İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

35 


musiqisində bu muğama təsadüf olunmur. «Şur» adına orta əsr mən-

bələrində də rast gəlinmir. 

R.Quruber  «Musiqi  mədəniyyətinin  tarixi»  (22)  kitabında 

göstərir ki, Şumer dövründə, yəni eradan əvvəl IV minillikdə Azər-

baycanda əski lipa və kirafa (cəng-İ.A.) eyni zaman da Avlosun (ba-

laban) pentatonik quruluşuna baxsaq, səs qatarının da müasir Şur la-

dının gizli pentatonika quruluşu ilə oxşar olmasını görmək olar. 

Pentatonik  quruluşlu  aşıq  havalarının  çoxunun  «Şur»  ladında 

olması göstərir ki, «Şur» muğamı bizim qədim musiqilərimizdəndir. 

R.Quruber qədim pentatonikanın getdikcə öz yerini yeddi pilləli səs 

sisteminə verməsini bizim eradan əvvəl VIII-VII əsrlərə aid edir ki, 

buna da Midiya dövrünün inkişaf mərhələsində rast gəlinir. 

Farslar «Şur» dəstgahını aşağıdakı şöbə və guşələrlə ifa edər-

dilər: «Şur», «Dəraməd», «Kuçek», «Nişibi-fəraz», «Dübeyt», «Ba-

yatı-türk»,  «Həbkəti»,  «Şuri-şahnaz»,  «Şahnazi-türk»,  «Şah-şah-

naz»,  «Bayatı-kürd»,  «Əlmərdəş»,  «Cüdai»,  «Dəşti»,  «Hacıyuni», 

«Bavi», «Çe Xətai», «Siyəxi», «Malif», «Hüseyni», «Baba Tahiri», 

«Azərbaycan»,  «Süleymani»,  «Busəlik»,  «Əşiran»,  «Bayatı-Şiraz», 

«Əbülçəp», «Cövhəri», «Çopani». 

Əsas muğam dəstgahlarından ikincisi sayılan «Şur» öz əhatə-

liyi və irihəcmliyi ilə seçilir. 

Şur  lad-məqamı  əsasında  qurulmuş  «Şur»  muğam  dəstgahını 

Ü.Hacıbəyov  Azərbaycan  şifahi-professional  musiqisində  ən  çox 

yayılan muğamlardan biri hesab edir. O, qeyd edir ki, «Şur» insanda 

şən, lirik əhvali-ruhiyyə yaradır. 

Fars  dilində  «Şur»  sözünün  mənası  eşq,  sevgi  deməkdir. 

«Şur»  dəstgahına  qulaq  asarkən  dinləyici  xəyallara  dalır,  düşünür. 

Öz musiqi məzmunu və emosionallığı ilə seçilən «Şur» dəstgahına 

dərin lirika, təmkinlik və axıcı melodiya xasdır. 

Yeddi əsas muğamlarda biri olan Şur məqamının quruluşu 1-

1/2-1 ton formullu üç tetraxordun qovuşuq üsulla (x1-interval məsa-

fəsində) birləşməsindən ibarət olub, səssırası 10 pillə olub, IV pillə 

mayə (tonika) pilləsidir. 



 

36 


Məqamın  səssırasının  III,  IV,  VI,  VII,  VIII  pillələri  istinad 

dayaq  pilləsi  olaraq  «Şur»  dəstgahının  şöbələrinin  təməlini  təşkil 

edir.  Şür  məqamında  qurulan  musiqi  nümunələri  həmin  pillələrə 

əsaslanır. Şur məqamının səs sırası «re»-dir. 

««Şur»  muğam  adına  qədim  yazılı  ədəbiyyatda-traktatlarda, 

şerlərdə də rast gəlinmir. Güman etmək olar ki, bugünkü «Şur» mu-

ğamının  və  eyni  adlı  lad-məqamın  özülünü  qədim  klassik  12  mu-

ğamda «Nəva» adlı muğam-lad təşkil edir. 

Heç də təsadüfi deyil ki, görkəmli xanəndə Əlizöhabın ifaçılıq 

təcrübəsində  «Şur»  dəstgahı  «Nəva»  ilə  başlanıb  «Mayeyi-Şur»a 

keçir. «Nəva»nın səs sırasının özü də «Şur» məqamının səs sırasına 

çox oxşar olduğu faktı da dediklərimizi sübuta yetirir» (19). 

M.M.Nəvvabın  «Vüzuhül-ərqam»  risaləsində  «Şur» muğamı-

nın adı çəkilmir, onu şöbə kimi qeyd edir. 

«M.M.Nəvvab elmi ədəbiyyatda muğam dəstgahı termini, an-

layışı  barədə  məlumat  verən  ilk  müəlliflərdəndir.  Gördüyümüz  ki-

mi, siyahıda «Şur», «Segah», «Bayatı-Şiraz» kimi əsas muğamların 

dəstgahları  verilməmiş,  onlar  yalnız  şöbə  şəklində  göstərilmişdir. 

Risalədəki  cədvəlləri  nəzərdən  keçirsək  görürük  ki,  hazırda  bəzi 

muğamların adları bizə məlum deyil, bəziləri isə yerlərini dəyişmiş-

lər. Ü.Hacıbəyovun təsnifatına  görə, artıq  əsas saydığımız muğam-

lar M.M.Nəvabda hələ şöbə, guşə və s. şəkildə verilmişdir» (16). 

M.S.İsmayılov  bəzi  mənbələrə  əsaslanaraq  göstərir  ki,  «Şur» 

terminini XVI əsrdən sonrakı dövrə aid edilir. Və yazır ki; «Ehtimal 

ki,  indiki  «Şur»  muğamı  müəyyən  dövrlərdə  «Dügah»  adını  daşı-

mışdır» (11). Qeyd etmək lazımdır ki, şur ladının səssırası dügahın 

səssırasına çox uyğundur. 

Əgər keçmişdə «Şur»u «Dügah» adlandırıblarsa deməli onun 

mayəsi «lya» pərdəsidir. Orta əsrlərdən (XVI əsr) başlayaraq «Şur» 

muğamı özü üçün «sol» mayəli kökü əsas götürmüşdür. Hal-hazırda 

«Şur» dəstgahı kiçik oktavanın «sol» pərdəsində ifa olunur. 

Göründüyü kimi  «Şur»  muğamı  əsrlər boyu dəyişikliyiə mə-

ruz qalıb, təkmilləşmişdir. 



 

37 


M.M.Nəvvabın «Vüzuhül-ərqam» risaləsində «Şur» dəstgahına 

rast  gəlmədiyimizə  baxmayaraq,  onunla  bir  dövrdə  yaşamış  tarzən 

Mirzə Fərəc Rzayevin cədvəlində «Şur» otuz şöbə və guşəni özündə 

birləşdirən  dəstgah  kimi  xarakterizə  olunur;  «Mayə»,  «Dəraməd», 

«Şur»,  «Muyə»,  «Busəlik»,  «Səlmək»,  «Zirkeş»,  «Gülriz»,  «Si-

yahruh»,  «Cidayi»,  ««Şəhr-aşub»,  «Nişibi-fəraz»,  «Xocəstə»,  («Şi-

kəsteyi-fars»),  «Səmayi-şəms»,  «Hicaz-Bağdadi»,  «Hicaz-ərəbi», 

«Raz-Məcnuni»,  «Gəbri»,  «Gövhəri»,  «Sarəng-Əbu-Əta»,  «Qəmən-

giz»,  «Məhti-Zərrabi»,  «Şəkk-Şahnaz»,  «Kürd-Şahnaz»,  «Şur-Şah-

naz», «Şahi-Şahnaz», «Şahnaz-xarə», «Dilkəş», «Cövhəri», «Şur». 

Bu  cədvəldəki  «Şur»un  tərkib  hissələrinin  əksəriyyəti  guşə 

xarakteri  daşıyır.  Bəzi  guşələr  bir  neçə  variantda  verilmişdir 

(«Şəkk-Şahnaz»,  «Kürd-Şahnaz»,  «Şur-Şahnaz»,  «Şahi-Şahnaz», 

«Şahnaz-xarə»). 

Ü.Hacıbəyovun  1925-ci  ildə  tərtib  etdiyi  proqramda  «Şur» 

muğamı lad-məqam xüsusiyyəti baxımında nəzərdən keçirilərək ona 

uyğun gəlməyən şöbə və guşələr ixtisar olunmuşdur. Və «Şur» dəst-

gahı  proqrama  belə  daxil  edilmişdir:  «Dəramədi-Şur»,  «Mayeyi-

Şur», «Muyə», «Bayatı-türk», «Şikəsteyi-fars», «Nişibi-fəraz», «Sə-

mayi-şəms»,  «Hicaz»,  «Sarənc»,  «Qəməngiz»,  «Şahnazi-şəq», 

«Şahnazı-kürd», «Dilkəş», «Səlmək, «Busəlik», «Şur». 

Hal-hazırda  «Şur»  dəstgahı  aşağıdakı  ardıcıllıqla  ifa  olunur: 

«Bərdaşt», «Mayeyi-Şur», «Şur-şahnaz», «Bayatı-türk», «Şikəsteyi-

fars»,  «Əşiran», «Səmayi-Şəms», «Hicaz»,  «Sərənc»,  «Qəməngiz», 

«Nişibi-fəraz», «Şura ayaq». 

Başqa  muğamlarda  olduğu  kimi  «Şur»  dəstgahı  da  «Bər-

daşt»la başlayır. Xanəndəni müşayət edən üçlük (tar, kamança, qa-

val) «Bərdaştı» ya ansambılla, ya da tarzən tək ifa edir. 

Hər zaman olduğu kimi  «Şur»unda  «Bərdaşt»ı zildən başlaya-

raq tədricən aşağı enir. Həmçinin «Bərdaşt»ı «Nəva» ilə də başlamaq 

olar. Əgər “Nəva” ilə başlamasan “Baba-Tahir” oxumaq olmaz. 

«Şur»  dəstgahının  bünövrəsini  «Mayeyi-Şur»  şöbəsi  təşkil 

edir və mayə şöbəsində «mi», «fa diyez», «lia», «si» pərdələrindən 

da  çox  istifadə  olunur.  «Mayəyi-Şir»  şöbəsində  ona  görə  «sol  di-




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə