İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

62 


yatı-Şiraz»  muğamı  və  onun  təsnifləri,  rəngləri  və  bir  çox  xalq 

mahnı və rəqsləri «Bayatı-Şiraz» məqam-ladına əsaslanmışdır. 

Dahi  bəstəkar  Ü.Hacıbəyov  «Bayatı-Şiraz»ı  dinləyicidə  qəm-

ginlik hissi oyadan muğam adlandırmışdır.(8) 

Ə.Bakıxanov isə  «Bayatı-Şirazı» həzin  bir melodiyaya malik 

muğam olduğunu qeyd etmişdir. (2). 

V.Xəlilovun  tərtib  etdiyi  «Muğamların  tədrisinə  aid  metodik 

tövsiyyələr»  kitabında  tarzən  K.Əhmədovun  fikirləri  diqqəti  cəlb 

edir: «... görkəmli musiqiçilərimiz və tarzənlərimiz indi «Bayatı-Şi-

raz»  muğamına  tam  qəmginlik  gətirən  muğam  kimi  baxmırlar.  Bu 

muğamın  indiki  ifa  səviyyəsi,  əlvan  melodik  quruluşu,  xüsuslə 

«Bərdaşt»  və  «Mayeyi-Bayatı-Şiraz»ın  əlvan  çalarlarla,  təntənəli 

çalınması onu qəmginlikdən, qüssədən uzaq olduğunu göstərir. 

... Çox güman ki, «Bayatı-Şiraz» muğamının bundan çox-çox 

əvvəlki fa variantları dinləyicidə daha artıq qəm-qüssə oyadıb... İndi 

tam başqa cürdür. Səpkilər, nəfəslər, texniki ştrixlər dəyişmiş, xeyli 

inkişaf etmişdir» (1982). 

Lirik  məzmuna  malik  olan  «Bayatı-Şiraz»  dəstgahında  qəm-

ginlik  hissinin  artması  ilə  yanaşı,  dinləyici  düşünür,  xəyalara  dalır. 

Muğamın zil şöbələrində insanda həyacanla bərabər ehtiras hissləri 

meydana gəlir ki, bunun da yaranmasına səbəb «Bayatı-Şiraz» dəst-

gahının təkmilləşməsidir. 

Mirzə Fərəc Rzayein tərtib etdiyi cədvəldə «Bayatı-Şiraz» 17 

şöbə  və  guşədən  ibarət  olmuşdur:  «Darəməd»,  «Bayatı-İsfahan», 

«Bayatı-Şiraz»,  «Əbül-çəp»,  «Cəfəriyyə»,  «Budəşti»,  «Azərbay-

can», «Bayatı-kürd», «Hacı Yuni», «Giləyi», «Dəşti», «Məhdi-Zər-

rabi», «Qatar», «Bayatı», «Aşiqi-Guş», «Niiriz-Davudi», «Üzzal». 

Burada  göründüyü  kimi  «Bayatı-Şiraza  ayaq»  yoxdur,  Dəst-

gah «Üzzal» ilə sona çatır. Bu düz deyil. İfa olunan hər hansı dəst-

gah  kulminasiyadan  sonra  mütləq  «Mayə»  şöbəsinə  qayıtmalı  və 

tamamlanmalıdır. 

1925-ci ildə Ü. Hacıbəyovun tərtib etdiyi proqramda «Bayatı-

Şiraz» dəstgahı «Bayatı-İsfahan kimi göstərilmiş və on şöbə və gu-

şədən  ibarət  olmuşdur:  «Mayeyi-Bayatı-Şiraz»,  «Bayatı-İsfahan», 




 

63 


«Əbül-çəp»,  «Azərbaycan»,  «Bayatı-kürd»,  «Hacı  Yuni»,  «Dəşti», 

«Qatar», «Üzzal», «Bayatı-Şiraz». 

M.F.Rzayevin  muğam  cədvəlində  və  Ü.Hacıbəyovun  proqra-

mında  göstərilmiş  «Bayatı-Şiraz»  dəstgahlarını  müqayisə  edəndə 

bunların arasında bəzi şöbə və guşələr eynidir. 

«Sonralar  «Bayatı-Şiraz»ın  ifa  cəhətdən  inkişafı  nəticəsində 

həmin dəstgah bəzi şöbə və guşələrdən azad olmuşdur. Belə ki, bəzi 

şöbə və guşələr bayatı-şiraz məqamına uyğun gəlmədiyi üçün dəst-

gahın tərkib hissəsindən ixtisar edilmişdir. Məsələn, «Azərbaycan» 

guşəsi  «Şahnaz»ın  «ayaq»-larında  (kadensiyalarda)  işlənməyə  baş-

lamış,  «Bayatı-kürd»  «Nəva»  dəstgahına,  həmçinin  kiçik  formalı 

müstəqil «Bayatı-kürd» muğamına, «Hacı Yuni»,-«Şur»a, «Qatar»-

«Mahur-hindi»yə  (sonradan  ondan  ayrılaraq  kiçik  həcmli  müstəqil 

«Qatar» muğamına) keçmiş, «Dəşti» isə əvvəl «Nava»da şöbə kimi 

mövcud olmuş, sonra «Dəşti» adı ilə kiçik formalı müstəqil muğam 

kimi işlənməyə başlanmışdır» (19). 

Hal-hazırda ifa olunan «Bayatı-Şiraz» dəstgahı səkkiz şöbə və 

guşədən  ibarətdir:  «Bərdaşt»,  «Mayeyi-Bayatı-Şiraz»,  «Nişibi-fə-

raz»,  «Bayatı-İsfahan»,  «Zil  Bayatı-Şiraz»,  «Xavəran»,  «Üzzal», 

«Dülrüba» və «Bayatı-Şiraza ayaq» (kadensiya). 

Digər  muğamlarda  olduğu  kimi  «Bayatı-Şiraz»  dəstgahı  da 

«Bərdaşt»la  başlanır.  Əslinə  qalanda  «Bayatı-Şiraz»da  «Bərdaşt» 

yoxdur.  Xanəndə  «Bərdaşt»  yerinə  cəld  templi  «Nişibi-fəraz»  ifa 

edir. Bəzi xanəndələr «Bayatı-Şiraz» dəstgahını «Mayeyi-Bayatı-Şi-

raz»la başlayır. Bəziləri ilə «Bayatı-Şiraz»ın «Bərdaşt»ını «Möləvi» 

guşəsi ilə başlayırlar. 

Sonra  «Bayatı-Şiraz»  dəstgahının  əsas  şöbələrindən  olan 

«Mayeyi-Bayatı-Şiraz»  şöbəsi  gəlir  ki,  bu  da  dəstgahın  özülünü 

təşkil edir. Özünəməxsus ölçüyə malik olan «Mayeyi-Bayatı-Şiraz» 

yumşaq xarakterə malikdir. Ondan sonra həzin və mülayim «Nişibi-

fəraz»  şöbəsi  ifa  olunur  ki,  onunda  mənası  eniş-yoxuş  deməkdir. 

«Nişibi-fəraz» həm də dəstgah da bağlayıcı rolunu oynayır ki, onun 

vasitəsilə  «Mayeyi-Bayatı-Şiraz»  ilə  «Bayatı-İsfahan»  şöbələri  bir- 

birilə üzvi surətdə birləşir. 




 

64 


«Bayatı-Şiraz»  dəstgahını  ifa  edən  xanəndələr  «Bərdaşt» 

(«Nişibi-fəraz»)  və  «Mayeyi-Bayatı-Şiraz»dan  sonra  «Bayatı-İsfa-

han» ifa edirlər. Mənim fikrimcə «Bayatı-Şiraz» dəstgahını «Mayə» 

ilə başlasalar daha yaxşı olar. Ona görə ki, bayaq qeyd etdiyim kimi 

«Bayatı-Şiraz»da  «Bərdaşt»  yoxdur.  «Mayeyi-Bayatı-Şiraz»dan 

sonra  «Nişbi-fərəz»  mütləq ifa olunmalıdır. Çünki,  «Mayeyi-Baya-

tı-Şiraz»la  «Bayatı-İsfahan»  şöbələri  «Nişibi-fəraz»  vasitəsilə  bir-

birilə əlaqələndirilir. 

«Nişibi-fəraz»  «Şur»  dəstgahında  da  «Sarənc»dən  «Mayeyi-

Şur»a  qayıtmaq  üçün  keçid  rolunu  oynayır.  «Şur»  və  «Bayatı-

Şiraz» dəstgahlarının «Nişibi-fəraz» şöbələri melodik baxımdan bir-

birlərindən  fərqlənirlər.  «Şur»dakı  «Nişibi-fəraz»  «şur»  lad-məqa-

mına, «Bayatı-Şiraz»da isə «bayatı-şiraz» məqamına uyğunlaşdırıl-

mışdır.  Beləliklə,  hər  iki  dəstgahdakı  «Nişibi-fəraz»  şöbələri  ayrı-

ayrı xarakterə və çalarlara malikdir. 

«Bayatı-Şiraz»  dəstgahında  mərkəzi  şöbə  sayılan  «Bayatı-

İsfahan» tessitura baxımında dəstgahın orta diapazonunu əhatə edir. 

«Bayatı-İsfahan»ın həm  vokal,  həm  də instrumental ifası  üçün  yu-

xarı-aşağı gəzişmələr və güclü səslənmə əsas şərtdir. 

«Bayatı-İsfahan»dan  sonra  zil  şöbələr  ardıclılaşır  ki,  bunlara 

da  «Zil  Bayatı-Şiraz»,  «Xavəran»,  «Üzzal»  və  «Dülrüba»  şöbələri 

aiddir. 


«Zil Bayatı-Şiraz» şöbəsi  «Mayeyi-Bayatı-Şiraz»ın zildə tək-

rarıdır. Lakin burada da fərq vardır, bu da melodiyaların çalarlarının 

dəyişməsi və başqa xarakter alması ilə bağlıdır. «Mayeyi-Bayatı-Şi-

raz»da  tənkinlik  və  qən-qüssə  əsasdırsa,  «Zil  Bayatı-Şiraz»a  coş-

ğunluq hakimdir. 

«Zil  Bayatı-Şiraz»dan  sonra  ifa  olunan  «Xavəran»  şöbəsi 

əvvəllər  «Rast»  dəstgahında  «Şikəsteyi-fars»la  «Əraq»  şöbələri 

arasında ifa olunardı. Sonra «Xavəran» şöbəsi «Rast» dəstgahından 

çıxarılmış və ancaq  «Bayatı-Şiraz» dəstgahında «Bayatı-İsfahan»la 

«Üzzal» arasında özünə mövqe tutmuşdur. 

Bundan  başqa  «Bayatı-Şiraz»dan  «Segah»a  keçmək  üçün 

«Xavəran»  şöbəsi  körpü  rolunu  oynayır.  Bu  da  ondan  ibarətdir  ki, 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə