İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

71 


 

3.1.1. Qatar 

 

Tonikası  tarın  ağ  siminin  zil  registrinə  əsaslanan  «Qatar» 

kiçik  həcmli  muğam  olub,  melodiyası  «Mahur-hindi»  dəstgahının 

«Əraq» şöbəsini xatırladırsa, ondan müəyyən qədər fərqlənir. 

«Qatar»  muğamı  üç  şöbədən  ibarətdir:  «Qatar»  (zildə),  «Qa-

tarın mayəsi» («Mahur-hindi» muğamının «Üşşaq»ı), Qatar (zildə). 

Üç  hissəli  quruluşda  (zil-bəm-zil)  olan  «Qatar»  öz  kökünü 

«Mahur-hindi»dən  əxz  etmişdir.  «Qatar»ın  istinad  pərdəsi  «Ma-

yə»si «do»dur. 

Özündə nikbinlik, mübarizlik və gümrahlığı birləşdirən ««Qa-

tar» muğamını məşhur xanəndə Hacı Hüsü yaratmışdır. «Qədim za-

manlarda  toy  məclislərinin  birində  «Qatar  kəndi»ndən  gəlmiş  bir 

nəfərin ləhcəsində oxuduğu bayatıdan ilham alan Hacı Hüsü böyük 

ustalıqla  Sadığın  tarda  müşayiətilə  həmin  bayatını  oxudu  və  o 

zamandan onun adı «Qatar» olaraq qaldı. 

...  Onu  da  deyim  ki,  Hacı  Hüsünün  bu  ixtirasından  sonra 

Qarabağ  xanəndələri  «Qatar»a  «bayatı»nı  əlavə  edib  birlikdə 

«Qatar-bayatı»  («Çoban-bayatı»-İ.A.)  oxuyublar.  Keştazlı  Həşim, 

Şəkər  oğlu  Kərim,  Keçəçi  oğlu  Məhəmməd  «Qatar-bayatı»  oxu-

maqda daha məşhur olmuşlar. Onu də deyim ki, əgər  «Qatar» tarın 

müşayətilə  oxunurdusa,  «Qatar-bayatı»nı  yastı  balabanın  müşa-

yiətilə  oxuyardılar.  Bu da muğamın  son  dərəcə  həzin  səslənməsinə 

səbəb  olardı.  XX  əsrin  xanəndələri  içərisində  «Qatar-bayatı»nı  ən 

çox oxuyan məşhur xanəndəmiz Həşim Kələntərli olmuşdu» (18). 

«Qatar» muğamı  «Zil Qatar» şöbəsilə başlayır ki, burada şaq-

raq zəngulələrdən və yüksək səs tessiturasından istifadə olunmalıdır. 

Ondan  sonra  gələn  bəm  registrli  «Mayeyi  Qatar»  («Mahur-

hindi»  muğamının  «Üşşaq»)  şöbəsi  özündən  əvvəl  və  sonra  gələn 

şöbələr  ilə  təzad  təşkil  edir.  «Mahur-hindi»  «Üşşaq»ı  ilə  «Qatar» 

«Üşaq»ındakı fərq ifa xüsusiyyətlərinə və ayaqlarına görədir. «Ma-

yeyi-Qatar»dakı  musiqi  ritmi mülayim xarakterə  malik  olub,  tempi 

ağır olmaqla yanaşı, aydın və aramla ifa olunur. 




 

72 


Sonra yenidən «Zil Qatar» şöbəsi gəlir ki, bi da əvvəl ki, şöbə 

kimi çevik və dinamikdir. 

«Qatar»  muğamının  Keçəçi  oğlu Məhəmməd, Seyid  Şuşinski, 

Bülbül,  Xan  Şuşinski,  Həşim  Kələntərli,  Əliövsət  Sadıqov,  Cahan 

Talışinskaya (1909-1967), Gülxar Həsənova, Sara Qədimova, Şövkət 

Ələkbərova,  Tükəzban  İsmayılova,  Fatma  Mehrəliyeva,  Mürşüd 

Məmmədov,  Yaqub  Məmmədov,  Rübabə  Muradova,  Qaraxan  Beh-

budov, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Arif Babayev, Canəli 

Əkbərov, Qəndab Quliyeva, Səxavət Məmmədov, Sahibə Əhmədova 

(Abbasova), Səkinə  İsmayılova, Mələkxanım  Əyyubova,  Afaq Ağa-

yeva, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və b. ifaçıları vardır. 

 

 



3.1.2. Rəhab 

 

Keçmişdə  «Rəhavi»  adlandırılmış  indiki  «Rəhab»  muğamı 

Yaxın  Şərq  xalqlarının  12  klassik  muğamlarından  biri  olmuşdur. 

Sonralar bu muğam bir neçə şöbə və guşələrdən azad olunaraq kiçik 

həcmli dəstgaha çevrilmişdir. 

«Şur»  ailəsinə daxil olan bu kiçik həcmli  muğam  M.M.Nəv-

vabın  Vüzuhül-ərqam»  risaləsində  «Rəhavi»  kimi  göstərilir  və  24 

şöbə və guşədən ibarət olduğu qeyd olunur: «Rəhab», «Hümayun», 

«Tərkib»,  «Üzzal»,  «Bayatı-türk»,  «Bayatı-Qacar»,  «Zəmin-xarə», 

«Mavərənnəhr»,  «Bali-kəbutər»,  «Hicaz»,  «Bağdadi»,  «Şahnaz», 

«Azərbaycan»,  «Əraq»,  «Əşiran»,  «Zəngi-şötör»,  «Osmani»,  «Ba-

yatı-Kürd»,  «Bayatı-Şiraz»,  «Hacı  Yuni»,  «Sarənc»,  «Şüştər», 

«Məsnəvi-səqil», «Suzi-güdaz». 

Burada qeyd olunan şöbə və guşələr «Şur»,  «Çahargah», Şüş-

tər», «Bayatı-Şiraz» və «Hümayun» dəstgahlarından götürülmüşdür. 

M.F.Rzayev  tərtib  etdiyi  muğam  cədvəlində  «Rəhab»  xeyli 

şöbə və guşələrdən azad olunmuş, 13 şöbə və guşədə göstərilmişdir: 

«Əmiri»,  «Rəhab»,  «Bayatı-Feli»,  «Əraq»,  «Hüseyni»,  «Günəş», 

«Qərai», «Pəncgah», «Firuz», «Xavəran», «Heyratı-Kabili», «Raki-

Abdullahi», «Rəhab». 




 

73 


1925-ci ildə Ü. Hacıbəyovun tərtib etdiyi proqramda «Rəhab» 

doqquz şöbə və guşədən ibarət olduğu göstərilir: «Əmiri», «Rəhab», 

«Bayatı-Feli»,  «Məsihi»,  «Əraq»,  «Hüseyni»,  «Pəncgah»,  Raki-

hindi», «Raki-Abdullahi», «Rəhab». 

Ə.Bakıxanov 1952-ci ildə tərtib etdiyi proqramda «Rəhab» altı 

şöbə  və  guşədən  ibarət  olmuşdur:  «Bərdaşt»,  «Rəhab»,  «Şikəsteyi-

fars», «Mübərriqə», «Əraq», «Məsihi», «Rəhaba ayaq» (kadensiya). 

Göründüyü kimi «Rəhab» getdikcə şöbə və guşələrdən ixtisar 

olunmuş və öz dəstgah formasını itirmişdir. 

Hal-hazırda  «Rəhab»  aşağıdakı  şöbə  və  guşələrdən  təşkil 

olunmuşdur:  «Bərdaşt»  («Əmiri»),  «Rəhab»  (mayə),  «Şikəsteyi-

fars», «Mübərriqə», «Əraq», «Qərai». «Məsihi», «Rəhaba ayaq». 

«Rəhab» dəstgahının bərdaştı  «Əmiri»dir. Sonra «Rəhab» ifa 

olunur ki, bu da eyni adlı muğamın mayə şöbəsidir. 

«Rəbab»ın  «Mayə»sindən  sonra  «Şikəsteyi-fars»  şöbəsi  gəlir 

ki,  bu  da  sol  pərdə  də  ifa  olunur.  Bir  çöx  muğamlarda  («Rast», 

«Şur»,  «Segah»  və  s.)  ifa  olunan  «Şikəsteyi-fars»  özünəməxsus 

melodiyasını,  lad-məqam  xüsusiyyətini  və  musiqi  məzmununu 

özündə  saxlayır.  Sonra  «Şikəsteyi-fars»ın  üstü  yəni  ayağı  olan 

«Mübərriqə»  ifa  olunur.  «Şikəsteyi-fars»  «Mübərriqə»  ilə  tamama 

yetir. Bir sözlə «Mübərriqə» «Şikəsteti-fars»ın həcmli yekunudur. 

Sonra  «Rəhab»ın  zil  şöbəsi  olan  «Əraq»  ifa  olunur  ki,  bu  da 

əzəmətli  və  coşqun  musiqi  ilə  özünün  xarakterini  göstərir. 

«Əraq»dan  sonra  kiçik  guşə  olan  «Qərai»  ardıclılaşır  ki,  bunlarda 

«Rəhab»ın kulminasiyası adlanır. 

«Qərai»dən  sonra  lirik,  ahəstə,  həzin  melodiyaya  xas  olan 

«Məsihi» və «Rəhaba ayaq» (kadensiya) guşələri ardıclılaşır. 

«Məsihi»  guşəsi  «Rəhab»  dəstgahının  yekunlaşmasına  şərait 

yaradır. Sonra ifa olunan «Rəhaba ayaq» guşəsi ilə dəstgah tamam-

lanır. 


Bəm  və  zil  şöbələrdən  təşkil  olunmuş  «Rəhab»  dəstgahında 

sevgi-məhəbbət  kimi  ülvi  hisslərlə  yanaşı,  qəhrəmanlıq  abı-havası-

nın da dinləyicilərdə gələcəyə nikbin baxmasına şərait yaradır. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə