İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

56 


və «Mənsuriyyə» şöbələri arasında  «Məğlub» guşəsində də istifadə 

edirlər. «Məğlub» guşəsi «Mənsuriyyə»ə keçmək üçün hazırlıqdır. 

İki variantda ifa olunan «Mənsuriyyə»nin birincisi sərbəst öl-

çülü  improvizə  xüsusiyyətinə,  digəri  isə  dəqiq  olçüyə  malik  olan 

zərb-muğamıdır. Bu iki variant «Çahargah» dəstgahının ifası zama-

nı ardıcıllaşır. 

«Ə.Bakıxanov  «Çahargah»ın  tərkibini  göstərərkən  «Mənsu-

riyyə»ni  hər  iki  variantda  verir.  O,  «Mənsuriyyə»ni  əgər  «Müxa-

lif»lə  birləşdirirsə  «Müxalif-Mənsuriyyə»,  «Mənsuriyyə»  zərb-mu-

ğamını isə ayrıca «Mənsuriyyənin zərbi» şöbəsi kimi adlandırır. 

Qeyd  edək  ki,  «Mənsuriyyə»  zərb-muğamının  əsas  xüsusiy-

yəti  ondan  ibarətdir  ki,  sərbəst  ölçülü  vokal  partiya  burada  instru-

mental müşüyətin ciddi metrik fonuna əsaslanır. 

Zərb-muğam  boyu  isə  vokal-instrumental  epizodlar  instru-

mental epizodlarla (rənglərlə) ardışıllaşır. 

Bizə  «Mənsur»  sözünün  qələbə  çalmış,  üstün  gəlmiş  Mənsur 

cəngavərin adı ilə adlanması məlumdur. Məhz bu məna «Mənsuriy-

yə»nin  musiqi  məzmununun  əsasını  təşikil  edir.  Onun  musiqisi 

mərd, qəhrəman, çağırış havasına bənzəyir» (19) 

««Mənsuriyyə»  zərbi-muğamın  musiqi  materialının  bütün 

gedişlərində  bir  an  da  olsa  təntənə  öz  xarakterik  xüsusiyyətlərini 

əldən  vermir  və  bayram  əhval-ruhiyyəsi  sönmür.  Bu  da  qələbənin 

hədsiz sevinc hissilə gözləyən xalqın şənlik mərasimini xatırladır. 

«Çahargah»  muğam  dəstgahının  dinamik  kulminasiyasını 

məhz «Mənsuriyyə» təmsil edir. Dinləyici, ifaçı ilə bir yerdə daima 

tədricən  pillə-pillə  yeksələn  dinamik  və  emosioanal  gərginlik  keçi-

rir.  «Mənsuriyyə»də  bu  şənlik  əhval-ruhiyyəsi  ilə  əvəz  olunsa  da, 

dinamik,  psixo-emosional  gərginlik  keçmir.  Nəhayət,  «Mənsuriy-

yə»dən sonra «Məğlub» şöbəsi ifa edilir ki, bu da Çahargah muğam 

dəstgahı üçün ayaq funksiyası rolunu oynayır» (10). 

«Mənsuriyyə»dən sonra «Hüzzal» şöbəsi («Zərb Mənsuriyyə» 

mi  pərdəsi)  ifa  olunur  ki,  buradakı  şaqraq  zəngulələri  ifa  etmək 

üçün  xanəndədən  yüksək  texnika  və  ustalıq  tələb  olunur.  Sonra 



 

57 


«Məğlub ayağı» vasitəsilə «Mayeyi-Çahargaha» keçirilir və dəstgah 

əvvəlki səslənmə xüsusiyyətinə qayıdılır. 

««Məğlub»  şöbəsinin  mənasından  məlum  olur  ki,  artıq  düş-

mən  basılmış  qələbə  xalqındır  və  bütün  xalq  kütləsi  böyük  şənlik-

dən sonra hərə  öz evinə  qayıdır. Məğlub  şöbəsinin pillə-pillə  aşağı 

«Mayə» şöbəsinə düşən melodik gedişində intonasiya çeşidləri öz -

dinamikliyini tədricən itirir və ruhi gərginlik əvvəlki vəziyyətə, yəni 

sakit yaşayış həyatına qayıdır» (10). 

«K.Əhmədov  Seyid  Şuşinskinin  «Çahargah»a  verdiyi  xarak-

teristikasını belə söyləyir:-S. Şuşinski «Mayeyi-Çahargah»da «Zən-

gi-şötör»  və  «Bali-kəbutər»  guşələrini  də  oxuyardı.  «Zəngi-şötər» 

dəvə  zənguləridir.  Müharibəyə  ləvazimat  daşıyan  yüklü  dəvələri, 

«Bali-kəbutər» (göyərçin qanadı), əfsanəvi quşqanadlı atları,  «Bəs-

tə-Nigar» (surət, şəkil, gözəl) gözəl qız və gəlinlərin öz ərlərini, qar-

daşlarını  müharibəyə  yola  salması  zamanı  ürək  kövrəkliyini,  «Ha-

sar»  ordunun  qabağına  çəkilən  hasarları,  qalaları,  «Müxalif»  zidd, 

əks-hüçumu, məqsədəuyğun olmayan, «Məğlub» kökündən qoparıl-

mış,  məğlub  edilmiş,  alt-üst  edilmiş  ordunu,  «Mənsuriyyə»  qələbə 

çalmış cəngavər Mənsuru təsvir edir. «Çahargah» məhz «Firuz» gu-

şəsi ilə bitir, yəni bu məfhum qələbə çalmış ordunu, müzəffər qələ-

bəni təsdiqləyir» (19). 

Azərbaycanda «Çahargah» muğamının böyük ifaçıarı olmuşdur 

ki,  bunlardan  Sətarrı,  Bülbülcanı,  Cabbar  Qaryağdı  oğlunu,  Mirzə 

Məhəmməhəsəni,  Məşədi  Məmməd  Fərzəliyevi,  Məcid  Behbudovu, 

Seyid Şuşinskini (onun ifa etdiyi «Çahargah» dəstgahı bu gün də ifa 

edilən  Çahargahların  ən  mükəmməlidir),  Xan  Şuşinskinin,  İldırım 

Həsənovu  (1920-1977),  Bayram  Məmmədov,  Yaqub  Məmmədovu, 

Nəriman  Əliyevi,  Ağababa  Novruzovu,  Vəli  Məmmədovu,  İslam 

Rzayevi,  Eynulla  Cəbrayılovu,  Qədir  Rüstəmovu,  Ramiz  Hacıyevi, 

Arif Babayevi, Süleyman Abdullayevi, Canəli Əkbərovu, Sabir Mir-

zəyevi,  Sabir  Novruzovu,  Səfa  Qəhramanovu,  Ağaxan  Abdullayevi, 

Razi Şükürovu, Səxavət Məmmədovu, Sahibə Əhmədovanı (Abbaso-

va – 1956), Alim Qasımovu, Zahid Quliyevi, Ruzə İbişovanı, Gülüs-

tan Əliyevanı (1967), Nuriyyə Hüseynovanı (1969), Nəzakət Teymu-




 

58 


rovanı, Simarə İmanovanı, Təyyar Bayramovu göstərmək olar. Qadın 

xanəndələri  içərisində  SSRİ  xalq  artisti  Zeynəb  Xanlarova  (1936) 

«Çahargah» dəstgahının ilk ifaçısıdır (1960). 

 

 



2.5. Şüştər 

 

Azərbaycan  professional  musiqisində  yeddi  əsas  muğamlardan 

beşincisi  sayılan  «Şüştər»  məqamının  quruluşu  ½-1-1/2  ton  formullu 

iki tetraxordun yanaşı üsulla (art. 2-intervalı məsafəsində) birləşməsin-

də ibarət olub, səssırası səkkiz pillədir. VI pillə mayə yəni tonika pillə-

si olub, bu məqamda III pillə də mayə ilə yanaşı tamamlayıcı ton əhə-

miyyətini daşıyır. 

Məqamın  səssırasının  III,  VI,  VII  pillələri  istinad-dayaq  pil-

ləsi olub «Şüştər» muğamının şöbələrinin əsasını təşkil edir. Bu mə-

qamda  qurulan  musiqi  nümunələri  həmin  pillələrə  əsaslanır.  «Şüş-

tər» məqamının səssırası «lya»-dır. 

Ü.Hacıbəyov  qeyd  edir  ki,  «Şüştər»  dinləyicidə  dərin  kədər 

hissi oyadır. «Doğrudan da, «Şüştər» muğam dəstgahını dinlədikdə 

biz böyük bəstəkarın dediklərinin şahidi oluruq. Bu muğamda  ata-

babalarımızın ağır, əzablı günləri sanki bir anlığa göz önünə gəlir. 

Biz  onu  da  əlavə  edək  ki,  bu  muğamı  dinlədikdə  insan  xəyala 

dalır, düşünür, ehtiras hissləri də keçirir. «Şüştər»in musiqi axınına ey-

ni  zamanda  dramatizm  də  xasdır.  Məhz  səmimi  lirikanın  qəmli  hiss-

lərlə çulğalaşmış epizodlarda dramatizmin daha çox şahidi oluruq. Bu 

muğamın bəzi bölmələri insanda ruh yüksəkliyi yaradır» (19). 

«Şüştər»  ladına  xeyli  miqdarda  təsnif  və  rənglərlə  yanaşı 

«Ovşarı» və «Heydəri» kimi zərb-muğamları əsaslanır. 

Mirzə  Fərəc  Rzayevin  muğam  cədvəlində  «Şüştər»  muğam 

dəstgahı on üç şöbə və guşədən ibarət olmuşdur: «Əmiri», «Şüştər», 

«Şüştərək»,  «Şüştər»,  «Sarənc»,  «Məsnəvi»,  «Mənəvi»,  «Əfşarı», 

«Heydəri», «Osman-Gərayi», «Qara kürd», «Mani», «Keşişoğlu». 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə