İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   20   21   22   23   24   25   26   27   28

 

74 


Azərbaycanda «Rəhab» muğamının Dəli İsmayıl, Keçəçi oğlu 

Məhəmməd, Şəkili Ələsgər, Seyid Şişinski, Kərbalayi Hüseyn, Zül-

fü Adıgözəlov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Əlibaba Məm-

mədov,  Nəriman  Əliyev,  Qaraxan  Behbudov,  Ağaxan  Abdullayev, 

Sahibə  Əhmədova  (Abbasova), Səkinə  İsmayılova,  Alim Qasımov, 

Bəsti  Sevdiyeva,  Mənsum  İbrahimov,  Zahid  Quliyev,  Mələkxanım 

Əyyubova, Zabit Nəbizadə, Teyyub Aslanov və b. ifaçıları vardır. 

 

 



3.1.3. Şahnaz 

 

Çox  geniş  yayılmış  kiçik  həcmli  «Şahnaz»  muğamının  adı 

M.M.Nəvab  «Vizuhül-ərqam»  risaləsində  dəstgah  kimi  çəkilir  və 

onu  10  şöbə  və  guşədən  ibarət  olduğunu  qeyd  edir:  «Dəramədi-

Şəhnaz»,  «Üşşaqi-Dəşti»,  «Səlmək»,  «Mayə»,  «Leyli-Məcnun», 

«Əbül-çəp», «Şah Xətai», «Azərbaycan», «Əraq», «Hicazi». 

A.  Əliberdibəyov  yazır  ki;  «İbtida  şahnaz  pərdəsindən  bədə 

ilə  müxəyyər,  tiz  segah,  tiz  çahargah,  təkrar  tiz  segah,  müxəyyər, 

şahnaz, əcəm, hüseyni, nəva, hicaz, yəni, üzzal, kürdi basaraq dügah 

pərdəsində  qərar  edər.  Bu  məqama  ala  franğada  lya  minor  təbir 

ediblər» (7). 

«Şur» muğam ailəsinə daxil olan «Şahnaz» dəstgah formasını 

itirmiş və kiçik həcmli muğama çevrilmişdir. 

Lad-məqam əsasına görə «Şur»a aid olan «Şahnaz» hal-hazır-

da  «Şur»  muğam  dəstgahında  «Mayeyi-Şur»dan  sonra  gələn  «Şur-

Şahnaz» şöbəsi kimi işlənilir. 

Bizim dövrdə «Şahnaz» üç şöbə də çalınıb-oxunur: «Şahnaz», 

«Dilkəş», «Zil Şahnaz» («Şəddi-Şahnaz). Emosional təsir qüvvəsinə 

görə bu şöbələr bir-birlərindən fərqlənirlər. 

«Şahnaz»  muğamının  zildə  başlanan  «Şahnaz»  şöbəsi  şirin 

nəfəslər, şaqraq zəngulələr tələb edir. Bu uca və zil səslər üçün tarda 

sağ-sol mizrablardan istifadə olnmalıdır. 

Sonra  «Şahnaz»  muğamının  ikinci  şöbəsi  olan  «Dilkəş»  ifa 

olunur ki, bu da birinci şöbə ilə tam kontrastdır. «Dilkəş»in musiqisi 




 

75 


lrik çalarlarla zəngin olub, həzin və yanıqlı xarakterə malikdir. Ürək 

çəkən, könül oxşayan «Dilkəş» adından məlum olduu kimi qəlbləri 

ovsunlayan xarakterə malikdir. 

«Dilkəş»  «Rast»  dəstgahında  da  «Vilayəti»  ilə  «Kürdü»  ara-

sında ifa olunur.  «Rast»ın  «Dilkəş»i ilə  «Şahnaz»ın  «Dilkəş»i ara-

sında fərq ondadır ki, «Rast»da «Dilkəş» «re» pərdəsinə, «Şahnaz» 

da isə  «do» (açıq kök) pərdəsinə ifa olunur. Bir də əsas fərq bu iki 

«Dilkəş»lərin  ayaqlarındadır.  Hər  iki  muğamda  ifa  olunan  «Dil-

kəş»lərin ayaqları fərqlidir. 

«Dilkəş»dən  sonra  «Zil  Şahnaz»  şöbəsi  ifa  olunur  ki,  bu  da 

melodiyası  birinci  şöbə  də  olduğu  kimi  coşqun  və  ehtiraslıdır.  Bu 

şöbəyə «Şəddi-Şahnaz»da deyilir. 

«Şədd»sözünün mənası zildən, ucadan oxunan yer mənasında 

işlənilir. «Şəddi-Şahnaz» şöbəsi ən yüksək tessituraya malikdir. 

Bundan başqa «Şəhdi-Şahnaz»da vardır ki, bu da «Şahnaz»ın 

ən şirin yeri hasab edilir. «Şəhd»-şan balı mənasında işləndiyi üçün 

«Şəhdi-Şahnaz»a da «Şahnazın balı» deyirlər. 

Bəzi  xanəndələr  «Kürdü-Şahnaz»  muğamınıda  ifa  edirlər  ki, 

buna  da  aşağıdakı  şəbələr  aiddir:  «Şahnaz»,  «Dilkəş»,  «Kürdü», 

«Şəddi-Şahnaz». 

F.Şuşinski qeyd edir ki; «Kürdüstandan Şuşa şəhərinə  gəlmiş 

çox məlahətli səsə malik olan Molla Vəli adlı bir nəfər toy məclisin-

də  yaxşı  avazla  «Kürdü»  oxumasından ilham  alan  məşhur xanəndə 

Hacı  Hüsü  «Şahnaz»ı  «Kürdü»  ilə  qarışdırıb  birlikdə  oxudu.  O, 

«Kürdü»nü, «Şahnaz» ilə o cür ifa etdi ki, heç istiliyi və soyuqluğu 

məlum  olmadı.  O  tarixdən  onun  adı  «Kürdü-Şahnaz»  olaraq  Azər-

baycan  xanəndələri  arasında  yayılmağa  başladı  (Bəzi  xanəndələr 

«Kürdü-Şahnaz»  ifa  edəndə  «si-bemol»  pərdəsində  dayanırlar.  İfa 

sanki  zəif  olur.  Xan  Şuşinski  «Kürdü-Şahnaz»  oxuyanda  «do» 

pərdəsində dayanırdı. Belə olduqda ifa əzəmətli səslənir-İ.A.).  

...  Azərbaycan  musiqisində  «Kürdü-Şahnaz»,  «Şur-Şahnaz» 

və «Şəddi-Şahnaz»dan savayı «Şahı-Şahnaz» da vardır. 

«Şahı-Şahnaz»ın  yaradıcısı  unudulmaz  xanəndəmiz  Həşim 

Kələntərli  olmuşdur.  Nədənsə  Həşim  Kələntərli  muğamların  əksə-




 

76 


riyyətini  tarın  ağ  simlərinin  «şah  pərdəsi»ndə  oxumağa  çalışardı. 

Məsələn,  o  «Qatar-bayatı»nı,  «Bayatı-Qacar»ı  xüsusilə  «Sagah»ı 

həmişə  şah  pərdədə  oxuyardı,  buna  görə  də  musiqiçilər  arasında 

onun oxuduğu «Segah»a «Həşim Segah»ı və həmin pərdəyə isə bə-

zən «Həşim pərdəsi» deyərdilər» (18). 

Azərbaycanda  «Şahnaz»  muğamının  yaxşı  ifaçıarından  Cab-

bar  Qaryağdı  oğlunu,  Keçəçi  oğlu  Məhəmmədi,  Şahnaz  Abbası, 

Əkbər Xamuş oğlunu, Dabbax Məmmədqulunu (Şuşinski), Xan Şu-

şinskini, Sara Qədimovanı, Şövkət Ələkbərovanı, Tükəzban İsmayı-

lovanı,  Fatma  Mehrəliyevanı,  Bakir  Haşımovu,  Eynulla  Əsədovu, 

Vəli Məmmədovu, Rübabə Muradovanı, Qədir Rüstəmovu, Zeynəb 

Xanlarovanı, Canəli Əkbərovu, Nəzakət Məmmədovanı, Sabir Nov-

ruzovu,  Qəndab  Quliyevanı,  Ağaxan  Abdullayevi,  Səxavət  Məm-

mədovu,  Səkinə  İsmayılovanı,  Alim Qasımovu, Şahnaz Haşımova-

nı,  Qəzənfər  Abbasovu,  Mələkxanım  Əyubovanı,  Nəzakət  Teymu-

rovanı, Təyyar Bayramovu və b. göstərmək olar. 

 

 

3.1.4. Bayatı-Kürd 



 

Kiçik  həcmli  muğamlardan  olan  «Bayatı-Kürd»  muğamı 

«Şur» lad-məqamının «re» köklü mayəsi ilə ifa olunur. «Şur» ailəsi-

nə  daxil  olan  bu  muğam  əvvəllər  «Şur»  dəstgahının  bir  şöbəsi  ol-

muş, sonralar dəstgahdan ayrılıb, müstəqil muğama çevrilmişdir. 

«Bayatı-Kürd»  muğamının  melodiyasına  qəmginlik  və  pəri-

şanlıq  xasdır.  Bu  muğam  «Bayatı-Kürd»,  «Bayatı-Əcəm»  və  «Ba-

yatı-kürdə ayaq» (kadensiya) olmaqla üç şöbədən ibarətdir. Hal-ha-

zırda  bəzi  xanəndələr  «Bayatı-Kürd»lə  «Bayatı-Əcəm»  arasında 

«Kərkuki» adlanan guşədəndə istifadə edirlər («Kərkuki»nin adı M. 

M.  Nəvabın  «Vüzuhül-ərqam»  risaləsində  «Rast»  və  «Çahargah» 

dəstgahlarında  «Zəngi-şütür»dən  sonra,  «Nəva»  dəstgahında  «Zən-

gi-şötör» ilə «Şah Xətai» arasında çəkilir). 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə