İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   2   3   4   5   6   7   8   9   ...   28

 

17 


 

II FƏSİL 

 

ƏSAS MUĞAMLAR 

 

 

2.1. Rast 

 

«Rast»  yeddi  əsas  muğamlardan  birincisi  olub,  bütün  Şərq 

ölkələrində  mövcuddur.  Bütün  digər  muğamların  əsası  sayılan 

«Rast»ın  mənası  doğru,  dürüst,  müstəqim  və  düzgün  deməkdir. 

«Qədim  musiqişünaslar  «Rast»ı  muğamların  anası  adlandırmışlar. 

«Rast» muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz 

tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə 

edib saxlaya bilmişdir» (8). 

««Rast»ın  dinləyiciyə  təsiri  böyükdür.  O,  insanda  mərdlik 

hissi oyadır» (9) 

Rast məqamının («Məqamlarla eyni adlı muğamların fərqi on-

dan ibarətdir ki, onlardan biri-muğam, bədii-estetik təəssürat doğu-

ran  canlı  musiqi  nümunələri  olduğu  halda,  digəri-məqam  isə  mu-

ğamların  bir  növ  fəqərə  sütununu,  skeletini  təşkil  edən,  müəyyən 

səs  sıralarından  ibarətdir,  yəni  «Şur»  muğamı  eyni  adlı  şur  məqa-

mında,  «Rast»  muğamı  rast  məqamında,  «Segah»  muğamı  segah 

məqamında  və  s.  qurulur  və  ona  əsaslanır»  (11))  quruluşu  1-1-  ½ 

ton  formullu  üç  tetraxordun  («tetraxord»  yunan  sözü  olub,  mənası 

dörd sim deməkdir. Səssırasının yanaşı düzülmüş dörd pilləsi. I, II, 

III, IV pillələr ladın alt tetraxordunu və V, VI, VII, VIII pillələr isə 

ladın üst tetraxordunu əhatə edir.) qovuşuq üsulla (x.1-intervalı mə-

safəsində)  birləşməsindən  ibarətdir.  Səssırası  10  pillədən  təşkil 

olunmuşdur ki, bunlardan IV mayə (tonika) pilləsidir. Məqamın səs-

sırasını  IV, VI, VII,  VIII  pillələr istinad-dayaq pilləsi  kimi  «Rast» 

muğamının şöbələrinin təməlini təşkil edir ki, xalq mahnıları, rəqs-

lər,  aşıq  havaları  bu  pillələrə  əsaslanır.  Rast  məqamının  səssırası 

«do»-dur. 



 

18 


XVII  əsrin  musiqişünası  Dərviş  Əli  musiqi  traktatı  (risalə) 

əsərinin «12 muğamın yaranması haqqında» adlı fəslində- «Rast»ın 

Adəm dövründən bizə gəlib çatmasını qeyd etmiş və Adəmin cənnət 

haqqındakı naləsi olduğunu göstərmişdir (21). 

O.R.Motyakubov tədqiqatlarında göstərir ki, «Post makomun-

da sabit intervalların sayı daha çoxdur. Bu  keyfiyyətlə əlaqədar bir 

çox traktatlarda o, birinci makom kim göstərilir» (19). 

«Rast»ın təkmilləşmiş muğam-lad sayılmasını Şərq musiqiçi-

ləri də  qeyd  etmişdilər.  Qədim 12 muğamdan ancaq  «Rast»  öz  əv-

vəlki mahiyyətini bu günə kim saxlaya bilmişdir. 

Türk musiqişünası Həsən Təhsin də «Rast» muğamı tonikasının 

(mayəsinin) sol səsindən ibarət olduğunu xüsusi qeyd etmişdir (19). 

Üzeyir bəyin dayısı və ilk müəllmi Ağalar bəy Əliverdibəyov 

(1880-07.06.1953)  «Rəsmli  musiqi  tarixi»  (2001)  kitabında  qeyd 

edir  ki,  «İbtida  rast  pərdəsindən  başlayıb  dügah,  segah,  çahargah, 

nəva, hüseyni, oyc, gərdaniyyə basaraq müxəyyərə qədər çıxıb, bəd 

müxəyyərdən  gərdaniyyə,  əcəm,  hüseyni,  nəva,  çahargah,  segah, 

dügah,  rast,  əraq,  əşiran  pərdəsilə  bir  yegah  açıb,  təkrar  yegah, 

əşiran, əraq, rast, dügahı açaraq yenə əraq ilə rastda qərar edir. An-

caq  bu  qaidə  sazəndələrdə  cari  isə  də,  xanəndəgan  əsnai-ağazə  və 

təqsim  sırasında  ixtiran-kürdisi  olan  nəğmə  icabına  görə  çahargah 

yerinə  hicaz  və  segah  yerinə  kürdi  basaraq  pəsəndidə  üslubu  üzrə 

rastda qərar edir. Yenə məqam rastın seyrindədir. İşbu məqama ala 

franğada dəxi macorda olduğundan, sol tonu təbir edərlər» (7). 

Mayəsi sol notu olan Rastın bütün Şərq ölkələrində kökü ey-

nidir. Farslar Rast dəstgahını 21 şöbə və guşələrdən ibarət oxuyardı-

lar:  «Rast»,  «Rak»,  «Raki-hindi»,  «Əcəm»,  «Üşşaq»,  «Səlmək», 

«Əraq»,  «Zəngi-şotori»,  «Rəvəndei-məhməl»,  «Şotorban»,  «Vila-

yəti»,  «Mənsuriyyə»,  «Məcnuni»,  «Zəmin-xarə»,  «Bayatı-Qacar», 

«İsfahanək», «Ruhi-ərvah», «Mavərənnəhr», «Hicaz», «Bağdadi». 

M.M.Nəvabın  «Vüzuhül-ərqam»  risaləsində  «Rast»  dəstgahı 

aşağıdakı  şöbə  və  guşələri  özündə  birləşdirir:  «Rast»,  «Pəncgah», 

«Vilayəti», «Mənsuriyyə», «Zəmin-xarə», «Raki-hindi», «Azərbay-

can»,  «Əraq»,  «Bayatı-Türk»,  «Bayatı-Qacar»,  «Mavərənnəhr», 




 

19 


«Bali-kəbutər»,  Hicazi»,  «Şahnaz»,  «Əşiran»,  «Zəngi-şotori», 

«Kərkuki».  

İran musiqisində «Rast» dəstgahı- «Rast-pəncgah» adlanır. 

Azərbaycanda  muğam  sənəti  yaxşı  inkişaf  etdiyi  üçün  Rast 

dəsgahının  şöbələr  arasındakı  ardıcıllıqda  müəyyən  fərqlər  vardır. 

Ə.Bədəlbəylinin  (19.04.1907-06.01.1976)  «Musiqi  lüğəti»  kitabın-

da (1969) göstərilir ki, Bakının (Abşeron), Şamaxının (Şirvan), Şu-

şanın (Qarabağ) muğam məktəblərində Rast dəstgahının şöbələrinin 

sayı fərqlidir (3). 

Bakı  muğam  məclislərində  «Rast»ı  15 şöbə və  guşə ilə oxu-

yardılar:  «Mayeyi-Rast»,  «Novruz-rəvəndə»,  «Rast»,  «Üşşaq», 

«Hüseyni», «Vilayəti», «Xocəstə», «Xavəran», «Əraq», «Pəncgah», 

«Rak», «Xavəran», «Əmiri», «Məsihi», «Rast». 



Şuşa muğam məclislərində «Rast» dəstgahındakı şöbə və guşə-

lərin sayı nisbətən çox idi:  «Rast»,  «Pəncgah»,  «Vilayəti»,  «Mənsu-

riyyə», «Zəmin-xarə», «Rak-hindi», «Azərbaycan», «Əraq», «Bayatı-

türk»,  «Bayatı-Qacar»,  «Mavərənnəhr»,  «Bali-kəbutər»,  «Hicaz», 

«Şahnaz», «Əşiran», «Zəngi-şötər», «Kərkuki», «Rast». 

Şamaxı  muğam  məclislərində  «Rast»  dəstgahında  ifa  olunan 

şöbə və guşələrin sayı 21-ə çatdırılmışdır: «Rast», «Üşşaq», «Müc-

rü»,  «Hüseyni»,  «Vilayəti»,  «Siyahi-ləşkər»,  «Məsihi»,  «Dəhri», 

«Xocəstə».  «Şikəsteyi-fars»,  «Rak-hindi»,  «Rak-Xosrovani»,  «Sa-

qinamə»,  «Əraq»,  «Təsnif-Qərai»,  «Məsnəvi»,  «Zəngi-şötər», 

«Nəğmeyi-hindi», «Mənəvi», «Kabili», «Rast». 

Bakı şəhərində anadan olmuş məşhur tarzən Mirzə Fərəc Rza 

oğlu Rzayevin (15.03.1847-27.03.1927) tərtib etdiyi «Rast» muğam 

dəstgahına daxil olan şöbə və guşələr Şamaxı muğam məclisində ifa 

olunan  «Rast»  muğamının  şöbə  və  guşələrinin  ardıcıllığına  daha 

çox uyğundur. 

1922-ci ildə Bakı şəhərində ilk musiqi məktəbi açılır və müdir 

Ü.Hacıbəyov  təyin  olunur.  Bu  mübahisəli  məsələyə  son  qoymaq 

üçün  Ü.Hacıbəyov  tar,  kamança  və  xanəndə  sinifləri  üçün  muğam 

proqramı tərtib etmək üçün şura yaradır. Həmin şuraya Mirzə Fərəc 

Rzayev,  Cabbar  Qaryağdı  oğlu  (31.03.1861-20.  04.1944),  Arsen 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə