İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

26 


ni  əgər  «Mahur-hindi»  do  mayəli  rast  məqamında  qurulursa,  «Orta 

Mahur» onda bir kvarta yuxarı yəni fa mayəli «Rast» tonallığında ifa 

olunur» (17). 

«Rast»  və  onun  ailəsinə  daxil  olan  muğamlar  insanlarda 

mərdlik, gümrahlıq hissləri oyadır. 

Bəzi  musiqişünaslar  (M.M.Nəvvab-İ.A.)  «Dügah»  və  «Baya-

tı-Qacar»ı əsas muğamlara daxil etmirlər. Lakin «Azərbaycan xalq 

musiqisinin janrları» adlı kitabda qeyd edilir ki, «Rast», «Şur», «Se-

gah», «Bayatı-Şiraz» və s. kimi muğam dəstgahları ilə yanası «Ma-

hur-hindi», «Orta Mahur», «Bayatı-Qacar», «Dügah» muğamları da 

Azərbaycanın xalq misiqisində çox yayılmışdır (11). 

Cabbar  Qaryağdı  oğu  «Azərbaycan  xalq  musiqisi»  (5)  adlı 

əsərinin əlyazmasında göstərir ki, «Rast» və onun ailəsinə aid olan 

muğamlar  ifa  olunarkən  eyni  qəzəllərdən  istifadə  olunmasını  məs-

ləhət bilirdi. Yəni bu o deməkdir ki, kökləri müxtəlif olmasına bax-

mayaraq «Mahur-hindi» muğamı «Rast»ın qısaldılmış formasıdır. 

Qadınlardan ilk dəfə, 1955-ci ildə «Rast» dəsgahını lentə yaz-

dıran  xalq  artisti  Həqiqət  Rzayeva  «Rast»ı  «Mahur-hindi»  yəni 

«do»  kökündə  ifa  etmişdir.  Cünki,  qadın  xanəndələri  «Rast»ın  öz 

kökündə («sol») «Mayeyi-Rast»ı oxuya bilmirlər. Qadın xanəndələ-

rinin  səsi  kişi xanəndələrinə  nisbətən zil olduğu  üçün onlar  «Rast» 

dəstgahının mayə şöbəsini doldura bilmirlər. 



 

 

2.1.1.1. Mahur-hindi 

 

Azərbaycan  klassik  musiqisində  əsas  muğamlardan  biri  olan 

«Mahur»  fars  sözü  olub,  mənası  uçurum,  dərin  yarğan  deməkdir. 

Döyüş  xarakterli  olan  «Mahur»  da  nikbinlik,  əzəmət,  mübarizlik 

vardır.  Bu  muğamı  ifa  edən  xanəndənin  ən  azı  iki  oktava  yarım 

«yüksək  tesseturalı  güclü  səs,  bir  neçə  forma  və  mərtəbəli  coşğun 

zəngulələr,  ən  yüksək  reqistirdə  stakkato,  mürəkkəb  passajlarda 

tembr səlistliyi, həm də  böyük vokal ustalığı və temperament tələb 

edir. Şübhəsiz ki,  «Mahur»u hər xanəndə oxuya bilməz.  Baxtı ilə-



 

27 


yəni orta əsrlərdə «Mahur» dəstgahı 58, XIX əsrin axırlarında isə 14 

şöbə, guşə və hissədən ibarət olmuşdur» (18). 

M.  M.  Nəvvabın  «Vüzuhül-ərqam»  risaləsində  göstərilir  ki,  

«Mahur»  dəstgahını 15  şöbə və  guşədən ibarət  ifa edərdilər:  «Ma-

hur»,  «Şur»,  «Əşiran»,  «Dilkəş»,  «Dügah»,  «Zəngi-şotori»,  «Hica-

zi»,  «Mavərənnəhr»,  «Şəhnaz»,  «Hacıyuni»,  «Sarənc»,  «Şüştər», 

«Məsnəvi», «Suzi-güdaz». 

Qədim  muğamlardan  sayılan  «Mahur»un  yaşı  təxminən  üç 

min ilə yaxındır. Onun adına S. Ürməvinin (XIII əsr) və Ə. Caminin 

(XV  əsr)  əsərlərində  rast  gəlinir.  «Mahur»un  professional  musiqi-

mizdə  iki  növü  vardır.  «Mahur-hindi»  və  «Orta  Mahur».  «Mahur-

hindi» dəstgahı «Orta Mahur» dəstgahından qədimdir. 

«Azərbaycan  vokal  məktəbinin  banisi,  dahi  müğənni  Cabbar 

Qaryağdıoğlunun  yazdığına görə  «Mahur-hindi»  muğamı Azərbay-

can tarının atası böyük tarzən Sadıqcan (Mirzə Sadıq Əsəd oğlu Sa-

dıqcan  (1846-1902)  məşhur  Şərq  alimi  Əbu  Nəsr  əl-Fərabinin 

(870/873-950/951)  yaratdığı  tarı  təkmilləşdirərək  onun  qolunda  bir 

çox artıq pərdələri ixtisar edib, 17 pərdə saxlamışdır, həmçinin tarın 

səsini artırmaq üçün birinci qoşa ağ və sarı simlərin hərəsindən bir 

oktava  yuxarı zil səsli  iki  cüt  cingənə  sim artırmış  və  həm  də  tarın 

rezonansını  yüksəltmək  məqsədi  üçün  sarı  simdən  bir  aktava  bəm 

olan qalın sarı boş sim də əlavə edir. Sonra tarın qolunda yəni kəl-

ləyə  yaxın  hissəyə  pərdə  əlavə  edərək  «lal  barmaq»  üsulunu  kəşf 

edir. Sadıqcana qədər tar diz üstə, əyilərək çalınırdı. Böyük tarzən 

bu sadə qaydanı ləğv edib, tarı dizdən sinəyə qaldırdı. Sadıqcan beş 

simli «İran tarı»na altı sim əlavə edib, onu on bir simə çatdırmışdır-

İ.A.)  alçaq  səsli  xanəndələr  üçün  yaratmışdır.  Görünür,  Sadıqcan 

hələ keçən əsrin ortalarında Tiflisdə yaşayarkən, orada hind müğən-

nilərindən  «Mahur»un  necə  oxunmasını  eşitmiş,  ona  uyğun  bir 

muğam düzəldib «Mahur-hindi» adlandırmışdır» (18). 

Mirzə  Fərəc  Rzayevin  cədvəlində  «Mahur-hindi»  13  şöbə  və 

guşədən  ibarət  oxunardı:  «Bərdaşt»,  «Mahur»,  «Üşşaq»,  «Hicri», 

«İqbal», «Vilayəti», «Mübərriqə», «Əşiran», «Rak-hindi», «Şikəste-

yi-fars», «Əraq», «Heyratı-Kabili», «Mahur-hindi». 




 

28 


1925-ci ildə Ü, Hacıbəyovun rəhbərliyi ilə tərtib edilmiş proq-

ramda «Mahur-hindi» dəstgahı 10 şöbə və guşədən ibarət olmuşdur: 

«Mahur-hindi», «Üşşaq», «Mübərriqə», «Əşiran», «Şikəsteyi-fars», 

«Əraq», «Rak-hindi», «Heyratı-Kabili», «Mahur-hindi». 

«Mahur-hindi»  dəstgahı  getdikcə  müəyyən  dəyişikliyə  məruz 

qalmış, səkkiz şöbə və guşədən ibarət olmuşdur (həm instrumental və 

vokal  versiyada):  «Bərdaşt»  («Bəzmigah»),  «Mayeyi-Mahur»,  «Üş-

şaq», «Hüseyni», «Vilayəti», «Şikəsteyi-fars», «Əraq», «Qərai». 

Bir məsələnidə qeyd etməyi zəruri hesab edirəm. «Mahur-hin-

di» də  «Mayeyi-Mahur»la  «Hüseyni»  arasında  «Üşşaq»  guşəsi var. 

Bu əsl «Üşşaq» deyil. Əsl «Üşşaq» «Rast» dəstgahındadır. «Mahur-

hindi»dəki  «Üşşaq»ın  adı  «Pəncgah»dır.  «Mahur-hindi»  muğamın-

da bu  guşə oxunanda  «Pəncgah»a ayaq verilir. Keçmiş xanəndələr 

bu guşəyə «Üşşaq yeri» deyərdilər. 

Melodik quruluşu və şöbələrin xarakterinə  görə  «Rast»  dəst-

gahının  xarakterinə  uyğun  olan  «Mahur-hindi»  muğamında 

«Rast»da olan şöbə və guşələrin qısaldılmış forması eyni ilə saxla-

nılıb.  Fərq  ondadır  ki,  «Mahur-hindi»  dəstgahı  «Rast»  dan  fərqli 

olaraq  yığcam  və  bir  oktava  yuxarı  registrdə  çalınıb-oxunur  və 

şöbələrinin  melodiyası  bir  qədər  fərqlidir,  ancaq  məqam  əsasları 

eynidir.  Kiçik  oktavanın  sol  mayəsində  ifa  olunan  «Rast»  dəst-

gahına nisbətən «Mahur-hindi» birinci oktavadakı do mayəli «Rast» 

tonallığında ifa edilir. 

«Mahur-hindi»  muğamının  Məşədi  İsi,  Malıbəyli  Cümşüd, 

Şəkili  Ələsgər,  Mirzə  Güllər,  Zabul  Qasım  (Abdullayev-1873-

1927),  Məcid  Behbudov  (1873-1945),  Davud  Səfiyarov  (1875-

1917),  İslam  Abdullayev  (1876-1964),  Seyid  Şuşinski,  Zülfü  Adı-

gözəlov,  Hüseynağa  Hacıbababəyov  (1898-1972),  Xan  Şuşinski, 

Hacıbaba  Hüseynov,  Sara  Qədimova  (1922-2005),  Töhfə  Əliyeva 

(1922-2007),  Yaqub  Məmmədov,  Nəriman  Əliyev,  Əli  Mehdiyev 

(1934-1997),  İslam  Rzayev,  Canəli  Əkbərov,  Sabir  Novruzov 

(1944-2009),  Qəndab  Quliyeva  (1949),  Ağaxan  Abdullayev,  Alim 

Qasımov, Qəzənfər Abbasov (1962), Zahid Quliyev (1961), Mələk-

xanım Əyyubova, Məhərrəm Həsənov, Ruzə İbişova, Teyyub Asla-




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə