İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

53 


bəmə düşür və müvəqqəti olaraq  «Mayə»  də  yekunlaşır.  «Bərdaşt» 

dan sonra ifa olunan  «Mayeyi-Çahargah» şöbəsi digər muğamlarda 

olduğu  kimi  dəstgahın  təməli  sayılır  və  musiqi  baxımından  inkşaf 

etməsinə şərait yaradır. 

««Mayə» şöbəsində əsas tonka səsi «si» oxunur. Lakin, bu «si» 

səsinin  hansı  səs  vasitəsilə  və  hansı  ifa  məziyyəti  ilə  oxunmasından 

çox  şey  asılıdır.  Birinci  halda  «si»  sol-səsinin  vasitəsilə  oxunub 

mətinlik, iradəlilik təsiri buraxırsa, ikinci dəfə lya diyez səsi vasitəsilə 

oxunduğu üçün bu həmin təsiri lirikləşdirir və mülayımləşdirir. Bura-

da sanki iki bir-birinə zidd əhval-ruhiyyə qarşı-qarşıya qoyulmuşdur. 

Bu da bütün dəstgahda hökm sürəcək xeyirlə-şərin mübarizəsini qa-

baqcadan əks etdirəcək intonasiya çeşidləridir...» (10). 

«Mayeyi-Çahargah»  şöbəsindən  sonra  «Cahargah»  dəstgahı-

nın digər böyük və mərkəzi hissəsi olan «Bəstə-Nigar» şöbəsi gəlir 

ki, onunda daxilində «Cövhəri» adlı kiçik gəzişmə vardır. Musiqisi 

son  dərəcə  cazibəli  və  həzin  olan  «Bəstə-Nigar»  surət,  gözəllik  və 

sevgi mənasında səslənir. Bu şöbəni dinləyən zaman insan xəyallara 

dalır, düşünür. 

«Muğam ifaçılıq sənətində Bəstə-Nigar şöbəsinin adının hara-

dan götürülməsi haqda əsaslı bir məlumat yoxdur. Bu şöbənin adını 

Nigarın oxuması, onun bəstələdiyi musiqi, yaxud Nigarın naləsi ki-

mi  izah  etmək  olar.  Nigar  obrazını,  adını  qayğıkeş  anaların,  qədir-

bilən  bacıların,  ər  igidlərin  silahdaşı  olan  gəlinlərin  simvolu  kimi 

götürsək, bu şöbənin insanlara aşıladığı emosional hissi, estetik təsi-

ri aşağıdakı kimi izah etmək olar. 

Bəstə-Nigar anaların, bacıların fəryadıdır. İgid ərləri, oğulları, 

qardaşları itirən ana və bacıların, gəlinlərin ağısıdır. Mübarizə mey-

danlarında  düşmənə  sinə  gərən  mərdlərin  xatirəsini  şüurda  hopdu-

ran, xalq zəkasına həkk etdirən ana naləsidir. 

... Çahargahın analitik təhlili göstərir ki, bütün muğam dəstga-

hı boyu iki mövzu bir-birinə qarşı qoyulur. Birinci mövzu mübarizə 

leytmotividir, ikincisi isə öz həyatını xalqın azadlığı yolunda vermiş 

igidlərin  xatirəsini  əbədi  yaşadan  ana  naləsidir...  «Bəstə-Nigar» 



 

54 


şöbəsində  qəm  nə  qədər  böyük  olsa  da  şöbənin  musiqi  materialı 

kədər sədaları ilə bitmir» (10). 

«Bəstə-Nigar»dan  sonra  «Hasar»  (fars  dilidə-«Hesar»-mü-

hasirə, çəpər deməkdir)  şöbəsi  gəlir (buna  «Hisar»da deyilr) ki,  bu 

da  hücumu  xarakterizə  edir.  «Hasar»  şöbəsindən  sonra  onun  üstü 

«Müalif» və «Qərrə» (oktava mi) guşələri ardıclılaşır (keçmişdə bu 

şöbəyə  «Qürrə»  də  deyərdilər.  «Qərrə»  uca,  «Qürrə»  isə  özünü 

öyən,  məğrur  və  s.  deməkdir).  Coşğun  temperamentli  «Hasar»  şö-

bəsi  melodik  çalarlarına  görə  «Mayeyi-Çahargah»a  yaxındır.  Yəni 

«Hasar»  şöbəsi  «Mayeyi-Çahargah»dan  beş  pillə  yuxarıda  (kvinta 

yuxarı) variantlı təkrarıdır. 

Tarın  şah  pərdəsində  ifa  olunan  «Hasar»ın  melodiyası  «Ma-

yeyi-Çahargah»a uyğun olduğu üçün bəzi hallarda xüsusən vaxt ba-

xımından «Hasar» şöbəsi ifa olunmursa bu zaman mexaniki olaraq 

«Müalif»  və  «Qərrə»  guşələri  də  ixtisar  olunur.  Və  «Bəstə-Ni-

gar»dan sonra bir başa «Müxalf» şöbəsinə keçid alınır. 

«Müalif»  və  «Qərrə»  dəstgahda  guşə  funksiyasını  yerinə  ye-

tirdikləri  üçün  həcimcə  kiçik  olub,  «Hasar»ın  sonunda  ifa  olunur. 

Coşğun  temperamentli  «Hasar»  şöbəsindən  fərqli  olaraq  «Müalif» 

və «Qərrə» guşələrinin melodiyası həzin və mülayimdir. 

««Hisar» Çahargah muğam dəstgahının iri və funksional baxı-

mından  əhəmiyyətli  şöbəsi  olduğu  üçün,  o,  lad-intonasiya  xüsu-

siyyətlərinə  görə  iki  Müalif  və  Qərrə  guşələrini  də  özündə  cəm-

ləşdirir. Müalif guşəsi lad intonasiya xüsusiyyətlərinə görə Hisar şö-

bəsinə  tabe  olsa  da  melodiyanın  arxitektonik  quruluşuna,  səslənmə 

çalarlığına  görə  Bəstə-Nigar  şöbəsinin  elementləri,  ifa  xüsusiy-

yətləri əsasındadır. Burada qəm, kədər dinamik səslənməyə görə bir 

qədər  də  təsirlidir.  Çünki,  «Müalif»  «Bəstə-Nigar»ın  kivinta  inter-

valı münasibətində yüksək registrdə səslənir (lya diyez). Lakin, bir 

cəhəti  də  qeyd  edək  ki,  «Bəstə-Nigar»ın  qəm  dolu  melodiyası  bü-

tövlükdə  burada  səslənmir,  yəni  onun  kiçik  bir  elementi  Müalifdə 

səsləndirilir və ayaq da Hisara verilir. Bu özü onu göstərir ki, döyüş 

səhnəsində itki çox azdır və mübarizə davam edir. 



 

55 


«Qərrə»  guşəsi  isə öz melodik quruluşuna, təsir gücünə  görə 

«Hisar»  şöbəsinin  elementlərini  özündə  cəmləşdirir  və  o  da  bunu 

kvinta  yuxarıda  ikinci  oktavanın  «si»  səsində  səsləndirir.  Gör-

düyümüz kimi hər iki guşədə dinamik yüksəliş daha yüksək tonlar-

da səsləndirilir və ayaqlar da «Hisar» şöbəsinə verilir. Bu büsbütün 

mübarizənin,  döyüşün  əzmini,  xalğın  qırılmaz  iradəsini  təcəssüm 

etdirir. Nəhayər, ayaqdan sonra «Müxalif» şöbəsi ifa edilir» (10). 

«Hasar» şöbəsindən sonra  «Müxalif» şöbəsinə keçirilir.  «Ça-

hargah» dəstgahının əsas şöbələrindən biri olan «Müxalif» zidd, uy-

ğun olmayan mənasını bildirir. «Müxalif» şöbəsinin musiqi məzmu-

nu  «Çahargah»  dəstgahında  tutduğu  mövqeyə  çox  yaxındır.  «Ha-

sar»dan  və  bəzi  hallarda  «Bəstə-Nigar»dan  sonra  «Müxalifə»  keç-

mək  dinləyicilərdə  intonasiyada  fərqlilik  və  kontrastlıq  əmələ  gəti-

rir.  Və  bu  «Müxalif»in  ilk  notlarında  daha  aydın  hiss  olunur.  Ona 

görə  də  «Müxalif»in  adının  mənası  buradan  irəli  gəlir.  «Müxalif» 

ifa olunanda insanda həyacan və mübarizlik ruhu meydana gəlir. 

««Müxalif»də bir növ iki bir-birinə zidd musiqi obrazları qar-

şı-qarşıya qoyulmuşdur. Biri xalqın mübarizəsini, digəri isə ana fər-

yadını, iniltili, həzin xarakterli musiqi obrazını göstərir... 

«Müxalif»in  musiqi  epizodunda  ana  naləsinin  intonasiyaları 

eşidilsə  də,  bu  artıq  əvvəlki  qəm,  kədər  deyil.  Buradakı  qəm  qali-

biyyətin  yaxınlaşdığını  hiss  edən  ananın  ümidlə  gözlədiyi  qələbə 

anlarının  sevinc  qəmidir.  Ananın  ümidini  yaşadan  və  buna  xüsusi 

vüsət  verən  intonasiya  çeşidləri  epizodunun  son  sol  diyez  səsi  ... 

ayaq funksiyalı musiqi obrazıdır. 

«Müxalif» şöbəsinin sonunda musiqi epizodu səsləndirilir ki, 

bu da bir növ bağlayıcı rolunu oynayır. Bu ayaq (kodensiya) vasitə-

silə  istinad  pərdəsi  olan  sol  diyez  səsi  öz  funksional  əhəmiyyətini 

dəyişib «Si» istinad pərdəsinə, yəni «Mənsuriyyə»yə keçir» (10). 

Zil  registrdə  ifa  olundan  «Müxalif»dən  sonra  ayaq  edib, 

«Çahargah»  mayəsinə  düşüb,  sonra  «Mənsuriyyə»ə  keçməlisən. 

Bəzi  hallarda  «Müxalif»dən  sonra  təsnif  ifa  olunur  ki,  onunda  bir 

ucu  gəlib  düşür  «Mənsuriyyə»ə.  Əksər  hallarda  ifaçılar  «Müxalif» 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə