «Bidad»  («Üzzal»)  və  «Kiçik  məsnəvi» 

şöbələri  ifa  olunur.  Haqsızlıqdan  şikayət  mənasında  işlədilən 

«Bidad»  şöbəsi  («Bidad»  şöbəsi  əvvəllər  «Hümayun»  dəstgahında 

ifa  edilirmiş.  Lakin  sonralar  o,  unudulmuş  və  «Üzzal»  şöbəsi  ilə 

əvəzlənmişdir. Əllinci illərin sonlarında xanəndə Əlibaba Məmmə-

dov  «Bidad»ı  yenidən  «Hünayun»  dəstgahının  tərkibinə  daxil  et-

mişdir) «Hümayun»nun melodiyasını zənginləşdirmişdir. 

«Badad»dan  sonra  yenidən  «Hümayun»a  qayıtmaq  «Kiçik 

məsnəvi» ilə həyata keçir və dəstgah mülayim bir avazla sona yetir. 




 

69 


«İran  şifahi-professional  musiqisində  «Hümayun»  çox  yayıl-

mış bir dəstgahdır. Bu muğam dəstgahının tərkibinə 25 şöbə və gu-

şə daxildir. O,  «Çəkavək»,  «Bəxtiyari»,  «Moalif»,  «Leyli və Məc-

nun»,  «Tərz»,  «Bidad»,  «Ney-Davud»,  «Guşeyi-Çahargah»,  «Mə-

valiyan»,  «Əbül-qəp»,  «Bavi»,  «Suzi-Güdaz»,  «Mureh»,  «Nəfir» 

(nəfir-fərəng), «Şüştər», «Camədəran», «Üşşaq», «Üzzal», «Zabol», 

«Bayatı-Əcəm»,  Bəhr-nur»,  «Şahnaz»,  «Dənasəri»,  «Mənsuri», 

«Məsnəvi» şöbə və guşələrindən ibarət dəstgahdır. 

Müasir  İran  musiqişünaslarının  əsərləri  isə  bizə  «Hümayun» 

dəstgahının  vokal  təfsirdə  12,  instrumental  təfsirdə  52  muğam  gu-

şəsi olduğu haqqında məlumat verir» (19). 

Azərbacanda  «Hümayun»  dəstgahının  yaxşı  ifaçıları  olub  və 

bu ənənə bu gün davam edir ki, bunlardan Məşədi İsini, Mirzə Mə-

həmmədhəsəni, Keçəçi oğlu Məhəmmədi, Malıbəyli Həmidi, Əbül-

həsən xan Azər İqbal-Soltanı, Məşədi Məmməd Fərzəliyevi, Qasım 

(Zabul)  Abdullayevi,  Seyid  Şuşinskini,  Musa  Şuşinskini,  Hacıbaba 

Hüseynovu,  Əlibaba  Məmmədovu,  Yaqub  Məmmədovu,  Novruz 

Feyzullayevi  (1932-2008),  Ağababa  Novruzovu,  İslam  Rzayevi, 

Arif  Babayevi,  Ağaxan  Abdullayevi,  Səkinə  İsmayılovanı,  Alim 

Qasımovu,  Bəsti  Sevdiyevanı,  Könül  Qəmbərovanı,  Teyyub  As-

lanovu,  Ruzə  İbişovanı,  Elçin  Cəlilovu  (1968-2005)  və  başqalarını 

qeyd etmək lazımdır. 

 

 

 



 

 

 

 

 

 

 

 

 


 

70 


 

III FƏSİL 

 

 

3.1. Kiçik həcmli muğamlar 

 

Əsas  muğamlardan  fərqli  olaraq  kiçik  həcmli  muğamlarda 

şöbə və guşələrin miqdarı azdır. Əsas muğamlardakı böyük inkişaf 

və  getdikcə  artan  emosional  gərginlik  kiçik  həcmli  muğamlarda 

yoxdur.  Bu  muğamlar  zil-bəm  və  ya  bəm-zil-bəm  registrli  şöbə  və 

guşələrdən ibarətdir. 

Kiçik həcmli muğamlar müstəqil şəkildə yaranmamışdır. On-

lar  keçmişdə  hər  hansı  bir  muğam  dəstgahının  şöbəsi  olmuşlar. 

«Qatar», «Bayatı-Kürd», «Dəşti» kimi muğamlar dəstgahlardan ay-

rılaraq kiçik həcmli müstəqil muğamlara çevrilmişlər. 

Müasir  dövrdə  ifa  olunan  kiçik  həcmli  muğamlardan  yalnız 

ikisi  («Rəhab»  və  «Şahnaz»)  müstəqil  dəstgah  olmuşdur.  Sonralar 

çoxlu  şöbə  və  guşələri  özündə  birləşdirən  «Rəhab»  və  «Şahnaz» 

dəstgahları  bəzi  şöbə  və  guşələrdən  azad  olunmuş,  kiçik  həcmli 

müstəqil muğama çevrilmişlər. 

Beş  kiçik  həcmli  muğamlar,  yeddi  əsas  muğamlardan  yalnız 

iki muğamın lad-məqamına  əsaslanır.  Kiçik  muğamlardan  «Qatar» 

«rast» lad-məqamına, «Rəhab», «Şahnaz», «Bayatı-Kürd» və «Dəş-

ti»  isə  «şur»  lad-məqamında  ifa  olunur.  Bunula  əlaqədar  olaraq 

«Qatar»-«Rast» muğam  ailəsinə aid olduğu halda,  «Rəhab»,  «Şah-

naz», «Bayatı-Kürd» və «Dəşti» isə «Şur» muğam ailəsinə daxildir. 

Əsas  muğamlardan  fərqli  olaraq  kiçik  həcmli  muğamlarda 

«Bərdaşt»  olmur  («Rəhab»  müstəsna  olmaqla.  Onun  «Bərdaşt»ı 

«Şüştər»də  olduğu  kimi  «Əmiri»  ilə  başlanır).Əksər  hallarda  kiçik 

muğamlarda «Bərdaşt» əvəzinə təsnif ifa olunur ki, bu da muğamın 

kompozisiyasında  mühüm  əhəmiyyətə  malikdir.  Kiçik  həcmli 

muğamların əvvəlində oxunan təsniflər «Bərdaşt», şöbələr arasında 

oxunan təsniflər  «bağlayıcı», sonda oxunan təsniflər isə «yekunlaş-

dırıcı» rolunu oynayırlar. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə